I FƏSİL
FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN BƏDİİ TƏSVİR VƏ
TƏSİR İMKANLARI
Şeir poetikasının tələblərinə yeni baxış və yaradıcı
münasib
ət dil problemini poeziyanın başqa komponentləri ilə
v
əhdətdə götürməyi tələb edir. Bu da poeziya dilinin hərtərəfli
inkişafı və yeniləşməsi prosesini şərtləndirir. 1960-1980-ci
ill
ərdə ədəbi prosesdə bədii dil məsələsi, bədii nitq
m
ədəniyyətinin spesifik cəhətləri, keyfiyyət dəyişmələri və
t
əkamül yeni istiqamət aldı. Poeziyanın dilində həyatilik qüvvət-
l
ənməyə başladı, coşqun yaradıcılıq çeşməsi xalq dilinin təbii
ifad
ə üsulları ilə şəffaflaşdı.
Fikrin ifad
əsində elastiklik, anlaşıqlıq, emosionallıq və
ekspressivlik kimi m
əziyyətlərin yüksəlişi öz başlanğıcını poetik
dilin ah
əngində görünməyə və tərəqqi etməyə başlayan
t
əzələnmələrdən alır. Canlı ünsiyyət dilinin poeziyaya güclü
nüfuzu, t
əbii haldır ki, bədii düşüncənin də aydınlaşma prosesinə,
yeni poetik
əhvali-ruhiyyənin formalaşmasına müsbət təsirini
göst
ərir.
1960-1980-ci ill
ər poeziyası mühüm bir inkişaf mərhələsi
kimi, dem
ək olar ki, ədəbi tənqid və ədəbiyyatşünaslıq,
linqvistik poetika t
ərəfindən qəbul və təqdir edilmişdir.
Az
ərbaycan şeirinin ümumi mədəni səviyyəsinin yüksəlməsi
t
əbii olaraq forma xüsusiyyətlərinin, o cümlədən də bədii sözdən
istifad
ə səriştələrinin yeni bir mərhələyə yüksəlməsi ilə müşayiət
olun
muşdur. Poetik təfəkkürün sürətli inkişafı dilin ahənginə,
onun sad
ələşməsi və aydınlaşması prosesinə müsbət təsir
göst
ərmişdir. Bu yeniləşmə hər şeydən əvvəl, bədii dildəki
konkretlik v
ə dəqiqliyin dərinləşməsi, ümumxalq danışıq dilinə
daha
artıq yaxınlaşmaqla ondan səmərəli faydalanması istiqamə-
tind
ə gedirdi. Dil və üslub cəhətdən yüksək bədii-estetik ləyaqət
qazanması göstərilən illər ərzində şeirimizin sənətkarlıq
25
c
əhətdən təkamülü prosesi ilə daxili vəhdətin bilavasitə
n
əticəsidir.
1960-1980-ci ill
ər poeziyasında baş verən düşüncə tərzinin
yenil
əşməsi, bir tərəfdən, şeir sənətinin canlı həyatda daha yaxın
t
əması ilə əlaqədardırsa, digər tərəfdən, xalq danışıq dilinə, onun
t
əbiiliyinə və daxili qüvvəsinə meylin güclənməsi ilə bağlıdır.
Dilin b
ədii məntiqinin dərinləşməsi və kamilləşməsi, söz
duyumunun
genişlənməsi ilə əlamətdar olan bir dövrdə
poeziyanın dili canlı xalq dilindən gələn linqvistik materiallarla
xüsusi t
əravət kəsb etmişdir. Poeziyanın ən başlıca və
diqq
ətəlayiq keyfiyyətlərindən birinə – dilimizin ilkinliyinə
qaydış mövqeyinin yeni vüsət almasıdır. Ulularımızın yaratdığı
misilsiz m
ənəvi sərvətimizin dərin köklərinə prinsipial şəkildə
v
ə yeni baxışlarla yanaşmaq tələbi bütün səviyyələrdə, xüsusilə
frazeoloji
söz
birl
əşmələrinin
şairlərin
ya
radıcılıq
laboratoriyasında yeni keyfiyyətlər kəsb etməsi ilə
n
əticələnmişdir.
1960-1980-ci ill
ər Azərbaycan poetik dilinin elə bir inkişaf
m
ərhələsi, elə bir təkamül həddidir ki, bu mərhələdə canlı
danışıq dili səviyyəsində xəlqilik yaradan vasitələr şeirin nitq
sistemind
ə aparıcı mövqedə dayanır, frazeoloji leksikanın poetik
dil
ə güclü müdaxiləsi hiss olunur, orijinal ekspressiya mənbələri
aşkarlanır. Frazeoloji materialların obrazlılıq cizgiləri poeziya
al
əminin poetikasına getdikcə daha geniş miqyasda daxil olur.
Müxt
əlif üslubi təmasda, söz əhatəsində, qaynayıb-qarışdığı
ayrı-ayrı linqvistik vahidlər mühitində rəngarəng poetik
q
ənaətlərin uğurlu ifadə vasitəsinə çevrilir.
Poetik sözl
ər kimi, frazeologizmlərin emosional mühakimə
t
ərzinə fəallıq verməsi onların ən əhəmiyyətli və uğurlu
c
əhətlərindəndir. Küll halında nəzərdən keçirildikdə sabit söz
birl
əşmələri üçün o da xarakterikdir ki, onlar şeiri fikir və
m
əzmunca, forma və üslubi cəhətdən zənginləşdirdiyi kimi,
poetik t
əəssüratı qabardır, bədii mətləbi xüsusi ekspressivliyə
yüks
əldir, emosional çalarları xeyli tündləşdirir. Şeirin canlı dil
26
üz
ərində qurulmasında da frazeologizmlər fəal başlanğıc təşkil
edir, m
əişət-ünsiyyət estetikasının mətndə sıxlaşmasının
t
əminatçısı olmaqla yanaşı, onları xəlqi ifadə tərzinin
yaranmasına istiqamətləndirir. Beləliklə, frazeoloji tərkiblər
ca
nlı nitq ünsürlərinin sadə və aydın şeir dili üçün əsas mənbə
rolunu gücl
əndirir.
Frazeoloji birl
əşmələrin obrazyaratma tipologiyası məcazi
leksikaya çox
yaxındır və poetik söz ustalığının yaratdığı
m
əzmun zənginliyi frazeologizmlər üçün də xasdır. Bədii-estetik
v
ə linqvistik tipoloji yaxınlıq bədii dil daxilində gedən üslubi
yaradıcılıq bəhrəsidir, sözün müsbət mənasında sözün məcazlaş-
ma prosesinin n
əticəsidir. Bu proses şeir nitqində özünü daha
k
əskin formalarda göstərir ki, bunun da təbii elmi-təcrübi
əsasları vardır. Məlum olduğu kimi, yaradıcılıq fəaliyyətində hər
bir söz s
ənətkarının qarşısında biri-biri ilə bağlı üç sual – nə?»,
«nec
ə?», «niyə?» sualları dayanır və bunlardan «necə?» daha
k
əskin xarakter daşıyır. Bədii formaya, sənətkarlıq problemlərinə
ciddi münasib
ət istər-istəməz bu sualın aktuallığını bütün
dövrl
ərdə qoruyub saxlayır. 1960-1980-ci illər Azərbaycan
poeziyasında kamil forma yaradıcılığı uğrunda mübarizə
şəraitində dil sisteminin bütün ünsürləri kimi, frazeoloji birləş-
m
ələr və məcazlaşmağa məruz qalmış leksik vahidlər şeir dilinin
ən fəal üslubi faktlarına çevrildilər. Frazeoloji birləşmələrin
semantik m
ənasına uyğun məcazi sözlərin işlənmə tezliyi,
k
əmyyət üstünlüyü bir daha göstərdi ki, idiomatik birləşmə və
onunla
bağlı poetizmlərin müvaziliyi şeir dilinin spesifik cəhət-
l
ərindən biridir, şeirə məxsus dil mühitinin vacib tərəflərinin
üslubi t
əzahürüdür.
«Dilin frazeoloji fondu xalq m
ədəniyyətini, onun tarixini və
m
əişətini, keçmiş zamanların xarakterik cəhətlərini, insani
münasib
ətləri, təbiəti, canlılar aləmini və s. əks etdirən xüsusi
x
əzinədir. Bizim müasirlərimizə mənası qaranlıq qalan
frazeologizml
ərin
eti
mologiyasını,
müxt
əlif
sferalarda
mahiyy
ətini açıqlamaq mümkündür. Frazeologiya qaynaqlarının
27
araşdırılması imkan verir ki, onun əsasında dayanan bir sıra
maraqlı psixoloji-linqvistik hadisələrə aydınlıq gətirilsin, hər bir
milli dilin frazeoloji vahidl
ərinə xas olan əlamətlər üzə
çıxarılsın» (26, 54).
Poeziya
dili
milli
folklor
qaynaqlarından, zəngin
frazeologiyasından, ibarələr sistemindən ayrı düşsə, ondan
yaradıcı şəkildə faydalanmağın bədii-estetik prinsiplərini
d
ərindən öyrənməsə, lazımi sənət dili səviyyəsindən məhrum
olmağa məhkumdur. Frazeoloji birləşmələrin yaratdığı üslubi
sanbal, poetik ovqat,
ondakı obrazlılıq elementlərinin qabarıqlığı
hissolunacaq d
ərəcədə əhatəlidir. Məsələnin bu tərəfi də ma-
raqlıdır ki, frazeologizmlərə xas olan parlaq obrazlılıq olduqca
yığcam formadadır. Böyük bədii mətləb semantik cəhətdən dərin,
ifad
ə vasitələrinin iştirakı baxımından «sıxılmış» qəliblərdədir.
Onların dil, obraz və leksik-semantik səciyyəsi, məcazilik ma-
nerasının çoxyönümlü xüsusiyyəti şeir mətninin təşəkkülündə
s
əmərəli mövqe qazanır.
Frazeoloji birl
əşmələrin mayası obrazlılıqdan tutulmuşdur.
Odur ki, onun b
ətnində çox güclü enerji ehtiyatının, gözlənilməz
üslubi
potensialının hələ aşkarlanmamış ehtiyatı mövcuddur.
Rüşeymlərində mövcud olan obrazlı əlamətlər əsl istedadlı
q
ələmin köməyilə pöhrələnib üzə çıxır, şaxələnib sənətin əsra-
r
əngiz poetik keyfiyyətlərini açır, şeirin ideya və bədii-estetik
strukturunun
əsasında dayanır.
Frazeoloji birl
əşmələrin vasitəsilə poetik deyim tərzi sənət
ölçül
ərinə uyarlıdır və buna görə də nəzərə alınmalıdır ki, şeir
dilind
ə fəallığı onların üslubi tələbkarlığının bədii ləyaqət kimi
nümayişidir. Poetik aforizmlər, dərin xalq hikməti frazeoloji
materialların yaratdığı bədii ovqat üzərində dayanır, dilimizin
milli ruhu onun üslubi z
ənginliklərində əks olunur.
Xalqın bədii təfəkkürünün məhsullarına aludəçilik S.Rüstəm,
R.Rza,
O.
Sarıvəlli, M.Dilbazi, N.Rəfibəyli, B.Azəroğlu,
B.Vahabzad
ə, N.Xəzri, Ə.Kürçaylı, H.Arif, C.Novruz,
A.
Zeynallı, S.Tahir... kimi şairlərin yaradıcılığında qabarıq
28
n
əzərə çarpır. Bu ənənə nisbətən cavan nəslin və onlardan sonra
g
ələnlərin – F.Sadıq, F.Qoca, Ə.Salahzadə, M.Aslan, M.İsmayıl,
İ.İsmayılzadə,
R.
Rövşən,
S.Rüst
əmxanlı,
A.B
ədəlzadə,
Ç.
Əlioğlu, N.Kəsəmənli kimi şairlərin dilində də davam
etdirilirdi. Bu s
ənətkarların dilində folklor motivləri və deyim
t
ərzi frazeoloji birləşmələrin bilavasitə iştirakı ilə uğurla
m
ənimsənilərək onların bədii yaradıcılıq üslubuna hopmuşdur.
Söz s
ənətkarları frazeoloji dil faktlarında təzahür edən fikir və
m
əqsəd aydınlığından ifadəlilik ləyaqəti və üslubi dəyərlər əxz
etmşlər.
Dostları ilə paylaş: |