Cahilə haqq təklifi Elə isə Allah hər kimi mərifət sahibi etməsə, ona höccət yoxdur. O şəxs
ehtiyatlı olmalı, bilmədiyi şeylərə əl atmamalıdır. Allahda onu cahilliyinə görə
cəzalandırmaz. Yalnız itaətinə görə onu mükafatlandırar və etdiyi günahla-
ra görə də cəzalandırar. Cahil itaət də edə bilər, günah da işləyə bilər. Amma
mərifət qazanmaya və ya cahil qala bilərmi? Bu qeyri-mümkündür.
Bunlar yalnız məcburiyyət olmadan Allahdan, qəzasından, elmindən, kita-
bından hökmü olmadıqca baş verməz. Çünki, əgər məcbur edilsələr, o zaman
üzrlü olarlar və şükr etmələri lazım gəlməz.
Hər kim cahil və xəbərsiz olsa, bilmədiyi şeyi bizə həvalə edə bilər. Hər
kim Allahın nemətlərinə şükr etsə, günahlarından bağışlanma diləsə, itaətkarları
sevsə və onları itaətlərinə görə tərifl əsə, günahkarlara nifrət etsə və onları
məzəmmət etsə bu miqdar ona kifayət edər”.
Bu hədisin kitabın qədim “cim” nüsxəsində əlavəsi də var: