Ali-Muhammedin sirleri indd


Peyğəmbərin (s) on iki imam haqqında aydın sözləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə65/410
tarix02.01.2022
ölçüsü1,7 Mb.
#40717
1   ...   61   62   63   64   65   66   67   68   ...   410
Ali-Muhemmedin sirleri

49
Peyğəmbərin (s) on iki imam haqqında aydın sözləri
Kişi dedi: “Ey Möminlərin-Əmiri! Onların adlarını mənə de!” İmam Əli 
(ə) buyurdu: “Onlar Allahın Özünə və peyğəmbərinə yaxınlaşdırdığı şəxslərdir. 
Uca Allah buyurur: “Allaha, rəsuluna və sizdən olan əmr sahiblərinə itaət 
edin”.
1
Kişi dedi: “Onları mənə bəyan et!”
İmam Əli (ə) buyurdu: “Onlar Allah Peyğəmbərinin (s) dünyadan köçdüyü 
gün söylədiyi xütbəsində barələrində belə buyurduğu kəslərdir: “Sizin aranızda 
iki  şey qoyuram. Onlara sarıldığınız müddətdə yoldan əsla azmayacaqsınız: 
Allahın kitabı və Əhli-Beytim! Lətif və hər şeydən xəbəri olan (Allah) mənə 
söz verib ki, bu ikisi Hovuzun başında mənə qovuşanadək əsla bir-birlərindən 
ayrılmazlar.  İki işarə barmağını yan-yana tutub göstərərək: “Bu ikisi kimi!” 
buyurdu. Ardınca orta və işarə barmağını bir-birinə yaxınlaşdırıb “Bu ikisi kimi 
demirəm. Çünki bu ikisindən biri digərindən öndədir. Elə isə onlara möhkəm 
sarılın ki, yoldan azmayasınız. Onlardan önə keçməyin yoxsa həlak olarsı-
nız, onlardan geridə qalmayın yoxsa bölünüb parçalanarsınız. Onlara bir şey 
öyrətməyin, həqiqətən onlar sizdən daha elmlidirlər” söylədi.
Kişi dedi: “Ey Möminlərin-əmiri! Onun adını mənə söylə!”
İmam  Əli (ə) buyurdu: “O, Qədir Xumda Peyğəmbərin (s) təyin etdi-
yi  şəxsdir. Qədir Xumda camaata “O sizə öz canınızdan daha övladır (ixti-
yar sahibidir)” deyə bəyan etdi. Sonra oradakılara bunları orada olmayanlara 
söyləmələrini əmr etdi”.
Kişi dedi: “Ey Möminlərin-əmiri, o şəxs sənsən?”
İmam Əli (ə) buyurdu: “Mən onların birincisi və ən fəzilətlisiyəm. Məndən 
sonra oğlum Həsən möminlərə öz canlarından daha övladır. Ondan sonra oğ-
lum Hüseyn möminlərə öz canlarından daha övladır. Ondan sonra Hovuzun 
başında Peyğəmbərə qovuşanadək bir-birinin ardınca Peyğəmbər vəsiləridir”.
Kişi ayağa qalxdı, Əliyə yaxınlaşdı və onun başından öpdü. Sonra dedi: 
“Məni agah elədin, rahatlatdın və ürəyimdə olan hər şeyi aradan qaldırdın”.
1
 “Nisa” surəsi, ayə 59.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin