BAYTARLIQ
Elmi-praktik jurnal
36
xəstəliklər aradan qaldırılmış, bəziləri isə o
cümlədən arıların varroatozu xeyli dərəcədə
azalmışdır. Sonradan arıçılıq təsərrüfatla-
rının fərdi təsərrüfatlara keçməsi nəticəsində
onlara dövlət nəzarətinin zəifləməsi üzündən
xəstəliklərə qarşı tədbirlərin lazımı səviyyə-
də aparılmadığından başqa xəstəliklərlə ya-
naşı arıların varroatoz xəstəliyi geniş yayıl-
maqla arıçılığa ciddi ziyan verməkdədir.
Son zamanlar alimlər tərəfindən varroa-
toza qarşı təklif olunan müalicə preparat-
larının səmərəliliyi mübahisəlidir. Müəyyən
bir iqlim şəraitində, arıçılığa xidmətin sə-
viyyəsindən, törədicinin bioloji xüsusiyyə-
tindən asılı olaraq alınan nəticələr müxtəlif
olur. Buna görə də xəstəliyin epizootik və-
ziyyətini yenidən öyrənmək və son zaman-
lar həmin xəstəliyə qarşı təklif edilən prepa-
ratlardan bəzilərinin sınaqdan keçirilməsi
zərurəti yaranmışdır.
Material və metodlar 2009-2011-ci illər-
də respublikanın Quba-Xaçmaz, Şəki-Za-
qatala, Lənkəran.
Astara və Muğan zonalarını əhatə edən
10 rayonun 25 fermer arıçılıq təsərrüfat-
larında varroatoza görə epizootik vəziyyəti
tərəfimizdən öyrənilmişdir.
Xəstəliyin epizootik vəziyyəti, baş vermə
səbəbləri, yayılma yolları və gedişi haqqında
məlumatlar arıçılardan, arıxanalar yerləşən
əraziyə xidmət edən baytar mütəxəssislə-
rindən anamnestik məlumatların toplanması
və bilavasitə arıxanaların kliniki müayinə-
sinin aparılması yolu ilə aşkar edilmişdir.
Müəyyən edilmişdir ki, arıların varroato-
zunun geniş yayılmasının əsas səbəbləri
vaxtaşırı diaqnostik və müalicə-profilaktika
tədbirlərinin lazımı səviyyədə aparılma-
ması, arı ailələri və onların məhsullarının
nəzarətsiz alqı-satqısı, xəstə beçələrin sağ-
lam arıxanalara uçub gəlməsi, arıxanaların
və arı ailələrinin biri-birinə yaxın yerləş-
dirilməsi, dezinfeksiya edilmədən eyni
alətlərin həm xəstə və həm də sağlam
ailələrdə işlədilməsi və arıxanaların sanita-
riya vəziyyətinin aşağı olmasıdır.
Bəzi akarisidlərin varroatoza görə səmə-
rəliliyini öyrənmək məqsədilə həmin prepa-
ratları işlədilməzdən əvvəl və işlədildikdən
sonra arı ailələrinin varroatoza yoluxma
dərəcəsi müəyyən edilmiş, alınan nəticə
müqayisə edilərək səmərəlilik faizi aşkar
olunmuşdur.
Arıxanalarda arı ailələrinin varroatoza
yoluxmasının intensivliyi ana, işçi və erkək
arıların bədəninə, möhürlü sürfələrə, sürfə
və gəlincik dövründə onlara adi gözlə və
böyüdücü şüşə ilə baxıb gənələri saymaqla,
habelə pətəyin içərisinə, uçuş bacası qa-
bağına tökülmüş zibilin içərisindən gənələri
tapmaqla müəyyən edilmişdir.
Arı ailəsinin xəstəliyə yoluxma dərəcə-
sini müəyyən edərkən əlavə olaraq 100 uçuş
arısı, 100 pətək arısı və 100 möhürlü erkək
sürfəsi üzərində tapılan gənələrin miqdarı
nəzərə alınmışdır. Məsələn 100 uçuş arısı,
100 pətək arısı və 100 möhürlü erkək arı
sürfəsi üzərində gənələrin sayı müvafiq ola-
raq 10; 35 və 15 olarsa onlar cəmlənir və 3-
ə bölünür (10+35+15=60:3=20). Beləliklə
arı ailəsinin varroatoza 20% yoluxduğu
müəyyən edilir.
Ailədə tək-tək gənələrin olması birinci,
onlarla ikinci, 100 və daha çox olduqda isə
üçüncü dərəcəli yoluxma sayılır.
Tədqiqatların nəticələri və onların təhlili.
Aparılan tədqiqatlar nəticəsində respublika-
nın 10 rayonunun (Astara, Masallı, Şamaxı,
Quba, Qusar, Zaqatala, Lənkəran, Balakən,
Qax və Saatlı) 25 arıxanasında 2130 arı
ailəsinin epizootik vəziyyəti öyrənilmişdir.
Belə ki, müşahidə aparılan həmin arı ailə-
lərindən 1715 ailə varroatoza birinci dərəcə-
li, 343 ailənin ikinci və 72 ailənin isə üçüncü
dərəcəli yoluxduğu müəyyən edilmişdir.
Son zamanlar varroatoza qarşı təklif olu-
nan akarisid preparatlardan akarasan, fumisan,
tanis və bivar preparatlarının respublikamız
Elmi-praktik jurnal
BAYTARLIQ
37
şəraitində sınaqdan keçirməyi lazım bildik. Bu
məqsədlə sınaqdan keçirilən hər preparat üçün
hər biri üç ailədən ibarət olan analoji gös-
təricilərə malik (varroatoza yoluxma dərəcəsi,
ailənin gücü, yem ehtiyatı və s.) qrup təşkil
edilmiş və bundan əlavə eyni göstəricilərə ma-
lik nəzarət qrupu da ayrılmışdır.
Nəticə yoxlanılarkən onlar biri-birilə
müqayisə edilərək ümumi səmərə müəyyən
edilmişdir.
Beləliklə arıların varroatozuna qarşı fu-
misan preparatının səmərəliliyi 90,5%, aka-
rasan 85,0%, tanis 81,7% və bivar 78,7%
olmuşdur.
Apardığımız tədqiqatlar nəticəsində res-
publikamız şəraitində arıların varroatozuna
qarşı ən yaxşı nəticə fumisan ondan bir
qədər zəif akarasan və daha sonar tanis və
bivar olmuşdur.
Akarisid preparatlarının istifadəsinin nəticələri
İşlədilən
akarisidlər
Arı
ailələrinin
№ -si
Müalicədən
əvvəlki
yoluxma%-i
Müalicədən
sonrakı
yoluxma%-i
Səmərəlilik
%-i
pAkarasan
24
20
4
85,0
rNəzarətdə
33
20
20
Fumisan
43
21
2
90,5
Nəzarətdə
15
16
16
r Bivar
7
20
4
78,7
eNəzarətdə
3
20
20
PTanis
23
15
2
81,7
aNəzarətdə
54
15
15
Təkliflər. Arıların varroatozuna qarşı
mübarizədə akarisid preparatlarının işlədil-
məsilə yanaşı bir sıra kompleks baytar-sa-
nitar və zootexniki tədbirlərin də görülməsi
vacibdir.
1. Arıçılıq mövsümündə arıxanalardakı
arı ailələrinin 10%-i ildə iki dəfə (aprel və
oktyabr aylarında) diaqnostik müayinədən
keçirilməli, arıxana ərazisinə kənar şəxslər
buraxılmamalı, varroatoza qarşı tədbirlər
aparılmadan arıxanalar köçürülməməlidir.
Arıxanalar pasportlaşdırılmalıdır.
2. Arıxanalarda sağlam zəif ailələr birləş-
dirilməli və xəstə zəif ailələr isə çıxdaş edil-
məlidir. Arıxanada yalnız qüvvəli arı ailələri
saxlanmalıdır. Arıxanalar quru, günəş şuası
düşən, küləkdən qorunan sahədə yerləşdiril-
məli, pətəklər yerdən 40 sm hündürlükdə
dayaqlar üstünə qoyulmalıdır. Pətəyin xarici
səthi arıların yaxşı görə biləcəyi ağ, sarı,
yaxud mavi rəngə boyanmalıdır.
3. Arıların aktiv fəaliyyəti dövründə var-
roa gənələrini cəmləşdirib məhv etmək
məqsədilə üzərinə şan zolağı çəkilmiş çər-
çivə qoyulur. Arılar həmin şan zolağına er-
kək sürfələr qoyurlar, gənələr isə həmin
erkək sürfələr üzərində cəmləşdiyinə görə
sonradan onu çıxarıb mum üçün əritməklə
arıların varroatozunun 30%-dək azalmasına
nail olmaq mümkündür.
4. Pətəklər torlu çərçivəaltlığı ilə təchiz
edilməli və hər 7-10 gündən bir çıxarıb pə-
təyin içərisindəki zibil yığışdırılıb yandırıl-
malıdır.
5. Varroatoz zamanı gənələr arıların
hemolimfasını sorduğuna görə arılarda zülal
distrofiyası baş verdiyi üçün onlar zülalı
yemlərlə yemləndirilməlidir.
6. Varroatozla mübarizədə müxtəlif aka-
risidlərdən istifadə edilir. Nəzərə almaq la-
BAYTARLIQ
Elmi-praktik jurnal
38
zımdır ki, akarisid preparatlar yalnız yaşlı arı-
lar üzərindəki gənələrə təsir göstərir. Qapalı
şan hücrələrindəki arı sürfələri üzərində
inkişafda olan gənələrə təsir göstərmədiyinə
görə 12 gündən sonar təkrar işlətmək lazım
gəlir.
7. Preparat işlədilməzdən əvvəl hazırlıq
işləri görülməlıdir: pətəyin içərisi təmizlən-
məli, çatları palçıqla suvanmalıdır. Preparat
işlədildikdən sonra pətəyin içərisi yenidən
təmizlənib toplanmış zibil yandırılmalıdır.
8. Gənələrin inkişaf dinamikası ilə əlaqə-
dar akarisidlərin aşağıdakı müddətdə işlə-
dilməsi tövsiyə olunur: yazda martın axırın-
da havanın temperature +160 –dən yuxarı
olduqda, yayda bal süzümündən dərhal so-
nar və payızda oktyabr ayında arıların qışla-
maya hazırlanması ərəfəsində aparılmalıdır.
Akarisidlərin işlədilməsi. Akarasan
yazda martın axırında, yayda bal süzü-
mündən dərhal sonra və payızda arıların
qışlamaya hazırlığı ərəfəsində işlədilir. Pre-
paratın birdəfəlik dozası hər arı ailəsi üçün
bir akarasan lenti yandırıb tüstüsünü uçuş
bacasından pətəyə ötürüb 30 dəqiqəliyə
uçuş bacası bağlanır. Səhəri günü pətək
açılaraq təmizlənir.
Fumisan. Fumisan akarisid hopdurulmuş
ağac qabığına bənzər lentdən ibarətdir. 8-10
çərçivəlik arı ailəsinin hər birinin pətəyinin
içərisindən bir fumisan lenti asılır. Ailədə
arı sürfəsi olduqda lent pətəkdə 25 gün,
sürfə olmadıqda isə 2-3 gün saxlanır.
Tövsiyə edilən preparatlar arı ailəsinə
günün axırında arılar pətəyə toplandıqdan
sonra işlədilir. Varroatoz əleyhinə tədbirlər
baytar mütəxəssislərinin nəzarəti altında
aparılmalıdır. Görülən tədbirlərin daha
səmərəli olması üçün bir-birinə yaxın
arıxanaların hamısında tədbir eyni vaxtda
aparılmalıdır.
РЕЗЮМЕ
Султанлы Г.И.
УСОВЕРШЕНСТВОВАНИЕ МЕРОПРИЯТИЙ ПО БОРЬБЕ С ВАРРОАТОЗОМ
ПЧЕЛ
В статье указывается причины и пути распространения варроатоза пчел в Азер-
байджане. Испытание некоторых акарицидов в условиях республики и усовершенст-
вование комплексных мероприятий против варроатоза пчел.
SUMMARY
Sultanly G. İ.
IMPROVEMENT OF ACTİONS AGAİNST VARROTO OF BEES
This article is specify the reasons and diffusion ways varrotos of bees in Azerbaijan.
Test of some acaricides in the conditions of republic and improvement of complex actions
against varrotos of bees.
ƏDƏBİYYAT
1. Ф. Поль. Болезни пчел. Диагностика и лечение. Москва.2004. ст.89-105.
2. Н.Кокорев, Б.Чернов. Избранные практические советы. Пчелы. Болезни и вреди-
тели. Москва. 2006. Ст. 147-194.
3. Q. Sultanlı. Arı xəstəlikləri və ziyanvericiləri. Bakı. Azər” nəşriyyatı, 2008, səh.66-85.
Elmi-praktik jurnal
BAYTARLIQ
39
UOT 619 616 576 895132
LƏNKƏRAN VƏ ASTARA RAYONLARI ƏRAZİSİNDƏ OLAN FƏRDİ
QUŞÇULUQ TƏSƏRRÜFATLARININ BAŞLICA HELMİNTOZLARI
Bayramov S. Y., baytarlıq elmləri namizədi
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu
AÇAR SÖZLƏR
: helmint, yarma, müayinə, kal, quş, rayetina, sinqamus, fərdi təsərrüfat
KEYWORDS
: helminth, autopsy, inspection, feces, bird, rayetina, singamus, private.
İri sənaye müəssisələri ilə yanaşı Kənd
təsərrüfatının inkişaf etdirilməsi respublika-
mızda yeni fərdi, fermer təsərrüfatlarının
yaradılması, inkişaf etdirilməsi zərurətini
yaradır. Onun üçün də quşçuluq təsərrüfat-
larının yaradılması ən vacib məsələlərdən
biridir, çünki quşçuluq tez inkişaf edən və
yüksək iqtisadi gəlir gətirən bir sahədir.
Bunun üçün də əhali bu sahəyə daha çox
maraq ayırır. Respublikamızda kənd təsər-
rüfatının inkişafı və ərzaq məhsullarına olan
tələbatını ödəmək üçün bir sıra layihə və
proqramlar həyata keçirilməkdədir. Bu təd-
birlərdə əsas sahələrdən biri iri və xırda
quşçuluq təsərrüfatlarının inkişaf etdirilmə-
sidir. Burada yeni yüksək məhsuldar cins-
lərin və böyük damazlıq təsərrüfatların ya-
radılması, quşların yemlənmə və bəslənmə
şəraitlərinin yaxşılaşdırılması üçün müasir
tələblərə cavab verən metodların hazırlanıb
tətbiq edilməsi çox vacibdir.
Qeyd etmək lazımdır ki, quşçuluq təsər-
rüfatlarının sürətlə inkişafına və quşların
məhsuldarlığına təsir edən bir çox amillər
vardır. Bu amillərin əsasını quşlar arasında
baş verən və onların tələfatına səbəb olan
invazion və infeksion xəstəliklər təşkil edir.
Quşların ən çox yoluxduğu nematodlar-
dan askaridi, heterakis, kapillyari, sinqa-
mus, sestodlardan isə rayetinadır. Qeyd edi-
lən bu helmintlərlə ən çox cavan quşlar və
bir yaşından yuxarı olanlar arasında daha
yüksək dərəcədə yoluxma baş verir. Ümu-
milikdə, helmintlər quşların bağırsağında və
bronxlarında 4-13 ay arasında parazitlik
edirlər və yayılmalarına əsas səbəb isə on-
ların bioloji fəallığıdır. Belə ki, helmintlər
külli miqdarda yumurtalarını kal vasitəsi ilə
xarici mühitə tökür, müvafiq temperatur və
nəmlik olduqda isə həmin yumurtaların
daxilində sürfələr əmələ gəlir. Həmin yu-
murtaları quşlar yem və su ilə qəbul etdikdə
xəstəliyə yoluxurlar. (1, 2, 4)
Askaridioz, heterakidoz, kapillyarioz,
sinqamoz və rayetinozun ev toyuqları ara-
sında yayılmasını və onların epizootik və-
ziyyətini öyrənmək məqsədi ilə cənub böl-
gəsində-Lənkəran və Astara rayonlarının
fərdi quşçuluq təsərrüfatlarında olan quşlar
üzərində müxtəlif tədqiqatlar apardıq.
Material və metodika. Təsərrüfatlardan
toplanmış kal nümunələri Fülleborn və növ-
bəli yuma çökdürmə üsulları ilə müayinə
edilmişdir. Bu məqsədlə hər bir quşun kalı
ayrı-ayrı toplanıb laboratoriyaya gətirilmiş-
dir. Fülleborn üsulu tətbiq edildiyinə görə
doymuş duz məhlulundan istifadə olunmuş-
dur. Müayinə aparmaq üçün 100 ml - lik adi
stəkana 5-10 qram kal qoyulub üzərinə təd-
ricən şüşə çubuqla qarışdırmaqla doymuş
duz məhlulu əlavə edilmişdir. Bu zaman bir
hissə kal kütləsinə 15-20 hissə duz məhlulu
düşmüşdür. Məhlul əlavə edilən kimi stə-
kanın üzərinə çıxmış iri kal hissəcikləri şü-
şə çubuqla götürülüb atılmış, stəkandakı
qarışıq süzgəc vasitəsi ilə digər stəkana
BAYTARLIQ
Elmi-praktik jurnal
40
süzülmüş və 40 dəqiqə saxlanılmışdır. Son-
ra mis ilgək vasitəsi ilə mayenin üst təbə-
qəsindən 2-3 damla götürüb, əşya şüşəsi
üzərinə qoyulmuş və mikroskopiya edil-
mişdir. (3, 5, 6)
Aparılan tədqiqatlar zamanı ev toyuqları
helmintoloji yarma üsulu ilə müayinə edil-
mişdir. Belə ki, quşların tükü təmizləndik-
dən sonra udlaqdan başlayaraq kloakaya qə-
dər olan hissə yarılaraq helmintlər toplan-
mışdır.
Alınan nəticələrin müzakirəsi. Quşlar
arasında ən geniş yayılan helmint xəstəlik-
ləri müəyyənetmək üçün Lənkəran və Asta-
ra rayonun fərdi quşçuluq təsərrüfatlarında
tədqiqatlar apardıq. Təsərrüfatlarda quşlar
açıq tövlə və gəzinti sahələrində saxlanılır.
Tövlələrdə quşların altlıqları demək olar ki
45-60 gündən bir təmizlənir. Quşlar saxla-
nan tövlələrdə peyinin qalınlığı 5-15 sm idi.
Tövlələrdə dezinvaziya tədbirləri demək
olar ki aparılmır. Ümumilikdə, hər iki rayo-
nun fərdi quşçuluq təsərrüfatlarında orta
hesabla 65-450 quş saxlanılır. Müayinələri
Lənkəran rayonu üzrə 15, Astara rayonu
üzrə isə 11 fərdi təsərrüfatlarda apardıq.
Quşların saxlandığı tövlələrdə qalın peyin
qatı, münasib nəmlik və temperaturun
olması ora düşən helmint yumurtalarının
invazion mərhələyə çatması üçün əlverişli
şəraitin yaranmasına səbəb olur ki, bu da
quşların ilin bütün fəsillərində də hel-
mintlərlə yoluxmasına gətirib çıxarır.
Astara və Lənkəran rayonlarının fərdi
təsərrüfatlarında koproloji müayinələr
əsasən 2-4, 6-8 və 8-12 aydan yuxarı yaş
qruplarında aparılmışdır. Təsərrüfatlardan
götürülmüş kal nümunələri Fülleborn və
ardıcıl yuma üsulu ilə müayinə edilmişdir.
Bu rayonların quşçuluq təsərrüfatlarında
müxtəlif yaş qruplarında apardığımız müa-
yinələrdə əsas məqsəd helmintlərin ilin
fəsillərindən asılı olaraq tam epizootiki və-
ziyyəti müəyyənləşdirmək olmuşdur. Yaş
qruplarına uyğun olaraq hər rayonun təsər-
rüfatlarından ümumilikdə 2-4 aylıqlardan
376, 6-8 aylıqlardan və 285 ədəd 8 aydan
yuxarı olan quşlardan 210 ədəd kal nümu-
nələri, Astara rayonunda olan təsərrüfat-
lardan isə müvafiq olaraq 2-4 aylıqlardan
235, 6-8 aylıqlardan 180 və 8 aydan yuxarı
olan quşlardan isə 150 kal nümunələri
götürülərək müayinə edildi. Koproloji
müayinədən alınan nəticələr 1-ci cədvəldə
verilmişdir.
Fərdi quşçuluq təsərrüfatlarında helmintlərin yayılması Cədvəl 1
Quşların yaş
qrupu
Müayinə
edilib
Yoluxublar
askaridioz
heterakidoz
sinqamoz
kapillyarioz
rayetinoz
yolu-
xub
%-lə
yolu-xub %-lə yolu-xub %-lə yolu-xub
%-lə
yolu-xub
%-lə
Astara rayonu üzrə
2-4 aylıq
235
116
49,4
92
39,1
56
23,8
71
30,2
59
25,1
6-8 aylıq
180
79
43,8
67
37,2
33
18,3
51
28,3
38
21,1
8-aydan yuxarı
150
59
39,3
48
32
29
19,3
39
26
28
18,7
Bütün yaşlar üzrə
565
254
44,1
207
36,1
118
20,4
161
28,16
125
21,6
Lənkəran rayonu üzrə
2-4 aylıq
376
169
44,9
124
32,9
80
21,2
119
31,6
89
23,6
6-8 aylıq
285
105
36,8
101
35,4
51
17,9
78
27,3
51
17,8
8-aydan yuxarı
210
64
30,5
60
28,5
41
19,5
62
29,5
39
18,1
Ümumi qruplar
üzrə
871
338
37,4
295
32,3
172
19,5
259
29,4
178
19,8
Elmi-praktik jurnal
BAYTARLIQ
41
Aparılan müayinələrin nəticələrini mü-
qayisə etsək görərik ki, Astara rayonunun
fərdi quşçuluq təsərrüfatlarından ümumi-
likdə 565 ədəd kal nümunəsi götürülmüş-
dür. Bu nümunələrin müayinəsi zamanı
askaridioza görə yoluxma 49,4-39,3%
arasında dəyişmiş orta yoluxma 44,1%,
heterakidoza görə yoluxma 39,1 - 32%, orta
yoluxma 36,1%, sinqamoza görə yoluxma
18,3 - 23,8% orta yoluxma isə 20,4%, ka-
pillyarioza görə 26-30,2% orta yoluxma
28,1%, rayetinoza görə isə yoluxma 18,7-
25,1%, orta yoluxma isə 21,6% olduğu
müəyyən edilmişdir.
Lənkəran rayonunun fərdi quşçuluq tə-
sərrüfatlarından isə bütün yaş qrupları üzrə
ümumilikdə 871 ədəd kal nümunəsi götürü-
lərək koproloji müayinədən keçirilmişdir.
Həmin müayinələr zamanı helmintlərə görə
yoluxma 37,4% heterakidoza görə 28,5 -
35,4%, orta yoluxma 32,3%, sinqamoza gö-
rə 17,9-21,2%, orta yoluxma 19,5%, ka-
pillyarioza görə 27,3 - 31,6%, orta yoluxma
29,4%, rayetinoza görə isə 17,8 - 23,6%,
orta yoluxma isə 19,8% olduğu aşkar
edilmişdir.
Biz hər iki rayon üzrə apardığımız kop-
roloji müayinənin nəticələrini və quşların
helmintlərlə yoluxmasının intensivliyini
müəyyən etdik. Belə ki, Astara və Lənkəran
rayonlarının fərdi təsərrüfatlarında, mərkəzi
bazarlarında kəsilib satılan quşların bağır-
saqları toplanaraq rayonun diaqnostik kabi-
netinə və institutun parazitologiya labora-
toriyasına gətirilərək tam olmayan yarma
müayinəsi ilə müayinə etdik. Alınan
nəticələr cədvəl 2-də verilmişdir.
Quşçuluq təsərrüfatlarında helmintlərin yayılması Cədvəl 2
Quşçuluq təsərrüfatlarında aparılan
koproloji və yarma müayinələrinin nəticə-
lərinə əsasən qeyd etmək olar ki, quşlar
arasında sestod və nematodlar hələ də geniş
yayılmaqdadır. Bu da müayinələr apardı-
ğımız həmin təsərrüfatlarda helmint fauna-
sının daha geniş yayılmasına gətirir.
Lənkəran və Astara rayonun fərdi quş-
çuluq təsərrüfatlarında helmintozların geniş
yayılmasını nəzərə alaraq bu təsərrüfatlarda
helmintozların fəsillər üzrə yayılma dina-
mikasını da öyrənmək məqsədi ilə müxtəlif
müayinələr apardıq. Alınan nəticələr 3-cü
cədvəldə verilmişdir
Dostları ilə paylaş: |