Rabiəydi göy qızlarına. O, hikmət
Nəsturi qızıydı, nəsli məbədi. O,
sonra islama məhəbbət etdi. Onunla
Filiqusdu bizim dövrana. Myastu
yolunda əyləşərdi şad, Siyruni dilini
bilirdi azad.
Belə qət etmişdi ağlı, ilHamı,
Ki, qəbul eyləsin dini-islamı.
İncildən bir gün üz döndərən
zaman, Onu cəzb etmişdi özünə
Quran; Züleyxa kimi o, bir xanım
ikən, Sonra Yusif kimi qul oldu
birdən. Hüsndə olmuşdu bir Rum
gözəli, Onu bəsləmişdi Nəccasın əli.
Əzəl bağçasına vermişdi ürək, Hüda
pərdəsində o bəslənərək, Quranı
görəndə demiş "la illah" Xaçdan və
İncildən eyləmiş ikrah. Xaça
kəsildikdə amansız düşmən, Xaç
kimi o çarpaz, olmuşdur həmən.
Daima İsaya dualar etdi,
Xəlilin yolunca sidqilə getdi.
Oyaqdır, yatmayır əsla gecələr,
Dindən nəfəs alır doğarkən səhər.
O qəlbin imanı, dinilə haman,
Pərvini bir təsbeh edər asiman.
Sufilər kimi o çıxarmışdı ad,
O saf ürəklidə vardı etiqad.
Zamanın eşqiylə yaşamaq üçün,
Əzəl möhrü ilə kəsmişdi kəbin,
Yandırmaq istərkən qəlbində çıraq,
Qəlbini mum etdi, sözlərini yağ,
Zəfər çalmaq üçün, bunu da deyim.
Mənə sübh oxundan tikmişdi geyim.
O razı qalarsa, xoş olar halım, Onun
duasilə gülər iqbalım.
Onun hər sözündən alıram qüvvət,
Qaladır verdiyi hər bir nəsihət.
Kəsilsə düşmənlə qarşıda yolum, O
qoca qarıdan güc alar qolum. Onun
duaları olmasaydı, ah, Ömrüm puç
olardı, yəqin, bir sabah. Onunla fəxr
edir bu doğma vətən, Üveys kimi
bəndəm o arvada mən. Burada
onunçun mən düşüb qaldım, Özümü
min dərdə, bəlayə saldım. Onun
haqqı çoxdur boynumda, bişək,
Sevimli əmimin haqqı olan tək.
Dostları ilə paylaş: