1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s



Yüklə 236,35 Kb.
Pdf görüntüsü
səhifə18/30
tarix02.01.2022
ölçüsü236,35 Kb.
#41233
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
1412-Tohfetul Iraqeyn-Xaqani Shirvani-67s

PEYĞƏMBƏRİN TƏRİFİ

Qüdsiyyət anası doğarkən yerdə,

Səndən artıq övlad doğmadı bir

də. Olmasın deyə bir başqa övladı,

Əbədi olaraq bətni bağladı.

Dünyanın şərəfli tarixi sənsən,

Başlanmış o sənin vilayətindən.

Yeddi min il altı gün içrə, əsla, Belə




bir xoş günü görməmiş dünya.

Sanasan, bu gündə qurulmuş cahan.

Bu mavi xoş fəza, geniş asiman. Bu

qübbə sənə bir çadırdır, ancaq,

Xaqani qapında bir zərrə torpaq. Bir

insan edərək Xaqanini sən,

Qaldırdın göylərə mərdliklə yerdən.

Fanilik bəndindən xilas olaraq,

Əbədi aləmdə qurdu təmtəraq.

Sənin tərifinə dil açdı haman,

Oldu söz mülkünə böyük

hökmran. Sənət meydanında o

gündən bəri, İlhamı yaradır söz

gəlinləri.

Onları təbində geydirir dona,

Xaqani deyirlər onun adına.

Onların hər biri bakir gözəldir,

Sənət pərdəsində dürri-əzəldir.

Min dərdli ürəyə verirkən qüvvət,

O, səndən gözləyir lütfü mərhəmət.

Səninlə bitdisə əgər nübüvvət,

Bitdi Xaqaniylə şer və sənət.

Qalarsa dünyada yazdığı

dastan, Sənin tərifinlə dolar bu

cahan. İdrakım gətirdi qapına

məni,


Taleyim üzümə açdı xəznəni.

Könlüm yaralıdır, özün al qisas, Bu

qəm dəryasından et məni xilas!

Zəmanə əlindən halım yamandır,

Dadıma sən yetiş mənim amandır,

Əritdi günahsız qəlbimi fələk, Ey

göylərin şahı, özün ol kömək! Zalımlar

zülmündən mən çəkirəm dad, Ey adil,

sən özün et mənə imdad! Olmuşlar

məndəki hünərə düşmən, Köməyim

sən olsan xof etmərəm mən. Verirlər

qəlbimə cəfa, əziyyət, Sən qəbul

eyləsən bitər bu möhnət. Başıma əl

çəksən, mənim nə dərdim, Zəmanə

əhlindən mən əl çəkərdim. Eyləsən

lütfünlə mənə bir kömək,




Nə insan qorxutmaz məni, nə

fələk. Əlinə kim Gavə dirəfşi alsa,

O, iki ilandan xof etməz əsla.

Bir müddət bir löğmə çörəkçin mən

də Dişimi sındırdım nakəs önündə.

Könlümü verdikdə sənə, nəhayət,

Dişlərim zərbədən qaldı səlamət, Bəli,

yaxşıların yaxşısı sənsən, Sənin

tərifinlə yüksəlirəm mən. Sənin

iqbalınla düzəldi işim,

Nəhayət, göründü son ağıl dişim.

Töküldü təməkar dişlərim tamam,

Nə çörək axtardım, nə də ki taam.

Sevgin məni saldı haqqın

rahinə, Apardı qənaət

barigahinə.

Səfalı bir bağda yaşardım azad, Bu

açıq alınla oldum qəlbi şad. Həyatım

bir müddət divlərlə soldu, İyirmi iki il

ömrüm puç oldu, Elə ki, özümü

qapına saldım, O itən ömrümü geriyə

aldım, Anladım səhvimi, oldum

pəşiman. Rədd etdim o keçən

mənliyi, inan, Sənin qapındadır əbədi

dövlət, Başqa qapılardan çəkmərəm

minnət. Qapından çatarkən mənim

niyazım, Başqa qapıları döymək nə

lazım?! Adam da duzlaqda duz

axtararmı? Dəryada balığı axtaran

varmı? Günəş heç Məqribdən çıxarmı

səhər? Ya da ay Məşriqdən çıxarmı

məgər? Jənubdan bir xeyir gözləyən

insan, Məhrumdur yəqin ki, sağlam

ağıldan. Bir yer var orada xətər

mahaldır, Süheylin yeridir o yer -

şimaldır.



* * *

Qədir bilməzlərdən çox zərbə

aldım. Məğrur adamların əlində

qaldım, Onlar bir sürü tək




şüursuzdular, Jəhalət yurdunda

qalan fitnəkar, Gördüm ki, ehtiyac

boğur ölkəni.

Təməi tərk edib, mən tutdum səni,

Sığındım ədalət asitanına,

Bu düzlük yurduna, haqq məkanına.

Çöllərin əl çəkdim gözəlliyindən,

Gəldim əzəmətli bu ölkəyə mən.

Mənə məclislərdə edildi hörmət, Bir

çox qəbilələr verdi ziyafət.

Qurtardım təməin ab-havasından,

Nəfsin də qəhətlik və bəlasından.

Qapına mən qaçdım olasan pənah,

Yenə bu qapıdır bir istinadgah. Uşaq

da nə qədər qaçsa, bu, yəqin, Qaçar

qucağına sonra dayənin. Mən yenə

ümidlə qapına gəldim, Torpağa üz

qoyub yaxşı dincəldim.



* * *

Sirlər yuvasından uçan bir quşam,

Səslə, qəfəsinə gəlib qonmuşam.

Öyrəşib bu ali xislətinə mən. Sənin

qəfəsini eylədim məskən. Hər yerə

uçsam da mən birnəfəsə. Yenə

qayıdaram bu xoş qəfəsə. Deyiləm

yırtıcı, vəhşi qırğı tək, Ki, sinə

yırtaraq, çıxaram ürək. Kəklik

arxasınca qarğa tək, səfil, Gəzmərəm

bir tömə arxasınca bil. Yaramaz

sağsağan kimi də bir an, Əncir

axtarmaram hər xam ağacdan.

Yaxşıdır göyərçin balası kimi,

Anamın ağzından alım ruzimi. Tuti

tək demərəm özgə qəmindən,

Bubbu tək sirləri axtarmaram mən.

Sar kimi olsam da, yazıq milçəklər,

İnciməz əlimdən bir zərrə qədər,

Nəğmə oxusam da şeyda bülbül tək,

Arəşdən ummadım bir gilə gərmək.

Bayquş tək xərabə olar məskənim,




Ta gözüm nakəsi görməsin mənim.

Bir tavus yarandım haqqın bağında,

Simurğəm mən dinin o Qaf dağında

Ey behişt ağası, sənin süfrəndən,

Hüma quşu kimi sümük yedim mən,

Sənin kəramətin göstərib təsir, O

sümük tənimdə oldu təbaşir, Daha

mən çörəkçin ağız açmaram,

Əlindən alıram yemi sübhü şam.

Zahiri görüşü sevmirəm, əsla.

Ürəyim axtarır batini məna.

Belə ülviyyəti sevən ürəklər,

Təb ilə yaradar misilsiz kövhər.

Fəqirlik cəlalı olan hər adam,

Mənə penir, sirkə vermədə müdam.

Mənim də ilhamım penir sirkədən,

Süd ilə şərabı yaradar, həmən.

Qaydadır, şərabdan sirkə alınar,

Məlumdur suddən də penir yaranar,

Təbimsə yaradıb möcüz, inqilab,

Penirdən süd verir, sirkədən şərab.

Kamiran adamlar kimi, heç zaman,

şərab içmərəm, nə də qızıl qan.

Mən qardaş qanına susamadım, bil,

Beş hissim bunlara müvafiq deyil.

Babam Adəm kimi etdikdə günah,

Əncir yarpağına aparram pənah.

Lakin təkəbbürlü adamla bir an,

İçmərəm atəşi üzüm suyundan.

Üzümün qızına vermişəm talaq,

Dinin gəlinilə evlənmişəm, bax.

Öyrətdi bu işi mənə şəriət,

Dönmərəm bu yoldan heç zaman, əlbət.

* * *

Qureyşin üzümü evlənsə əgər, O,

məcus oğluna gedərmi məgər?!

Keçmişdir o günlər, çörək

üzündən, İkidilli oldum bilə-bilə

mən.


İndi, qılınc kimi kəskin dilim


var, Qılınc sıyrılanda kəsərli olar.

Əvvəllər dilim bir dəmir

kimiydi, Jəlalın yağladı dəmiri,

indi


Səndəki iqbalın sayəsində bir.

Yağ seli axıdır məndəki dəmir.

Vallah, axtarsan da yeddi iqlimdən

Yaxşı yağ düzəldən olmaz dilimdən,

Yeddi qat fələkdə o yeddi çıraq,

Nurlanır, dilimdən qida alaraq.

İlhamım yalanla xarab olmuşdu, O,

civə rəngində sərab olmuşdu. İndi, hər

sözümdə bir həqiqət var, O, güzgü,

məhək tək olmuşdur meyar Daha,

məddahlıqda olmaram bədnam,

Göstərməz doğrunu əyri, bu aynam.

Bir neçə aslanın sözüylə dünya,

Ağzımı atəşlə doldurdusa da. Ağzım

xilas olsun, deyə atəşdən, Yeddi su

torpaqla yudum onu mən. Sənin

mədhin ilə, ey böyük sərvər, Budur

ağzım səpir mirvari, gövhər. O açıq və

bağlı qapıda aşkar,

Deyil otuz iki, otuz min dürr var.

Əvvəllər şahları mədh etdiyimçin,

Dilim bulanmışdı çirkaba bütün. Paka

çıxarmaqçın natəmizlikdən, Yuyuram

ağzımı göz yaşımla mən. And olsun,

Adəmin səkkiz bağına, Yəni cəmalının

şən növrağına. And olsun ruh verən o

saf kövsərə. Yəni o, səndəki, bakir

sözlərə. And olsun, atəşli dərin

dəryaya, Yəni hərarətli qəlbinə, mövla!

Xaqani bir də söz yaratsa, inan, Səndən

başqasını eyləməz ünvan. Başqa bir

adama pərəstiş etsəm, Onda insan

deyil, bir vəhşi divəm. Məni qəbul

etsən nökərliyə sən, Neylərəm şahları,

əmirləri mən, Zəmanə əhlindən nə

ummaq olar? Mən ki, öz kölgəmdən

qorxuram aşkar. Qəlbimdə, daima,

danışıram mən, Qorxuram ki, olam




özümə düşmən. Janım zümrüd kimi

sovrulur yelə, Qorxuram şahların

lütfündən, belə, Şirvanın ağzından

çəkirəm bəla, Onunçun dilimi açmıram

daha. Yalın qılınclardan tökülür əcəl,

Vurmaram kəndəna yarpağına əl.

Küləkli, tufanlı dənizdəyəm mən,

Qorxuram gah yeldən, gah da gəmidən.



* * *

Mənə mənhus deyir bu Şirvan əhli, Nə

deyim, həqq sözdür, doğrudur, bəli.

Deyirlər Xaqani olsaydı sadiq, Bizə

meyl edərdi daha da artıq. At kimi

çəkərdi yüklərimizi,

Arı tək gəzərdi çəmənimizi.

Xalqın söhbətindən qaçmazdı bir an.

Dönməzdi Xaqani şahdan, xaqandan.

Arardı o, məzə, qırmızı şərab,

Nəğmələr söylərdi ona tar,

rübab. O da əyanlara edərdi

xidmət,

Edərdi babalar yoluna hörmət.

Lakin mən sevirəm dini, ayini,

Mənhusdur kim inkar edərsə dini,

Mənhus adlansa da adı Keyvanın,

Zöhrədən kəm deyil şəni, inanın.

Bayquşda olarsa dinə sədaqət,

Dinsiz bir xoruzdan yaxşıdır, əlbət,




Yüklə 236,35 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin