2.Xarici elektrik təchizatı sxemləri.
Kiçik və orta güclü müəssisələr üçün bir
qayda olaraq, bir elektrik enerji qəbulu məntəqəsi (BAY, BPM, PM) olan elektrik
təchizatı sxemləri tətbiq olunur. I kateqoriyalı tələbatçılar olduqda qəbuledici
məntəqənin şinləri seksiyalanır və onların hər biri ayrıca xətlə qidalanır. İki və daha
artıq qəbul məntəqələrə malik sxemlər I kateqoriyalı işlədiciləri üstünlük təşkil edən
böyük güclü müəssisələrdə həmçinin güclü və xüsusi elektrik enerji tələbatçıları
qrupu olduqda tətbiq olunur.
35, 110, 220, və 330 kV gərginlikli şəbəkələrindən qidalanan orta və böyük
güclü müəssisələr üçün dərin giriş sxemləri tətbiq olunur. Belə sxem minimal sayda
aralıq transformasiya pillələri və aparatlarının olması, yüksək gərginliyin işlədicilərə
maksimum yaxınlaşması ilə xarakterizə olunur.
Dərin girişlərin xətləri müəssisənin ərazisi boyunca keçir və onlardan
işlədicilərin yaxılığında yerləşən dərin giriş yarımstansiyalarına (DGY)
budaqlanmalar ayrılır. Adətən DGY-lər yüksək gərginlikli tərəfdə açar və yığma
şinləri olmayan sadə sxemlər üzrə yerinə yetirilir.
Şəkil 3.1. Ayırıcılı, aralayıcılı və qısaqapayıcılı sxem
Dərin girişlər magistral hava xətləri (şəkil 3.2,a), həmçinin radial hava xətləri (şəkil
3.2,b) şəklində yerinə yetirilir.
~ 30 ~
Şəkil 3.2. Magistral hava xətli (a) və radial hava xətli (b) sxemlər
Magistral dərin girişlər normal və az çirklənmiş mühit şəraitində müəssisənin
ərazisi üzrə 110–220 kV gərginlikli hava xəttinin çəkilməsi və DGY-nin əsas elektrik
enerji tələbatçıları qrupuna yaxın yerləşdirilməsi mümkün olduqda tətbiq edilir.
Radial dərin girişlər bir qayda olaraq, çirklənmiş ətraf mühit səraitində tətbiq
olunur. Kabel radial girişlərindən, hava xətlərinin çəkilməsi və 110–220 kV
gərginlikli qidalandırıcı yarımstansiyaların yerləşdirilməsi mümkün olmadıqda
istifadə edilir. Dərin girişlərin radial sxemləri magistral sxemlərə nisbətən böyqk
çevikliyə və rahatlığa malikdir.
Kifayət qədər sadə və ucuz olandərin giriş sxemləri etibarlığına görə
mərkəzləşdirilmiş elektrik təchizat sxemlərindən geri qalmır. Onlar istənilən
kateqoriyalı tələbatçılar üçün tətbiq oluna bilər.
Dostları ilə paylaş: |