E. M. MƏMMƏdov


Daxili elektrik təchizat sxemləri



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#42765
1   ...   18   19   20   21   22   23   24   25   ...   33
44 Eltechizat

   

 3.Daxili elektrik təchizat sxemləri. Elektrik enerjisinin zavoddaxili paylanması 

magistral, radial, yaxud qarışıq sxem üzrə yerinə yetirilir. 

          Elektrik  enerjisi  bilavasitə  qidalandırıcı  mənbədən  qəbul  məntəqəsinə 

ötürülərsə,  belə  sxem  radial  adlanır.  Çox  zaman  pillələrin  sayı  ikidən  çox  olmayan 

radial sxemlər tətbiq edilir. Birpilləli radial sxemlər kiçik və orta güclü müəssisələrdə 

qidalandırıcı  mənbədən  müxtəlif  istiqamətdə  yerləşmiş  toplu  tələbatçıların  (nasos 

stansiyaları,  sobalar,  çevirici  qurğular,  sex  yarımstansiyaları)  qidalandırılması  üçün 

tətbiq  edilir  (şəkil  3.3).  Radial  sxemlərdə  qidalandırıcı  mənbədən  sex 

yarımstansiyalarına qədər olan hissədə yığma şinlərin seksiyalanması aparılır. 



~ 31 ~ 

 

 



Şəkil 3.3. Enerjinin birpilləli paylanma sxemi 

 

I kateqoriyalı işlədicilərin üstünlük təşkil etdiyi böyük güclü yarımstansiyaların 



və  ya  PM-lərin  qidalanması  qidalandırıcı  mənbənin  müxtəlif  seksiyalarından  çıxan 

radil xətlərlə (ikidən az olmayaraq) həyata keçirilir. 

          Gücü    400–600  kVA  olan  ayrıca  yerləşdirilmiş  birtransformatorlu 

yarımstansiyalar bir (I və II kateqoriyalı işlədicilər olmadıqda) və ya ikikabelli bir (II 

kateqoriyalı işlədicilər olmadıaqa) xətlə yerinə yetirilir. 

          Aralıq  PM-lərə  malik  ikipilləli  radial  sxemlər  (şəkil  3.4)  orta  və  böyük  güclü 

müəssisələri qidalandırmaq üçün tətbiq edilir. 

 

Şəkil 3.4. Enerjinin ikipilləli paylanma sxemi 



        


~ 32 ~ 

 

   Elektrik  enerjisinin  paylanmasının  magistral  sxeləri  tələbatçıların  çox  olması  və 



radial sxemlərin məqsədəuyğun olmaması halında tətbiq olunur. Magistral sxemlərdə 

kommutasiya  bölmələrinin  sayı  az  olur.  Müəssisə  ərazisində  yarımstansiyalar  düz 

xətt  boyunca  yerləşdikdə  belə  sxemlərin  tətbiqi  tövsiyə  olunur.  Magistral  sxemlər 

radial sxemlərə nisbətən kiçik etibarlığa malikdir. 

          Magistral sxemlərin  müxtəlif tipləri vardır  ki, bunlar  etibarlıq  dərəcəsinə  görə 

iki  qrupa  bölünür:  birmagistrallı  (şəkil3.5,a)  və  ikiqat  magistrallı  (şəkil  3.5,  b). 

Ehtiyatı  olmayan  birmagistrallı  sxemlər  ancaq  III  kateqoriyalı  işlədicilərin 

qidalanması  üçün  tətbiq  edilir.  İkiqat  magistrallı  sxemlər  isə  istənilən  halda  tətbiq 

edilə bilər. 

 

 




~ 33 ~ 

 

Şəkil 3.5. Bir magistrallı (a) və ikiqat magistrallı (b) sxemlər 



 

          İkiqat  magistrallar  iki  seksiyalı  yığma  şinlərə  malik  sex  TY-rı  və  ya  PM-ləri 

qidalandırmaq  üçün  tövsiyyə  olunur.  Ötürülən  gücdən  asılı  olaraq  hər  magistrala 

ikidən dördədək yarımstansiya qoşula bilər. TY və PM-lərdəki seksiya şinləri normal 

rejimdə  ayrılıqda  işləyir.  Magistralın  birində  qəza  baş  verdikdə  TY  və  PM-lər  işdə 

qalan magistrala qoşulur. 

         Sex  TY-lərinin  qidalanması  üçün  magistral  sxemlər  tətbiq  edildikdə 

transformatorun  girişində  daha  ucuz  kommutasiya  aparatı  olan  yük  açarları  və  ya 

ayırıcılar  qoyulur.  Transformatorlarda  baş  verən  zədələnmələrin  açılması  üçün  ПK 

tipli qoruyuculardan istifadə edilir. 

          İstismar şəraitində sırf radial və magistral sxemlər nadir hallarda tətbiq olunur. 

Adətən onların hər birini özündə birləşdirən qarışıq sxemlər daha geniş tətbiq olunur 

və  yüksək  texniki-iqtisadi  göstəricilərə  malik  elektrik  təchizat  sistemi  yaratmağa 

imkan verir. 




Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin