Baytarliq



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix01.01.2017
ölçüsü2,2 Mb.
#4015
1   ...   4   5   6   7   8   9   10   11   12

BAYTARLIQ

 

77

 



dan 25 baş 1 yaşa qədər buzovlardan kal 

nümunələri götürülmüş  və 1 baş 2 yaşda 

olan qaramalın qaraciyəri helmintoloji təd-

qiq edilmişdir. Nəticələrə  əsasən, 8 baş 

buzovda strongilyatozla və nematodirozla 

yoluxma aşkarlanmış, Y.E –yi 30,7% təşkil 

etmiş, qaramalın qaraciyərindən isə  Fas-

siola gigantica trematodu aşkar edilmiş, 

intensivlik 235 ədədə çatmışdır. Tədqiq 

edilən 38 baş qoyunlardan isə 13-də mədə-

bağırsaq nematodozları  və  tənəffüs yolları 

protostrongilyozları ilə yoluxma qeydə 

alınmış, Y.E.-yi 34,2% olmuşdur. Digər 

tədqiqat rayonu olan Şamaxı və onun dağlıq 

ərazilərində saxlanılan gövşəyən heyvan-

ların helmintozlarla yoluxma dərəcəsini öy-

rənmək məqsədilə  Məlhəm kəndindəki 

fermer təsərrüfatında bəslənilən iri və xırda 

buynuzlu heyvanlardan 125 baş qoyun, 55 

baş qaramalın kal nümünələri koproloji 

müayinədən keçirilmişdir. 38 baş qoyun-

larda mədə-bağırsaq strongilyatozları ilə 

yoluxma aşkarlanmış, invaziyanın eksten-

sivliyi 30,4% təşkil etmişdir. Tədqiq edilən 

38 baş qoyunların 12-də trixostrongilyoz 

31,5%, 17-də strongilyatoz 44,7%, 5-də 

diktiokaulyoz 13,1%, 17 baş qoyunda isə 

fassiolyozla 13,6% yoluxma müşahidə 

edilmişdir. İri buynuzlu heyvanlardan 14-də 

nematodiroz və strongilyatozla yoluxma 

qeydə alınmış, Y.E.-yi 25,4% olmuş, hey-

vanlardan 18-də  mədə-bağırsaq nemato-

dozları 32,7%, 19 baş qaramalda fassiolyoz 

34,5%, 7-də dikroseliozla 12,3% yoluxma 

aşkarlanmışdır. Yoluxmanın intensivliyinə 

gəldikdə isə, mikroskopun 1 görmə sahə-

sində trematod yumurtalarının sayı 5-10, 

nematodlar isə 14-17 ədəd olmuşdur.  İs-

mayıllı rayonunun dağətəyi  ərazisində  Tə-

zəkənd kəndində yerləşən “Anar” təsərrü-

fatından 115 baş xırda, 45 baş iri buynuzlu 

heyvanlardan götürülmüş nümunələrin 

tədqiqində 36 baş qoyunda, 11 baş qara-

malda yoluxma aşkarlanmış, Y.E.-yi 

31,3%; 24,4% təşkil etmişdir. Yoluxmanın 

əsasən mədə-bağırsaq strongilyatozları, fas-

siolyoz və dikroseliozla olduğu müşahidə 

olunmuşdur. 

Göy-göl rayonunun Şəhriyar kəndində 

yerləşən  Şahin və  Nəsib fərdi təsərrü-

fatlarından 120 baş xırda və 80 baş iri buy-

nuzlu heyvanlardan götürülmüş kal nümu-

nələri koproloji müayinədən keçirilmiş, 25 

baş qoyun və 15 baş qaramalda yoluxma 

qeydə alınmışdır. Yoluxmanın ekstensivliyi 

qoyunlarda 20,8%, qaramalda 18,7% ol-

muşdur. Qoyunlarda və qaramalda mədə-

bağırsaq strongilyatozları ilə yoluxma də-

rəcəsi yüksək, fassiolyoz və dikroselioz 

helmintozları ilə yoluxmanın intensivliyi 

zəif müşahidə olunmuşdur. Qeyd etmək 

lazımdır ki, bu müayinələr qış fəslini əhatə 

etdiyindən və oturaq həyat tərzi keçirən 

təsərrüfatlarda aparıldığından yoluxma 

dərəcəsi nisbətən aşağı olmuşdur. 

Yaz fəslində də ayrı-ayrı rayonların hey-

vandarlıq təsərrüfatlarından helminto-kop-

roloji materiallar götürülərək müayinədən 

keçirilmişdir.  Şamaxı rayonunun Küdrü, 

Qarxun, Motallım otlaq sahələrində yer-

ləşən təsərrüfatlarda saxlanılan 16 baş iri və 

22 baş  xırda buynuzlu heyvanlardan kop-

roloji nümunələr və 2 baş qoyunun bağır-

saqları müayinə edilmişdir. Tədqiq edilən 

16 baş qaramalın 7-də, 24 baş qoyunların 

11-də yoluxma aşkarlanmış, Y.E.-yi mü-

nasib olaraq 44,6% və 46,3% qeyd edilmiş-

dir. 2 baş qoyunun nazik bağırsaqlarından 

sestodlardan - monieziya və nematodlardan 

- trixosefalyus helmintləri aşkar edilmişdir. 

Tovuz rayonunun Cəlilli kəndində yerləşən 

fərdi heyvandarlıq təsərrüfatından 80 baş 

qoyun, 45 baş qaramalın kal nümunələri 

koproloji müayinə olunmuş, 47 baş qoyun-

da, 19 baş qaramalda nematodirus, trixo-

sefalyus, fassiolyoz, dikroselioz helmin-

tozları ilə yoluxmanın ekstensivliyi və in-

tensivliyi yüksək olmuşdur. Astara rayo-

nunun dağətəyi zonasında Təngərüd kən-

dində yerləşən köçəri həyat tərzi keçirən 

Azər fermer təsərrüfatından 25 baş iri və 36 

baş  xırda buynuzlu heyvanların kal nümu-


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

78

 



nələri koproloji müayinədən keçirilmişdir. 

Müayinələrə  əsasən 25 baş iri buynuzlu 

heyvanın 11-də  mədə-bağırsaq strongil-

yatozları (44%), 36 baş xırda buynuzlu hey-

vanın 12-də nemotodiroz (33,3%), 5-də 

tənəffüs yolları protostrongilidozları 

(13,8%) aşkar edilmişdir. Lənkəran rayo-

nunun müxtəlif zonalarında yerləşən fermer 

təsərrüfatlarından ümumilikdə, 50 baş iri və 

65 baş  xırda buynuzlu heyvanlardan kal 

nümunələri götürülərək koproloji müa-

yinədən keçirilmişdir. Iri buynuzlu heyvan-

lardan 23-də (46%), xırda buynuzlulardan 

42-də (64,2%) yoluxma aşkarlanmışdır. 

Stongilyatoz, nematodiroz, trixosefalyoz, 

diktokaulyoz, fassiolyoz helmintozları ilə 

yoluxmanın intensivliyi yüksək olmuşdur. 

Yay fəslində Kürdəmir rayonunun Xır-

dapay, Atakişili kəndlərində yerləşən, 

oturaq həyat tərzi keçirən 200-250 baş iri və 

xırda buynuzlu heyvanlardan ibarət 3 tə-

sərrüfatdan 135 baş xırda buynuzlu, 75 baş 

iri buynuzlu heyvanlardan kal nümunələri 

götürülərək müayinə edilmiş, Y.E.- yi xırda 

buynuzlu heyvanlarda 46,4%, iri buynuzlu 

heyvanlarda 33,7% qeyd edilmişdir. Yolux-

manın  əsasən strongilyatozlarla (22,3%) 

olduğu müşahidə edilmiş, nematodiroz, 

trixosefalyoz helmintozları ilə yoluxmanin 

intensivliyi yüksək olmuşdur.  Ətlik üçün 

kəsilmiş 5 baş qoyunun bağırsaqlarından 

mədə-bağırsaq nematodları–strongilyatlar, 

sestodlardan moneziyalar, 2 baş qaramalın 

qaraciyərindən dikroseli helmintləri aşkar 

edilmişdir. 

Payız fəslində Bakının Binəqədi rayo-

nunun və Keşlə bazarının  ətkəsmə  mən-

təqələrindən, Ramana kəndində yerləşən 

heyvandarlıq təsərrüfatından ümumilikdə, 

170 baş  xırda, 130 baş iri buynuzlu 

heyvanlardan kal nümunələri götürülərək 

müayinə edilmişdir. 170 baş xırda buynuzlu 

heyvanların 114-də yoluxma aşkarlanmış, 

Y.E.-yi 67,1% təşkil etmişdir. Strongilyatoz 

(35%), nematodiroz (30%), fassiolyozla 

(21%) yoluxmanın intensivliyi yüksək 

olmuşdur.130 baş iri buynuzlu heyvanların 

kal nümunələrinin koproloji müayinəsi 

zamanı 79-da yoluxma aşkarlanmış, Y.E.-yi 

60,7% təşkil etmişdir. Heyvanlarda əsasən, 

strongilyatozlarla 32%, nematodirozla 

21,3%, fassiolyozla 28,3% yoluxma qeyd 

edilmişdir.  İlin fəsilləri üzrə heyvandarlıq 

təsərrüfatlarında saxlanılan qoyun və 

qaramalın helmintozlarla yoluxma vəziyyəti 

aşağıdakı cədvəldə verilmişdir. 

 

Rayonlar  üzrə  qoyun  və qaramalın helmintozlarla  yoluxma dərəcəsi 

 

Rayonlar 



Heyvanın 

növləri 


Tədqiq 

edilmişdir. 

Onlardan 

yoluxmuşdur 

Yoluxma faizi 

İlin 


fəsilləri 

Kürdəmir 

qoyun 38 

13  34,2 qış 

qaramal 26 

30,7  - 



_____ 

qoyun 140 

93  66,4  yay 

qaramal 77 

34  44,1  - 

Şamaxı 


qoyun 125 

38  30,4  qış 

qaramal 55 

14  25,4  - 

______ 

qoyun 24 



11  46,3 yaz 

qaramal 16 

44,6  - 


İsmayıllı 

qoyun 120 

25  20,8  qış 

qaramal 45 

11  24,4  - 

Göygöl 


qoyun 120 

25  20,8  qış 

qaramal 80 

15  18,7  - 



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

79

 



Tovuz 

qoyun 80 

47  58,7 yaz 

qaramal 45 

19  42,2  - 

Astara 


qoyun 36 

17  47,2 yaz 

qaramal 25 

11 


44 

Lənkəran 



qoyun 65 

42  64,2 yaz 

qaramal 50 

23 


46 

Bakı və ətraf 



qəsəbə. 

qoyun 170  114  67  payız 

qaramal 130 

79 


60,7 

 



 

Cədvəldən də göründüyü kimi, heyvan-

ların helmintozlarla yoluxması bütün fəsil-

lərdə baş vermişdir. Yüksək yoluxma isə 

yaz, yay, payız fəsillərini  əhatə etmiş, qış 

fəslində  nəticələr nisbətən zəif olmuşdur. 

Aparılan helminto-koproloji müayinələr 

zamanı heyvanların digər helmintlərlə mü-

qayisədə daha çox strongilyatlar yarım dəs-

təsinin növləri ilə yoluxmaları  aşkar edil-

mişdir. Kənd təsərrüfatı heyvanları  mədə-

bağırsaq nematodları ilə bütün il boyu yo-

luxurlar. Belə ki, son illər havaların ya-

ğıntılı keçməsi, rütubətin yüksək olması 

otlaqlarda bu helmint yumurtalarının daima 

invazion vəziyyətdə qalmasına  şərait ya-

radır. Ayrı-ayrı rayonlarda aparılan tədqiqat 

işlərinin nəticələrindən də  məlum olur ki, 

bu bölgələr fərqli relyeflərdə yerləşsələr də 

heyvanların mədə-bağırsaq nematodları ilə 

yoluxmaları il boyu müşahidə olunmuşdur. 

Digər helmintlərlə yoluxma fəsillərdən və 

relyefdən asılı olaraq dəyişkən xarakter 

daşımışdır. Lakin yeganə  fərq yoluxmanın 

ekstensivliyinin dağlıq və dağətəyi rayon-

larda nisbətən az, aran zonanı  əhatə edən 

rayonlarda isə çox olmasıdır. Daha çox 

düzənlik  ərazilərə xarakterik olan mədə-

bağırsaq strongilyatlarının dağlıq, dağətəyi 

ərazilərdə saxlanılan heyvanlarda da aşkar-

lanması köçəri həyat tərzi keçirmənin nəti-

cəsidir. Dağlıq  ərazilərdə dumanlı iqlim 

şəraiti heyvanların qeyd edilən helmintlərlə 

yoluxmasına əlverişli şərait yaradır. Belə ki, 

strongilyatların inkşafı  və yayılması iqlim 

və rütubət şəraiti ilə birbaşa əlaqəlidir [3,5]. 

Əlverişli iqlim şəraiti olduqda xüsusən 

yağışlı günlərdə helmint yumurtaları ya-

şama qabiliyyətlərini bərpa edib invazion 

mərhələyə keçirlər3,5. İri və xırda buynuzlu 

heyvanların mədə-bağırsaq strongilyatları 

ilə ilin bütün fəsillərində yoluxmalarının 

səbəblərindən biri də bu helmintlərin mə-

həlli ocaqlarının daima olmasıdır. Belə ki, 

heyvandarlıq təsərrüfatlarının çox hissə-

sinin oturaq həyat tərzi keçirmələri, onların 

tövlə  şəraitində saxlanılmaları  və  kənd 

ətrafı otlaqlara çıxarılmaları çirkli yataqlar, 

su gölməçələri heyvanların bu geohel-

mintlərlə yoluxma mənbəyidirlər. Quru 

ilbizlərin qeniş yayıldığı Astara rayonunun 

düzənlik,  Şamaxının dağətəyi  ərazilərində 

protostrongilyozlarla yoluxmanın eksten-

sivliyi yay və payız fəsillərində yüksək 

olmuşdur. Aparılan tədqiqatlarda məlum 

olmuşdur ki, bu helmintlərin aralıq sahibi 

olan ilbizlər 2-5 fərd intensivliyində protos-

trongilid sürfələri daşıyırlar. Heyvanlar 

yoluxmuş ilbizləri və ya onları  tərk etmiş 

sürfələri otla udduqda yoluxurlar. Dağlıq və 

dağətəyi bölgələrdə yerləşən  İsmayıllı  və 

Tovuz rayonlarının köçəri qoyunçuluq 

təsərrüfatlarında, nəmliyi çox olan çəmən-

liklərdə otarılan qoyunlarda diktiokaulyozla 

yoluxma yüksək olmuşdur. 

Onu da qeyd etmək lazımdır ki, təhlil iş-

lərini apararkən məlum olur ki, oturaq həyat 

tərzi keçirən – tövlə  şəraitində saxlanılan 

heyvanların sestod və trematodlarla yolux-

ma faizi çox aşağı olmuşdur. Köçəri həyat 

tərzi keçirən heyvanlar isə köç müddətində 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

80

 



uzun yol keçərək helmint mübadiləsinə 

məruz qalırlar. Bu zaman müxtəlif helmint 

yumurtaları, onların aralıq sahibləri ilə 

təmasda olur həm özləri yoluxur, həm də 

tökdükləri kal vasitəsilə yumurtaları yayır-

lar. Müxtəlif ekoloji zonalarda sestodların 

kənd təsərrüfatı heyvanları arasında yayıl-

ması  dəyişkən olmuş, xüsusilə, dağlıq və 

dağətəyi rayonlarda (İsmayıllı,  Şamaxı) is-

tər qoyun, istərsə  də qaramal arasında mo-

neziyalar daha çox aşkarlanmış  və onların 

intensivliyi yüksək olmuşdur. Aparılan 

tədqiqatlarda köçəri həyat tərzi keçirən iri 

və  xırda buynuzlu heyvanlardan ibarət 

təsərrüfatlardan götürülmüş koproloji nü-

munələrin müayinəsi nəticəsində  həm geo, 

həm də biohelmintlərlə yoluxma yüksək 

olmuşdur. Tədqiqat aparılan bütün coğrafi-

iqlim və ekoloji rayonlarda iri və  xırda 

buynuzlu heyvanların fassiola və dikroseli 

helmintləri ilə yoluxmaları aşkar edilmişdir. 

Astara, Lənkəran,  Şamaxı, Tovuz ra-

yonlarının dağətəyi  ərazilərində, Kürdəmir 

rayonunun köçəri təsərrüfatlarında bu hel-

mintlərə yüksək intensivliklə rast gəlinmiş-

dir. Buna səbəb  şirin su ilbizlərinin həd-

dindən artıq çoxalması, heyvanların suvar-

ma arxlarının, bataqlıq sahələrinin kənarla-

rında otarılmaları  və bu helmintlərin aralıq 

sahibləri ilə intensiv yoluxmaları olmuşdur. 

Tədqiq edilən iri və  xırda buynuzlu 

heyvanlarda müxtəlif helmintozlarla yolux-

ma faizinin belə yüksək olması  təsərrü-

fatlarda tətbiq edilən antihelmintlərin zəif 

effektivliliyi ilə  də izah olunur. Buna görə 

də növbəti dehelmintizasiya işlərində həmin 

təsərrüfatlarda dünya praktikasında geniş 

istifadə edilən, daha effektli nəticə verən 

preparatlardan istifadə edilməsini tövsiyə və 

tətbiq etməyi planlaşdırırıq. 

 

РЕЗЮМЕ 

 

Азизова А.А., Байрамов С.Ю., Акбарова Р.Н. 



 

БИОЭКОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ЭПИЗООТОЛОГИИ    

ГЕЛЬМИНТОЗОВ ЖВАЧНЫХ В РАЗНЫХ ГЕОГРАФИЧЕСКИХ  ЗОНАХ  

АЗЕРБАЙДЖАНА. 

 

Начиная  с  января  вплоть до  конца  2012 года  в  разных  географических  зонах 



проводились  гельминто-копрологические    исследование  в    хозяйствах  мелкого  и 

крупного  рогатого  скота.  Выяснилось  что,  во  всех    возрастных  группах    в  отличие   

от других гельминтов зараженность желудочное-кишечными  нематодами встречает-

ся  вес год. Экстенсивность и интенсивность заражения было наивысшей. 



 

SUMMARY 

 

A



zizova A.A., Bayramov S.Y.,Akbarova R.N. 

 

BİOECOLOGİCAL DESCRİPTİON  EPİZOOTOLOGY  HELMİNTS  İN THE  SHEEPS  

AND  CATTLES  OF DİFFERENT GEOGRAPHİCAL ZONE. 

 

Since from January within 2012 year in the different geographical zone were conducted  



helmint-coprologycal  investigations  in sheep and cattle farms. Established in all age 

groups distinct  from other  helmints  contamination with gastrointestinal nematodes disco-

vering all year. Exstensity and intensity of contamination were the highest. 

 


Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

81

 



ЯДЯBИYYAT 

 

1.  Скрябин  К.И.  Метод  польных  гельминтологических  вскрытий  позвоночных. 

Москва:   Сельхозгиз, 1928,49с. 

2.  Василькова  З.Г.  Методы  гельминтологических  исследований  изд.  М.,  Медгиз, 

955,227с.  



3.  Асадов  С.М.  Гельминтофауна  жвачных  животных  СССР  и  ее  экологогео-

графический анализ, Баку, изд. АН Азерб.ССР, 1960, 511с. 



4. Котельников Г.А. Гельминтологические исследования животных и окружающей 

среды. изд. Москва: Колос, 1984,208с. 



5.  A.Q.Məmmədov, Y.H.Hacıyev və başqaları. Baytarlıq   parazitologiyası.  Bakı, Azər. 

Dövlət nəşriyyatı. 1986, 42s. 

_____________________________ 

 

UOT 619.576.33.576.851.48.615.779.9. 



 

QUŞÇULUQ TƏSƏRRÜFATLARINDAN AYRILMIŞ XƏSTƏLİK 

TÖRƏDİCİLƏRİNİN DƏRMAN  PREPARATLARINA   HƏSSASLIĞI. 

 

Mikayılov M.S. bayt.ü.f.d;  Ü.R.Abdullayeva, elmi işçi 



Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu. 

 

AÇAR SÖZLƏR

: antibiotik, həssaslıq, enrolin, kolistin, gentamisin. 

KEY WORDS

antibiotic, sensitivity, enrolin, colistin, gentamicin. 

 

Antibiotiklərin uzun müddət işlədilməsi 



patogen və  şərti patogen mikroorqanizmlər 

arasında onlara qarşı davamlı  nəsillərin 

əmələ gəlməsinə, bu isə aparılan müalicə və 

profilaktik tədbirlərin, səmərəsinin aşağı 

düşməsinə  səbəb olur. Bunu nəzərə alaraq, 

xəstəlik törədicilərinin kulturalarını enrolin, 

kolistin, gentamisin, tilazin, furazalidon 

dərman preparatlarına həssaslıq dərəcəsinin 

öyrənilməsi vacibdir. 

Dərmanların verilməsinin  əsas məqsədi 

quş orqanizminin pozulmuş funksiyalarının 

bərpasına kömək etməkdir. Çoxlu miqdarda 

quş olan binalara da dərmanların fərdi 

tətbiqi quşların tutulması və dərmanın veril-

məsinə artıq xərc çəkilməsini tələb edir. 

Bundan əlavə dərman preparatlarının veril-

məsi quşları narahat etməklə güclü stresə 

səbəb olur. Ona görə  də quşçuluqda  əksər 

hallarda dərman preparatlarının dozasını 

yemə və suya görə təyin edirlər. 

А.Н.Бунеков (1988), M.S.Mikayılov 

(1994), F.B.Şirinov (2003) С.Б.Лыско, 

Н.Ф.Хамко, О.А.Сунцова (2006),  И.Ю.Лес-

ниченко,  С.В.Емалиев  (2011),  А.Н.Бори-

сенкова, 

О.Б.Новикова, 

А.В.Варюхин 

(2011) öyrənmışlər ki, dərman preparatlarının 

uzun müddət işlədilməsi patogen və  şərti 

patogen mikroorqanizmlər arasında onlara 

qarşı davamlı  nəsillərin  əmələ  gəlməsinə, 

bu isə aparılan müalicə və profilaktika təd-

birlərinin səmərəsinin aşağı düşməsinə  sə-

bəb olur. Bunu nəzərə alaraq biz ayrılmış 

xəstəlik törədicilərinin kulturalarının bir 

hissəsini quşçuluq təsərrüfatlarında işlədi-

lən antibiotiklərə  həssaslıq dərəcələrini öy-

rənmişik. 



Material və metodlar: Quş  cəsədlərin-

dən ayrılan xəstəlik törədicilərindən E.koli, 

S.pullorum-qalinarum,S.enteretidis, 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

82

 



psevdomonoz, stafilokokk və streptokokk  

kulturaları enrolinə, kolistinə, gentamisinə, 

neomesitinə, tilazinə  və furazalidona qarşı 

həssaslıq dərəcəsi öyrənilmişdir. 

Patogen və şərti patogen mikrobların tö-

rətdikləri xəstəliklər onun dərman prepa-

ratlarına qarşı həssaslığını təyin etmək üçün 

disk üsulundan istifadə edilmişdir. Dərman-

ların tətbiqi zamanı  preparatların həssaslığı 

nəzərə alınmışdır, və laboratoriya testlərin-

dən istifadə olunmuşdur. 

Tədqiqat işləri Az. ETBİ-nun Quş xəstə-

likləri laboratoriyasında, quşçuluq təsərrü-

fatlarından gətirilmiş quş cəsədlərinin  üzə-

rində    həyata  keçirilmişdir. Mikroorqa-

nizmlər dərman preparatına 3.2 mkq/ml-ə 

qədər həssas olduqda dərman vasitəsi yük-

sək səmərəli,12.5 mkq/ml olduqda səmərəli

25 mkq/ml olduqda isə  zəif səmərəli hesab 

olunmuşdur. Dərman preparatlarına qarşı 

həssaslıq dərəcəsinin təyini üçün Ət Pep-

tonlu Aqar (ƏPA) qida mühitindən istifadə 

edilmişdir. 

Alınmış  nəticələr: Quşçuluq təsərrüfat-

larından ayrılmış yoluxucu xəstəlik törədi-

cilərinin 6 antibiotiklərdə enrolin, gentami-

sin, kolistin, tilazin, furazalidon və neomi-

sinə görə həssaslıq dərəcələri öyrənilmişdir. 

Bu məqsədlə tədqiqat apardığımız quşçuluq 

təsərrüfatlarından 54 - kolibakterioz, 26 - 

S.pullorum-qalinarum, 33 - S.enteritidis, 42 

- psevdomonad, 23-Stafilokokk və 16- 

streptokokk kulturalarını  aşağıdakı  cədvəl-

dəki kimi tədqiq etmişik. 

 

 



      Törədici 

Kultu 


raların 

sayı 


Dərman preparatlarının həssas   kulturaların sayı (%-lə) 

enrolin gentamisin  kolistin 

tilazin  furazalidon  neomisin 

Kolibakterioz 

54 79,4  74,6 

33,3 


27,8 

─ 25,0 


S.pullorum qalinarum 

26 78,0  40,0 

64,5 

25,0 


─ 31,2 

S.enteritidis 

33 86,5  45,1 

50,0 


21,4 

─ 21,4 


psevdomonad 

41 8,3  ─ 

─ 94,6 ─ 33,3 

Stafilokokk 

23 25,0  25,0 

25,0 


─ 75,0  ─ 

Streptokokk 

18 36,7  31,3 

16,6 


─ 35,5  ─ 

 

Tədqiqatların nəticələri. Müəyyən edil-

mişdir ki, sınaqdan keçirdiyimiz kolibak-

terioz kulturalarının  əksəriyyəti müvafiq 

olaraq 79,4% və 74,6% enrolin və gentame-

sinə, S.pullorum-qalinarum kulturalarının 

müvafiq olaraq 78%, 64,5% və 40,0 %-i 

enrolinə, kolistinə  və gentamisinə, S.ente-

ritidis kulturalarının müvafiq olaraq 86,5%, 

45,1% və 50%-i enrolinə, gentamisinə  və 

kolistinə, psevdomonad kulturalarının 

94,6% tilozinə, stafilokokk kulturalarının 

isə 75% furazalidona həssasdırlar. Strepto-

kokk kulturalarının tədqiq etdiyimiz pre-

paratlara həssaslığına görə bu və ya digər 

preparatlara tam üstünlük vermək mümkün 

deyil, çünki kulturaların ancaq yarıdan azı 

yaxud 1/3 enrolinə, furazalidona və 

gentamisinə həssas olmuşlar. 

Ayrı-ayrı quşçuluq təsərrüfatlarından 

ayrılmış mikroblar, hətta bir təsərrüfatdan, 

eyni binadan eyni vaxtda ayrılan törədici 

kulturalarının antibiotiklərə  həssaslıq dərə-

cəsində fərq aşkar edilir. 

Belə ki, Məhəmmədli quşçuluq təsərrü-

fatından 2012-ci ilin mart ayında bir quş 

binasından ayrı-ayrı ölmüş cücələrdən ayrıl-

mış üç kolibakterioz kulturasından biri 

ancaq gentamisinə, digəri ancaq enrolinə, 3-

cü isə ancaq tilazinə, may ayında həmin bi-

nadan ayrılan kultura isə gentamisinə, en-

rolinə  və neomisinə  həssas olmuşdur. Ya-

xud yenə  də  həmin təsərrüfatda başqa 

binada cücələrdən mart ayında S.enteritidis 



Elmi-praktik jurnal 

  

BAYTARLIQ




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin