47 HƏDİS 8
İslam və imanın mənası Aban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən nəql edir ki, bir nəfərin imam
Əlidən (ə) iman barədə soruşduğunu eşitdi. Kişi dedi: “Ey Möminlərin-əmiri!
Mənə iman haqqında elə məlumat ver ki, səndə sonra heç kimdən bir daha
soruşmayım”.
İmam Əli (ə) buyurdu: “Bir nəfər Peyğəmbərin (s) yanına gəlib sənin mən dən
soruşduğunu ondan soruşdu və ardınca sənin dediyin sözləri də dedi. Pey ğəm bər
(s) onunla söhbətə başladı. Sonra buyurdu: “Əyləş”. Kişi dedi: “Baş üstə”.
Sonra Əli (ə) kişiyə yaxınlaşıb dedi: “Bilmirsənmi, Cəbrail Peyğəmbərin (s)
yanına insan surətində gəlmiş və “İslam nədir?” deyə soruşmuşdu. Peyğəmbər
(s) buyurmuşdu: “Allahdan başqa ilahın olmadığına və Muhəmmədin Al-
lahın elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Allah
Evini həcc etmək, Ramazan ayında oruc tutmaq və cənabət qüslu vermək”.
Cəbrail demişdi: “İman nədir?” Buyurmuşdu: “Allaha, mələklərinə, kitabları-
na, peyğəmbərlərinə, ölümdən sonra həyata, bütünlüklə qədərə - xeyrə və şərə,
şirininə və acısına iman gətirməkdir”.
Kişi ayağa qalxdıqda Peyğəmbər (ə) buyurmuşdu: “Bu Cəbrayıldır. Sizə
dininizi öyrətmək üçün gəlmişdi”. Hər dəfə Peyğəmbər (s) ona bir söz dedikdə,
o da “doğru söylədin” deyərək təsdiq edirdi. Dedi: “Qiyamət saatı nə vaxtdır?”
Peyğəmbər (s) buyurdu: “Bu barədə soruşulan soruşandan daha artıq məlumata
sahib deyil”. Cəbrail dedi: “Düz buyurdun”.