Hədis söyləyənlər dörd cürdür Hədis sənə dörd cür insan tərəfi ndən yetişək, onlardan beşincisi yoxdur:
Münafi q bir kəsdən – o, zahirdə imanlı olduğunu göstərər, İslamla zinətlənər.
Qəsdən Peyğəmbərin (s) adından yalan uydurmaqdan qorxmaz və çəkinməz.
Müsəlmanlar onun münafi q və yalançı olduğunu bilsəydilər, ondan hədis qəbul
etməz və onu təsdiqləməzdilər. Lakin onlar belə deyirlər: “Bu Peyğəmbərin (s)
səhabəsidir. Onu görüb və ondan eşidib. Nə yalan danışar və nə də Peyğəmbərə
yalan isnad etməyi halal bilər”. Uca Allah münafi qlər barəsində xəbər vermiş və
xüsusiyyətlərini açıqlamışdır. Onlar haqqında buyurur: “Sən onları gördükdə