46
Suleym ibn Qeys Hilali
iki dəstənin arasındakılar insanların böyük bir əksəriyyətini
təşkil edir və bun-
lar mizan, hesab və şəfaət əhlidirlər”.
Dedim: “İçimi rahatlatdın, mənim üçün məsələni aydınlaşdırdın və
qəlbimə şəfa verdin. Allahdan məni dünyada və axirətdə sənin dostlarından
qərar verməsini dilə”.
Buyurdu: “İlahi, onu (Süleymi) onlardan qərar ver”.
Sonra üzünü mənə tutub buyurdu: “Peyğəmbərdən eşitdiyim, Salmana,
Əbu Zərrə və Miqdada öyrətdiyi bir şeyi sənə də öyrətməyimi istəyirsən?”.
Dedim: “Bəli, ey Möminlərin-əmiri!”.
Buyurdu: “Hər dəfə səhər və axşam de: “İlahi,
Məni Sənə imana,
peyğəmbərin Muhəmmədin və Əli ibn Əbu Talibnin vilayətini təsdiqə və Əhli-
Beytdən olan imamlara bağlanmağa sövq eylə! Ya Rəbb, buna razı oldum”.
Dedim: “Ey Möminlərin-əmiri! Salman, Əbu
Zərr və Miqdad bu dua-
nı mənə nəql etmiş, mən də bunu onlardan eşitdiyim vaxtdan bəri əsla tərk
etməmişəm”.
İmam (ə) buyurdu: “Bundan sonra da tərk etmə”.