1. İnformasiya təhlükəsizliyi anlayışı və əsasları


  Informasiya təhlükəsizliyi, standart təyinatları



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/63
tarix29.12.2021
ölçüsü0,89 Mb.
#48602
1   2   3   4   5   6   7   8   9   ...   63
muhazire.-informasiya-tehlukesizliyinin-esaslari

2.  Informasiya təhlükəsizliyi, standart təyinatları 

 

İnformasiya təhlükəsizliyi dedikdə təhlükəsizliyin pozulmasına gətirib çıxaran şərait və 

hərəkətlərin vaxtında aşkar edilməsi və qarşısının alınması başa düşülür. 



İnformasiyanın  qorunması  —  informasiyanın  gizliliyinin,  tamlığının  və  ona  girişin 

(əlyetərliliyin) təmin edilməsidir. 

İnformasiyanın qorunmasının məqsədləri aşağıdakılardan ibarətdir: 

 



dövlətin, ictimaiyyətin, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi; 

 



dövlət sirri təşkil edən və məxfi informasiyanın məxfiliyinin qorunması; 

  informasiyanın  məhvinin,  itməsinin,  təhrif  edilməsinin,  saxtalaşdırılmasının, 



surətinin çıxarılmasının, qarşısının alınması; 

 

Qanunvericilik  səviyyəsində  hüquqi  aktlar  və  standarttlara  xüsusi  diqqətə  layiqdir. 



Standrtların arasında «Narıncı kitab», X.800 tövsiyələri, ISO 15408 («Ümumi meyarlar»), 

ISO 17799 standartları daha geniş yayılıb. 

İnzibati  tədbirlərin əsas  məqsədi təşkilatda  informasiya  təhlükəsizliyi  sahəsində tədbirlər 

proqramını  formalaşdırmaq  və  onun  yerinə  yetirilməsini  zəruri  resurslar  ayırmaqla  və 

işlərin  vəziyyətinə  nəzarət  etməklə  yerinə  yetirilməsini  təmin  etməkdir.  Tədbirlər 

proqramının  əsasını  təşkilatın  öz  informasiya  aktivlərinin  mühafizəsinə  yanaşmasını  əks 

etdirən informasiya təhlükəsizliyi siyasəti təşkil edir. 

Narıncı kitab 

İnformasiya  təhlükəsizliyi  sahəsində  tarixən  ilk  standart 

ABŞ

 Müdafiə  Nazirliyinin 



"Etibarlı kompüter sistemlərinin qiymətləndirilməsi meyarları" olmuşdur. Cildinin rənginə 

görə  çox  vaxt  "Narıncı  kitab"  adlanan  bu  standart  ilk  dəfə 

1983

-cü  ilin  avqustunda  nəşr 



edilmişdi. 

"Narıncı kitabda" etibarlı sistemi "giriş hüququnu pozmadan müxtəlif məxfilik dərəcəsinə 

malik  informasiyanın  istifadəçilər  qrupu  tərəfindən  eyni  zamanda  emalını  təmin  etmək 

üçün yetərli aparat və proqram təminatı istifadə edən sistem" kimi müəyyən edir. 

"Narıncı kitabda" dörd etibar səviyyəsi – D, C, B və A müəyyən edilir. 

 



D səviyyəsi qeyri-qənaətbəxş qəbul edilmiş sistemlər üçün nəzərdə tutulub. 

C səviyyəsindən A səviyyəsinə keçdikcə sistemlərə daha ciddi tələblər irəli sürülür. C və B 

səviyyələri etibar dərəcəsinin tədricən artması ilə siniflərə bölünür (C1, C2, B1, B2, B3). 

"Narıncı kitabda" daxil edilmiş təsnifatı qısaca belə ifadə etmək olar: 

 

C səviyyəsi – girişin ixtiyari idarə edilməsi; 



 

B səviyyəsi – girişin mandatlı idarə edilməsi; 



 

A səviyyəsi – təhlükəsizliyin verifikasiya edilə bilməsi. 



Əlbəttə,  "Narıncı  kitabın"  ünvanına  bir  sıra  ciddi  iradlar  söyləmək  olar  (məsələn, 

paylanmış  sistemlərdə  meydana  çıxan  hadisələrin  tamamilə  nəzərə  alınmaması).  Buna 

baxmayaraq  qeyd  etmək  lazımdır  ki,  "Narıncı  kitabın"  nəşri  heç  bir  mübaliğə  olmadan 

informasiya təhlükəsizliyi sahəsində çox böyük əhəmiyyətli hadisə oldu. Hamı tərəfindən 




qəbul  edilən  anlayışlar  bazisi  meydana  çıxdı  ki,  bunlarsız  informasiya  təhlükəsizliyi 

məsələlərinin hətta müzakirəsi belə çətin olardı. 

 

 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin