Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali HƏDİS 9 İslamın xüsusiyyətləri və təsirləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə66/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   62   63   64   65   66   67   68   69   ...   410
Ali-Muhemmedin sirleri

50
Suleym ibn Qeys Hilali
HƏDİS 9
İslamın xüsusiyyətləri və təsirləri
Aban ibn Əbu Əyyaş Süleymdən nəql edir: Bir kişi
1
 Əmirəl-mömininin (ə) 
yanına gəlib ondan İslam barəsində soruşdu. İmam (ə) buyurdu: “Uca Allah İs-
lamı qanuniləşdirmiş, ona daxil olan şəxslər üçün şəriətini asanlaşdırmış, onun-
la savaşanlara qarşı rüknlərini (sütunlarını) izzətli etmiş, onda olan şəxslər üçün 
izzət, daxil olanlar üçün asayiş, onu rəhbər tutana öndər, bəzənmək istəyənə 
zinət, qəbul edən  şəxsə  təchizat, yapışmaq istəyən üçün kəndir və sarılmaq 
istəyən üçün möhkəm ip, öyrənən şəxs üçün dəlil, aydınlıq istəyən üçün nur, 
mübahisə edənlər üçün bir şahid, onu hakim edənlər üçün uğur, onu qoruyanlar 
üçün elm, söhbət edənlər üçün hədis, həll axtaranlar üçün hakim, səbr edənlər 
üçün təcrübə, düşünənlər üçün zəka və şəfa, anlamaq istəyənlər üçün fəhm, ağıl 
sahibləri üçün yəqin, qərar verənlər üçün bəsirət, diqqətli olanlar üçün əlamət, 
moizə alanlar üçün ibrət, doğru danışan üçün nicat, islah olan üçün sevgi, ya-
xınlaşan üçün sevinc, təvəkkül edən üçün inam, işlərini həvalə edən üçün ümid, 
ehsan edənlər üçün irəliləmə, tələsənlər üçün xeyir, səbr edənlər üçün örtük, 
təqvalılar üçün libas, düz yolda olanlar üçün yardım, iman edənlər üçün sığı-
nacaq mağara, təslim olanlar üçün aman, sadiqlər üçün ləzzət, müttəqilər üçün 
moizə və uğur qazananlar üçün nicat qərar vermişdir. 
Bu haqdır, yolu hidayətdir, vəsfi  gözəllik, təsiri ciddi səy etməkdir. Yolların 
ən aydınıdır, bütün nurlardan daha parlaqdır, nur saçan çıraq və ali hədəfdir. Cıdı-
rı asan, hər bir tərəfdən iştirakçıları toplanmışdır, nəticəsi üçün yarışırlar. İntiqa-
mı ağrıdıcı, neməti qədim, faydada hamıdan qabaqdır, iştirakçıları möhtərəmdir.
Yolu imandır, saleh əməllər nur saçan işıqlarıdır, anlamaq çırağıdır, ölüm 
qayəsidir, dünya rəqabət yeridir, qiyamət yarışın sonudur, Cənnət mükafatı, od 
cəzası, təqva tədarükü və salehlər atlılarıdır.
İmanla saleh əməllərin dəlilini tapırlar, saleh əməllərlə anlayışı əldə edirlər, 
anlayışla ölümdən qorxurlar, ölümlə dünyanı bitirirlər, dünyanın bitməsilə 
qiyamətə addım atırlar, qiyamətlə cənnətə nail olurlar, cənnət isə od əhlinin həsrət 
çəkdiyi yerdir. Od təqva sahibləri üçün bir moizədir. Təqva isə təməli və əsasıdır.
İslam budur! 
1
 Bu kişi “Kafi ”də qeyd edildiyinə görə, İbn Kəvvadır. 


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin