Pambıq tarlası tək görünər göylər.
əyirərək, arqaclar qurar. Vəta, Adəm,
vuraram hər gün. Əgər istəsələr
ləbbadə, dəstar, Ruhdan toxuyaraq,
verrəm yadigar. Əgər mən bir paltar
düzəltsəm dindən, Tikərəm şübhəsiz
onu Yasindən. Dərin fəzalarda gəzən
yolçular, Tikərlər həmişə bəzəkli
paltar. Fikrimin odundan, ilham
suyundan, Mən də toxuyuram naxışlı
dastan. Bir möcüz göstərib mənalı
sözdən, Sudan, oddan paltar
toxuyuram mən. Layıqdır şerimi
göylərdə gərçək Üç bacı bağlasın
başına ləçək. İncəlik yaratmaq istəsəm
əgər, Bir aləm düzəltmək əlimdən
gələr. Mələklər başına mən qoyaram
tac. Eylərəm İsanın dərdinə əlac.
Özüm tor quraram ipəkqurdu
tək, Örmüçək kimiyəm, daima
işlək, Ancaq onun kimi al qan
içmərəm, Barama qurdu tək halal
işlərəm. Barama qurdu söz toxusa
əgər, Özünü ancaq o, mənə
bənzədər.
Örümçək toxuyar naxışlı paltar.
Lakin o paltarı bir tikan yırtar. Etsə
də barama qurdu qənaət, Gözəllər
içində qazanar hörmət. Barama
qurduyam, örmüçək deyil, Mən
halal nemətlə yaşayıram, bil! Gözəl
gəlin kimi barama qurdu, Özünə
inəkdən bir çadır qurdu. Hər kəsin
ki, belə gözü, qaşı var, Pərdədə
yaşamaq ona yaraşar. Mənəm, bax,
bu günün əziz insanı, Mənəm söz
toxuyan şair Xaqani; Bir guşə içində
yaradıb hikmət, Edirəm bir neçə
sufiylə söhbət. Xasların məclisi
bəzənsin - deyə Sözdən fərş
toxuyub etdim hədiyyə.
Dostları ilə paylaş: