şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:
şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr
halında birləşməsi;
informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal
Internet şəbəkəsinin inkişafı;
minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram vasitələrinin
geniş yayılması.
İnformasiya tələbatı - qeyri-maddi tələbatların bir növü olub özündə konkret məsələnin
həlli və ya hər hansı məqsədin əldə olunması üçün zəruri olan informasiya tələbatı əhatə
edir.
İnformasiya təhlükəsizliyi sahəsində anlayışlara mövzu sahəsindən asılı olaraq bir neçə
aspektdən yanaşılır və müxtəlif ədəbiyyatlarda informasiya təhlükəsizliyi sahəsində
mövcud anlayışlara müxtəlif təriflər verilir. Ona görə də burada bəzi anlayışların bir neçə
tərifi verilmişdir. Konteksdən asılı olaraq bu təriflərdən biri istifadə olunur.
|