§11. AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
Tarixdən məlumdur ki, qədim Azərbaycan ərazisində yerli
qəbilələrin ilk siyasi təşəkkülü eramızdan əvvəl IX-IV əsrlərə təsadüf
edir. O dövrdə paytaxtı Urmiya gölünün cənubunda olan ilk Manna
dövləti yaranmışdır. Qədim yerli qəbilələrin iqtisadi-siyasi və mədəni
həyatında mühüm rol oynamış bu dövlət eradan əvvəl VIII əsrin
ortalarına bütün Cənubi Azərbaycanı əhatə etmiş və eramızdan əvvəl
VI əsrin axırlarına qədər müstəqil bir dövlət kimi yaşaya bilmişdir.
E.ə. VIII əsrin axırlarında Manna dövlətinə tabe olan Maday e.ə. VI
əsrin sonlarında qüvvətlənərək məşhur Midiya dövlətini qurmuşdur.
Qədim tarixçilərin verdikləri - məlumata görə, bu dövləti ilk
Hökmdar Dayakku təsis etmiş və o, II Hökmdar Fravartiş dövründə
daha da möhkəmlənmiş, Kiaksar hakimiyyəti illərində isə (e.ə. 625-
584) özünün ən əzəmətli dövrünü yaşamışdır. Lakin Astiaqın
hakimiyyəti illərində (584-550) bu dövlət yıxılaraq, əvəzində
həxamənişilər hökmranlığı başlamış və Cənubi Azərbaycan da bu
dövlətin hakimiyyəti altına keçmişdir. İskəndər istilalarına qədər
həxamənişilərin satrapı olan Atropaten İskəndərin ölümündən sonra
(e.ə.323) istiqlaliyyət qazanmış və e.ə. 150-ci illərə qədər müstəqil
dövlət kimi mövcud olmuşdur. Atropaten, əsasən Cənubi Azərbaycan
ərazisini əhatə edirdi. Şimali Azərbaycan ərazisi isə Alban-Ağvan-
Arran adlandırılırdı.
Qədim Azərbaycanın həm Atropaten, həm də Arran hissəsində
yüksək inkişaf tapmış mədəniyyət mövcud olmuşdur. Həmin
mədəniyyətin izləri özünü bir çox nümunələri hələdə qalmaqda olan
maddi mədəniyyət abidələrində-dövrü üçün böyük əhəmiyyətə malik
olmuş istehkamlarda, suvarma şəbəkələrində, şəhərlərin, məbədlərin,
qalaların orijinal memarlıq nümunələrində göstərməkdədir.
57
Eranın əvvəllərində Alropatendə Pəhləvi yazısından istifadə
edilirdi. Arranda isə sonrakı əsrlərdə 52 hərfdən ibarət xüsusi əlifba
yaradılmışdı. Bu ərazidə bir sıra elmlər, o cümlədən astronomiya
xeyli inkişaf etmişdi.
Ümumiyyətlə, bəşər xalqlarının qədim dövrdən bəri yaratdığı
zəngin mədəni sərvət onun sonrakı inkişafı üçün əsaslı zəmin yaratdı.
Həmin sərvət öz inkişafının sonrakı mərhələlərində əldə edilən
uğurlaria daha dolğun məzmun kəsb etdi.
Bildiyimiz kimi, orta əsrlərdə feodalizm quruluşu Şərq
ölkələrinə nisbətən Avropada bir neçə əsr gec formalaşmışdır. V-VI
əsrlərdə Roma imperiyası süquta uğradıqdan sonra burada yaranan
xırda feodal dövlətləri Avropada feodalizmin formalaşması üçün XI
əsrə qədər zəmin rolunu oynadı.
Orta əsrlərdə siyasi hakimiyyəti öz əllərində cəmləşdirməyə
çalışan kilsə mədəni-mənəvi və ideoloci-siyasi prosesləri özünün
güclü təsiri altına almışdı. K.Marksın və F.Engelsin elmin ilahiyyatın
quluna çevrilməsi haqqında məlum müddəaları da Avropa ölkələri
üçün bu baxımdan səciyyəvidir.
İslam Şərqi ölkələrində isə vəziyyət tamamilə başqa şəkildə idi.
Beiə ki, Avropa ölkələrinin çoxunda elm, din, fəlsəfə, siyasi ideyalar
və s. əsasən kilsə xadimləri tərəfindən irəli sürülüb əsaslandırılırdısa,
islam Şərqi ölkələrində bu problemlərlə məşğul olanların arasında
təbiətşünaslar, həkimlər, sənətkarlar, səyahətçilər, tacirlər və s.
olduğu üçün onların irəli sürdükləri idealar demək olar ki, dinlə bağlı
olmurdu. Elə buna görə də islam Şərqi ölkələrində elmi-fəlsəfi fikir
və müddəalar, azadlıq ideyaları və azadfikirlilik geniş intişar
tapmışdı.
Ümumiyyətlə, islam Şərqi ölkələrində, eləcə də Azərbaycanda
mədəni irsin inkişaf mərhələsini iki dövrə bölmək olar:
58
1. İslama qədərki dövr,
2. İslamın qəbulu və yayılmasından sonrakı dövr. İslama
qədərki dövrdə xalqımızın dini görüşlərinə dair əlamətləri qəbirüstü
yazılarda, daş kitabələrdə, arxeoloji qazıntılar nəticəsində tapılmış
abidələrdə, dəfn mərasimləri ilə əlaqədar olaraq qəbirlərə qoyulmuş
cürbəcür məişət əşyaları və digər alətlərdəki şəkillərdə və folklor
nümunələrində görə bilərik. Məsələn, Qobustan qayaları üzərində
həkk olunmuş qurban- kəsmək mərasimi, yallıyabənzər rəqs və
digər rəsmlər, Orxon və Yenisey kitabələrində və oğuznamələrdə
qorunub saxlanan dünyaduyumu xalqımızın qədim dövr mədəniyyəti
və baxışları haqda dolğun məlumat verən əvəzsiz sərvətdir. Bu
abidələrdə tanrıçılıq, dövlətçilik, məişət mədəniyyəti, ailə
münasibətləri nəsillərarası sələf-xələflik əlaqələri, təbiət
hadisələrinə bəslənən münasibət, çoxçeşidli mərasim və ayinlər
özünün bədii-fəlsəfi əksini tapmışdır. Qeyd edək ki, ayrı-ayrı təbiət
hadisələri (yazın gəlişi, qış, quraqlıq, yağış və s.) haqda, bitki və
heyvanların müqəddəsliyinə dair yaradılan əfsanə, əsatir və
rəvayətlər də milli-mədəni sərvətin tərkib hissəsidir.
Yeni eranın əvvəlindən VII əsrə qədər Azərbaycan mədəniyyəti
müxtəlif inkişaf dövrləri keçirmişdir. Sasanilər dövründə, Azərbaycan
xalqının şimal və cənub düşmənlərinə qarşı mübarizə illərində ölkəni
müdafiə etmək üçün tikilən qalalar, çəkilən sədlər burada memarlıq
işini sürətləndirmişdi. IV əsrdən başlayaraq xristianlığın
Azərbaycanda qismən yayılması ilə əlaqədar tikilən kilsələr və
xristianlıq təlimi zəminində təşəkkül tapan dünyagörüş ölkənin
mədəni həyatına müəyyən dərəcədə təsir göstərmişdir. Bunu
xristianlığın qəbul edildiyi yerlərdə Bizans təsirlərinin
qüvvətlənməsində, yeni Alban əlifbasının yaradılması və yazılı
ədəbiyyatın inkişafında da görə bilərik.
59
VII əsrdə Azərbaycanda müstəqil Alban dövlətinin yaranması
ilə yüksələn mədəniyyət ərəb istilasına qədər inkişaf etmişdi.
Cavanşirin ölümünə məşhur Azərbaycan şairi Davdağın
yazdığı mərsiyə dövrün gözəl ədəbiyyat nümunəsi olmaqla yanaşı,
özündə VII əsrdə ərəb işğalçılarına və Sasani qəsbkarlarına uzun
müddət müqavimət göstərən xalqımızın istiqlaliyyət mübarizəsini və
azadlıq duyğusunu da əks etdirir. Xəyanətin qurbanı olan bu igid
sərkərdənin tabutu önündə oxunan həmin mərsiyədə xalqımızın
qəhrəmanın itkisindən doğan dərin kədər hissi də özünün bədii
ifadəsini tapmışdır. Ağıdan gətirdiyimiz bir neçə bəndə diqqət edək:
Ey ilahi kəlamları xəlq eyləyən ulu tanrı,
Özün nəğmə-ağı söylə, yad et bizim hökmdarı.
Elə nəğmə-ağı qoş ki, bu əvəzsiz itki üçün,
Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları.
Görün kimlər əl qaldırdı o bahadır tacidara!
Atasından xəbərsiz, bic,...Zatıqırıq, özü gürzə.
Sürüm-sürüm qoy sürünsün, həsrət qalsın xoş bir üzə,
Qoy sülənsin bu dünyada Qabil kimi əsə-əsə...
Qonlarına yığsa belə min pəhləvan qüvvətini,
Çiçəkləri asta üzər, gülü ehmal dərərdi o.
Danışarkən göz qalardı o kəlamda, o xoş sözdə,
Əxlaqı saf, ruhu yüksək, könlü odlu bir həvəsdə.
Cavanşirin məziyyətlərini, ölkəsi və xalqı üçün əvəzsiz bir
şəxsiyyət, müdrik insan, cəsur sərkərdə, yenilməz pəhləvan, eyni
zamanda incə ruhlu insan olduğunu diqqətə çatdırdıqdan sonra
Davdaq dərin bir yanığı ilə yazır: Mənim ağım nə qu quşu, nə də pəri
nəğməsidir, Qatarından ayrı düşən bir durnanın naləsidir. Göründüyü
kimi, sərkərdə və dövlət başçısının ölümü böyük bir ümumxalq
fəlakəti kimi qarşılanır. Bu da türk (Azərbaycan) dövlətçilik
ənənəsindən irəli qəlir. VII əsrdən başlayaraq ərəb istilası və xalqın
bu istilaya qarşı mübarizə-
60
si, yeni şəraitdə ölkənin siyasi-iqtisadi həyatında baş verən
dəyişikliklər mədəniyyətə də öz təsirini göstərdi.
Azərbaycanı istila etdikdən sonra ərəblər xristian xalqlara və
yəhudilərə dini vergi (cizyə) vasitəsilə öz dinlərini saxlamaq imkanı
verdikləri halda, atəşpərəstliyə qadağa qoyaraq burada islam dininin
yayılması asanlaşdırmaq məqsədilə atəşpərəstliyin bütün
nişanələrinin məhvinə çalışırdılar. Qədim Azərbaycan mədəniyyəti
atəşpərəst məbədlərində,. atəşgədələrdə saxlandığı üçün yandırılan
məbədlərin içərisində həmin mədəniyyət abidələri də məhv olurdu.
Biz bu tarixi hadisələrin bədii əksi ilə dahi Azərbaycan şairi Nizami
Gəncəvinin “İskəndərnamə” əsərində də rastlaşırıq...
İslam dinini təbliğ etmək üçün ərəblər yerlərdə mədrəsələr
açdılar. Ərəb dili rəsmi dövlət dili olduğu üçün elm və ədəbiyyatla
yanaşı mədrəsələrdə təlim-tərbiyə işləri də ərəb dilində aparılırdı.
Beləliklə, latın dilinin Qərbi Avropada oynadığı rolu, ərəb dili Yaxın
Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında
oynayırdı.
IX əsrdə Azərbaycanın həyatında baş verən ən mühüm hadisə
Babək üsyanı olmuşdur. Xalq qəhrəmanı Babək 20 ildən artıq
müddət ərzində xilafətə qarşı mübarizə aparmışdır. Bu xalq
qəhrəmanının işğalçılarla inadlı vuruşları, mərdanə ölümü onun
haqqında bir sıra ədəbi və tarixi əsərlərin yaranmasına səbəb
olmuşdur...
Orta əsrlərdə İslam Şərqində mədəni-siyasi fikir əsasən bir-biri
ilə bağlı olan iki istiqamətdə öyrənilir:
l. Ancaq siyasi problemlərin tədqiqi ilə məşğul olan
professional alimlər tərəfindən.
2. Siyasi-ideoloci istiqamətdə, məsələn, islamilik, sufilik-
hürufilik, işraqilik və s.
Bundan başqa məlum olduğu kimi, orta əsr islam Şərqi
mütəfəkkirlərinin mövcud bədii yaradıcılığı da dövrün aparıcı ideya-
fəlsəfi fikirlərini özündə əks etdirirdi. Buna
61
misal olaraq Nizami Gəncəvinin “Xəmsə”sində öz əksini tapan ideal
dövlət haqqındakı fikirlərini göstərə bilərik.
Bütün islam Şərqində olduğu kimi, Azərbaycanda da orta
əsrlərdə mövcud olan əsas mədəni-siyasi cərəyanların yaranıb inkişaf
etməsində Hind-Çin, Roma, yunan mənbələri əhəmiyyətü rol
oynamışdır.
Orta əsrlər şərq xalqlarının, o cümlədən azərbaycanlıların
mədəniyyətində Əl Kindi, Əl Fərabi, Biruni, İbn Sina, Bəhmənyar,
Söhrəverdi, Xaqani, Məhsəti, Şəbüstəri, Yusif Qarabağlı, Şah
İsmayıl Xətai, Həqiqi, Həbibi, Rudəki, Firdovsi və digər
mütəffəkirlərin elmi və ədəbi-fəlsəfi irsləri xüsusi yer tutur. Bu zəngin
sərvətdən məlum olur ki, orta əsrlərdə İslam Şərqi xalqları öz
mədəniyyətlərinin intibah dövrünü yaşamışlar. Bu mədəniyyətin
əsasən ərəb və fars dillərində yaradılmasına baxmayaraq, onun
zənginləşməsində ərəblərdən və farslardan başqa digər xalqların, o
cümlədən azərbaycanlıların da mühüm rolu olmuşdur.
İslam mədəniyyəti Avropa mədəniyyətinə də güclü təsir
göstərmişdir. U.Montqomerin, H.Bammatın əsərlərində bu fikir öz
ifadəsini əhatəli şəkildə tapmışdır.
İslamdan sonrakı dövrdə Azərbaycan ziyalıları ərəb və fars
dilləri vasitəsilə Şərq, eləcə də yunan mədəniyyəti ilə tanış olmuşlar.
Əbu-Nəvas, İbn-Hani kimi ərəb şairləri, Rudəki, Dəqiqi, Firdövsi,
Xəyyam, Fəxrəddin Gürgani kimi İran və Orta Asiyanm klassik
şairləri Azərbaycan ziyalılarına yaxşı tanış idilər. Onlar öz müasirləri
olan Əsiri Əxistəki, Rəşidəddin Vətvat kimi Orta Asiya şairləri ilə
əlaqə saxlayırdılar.
Azərbaycan ziyalılarının əsas hissəsi ərəb və Orta Asiya
alimlərindən Fərabinin, İbni Sinanın, İbni Bacənin, İbni Rüştün, qədim
yunan filosoflarından Aristotelin, Platonun, Bəlinasın fəlsəfi əsərləri
ilə tanış olur, Bəhmənyar kimi filosofların fəlsafi sistemlərini maraqla
öyrənirdilər.
62
Bəşər tarixinin inkişafında ən mühüm dövrlərdən biri intibah
hesab olunur. Avropada feodalizmin dağılmağa başladığı və
kapitalist münasibətlərinin, burjua cəmiyyətlərinin meydana çıxıb
formalaşması ilə əlaqədar olan intibah “yeni tarixi dövr” adlanır.
İntibah fransızca “renesans” sözündən olub, mənası dirçəliş
deməkdir. Onu da qeyd edək ki, almanlar bu dövrü özlərinə üz vermiş
milli bədbəxtliyə görə “reformasiya”, italyanlar isə “çingviçento”
adlandırırlar. Lakin bu adlar bir növ şərti xarakter daşıyır. Ona görə
ki, onların heç biri o dövrün dolğun məzmununu tam əhatə edə
bilmir.
Avropada intibah təxminən XIV-XVI əsrlərdə İtaliyada, XV
əsrin sonu XVI əsrdən isə digər ölkələrdə başlanmışdır.
Qədim latın və yunan dillərindən tərcümə olunmuş əsərlərin
təsiri ilə yenilərinin yaranması cəmiyyətdə hökm sürən monarxiya,
inzibati amirlik recimlərinin, kilsənin, feodal-patriarxal qayda-
qanunlarının amansızcasına tənqidi ilə nəticələndi.
Məlumdur ki, bu dövrlərdə xristianlıq Qərbi Avropanın feodal
cəmiyyətlərində ideoloji inteqrator funksiyasını yerinə yetirirdi.
Roma katolik kilsəsi əvvəlcədən inteilektual təhsil üzərində
hökmranlığı öz əlinə almışdı. Ancaq bütün bunlara baxmayaraq
müxtəlif elm sahələri inkişaf edirdi, XII-XIII əsrlərdə Avropanın bir
sıra şəhərlərində universitetlər təşkil olundu. 1200-ci ildə Fransada
Paris universiteti açıldı, İtaliyada məşhur Boloniya hüquq məktəbi,
Salerna tibb məktəbi fəaliyyətə başladı.
“Roland haqqında nəğmə” adlı fransız eposunun, “Nibulunqlar
haqqında nəğmə” adlı alman qəhrəmanlıq eposunun geniş yayılması
XII-X-III əsrlərdə Avropada xalq ədəbiyyatının inkişafından xəbər
verir. Bütün bunlar isə intibah mədəniyyətinin yaranmasını
şərtləndirmişdi. Uzun müddət Qərbin orta əsrlər mədəniyyətinin
intibah mədəniy-
63
yətinə qarşı qoyulmasına baxmayaraq, əslində bu mədəniyyət
(intibah mədəniyyəti) orta əsrlər mədəniyyəti zəminində yaranmışdı.
İntibah mədəniyyəti iki böyük mənbəyə-antik klassik irsə və
orta əsrlərin mədəni irsinə əsaslanmışdır. Bu dövr belə bir müddəam
irəli sürürdü ki, təbiət və mədəniyyət aləmləri genetik cəhətdən
eynidir. Ümumiyyətlə, intibah dövrü mədəniyyətində insanm
sərhədsiz qüdrətindən, qeyri-adi imkanlarından bəhs olunur. Qeyd
etdiyimiz dövrdə kimya, astrologiya və hər cür magiya intibah
cəmiyyətini aşağıdan yuxarıya kimi bürümüşdü. Bu vəziyyət elmdə
induktiv metodun banisi sayılan Frensis Bekonun fəaliyyətində də
özünü göstərirdi.
İntibah mədəniyyətinin şəhər tipi özünü bir sıra həyat
hadisələrinə münasibətdə əks etdirirdi. Cəmiyyətin aşağı
təbəqəsindən çıxan qəhrəmanlar qarşılaşdıqları maneələri asanlıqla
dəf edir, qələbələr qazanırdılar. Belə qəhrəmanlara həsr olunmuş
novellalarda eyni zamanda, o dövrün ictimai bəlaları tənqid olunur,
xüsusilə ruhanilərin əxlaq düşkünlüyü, dindən sui-istifadə etmələrinin
ifşası öz əksini tapırdı.
İntibah dövründə uzaq səyahətlərə çıxmaq, bir neçə dildə
danışmaq, müxtəlif yaradıcılıq sahələrində fəaliyyət göstərmək bir
növ ənənə şəklini almışdı. Hamımızın böyük bir rəssam kimi
tanıdığımız Leonardo da Vinçi eyni zamanda riyaziyyatçı,
mühəndis idi, nabelə fizikanın müxtəlif sahələrində mühüm kəşflər
etmişdi. Aibrext Dürer nəqqaş, qravyor, heykəltaraş, arxitektor
olmaqla yanaşı, istehkam sistemini icad etmişdi. Yeni burjua siyasi
elminin banilərindən biri-14 il Florensiya Respublikasının daxili
işləri ilə
64
lər dövrü kimi daxil olmuşdur. Tarixin bu maraqlı mərhələsi
haqqında ən məqsədəuyğun, dolğun, əsaslandırılmış izahatı
marksizm klassikləri vermişlər. Fikrimizə F.Engelsin “Təbiətin
dialektikası” əsərinə yazdığı məşhur giriş parlaq misal ola bilər.
F.Engels Renesansı yalnız bir regionda, yəni Avropada deyil,
müxtəlif regionlarda baş vermiş çevrilişlər sırasında müqayisəli
şəkildə səciyyələndirərək yazır: “Bu, bəşəriyyətin o vaxta qədər
gördüyü bütün çevrilişlər içərisində ən böyük bir mütərəqqi çevriliş
idi, dahilərə ehtiyacı olan, öz təfəkkürü, ehtirası və xasiyyəti,
kamilliyi və alimliyi cəhətdən dahilər yetirən bir dövr idi”. Yəni bu
dövrdə bəşəriyyətin ictimai həyatında, ictimai fikirdə, fəlsəfədə,
incəsənət və poeziyada hansı dəyişikliklər baş vermişdisə, hansı
mühüm yeniliklər meydana çıxmışdısa, bunların hamısı həmin
çevrilişin məna və məzmununa daxildir. Eyni zamanda, onların
hamısı mütərəqqi səciyyə daşımışdır. İctimai, siyasi və mənəvi
həyatın, demək olar ki, bütün sahələrində baş vermiş bu oyanış
nəticəsində tarixi inkişafın tələbləri və həyatın ehtiyacları, dahi
şəxsiyyətlərə də ehtiyac yaratmışdır.
Müsəlman ölkələrinin mədəniyyət tarixinə nəzər salsaq,
görərik ki, Yaxın və Orta Şərqdə də baş verən intibahla əlaqədar
mövcudluğuna böyük ehtiyac duyulan dahilər meydana çıxmışdır.
Həmin dövrdə Fərabilər, Birunilər, İbn Sinalar, Firdovsilər,
Xəyyamlar, Xaqanilər, Nizamilər... yetişmişlər. Daha doğrusu,
intibah bu şəxsiyyətlərlə bərabər adlarını çəkmədiyimiz digər
dahilərin zəka işığında özünə yol tapmışdır.
Müsəlman ölkələrində də intibah birdən-birə yaranmamışdı.
Bir tərəfdən Bizans, Suriya və Misir vasitəsilə qədim yunan və Roma
mədəniyyəti, digər tərəfdən qədim İran, Hind, Orta Asiya və Ərəb
mədəniyyəti də VIII-IX əsrlərdə müsəlman ölkələrində yeni intibah
mədəniyyətinin yaranmasına təsir göstərmişdir. Xəlifə Məmunun
dövründə
65
görülən tərcümə işiəri həmin mədəniyyətin təməlini qoymuşdu. Şərq
intibahı elmdə və incəsənətdə, xüsusilə də poeziyaya sahəsində
misilsiz nailiyyətlər qazanmış, təkrarolunmaz sənət abidələri
yaratmışdı; bu dövrdə Firdovsinin “Şahnamə”si. Ömər Xəyyamın
“Rübailəri”, Nizaminin “Xəmsə”si, Hafizin və Füzulinin qəzəlləri,
Caminin və Nəvainin ölməz poeziyası meydana çıxmışdı.
Yaxın və Orta Şərqdə VIII əsrin ortalarında Ərəbistandan
başlanan bu böyük oyanış və tərəqqi XII əsrin axırlarında
Azərbaycanda sona çatır. Ümumən Azərbaycanda XI əsrdə başlanan
intibah öz inkişafında bir neçə mərhələdən keçərək, Nizami
yaradıcılığında ən yüksək mərhələyə çatmışdır.
İstər Qərbdə, istərsə də Şərqdə intibahı şərtləndirən əsas
əlamətlərdən biri də, F.Engelsin qeyd etdiyi kimi, “küsənin mənəvi
diktatorluğunun sarsılması” idi. Əgər bu, Qərbdə islanatçılıqla, başqa
sözlə, bir sıra ölkələrdə protestantlığın qəbulu ilə nəticələnmişdisə,
Şərqdə müxtəlif təriqətlərin-sufizmin, əxiliyin, hürufiliyin meydana
çıxması, “Ənəlhəq” ideyasının yayılması ilə müşahidə olundu.
Təsadüfi deyil ki, “Ənəlhəq” deyən Mənsur Həllac və İmadəddin
Nəsimi kimi böyük şəxsiyyətləri bədnam din xadimləri fitva verərək
ağır işgəncələrlə cismən məhv etdirdilər. Ona görə ki, “Ənəlhəq”
sədası orta əsrə qarşı yeni bir aləmin, intibah dünyasının sədası idi,
coşğun inkişaf edən elm və ədəbiyyatın təsiri ilə oyanan, dünyanı və
özünü yenidən kəşf edən insanın dini xurafata və onun ehkamlarına
qarşı üsyanı idi.
Yuxarıda qeyd etdiyimiz məsələlər göstərir ki, həm ərbdə, həm
də Şərqdə intibahın özgün tarixi-ictimai zənnini, siyasi, iqtisadi,
mədəni əsasları, zamanın tələbi ilə müəyyənləşən xarakterik
xüsusiyyətləri və mərhələləri olmuşdur.
"Ən yeni tarixi dövr" anlayışı ilə əlaqədar filosoflar və
tarixçilər arasında bəzi fikir ayrılığı vardır. Belə ki, onların
66
bir qismi bu dövrün başlandığını 1789-cu il Böyük Fransa
inqilabından (burjua dövrü kimi), bir qismi isə 1871-cı ıl Paris
Kommunasından (proletar dövrü kimi) hesab edirlər.
İntibahın xarakterik xüsusiyyətlərindən biri də onun bəşəriyyət
tarixinə maarifçilik dövrü kimi daxil olmasıdır. Maarifçilik
kapitalizmə keçid dövründə yaranmaqda olan burjuaziyanın və xalq
kütlələrinin feodalizmin buxovlarından çıxmaq cəhdləri ilə bağlı olan
hərəkatdır. Bu termini elmdə ilk dəfə F.Volter və İ.Q.Herder
işlətmişdir. 1874-cu ildə isə Alman filosofu İ.Kant “Maarifçilik
nədir?” adlı məqaləsində maarifçiliyin mahiyyətini elmin, insan
təfəkkürünün cəmiyyətin tərəqqisində istifadə olunmasında görürdü.
Hələ o dövrdən maarifçiliyin mərkəzində insan zəkası, elmin
tərəqqisində onun rolu və imkanı dayanırdı.
Tarixi “əxlaq və siyasət məktəbi” hesab edən maarifçilər o
zamanın texnologiya mövqeyindən izahı əleyhinə çıxır və orta əsrlərı
nadanlıq, fanatizm, dini xürafat, zülm dovru adlandırırdılar. Onlar
tərəqqiyə inanır və tarixi inkışafın qanunauyğunluğunu qəbul
edirdilər. Ancaq ictimai inkişaf məsələlərində tarixilik prinsipini
nəzərə almadıqlarından idealist mövqedə dururdular.
Kapitalizmə bütün ölkələrdən əvvəl qədəm qoyaraq inkişaf
edən İngiltərə Avropada maarifçiliyin vətəni hesab olunur. Bu ölkədə
maarifçiliyin ilk nümayəndələri Con Lokk və Con Toland olmuşdur.
İngiltərədə maarifçilik fəlsəfəsinin ən görkəmli nümayəndəsi
olan C.Lokk vətəndaşlıq hüququ prinsiplərini işləyib hazırlamışdır.
O, “İnsan zəkası haqqında təcrübə” əsərində göstərir ki, insana üç
əsas hüquq verilməlidir: yaşamaq, azadlıq və mülkiyyət hüququ.
C.Lokka görə insanın əməyinin yüksək qiymətləndirilməsi mülkiyyət
huququ ilə bağlıdır.
XVIII
əsrdə Fransada siyasi ideologiyanın
əsas
istiqamətlərindən birini maarifçilik təşkil edirdi. Maarifçilik cərə-
67
yanına F.Volter, Ş.Monteskye, C.C.Russo, habelə fransız
materialistlərindən C.Lametri, D.Didro, K.A.Helvetsi, P.A.Holbax və
digər mütəfəkkirlər daxil idi. Bu mütəfəkkirlərin siyasi baxışlarında
əsaslı fərqlərin olmasına baxmayaraq, onları feodalizmə qarşı
mübarizə birləşdirirdi.
XVII əsrdə Avropanın başqa ölkələrində olduğu kimi
Almaniyada da maarifçilik dövrü başlanmışdı. Lakin ilk vaxtlarda
alman maarifçiləri müstəqil fəaliyyət göstərə bilmirdilər və buna görə
də onlar İngiltərə və Fransa mütəfəkkirlərinin ictimai-siyasi və fəlsəfi
ideyalarını Almaniyanın ictimai həyatına uyğunlaşdırmağa
çalışırdılar. Alman maarifçiləri öz fəaliyyətlərini sonralar bu əsasda
genişləndirdilər.
Maarifçilik Azərbaycan ictimai-mədəni fikir tarixinin də
mühüm bir mərhələsini təşkil etmişdir. Belə ki, XVII əsrin
ortalarında yalnız Şamaxıda 40 ibtidai, 7 orta tipli məktəb fəaliyyət
göstərirdi. Təbrizdə isə 600 ibtidai və 47 orta təhsil verən məktəb var
idi.
XVII əsrdə Azərbaycan ədəbi dili də getdikcə formalaşaraq və
inkişaf edirdi. Şah İsmayıl Xətai tərəfindən əsası qoyulmuş saray
kitabxanası bu dövrdə ən böyük və zəngin kitabxanalardan birinə
çevrilmişdi. Suraxanıdakı Atəşgah, Gəncə məscidi, Şamaxıda Şeyx
İbrahimin məqbərəsi və s. həmin dövrün yadigarlarıdır.
Tarixdən bəllidir ki, XVIII əsr Azərbaycanda feodal
pərakəndəliyi - xanlıqlar dövrüdür. Lakin bunlara baxmayaraq
bütövlükdə ölkə ərazisində elm, incəsənət, ədəbiyyat inkişaf edirdi.
Azərbaycanın görkəmli coğrafiyaşünası Zeynalabdin Şirvani Şərq
Ölkələrinə səyahətə çıxır və gördüklərini qələmə alırdı. Nişat Şirvani,
Şakir Şirvani, Arif Şirvani, Ağa Məsih Şirvani və onlarla Azərbaycan
şairi bu dövrdə yazıb-yaratmışdılar.
XVIII əsrin böyük şairlərindən olan Molla Vəli Vidadi və
Molla Pənah Vaqif nəinki Azərbaycanın, bütövlükdə
68
türk dünyasının qüdrətli sənətkarlarından hesab olunurlar. Şair və
müdrik siyasi xadim olan M.P.Vaqifin dəyərli məsləhətləri XVIII
əsrdə Qarabağ xanlığının möhkəmlənməsinə xeyli dərəcədə kömək
etməklə bərabər, onun poeziyası Azərbaycan ədəbi dilində və bədii
düşüncəsində
xəlqilik keyfiyyətlərini
əhəmiyyətli dərəcədə
qüvvətləndirmişdir.
Ümumiyyətlə, xanlıqlar dövründə Azərbaycanda xalq musiqisi,
memarlıq və incəsənətin digər sahələri inkişaf etmişdir. Şəkidəki Xan
sarayı, Qarabağdakı Şuşa, Əsgəran və Bayat qalaları, Şuşa məscidi
və s. XVIII əsrin layiqli tarixi mədəniyyət abidələridir.
Azərbaycan tarixinin faciəli dövrlərindən biri də XIX əsrdir.
Ona görə ki, Rus-İran müharibələri və 1813, 1828-ci illərdə bağlanan
Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Araz çayı sərhəd
olmaqla Azərbaycan iki yerə bölürdü. Şimali Azərbaycan Rusiya
tərəfindən işğal edildikdən sonra burada maarif sahəsində yeni dövr
başlandı. Zəngin nıədəni irsə malik olan xalqımız dünya mədəniyyəti
xəzinəsindən bəhrələnərək öz mədəniyyətini daha da inkişaf etdirdi.
A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, N.Vəzirov, S.Ə.Şirvani,
S.Ünsizadə, C.Ünsizadə kimi maarifpərvərlər Azərbaycanda maarifin
inkişaf etdirilərək xalqın savadlanması, onun səviyyəsinin
yüksəldilməsi yolunda çalışmağa başladılar.
XIX əsrdə Şamaxı quberniyasında 4700 nəfərin təhsil aldığı
299 məktəb və mədrəsə var idi. Onlardan 262-si kəndlərdə, 37-si isə
şəhərdə idi. Bununla kifayətlənməyən Azərbaycan maarifçilərinin səyi
ilə ölkədə Azərbaycan-rus məktəbləri də yaradıldı. Bu tipli ilk
məktəblər XIX əsrin 30-cu illərində Şuşada, Şəkidə, Bakıda,
Gəncədə, Şamaxıda və Naxçıvanda açılmışdı. Əsasən varlıların
uşaqları təhsil alan həmin tədris müəssisələrində rus və Azərbaycan
dilləri, coğrafiya və şəriət fənləri tədris olunurdu. Bu məktəblərin
69
məzunlarının çoxu Azərbaycan mədəniyyətinin, maarifinin
inkişafında mühüm rol oynamışdır.
Ölkədə digər sahələrlə yanaşı, tarix elmi də inkişaf edirdi.
Mirzə Adıgözəl bəy, Mirzə Camal, Kərim ağa Fateh və başqalarının
qələmindən çıxan əsərlər fikrimizə sübutdur. Həmin müəlliflərin
gərgin və məqsədyönlü əməkləri nəticəsində tariximizin bir sıra
qaranlıq səhifəsinə müəyyən aydınlıq gətirilmişdir. Məsələn,
A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində Şirvanın tarixi qədim
dövrdən başlamış XIX əsrin əvvəllərinə qədər öz əksini tapmışdır.
A.Bakıxanov eyni zamanda pedaqogika, fəlsəfə, psixologiya, məntiq,
coğrafiya, astronomiyaya aid əsərlər də yazmışdır.
Azərbaycanın bir çox görkəmli alimləri-Mirzə Cəfər
Topçubaşov, Mirzə Kazım bəy Azərbaycandan kənarda fəaliyyət
göstərirdilər. Onların hər ikisi bir neçə xarici ölkə akademiyalarının
və kral cəmiyyətinin üzvü olmuşlar.
XIX əsrin II yarısında Azərbaycanda maarif və mədəniyyət,
elm və ədəbiyyat daha da inkişaf etmişdir. Bu dövrdə Bakı iri sənaye
şəhərinə çevrilməklə yanaşı, eyni zamanda, mədəniyyət mərkəzi
olmuşdu. Məktəblərdə həm rus, həm də Azərbaycan dillərində
dərslər keçirilirdi.
Azərbaycanda müəllim kadrların hazırlanmasında 1876-cı ildə
açılmış Qori müəllimlər seminariyasının Azərbaycan (tatar)
şöbəsinin də böyük rolu olmuşdur. C.Məmmədquluzadə,
N.Nərimanov, Rəşid bəy Əfəndiyev, H.Mahmudbəyov, F.Köçərli,
Ü.Hacıbəyov və başqaları həmin seminariyada təhsil almışlar.
Dövrün maarif və mədəniyyət obyektləri sırasında Bakı və
Gəncə realnı məktəblərini, 1896-cı ildə Bakıda H.Z.Tağıyev
tərəfindən açılan qızlar seminariyasını, 1894-cü ildə N.Nərimanovun
açdığı ilk kütləvi kitabxana-qiraətxananı göstərə bilərik.
70
Məlumdur ki, Azərbaycan mətbuatının banisi maarifpərvər
xadim Həsən bəy Zərdabi olmuşdur. O, 1875-1877-ci illərdə Bakıda
ana dilində “Əkinçi” qəzetini nəşr etmişdir.
Bütün millətlər kimi azəri türkilərinin də milli-mədəni
intibahında başlıca rol oynayan amillərdən biri də milli mətbuat
orqanlarıdır. Bu baxışdan milli-mənəvi oyanma və tərəqqi ideyaları
ilk mətbuat orqanımız “Əkinçi”də, həm də maarifçilik ideyalarının
təbliği fonunda hazırlanıb intişar tapmışdı. Bu vəziyyət dövrün
tələbindən irəli gələrək, istehsal münasibətlərinin sürətli inkişafı, elm
və texnikanın uğurlarına yiyələnən millətlərin tarix səhnəsində irəli
çıxıb başqa xalqlar üzərində hökmranlıq etmələri qabaqcıl görülüşlü
vətənpərvər ziyalılarda vəziyyətdən çıxmaq üçün ilk növbədə xalqı
savadlandırmaq qənaəti doğurmuşdu.
“Əkinçi”nin təsisisi və baş redaktoru H.Zərdabi də vətəndaşlıq
yanğısı ilə öz millətdaşlarını və millətpərvərlərini ayıqlığa,
təşəbbüskarlığa, fəaliyyətə çağıraraq deyirdi: “Ey müsəlmanlar, heç
mürvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil
etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq gəlsinlər,
amma bizlər Allahdan buyruq, ağzıma quyruq deyib duraq? Ey
müsəlmanların millət təəssbü çəkən kəsləri, bir açın gözünüzü,
dünyaya tamaşa edin...”
Bu çağırış belə bir qənaətdən hasil olurdu ki, “cəhalət bir atəşi-
suzandır ki, şəxs öz cəhalətinin oduna yanar və onu anlamaz...” Ona
görə də H.Zərdabi və məsləkdaşları öz həmvətənlərini başa salırdılar
ki, dünya işlərindən, təsərrüfat və dolanışıq məsələlərindən baş
çıxarmaq üçün oxumaq lazımdır. Çünki, elmsiz heç bir uğur
qazanmaq, fabrik və zavodların, maşınların “dilini” başa düşmək
mümkün deyil. Ona görə də “insana vacibdir ki, elm ilə işlərə iqdam
və ciddi-cəhd etsin ta əməl fayda versin və hər bir tayfada olan yaxşı
elmləri öyrənsin.”
71
Dövrün mütərəqqi ruhlu ziyalıları elm və maarifə işıqlı sabaha
çıxmaq, zülmdən qürtülmaq vasitəsi kimi baxırdılar. Ona görə də bu
hərəkatın simasını maarifçilik müəyyənləşdirirdi. Tərəqqipərvər
ziyalılar xalqı işıqlı sələcək uğrunda mübarizəyə səfərbər etmək üçün
maarifə xalqın əql və şüurunun elm nuru ilə ziyalandırılmasında ilkin
və əsas hazırlıq mərhələsi kimi baxırdılar. Odur ki, XIX əsr
Azərbaycan maarifçiliyini səciyyələndirən əsas cəhət mübarizənin
despotizmin, özbaşnalığın, fiziki və mənəvi zülmün əleyhinə, eləcədə
xalqın, millətin iqtisadi və mədəni əsarətdən azad olması səmtinə
yönəldilməsidir.
Azərbaycan maarifçiləri xalqa elmin, texnikanın sirlərinə
yiyələnməyi, maariflənməyi təbliğ və təlqin etməklə öz işlərini
bitirməyib, bu vəzifənin həyata keçirilməsinin yol və üsullarını da
görüb göstərməyə, əməli fəaliyyətə çalışırdılar. Onların haqlı
qənaətinə görə, savadsız, elm və texnikanın nailiyyətlərindən bixəbər
olan hər kəs və millət ac-yalavac qalıb sərgərdan olmağa,
başqalarının əlinə möhtac olmağa məhkumdurlar. Ona görə də,
xalqın istehdad və qabiliyyətinə, öyrənmə bacarığına dərin inam
bəsləyən Azərbaycan maarifçiləri onun savadlanmasına çalışmırdılar.
Azərbaycan maarifçiləri ədəbiyyat və incisənətə də xalqı
maarifləndirmək, milləti tərəqqi və inkişafa sövq etmək vasitəsi kimi
baxır və ondan ilk növbədə elə bunu da tələb edərək yazırdılar:
“Hər tayfanın və millətin keçmişdən olan yaman və yaxşı
günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza
düşüb milləti birləşdirməyə bais olur...”
Maarifçilər bədii ədəbiyyatdan da tələb edirdilər ki, zamanın
tələbinə uyğun olaraq, xalqı oyatmaqla onu tərəqqiyə işıqlı gələcəyə
çıxmaq uğrunda mübarizəyə səfərbər etsin. Onlar milli gerilik və
ətalətdə ədəbiyyatın da böyük məsuliyyət daşıdığını qeyd etməklə heç
olmasa indi
72
xalqı mənəvi oyaqlığa, fəaliyyətə, öz güc və qüdrətinə inandırmaq
üçün bədii sənət adamlarını, şair və yazıçıları bütün güclərini
səfərbər etməyə çağırırdılar.
Maarifçilər öhdələrinə düşən tarixi vəzifəni həyata keçirmək
üçün öz müəllimlərinin - H.Zərdabinin çağrışına qoşularaq mümkün
olan bütün vasitə və imkanlardan istifadə edərək məktəb, kitabxana-
qiraətxana açır, müsamirələr təşkil edir, “Əkinçi” səhifələrində dərs
proqramı və dərsliklərin yenidən tərtib məsələsini qaldıraraq, orada
dünyəvi elmlərin əsas yer tutmasını vacib sayırdılar.
“Əkinçi”nin uğrunda mübarizə apardığı ideyalar ondan sonra
meydana çıxan milli mətbuat orqanlarımız - “Ziya (Ziyayi-
Qafqasiyyə)”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Molla
Nəsrəddin”, “Tərəqqi”, “Açıq söz”, "Dirilik", “Azərbaycan” və s.
tərəfindən davam və inkişaf etdirildi. Milli mətbuat xalqımızın milli
özünütəsdiq ideallarının ifadəçisi rolunu bu gün də ləyaqətlə
oynamaqdadır.
İncəsənət tarixində ən böyük hadisələrdən biri də Azərbaycan
milli teatrının yaranması idi. Belə ki, 1873-cü il martın 22-də Novruz
bayramı günü Bakı realnı məktəbində H.Zərdabi və N.Vəzirovun
səyi ilə M.F.Axundovun “Hacı Qara” komediyası tamaşaya
qoyulmuş, on il sonra isə xalqımızın maariflənməsində xüsusi rolu
olan H.Z.Tağıyev teatr binası tikdirmişdi. Bu hadisə Bakıda teatr
sənətinin inkişafına təkan vermiş, tezliklə böyük dramaturqlar və
artistlər nəslinin yetişməsinə səbəb olmuşdur.
Çarizmin Azərbaycanın mədəni inkişafına əhəmiyyət
verməməsinə baxmayaraq - XX əsrin əvvəllərində burada
məktəblərin sayı artmaqda davam edirdi. “Molla Nəsrəddin” və
“Füyuzat” jurnalları ilə yanaşı digər mətbuat orqanlarının nəşri isə
nəinki Azərbaycanda, hətta İranda da böyük tərpənişə səbəb oldu.
73
Bildiyimiz kimi, Azərbaycanın musiqi mədəniyyətinin
inkişafında Ü.Hacıbəyov və M.Maqomayevin əvəzsiz xidmətləri
olmuşdur. 1908-ci ildə Şərqdə ilk dəfə “Leyli və Məcnun” operası
tamaşaya qoyularkən Məcnun rolunun ifaçısı dahi sənətkar
H.Q.Sarabski olmuşdur. Bu operadan sonra Ü.Hacıbəyov 1909-
1916-cı illər ərzində daha beş opera və üç musiqili komediya
yaratmışdır. Bütün bunlar Azərbaycanda qeyd etdiyimiz dövrlərdə
milli mədəniyyətin əldə etdiyi nailiyyətlərin göstəriciləridir.
XX əsr tarixin yaddaşında həm də Asiya ölkələrində, xüsusən
də Çində, Hindistanda, Əfqanstanda, İranda və Türkiyədə, eyni
zamanda Azərbaycanda baş verən milli azadlıq hərəkatları, rus
imperiyasının dağıdılması kimi qalacaqdır. Bu ölkələrdə baş verən
ictimai-siyasi hadisələr elm və mədəniyyətə də öz təsirini göstərdi.
Rəsmən ikiyə bölünsə də, qəlbləri bir olan Azərbaycanın XX
əsr çərçivəsində həm o tayının, həm də bu tayının elm və mədəniyyət
sahəsindəki uğurları üzərində bir qədər ətraflı dayanmağı lazım
bilirik.
1905/11-ci illərdə İran inqilabı-Səttarxan hərəkatı dövründə
Cənubi Azərbaycanda 37 milli məktəb (Təbrizdə 22), 1911/25-ci
illərdə isə 50-dən çox məktəb (Təbrizdə 29) açılmışdı. Bu
məktəblərdə Azərbaycan və fars dillərindən əlavə ərəb, fransız və rus
dilləri də tədris olunurdu.
Cənubi Azərbaycanın mətbuat tarixi XIX əsrin ikinci
yarısından başlanır. Burada ilk nəşr edilən mətbu orqan fars dilində
“Azərbaycan” qəzeti olmuşdur. Bundan sonra 1905/11-ci illər
inqilabına qədər Cənubi Azərbaycanda 18 adda qəzet və jurnal
buraxılmışdır.
1905/11-ci illər Məşrutə inqilabı dövründə Cənubi
Azərbaycanda ilk dəfə ana dilində bir sıra qəzet və jurnal
Azərbaycan”, “Ana dili” işıq üzü gördü. Azərbaycan əyalət
əncüməninin fars və Azərbaycan dillərində nəşr etdiyi “Naleyi-
millət”, “Molla Nəsrəddin” yayılmağa başlandı. Maraq-
74
lıdır ki, bu dövrdə Azərbaycanda çıxan qəzet və jurnalların əsas
hissəsini inqilabi hərəkatın qələbəsinin tərəfdarı olan demokratik
mətbuat təşkil edirdi. İran tədqiqatçılarının məlumatına görə,
Məşrutə inqilabı dövründə Cənubi Azərbaycanda 50-yə yaxın
müxtəlif adda qəzet və jurnal nəşr edilmişdir.
Məşrutə inqilabının məğlubiyyətindən sonrakı dövr (1913-
1917) ərzində Cənubi Azərbaycanda mədəniyyətin Tehran hakim
dairələri tərəfindən sıxışdırılması nəticəsində nəşr olunan qəzet və
jurnalların sayı xeyli azaldı. Nəticədə nəşrini davam etdirən mətbu
orqanlar arasında nəinki Azərbaycan, hətta bütövlükdə İranda
demokratik yönümlü qəzet və jurnal tapmaq mümkün olmadı.
1917-ci ildən sonra isə yenidən Cənubi Azərbaycanda mətbuat
tərəqqi etməyə başlayır. Bu da İranın qonşusu olan Rusiyada baş
vermiş fevral və xüsusilə oktyabr inqilabi hadisələri ilə əlaqədar
olmuşdur. Həmin dövrdə Cənubi Azərbaycanda çıxan qabaqcıl ruhlu
qəzetlərdən biri Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə nəşrə
başlayan və qısa fasilələrlə 1921-ci ilə qədər çap olunan “Təcəddüd”
idi.
Cənubi Azərbaycanda M.F.Axundov komediyalarının
bilavasitə təsiri altında ilk dəfə Mirzağa Təbrizinin yazdığı dram
əsərləri ədəbiyyat aləmində hadisə idi. M.F.Axundovun davamçıları
Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” və
Ə.Talıbovun “Pak adamın məsləkləri” əsərləri 1905-1911-ci illər
inqilabının ideoloji və siyasi cəhətdən hazırlanmasında mühüm rol
oynamışdır.
XX əsrin əvvəllərində ictimai-siyasi publisistika (“Molla
Nəsrəddin”çi nəsr) ədəbiyyatın aparıcı janrlarından biri kimi geniş
vüsət aldı. Bu tipli əsərlər içərisində Əbülziya Şəbüstəri və Seyid
Hüseyn Ədalətin “İrane-nou”, “Ana dili”, “Ədalət” qəzetlərindəki
felyetonlarını, Cəmşid Əfşarın pamflet və ədəbi fəlsəfi esse xarakterli
yazılarını qeyd edə bilərik.
75
Teatr sahəsində isə ilk əhəmiyyətli addımlar yalnız 1905-1911-
ci illər inqilabı dövründə atıldı. Bu işdə də Şimali Azərbaycanın
mədəniyyət xadimlərinin köməyi və şəxsi iştirakı mühüm rol
oynayırdı. 1909-1916-cı illər ərzində Azərbaycanın görkəmli
aktyorları Sidqi Ruhulla, Abbas Mirzə Sərifzadənin rəhbərliyi altında
Bakı teatr truppaları dəfələrlə İrana getmiş, Tehranda, Təbrizdə,
Rəştdə, Qəzvində və s. şəhərlərdə tamaşalar vermişlər. Onların
repertuarı əsasən Ə.Haqverdiyevin, N.Vəzirovun və N.Nərimanovun,
həmçinin Qərb dramaturqlarının əsərlərindən ibarət idi.
1916-cı ildə Təbrizdə ilk teatr binası tikilmişdir. Beləliklə,
Cənubi Azərbaycanda qısa müddətdə milli teatr yaradılmasının təməl
daşı qoyuldu. Teatr tamaşaları ana dilində verildiyindən xalq
tərəfindən tez qavranılır və eyni zamanda Azərbaycan əbəbi dilinin
formalaşmasında, mədəniyyətin inkişafında mühüm rol oynayırdı.
XX əsr Azərbaycan tarixində və bütün türk dünyasında
Azərbaycan Demokratik Respublikası kimi respublika tipli ilk
demokratik bir dövlətin yaranması ilə də səciyyəvidir.
Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişafında ADR
və onun öndərlərindən olan M.Ə.Rəsulzadənin misilsiz xidmətləri
olmuşdur. Onun “Əsrimizin Səyavuşu”, “Azərbaycan cümhuriyyəti”
və s. əsərləri xalqımızın zəngin mənəvi, siyasi və fəlsəfi dünyasının
öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Milli siyasətdə dostluq və qardaşlıq münasibətlərinə əsaslanan
M.Ə.Rəsulzadə Azərbaycan parlamentindəki 1918-ci il 7 dekabr
tarixli çıxışında deyirdi: “... bu Qafqaz millətləri ruhunda, hər zaman
hürriyyət və istiqlal fikri olmuşdur. Hürriyyət fikrinin rəmzi olan
Prometey Qafqaz dağlarında zəncirbənd edilmişdi. O, daima
zəncirlərini qıraq təşəbbüsündə idi. Prometeyin ruhu Qafqazın bütün
76
millətlərində vardır. Qafqaz millətlərinin istiqlalı və bərabərlikdə
müstəqil yaşamaları bir xəyal deyildir”.
Həqiqətən də müstəqillik ideyaları xəyal olaraq qalmadı, neçə-
neçə illər sonra reallaşdı. Bu gün biz də bunun şahidiyik.
XX əsr Azərbaycan tarixində yurd-yuvalarından didərgin düşən
minlərlə qaçqın soydaşımızın taleyi də öz əksini tapacaqdır. Düşmən
əlində əsir qalan yüzlərlə soydaşımız, ərazimizin erməni qəsbkarları
tərəfindən işğal edilmiş 20 faizdən artıq sahəsi dağıdılmış və talan
edilmiş, maddi-mədəniyyət abidələrimiz bu dövrün yaddan çıxmaz
acılarıdır.
Biz Azərbaycan mədəniyyətinin müxtəlif tarixi dövrlərə
bölünən zəngin və çoxsahəli keçmişinə qismən də olsa nəzər salmağa
çalışdıq. Məqsədimiz bu idi ki, Azərbaycan mədəniyyətinin müxtəlif
dövrlərində müxtəlif sivilizasiyaların nailiyyətlərindən bəhrələnməsi
və eyni zamanda onların bəzilərinin beşiyi başında dayanması barədə
müəyyən təsəvvür yaradaq. Yadda saxlamaq lazımdır ki, uzun illər
məqsədli şəkildə aparılan imperiya siyasəti bizim millətdə milli
unutqanlıq yaratmağa çalışmış, düşmənlərimizi bizə dost kimi
təqdim etmişdir. Buna görə də zəngin adət-ənənəmizin bir sıra
mühüm məqamları
və xüsusiyyətləri unudulmuş, milli
mədəniyyətimiz təhrif olunmuşdur.
Qədim tarixi köklərə malik olan milli mədəniyyətimizi
öyrənmək, onu öyrənib daha da inkişaf etdirmək, zənginləşdirmək
hər birimizin vətəndaşlıq vəzifəmizdir.
|