51 HƏDİS 10
1 Hədislər arasındakı fərqin səbəbləri Aban Süleymdən nəql edir ki, o, Əmirəl-mömininə (ə) dedi: “Ey Möminlərin
əmiri! Mən Salman, Miqdad və Əbu Zərdən Quranın təfsiri və Peyğəmbərin
(s) hədislərilə bağlı nə eşitdimsə, sonra onlardan eşitdiklərimi sən də təsdiq
etdin. Ancaq camaatın əlində Quran təfsirilə və Peyğəmbərdən (s) nəql edilən
hədislərlə bağlı sizin sözlərinə zidd olan mövzular var. Siz onların batil oldu-
ğunu iddia edirsiniz. Məgər camaat bilərəkdən Peyğəmbərin (s) adından yalan
uydurur və öz rəylərilə Quran təfsir edirlər?”
Süleym deyir: “Əli (ə) üzünü mənə tutub dedi: “Ey Süleym! Sual verdin,
indi cavabını anlamağa çalış! Camaatın əlində olanlarda haqq-batil, doğru-ya-
lan, nasix-mənsux, xüsusi-ümumi, möhkəm-mütəşabeh, əzbərlədikləri və xəyal
etdikləri var. Peyğəmbər (s) həyatda ikən onun adından yalan uydurdular. Bu
səbəbdən Peyğəmbər (s) qalxıb onların arasında xütbə söylədi və buyurdu:
“Ey camaat! Mənim adımdan uydurulan yalanlar çoxaldı. Hər kim bilərəkdən
mənim adımdan yalan uydursa cəhənnəmdəki yerini hazır bilsin”. Bundan son-
ra da vəfatı əsnasında onun adından yalan uydurdular. Allahın mərhəməti və
salavatı rəhmət peyğəmbərinin və ailəsinin üzərinə olsun!