Baytarliq



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix01.01.2017
ölçüsü2,2 Mb.
#4015
1   2   3   4   5   6   7   8   9   ...   12

BAYTARLIQ

 

9

 



Eksperimental olaraq yoluxdurulmuş heyvanlarda dibiomisin və ditetrasiklin 

antibiotiklərinin müalicə effektliyinin nəticələri. Cədvəl 1 

Antibiotik

 

Heyvanın 



miqdarı

 

Preparatın 



dozası (tv/kq)

 

Antibiotikin 



yeridilməsi 

(gün)


Antibiotikin

vurulması 

(dəfə)

Nəticələr



 

Öldü


 

Sağaldı


 

Xəstə


Dibiomisin

 

5



 

40.000


8

əzələ daxilinə 

iki

-

 



5

 

-



Ditetrasiklin

 

5



 

40.000


8

--

-



 

5

 



-

Kontrol


 

5

 



-

 

-



-

-

 



1

 

4



 

 

Cədvəldən göründüyü kimi yoxlanılan 



antibiotiklər aqalaktiya xəstəliyinin müali-

cəsində çox yaxşı təsir göstərir. 

Xəstəlikdən sağalmış heyvanlarda xəstə-

liyin daşıyıcısı olub olmadığını müəyyən 

etmək üçün 6 baş heyvan öldürüldü və 

onlardan götürülmüş patoloji materiallarda 

bakterioloji müayinələr aparıldı, bu zaman 

bütün yoxlamaların nəticələri mənfi oldu. 

Eksperimental  şəraitdə müsbət nəticələr 

əldə olunduqdan sonra biz həmin antibio-

tikləri təsərrüfat  şəraitində geniş miqyasda 

yoxladıq. 

Bu məqsədlə  Ağcabədi və Yevlax rayo-

nunda qeyri-sağlam təsərrüfatlarda yoxla-

malar apardıq. 

 

Dibiomisin antibiotikinin yoluxucu aqalaktiya xəstəliyinin müalicəsinin effektliyi. 



Cədvəl 2 

 

Xəstəliyin forma 

və stadiyası

 

Müalicə olunan 



heyvan miqdarı

 

Preparat neçə 



dəfə vurulub

 

Müalicənin nəticələri



 

Sağaldı


Xəstə qalır

 

Sağalma 



faizi

Yelin forması 

 

Başlanğıc 



 

İnkişaf etmiş

 

-

 



84

 

40



 

 -

1-2



 

2

-



84

 

35



-

 

3



 

5

 



-

96,43


 

87,5


Oynaq forması

 

Başlanğıc



 

İnkişaf etmiş

 

-

 



162

 

53



 

-

1-2



 

2

-



159

 

49



-

 

3



 

4

 



-

98,14


 

92,45


Göz forması

 

Başlanğıc



 

İnkişaf etmiş

 

-

 



53

 

27



 

-

3



 

3

-



49

 

24



-

 

4



 

3

 



-

92,45


 

88,88


Qarışıq forma

 

Başlanğıc



 

İnkişaf etmiş

 

-

 



61

 

19



 

-

2-3



 

2-3


-

57

 



14

-

 



4

 

5



 

-

93,44



 

73,68


Cəmi: 499  1-3 

468 


31 

93,78 


Kontrol: 110 Müalicə 

olunmayıb 

14 96 

12,77 


 

BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

10

 



Ditetrasiklinin terapevtiki effektliyini 

527 baş hər yaşda (2 aylıqdan 6-7 yaş arası) 

xəstə heyvanlar üzərində öyrəndik, nəticəsi 

3saylı cədvəldən görünür. 

Hər iki cədvəldən göründüyü kimi dibio-

misin və ditetrasiklin antibiotiklərinin 

tətbiqi aqalaktiya xəstəliyinin müalicəsində 

yüksək effektliyə malikdir. 

Beləliklə eksperimental və  təsərrüfat 

şəraitində aparılan təcrübələrin nəticəsi 

olaraq bildiririk ki, xəstə heyvanlar əzələ 

daxilinə yeridilmiş suspenziyalara qarşı 

inyeksiya nahiyyəsində narahatlıq və  ağrı 

keçirsələrdə bu hal tezliklə keçib gedir. 

Hər iki antibiotik aqalaktiya xəstəliyinin 

başlanğıc dövründə daha yaxşı təsir göstərir. 

Xəstəliyin tam inkişaf etmiş formasında isə 

5-6% xəstə heyvan sağalma-mış qalır və 

təsərrüfat yararlığını itirərək çıxdaş olunur. 

Diobimisin və ditetrasiklinin aqalaktiya 

xəstəliyinin müalicəsində üstün cəhəti baş-

qa preparatlardan onunla fərqlənir ki, əv-

vəla preparatlar xəstəliyin bütün forma-

larında 8 gündə bir dəfə  əzələ arasına vur-

maqla cəmi 2-3 dəfə təkrar edilir. 

 

 



Aqalaktiya xəstəliyində ditetrasiklinin müalicə effektliyi Cədvəl № 3 

 

Xəstəliyin forma 

və stadiyası 

Müalicəyə 

cəlb olunan 

heyvanların 

miqdarı 

Preparat neçə 

dəfə yeridilib

Müalicənin nəticələri  

Sağaldı 

Xəstə qalır Sağalma faizi

Yelin forması 

Başlanğıc 

İnkişaf etmiş 

 

103 



39 

 

1-2 



 

201 



36 

 



 

98,06 



92,30 

Oynaq forması 

Başlanğıc 

İnkişaf etmiş 

 

133 


76 

 

1-2 



 

129 



71 

 



 

96,99 



91,42 

Göz forması 

Başlanğıc 

İnkişaf etmiş 

 

71 


23 

 



 

68 



18 

 



 

95,77 



78,26 

Qarışıq forma 

Başlanğıc 

İnkişaf etmiş 

 

55 


27 

 



2-3 

 

52 



23 

 



 

94,54 



85,15 

Cəmi: 527  1-3  498  29  94,5 

Kontrol: 98 Müalicə 

olunmayıb 

16 82 16,3 

 

 



Hər iki antibiotikin belə uzun müddətli 

təsirə malik olması baytar həkimlərin işini 

yüngülləşdirməklə bərabər bütün şəraitlərdə 

tətbiq edilməsinə imkan verir. 

 

 

 


Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

11

 



РЕЗЮМЕ 

 

Мурадов Р.Г. 



 

ОБ ЭФФЕКТНОСТИ ДИБИОМИСИНА И ДИТЕТРАСИКЛИНА ПРИ ЛЕЧЕНИИ 

ИНФЕКЦИОННОЙ АГАЛАКТИИ ОВЕЦ И КОЗ 

 

Проведенными опытами на экспериментально зараженных и естественно больных 

животных  инфекционной агалактией было установлено, что дибиомисин и дитетра-

сиклин  является  эффективным  препаратом  для  лечения  инфекционной  агалактии 

овец и коз, эффективность ровна 93,7% и 94,5%. 

 

SUMMARY

 

 



Muradov R.H. 

 

ABOUT EFFİCACY DİBİOMİCİN AND DİTETRACİKLİN AT TREATMENT 

İNFECTİOUS AGALACTİA SHEEP AND GOATS 

 

By the experiences spent by us on experimentally infected and naturally sick animals in-



fectious agalactia it has been established, that dibiomicin and ditetraciklin is an effective 

preparation for treatment infectious agalactia sheep and goats efficacy it is equal 93,7% and 

94,5%. 

 

ƏDƏBİYYAT 

 

 

 

1. Ежов  В.И. “Особенности  концентрации  хлортетрациклина  в  организме  телят 

при  парентеральном  применении  дибиомицина”  Бюллете  ВИЕВ,11  Москва-1967. 

Р.Г.Мурадов  



2. У.А.Касумов “Испытание дитет-рациклина при лечении инфекционной агалак-

тии овец и коз”. Тезисы докладов второй всесоюзной конференции молодых ученых 

Москва-1971.  

3.  Р.Г.Мурадов.  Об  эффективности  дибиомицина  и  дитетрациклина  при  лечении 

больных инфекционной агалактии овец и коз. Тезисы докладов симпозиума молодых 

ученых сельского хозяйства. Ленинград-1971.  

4.  Р.Г.Мурадов,  М.Фарзалиев,  У.А.Касумов  “Использование  антибиотиков  при 

инфекционной агалактии овец” Журнал “Ветеринария” № 4 Москва - 1974. 

 

______________________________  



BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

12

 



UOT 619· 616· 1/.4. 

 

ÇİÇƏK XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏ 



 

Əsgərov C.Ə. baytarlıq üzrə fəlsəfə doktoru 

Azərbaycan  Elmi  Baytarlıq  Tədqiqat  İnstitutu 

 

AÇAR SÖZLƏR



: insan, qara mal, qoyun, keçi, at, toyuq,  müalicə, profilaktika. 

KEY WORDS

humans, a gattle, cheep, she-qoat horse, chicken, treatment, profilaktikas, 

 

Kənd təsərrüfatı heyvanlarının və quşla-



rın çiçəyi yüksək kontagiozlu, iti yoluxucu 

xəstəliyi olub, intoksikasiya əlamətləri, 

yüksək hərarət, dəri və selikli qişalar üzə-

rində düyünlü-pustulozlu suluqlu səpgilərin 

və konyunktivitin əmələ  gəlməsi ilə xarak-

terizə olunur. 

İnsanlar da çiçəklə xəstələnirlər. 

Qoyunlarda çiçək xəstəliyi barədə yazılı 

məlumat bizim eradan ikinci minilliyə  şa-

mil edilir. Belə ki, xəstəlik  İngiltərədə 

1275-ci ildə, Fransada 1640-ci ildə müşa-

hidə olunmuşdur. Çiçəyin yoluxucu olması-

nı 1763-cü ildə Burjelya müəyyən etmişdir. 

İnəklərdə çiçəyin olmasını ilk dəfə 

İngiltərədə 1796-ci ildə Cenner aşkarlayıb 

və  xəstəliyə qarşı peyvənd vasitəsi təklif 

etmişdir ki, bu o zaman epidemiyaya qarşı 

mübarizədə həledici əhəmiyyəti olmuşdur. 

Donuzlarda, atlarda, dəvələrdə çiçək 

xəstəliyinin olması barədə XIX əsrin sonla-

rında qeyd edilmişdir. Xəstəliyin  əsasən 

qoyunlarda Avropada, Asiyada, Afrika öl-

kələrində, həmçinin Hindistanda, İranda, 

İraqda,  Əfqanıstanda, Portuqaliyada, İspa-

niya,  İtaliya, Yunanıstanda olması barədə 

ədəbiyyatlarda göstərilir. Keçmiş SSRİ 

məkanında çiçək qoyunlarda XVIII və XIX 

əsrlərdə geniş yayılmışdır. 

Quşlarda çiçək xəstəliyinin ayrı-ayrı 

ölkələrədə olması barədə məlumatlar vardır. 

Xəstəliyin insanlar arasında keçmiş SSRİ-

də  hələ 1979-cu ildə  ləğv olunduğu bildi-

rilir. Ölkəmizdə qoyunların çiçəyinə qarşı 

Rus alimi N.V.Lixacovun 1944-cü ildə tək-

lif etdiyi hidrookisalyuminium formal vak-

sinin baytarlıq təcrübəsində istifadəsinin 

çox böyük əhəmiyyəti olmuşdur. 

Xəstəliyin virus etiologiyalı olması barə-

də Marks və Stiger 1902-ci ildə  məlumat 

vermişlər. Xəstəliyin törədicisi süzülən vi-

rusdur, onu ilk dəfə 1903-cü ildə Fransız 

tədqiqatçısı Borel qeyd etmişdir. 

Çiçək xəstəliyinə qoyunlar, keçilər, do-

nuzlar, iri buynuzlular, dəvələr, atlar, to-

yuqlar, hind toyuqları, göyərçinlər, tovuz 

quşu, sarı bülbüllər, qaz, ördəklər, çöl və 

bəzək quşları  və s. həssasdırlar. Qoyunlar 

xəstələndikdə  təsərrüfatlara gözə çarpacaq 

dərəcədə ziyan dəyir. Belə ki, quzularda 

ölüm 50%, çoşkalarda 65%, yaşlılarda isə 

süd və yun çıxarı kəskin azalır. 

Ədəbiyyatlardan məlumdur ki, insanlar-

da çiçək virusu iri buynuzlu heyvanlarda 

həmin xəstəliyi əmələ gətirir. 

Çiçəyin virusunu toxuma hüceyrələrin-

də, həmçinin toyuq embrionunun xoriallan-

tois qişasında yetişdirmək olar. Süni qida 

mühitlərində qoyunların, keçilərin, donuz-

ların virusunu adaptasiya etmək çətindir. 

Virus yüksək hərarətə çox həssasdır. 53

qızdırma onu 15 dəqiqəyə, 58



isə onu 3 də-

qiqəyə, turş qida mühiti (PH- 3,0 - 3,6) 1 

saata, aşağı  hərarət virusu 2 ilə  qədər kon-

servləşdirir. Qoyun damlarında virus 6 aya, 

otlaqlarda 62 günə, yunda 2 aya qədər qalır. 

Müyyən edilmişdir ki, firus fars gənəsi-

nin orqanizmində 1 ay, birədə 35 gün, orni-



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

13

 



todoris lahorenzis gənəsində 3 aydan yuxarı 

ağcaqanadlarda isə 7 aydan çox sağ qalır. 

Çürümüş materialda törədici tez məhv 

olur. Xloraminin 4%-li, yeyici qələvinin 3%-

li məhlulları 1 saat ərzində törədicini inak-

tivləşdirir. Qaynatma virusu o dəqiqə öl-

dürür. 2-5%-li korbol turşusu məhlulu virusu 

bir neçə dəqiqəyə məhv edir. Eyni təsirə 1%-

li formaldehid məhlulu da malikdir. 

Virus antibiotiklərə həssas deyildir. Törə-

dici ilə yoluxmuş peyinin biotermiki zərər-

sizləşdirilməsi 28 gündən sonra başa çatır. 

İnfeksiyanın mənbəyi xəstə heyvanlar-

dır, hansı ki, virusu irinlə  ətraf mühitə ya-

yırlar. Həmçinin xəstələnib sağalmış hey-

vanların yunu, dərisi infeksiya mənbəyi ki-

mi böyük təhlükə yaradır. 

Xəstəlik virusunun tez yayılmasının sə-

bəbi, həmçinin orqanizmdə əmələ gələn çi-

çək qərtməklərində, ağız suyunda, burun 

axıntılarında olan virus ətrafa yayılır və 

aerogen yolla orqanizmə daxil olmasıdır. 

Sağlam heyvanların xəstə heyvanlardan 

yoluxması  əsasən dəri, selikli qişa vasitəsi 

ilə, kontakt, həmçinin tənəffüslə və alimen-

tar yolla baş verir. 

Xəstəliyin törədicisinin yayılmasında 

həmçinin çöl quşlarının, dəri parazitlərinin, 

qansoran həşaratların və  gəmiricilərin rolu 

böyükdür. Törədici orqanizmdə 100 günə 

qədər yaşaya bilir. 

Çiçək epizootiyası heyvanlarda, həmçi-

nin çöl quşlarında, ilin istənilən fəsillərində 

müşahidə olunur. Əksər hallarda isə otlaq 

şəraitində saxlanılan vaxtlarda olması da 

qeyd olunur. 

Heyvanlarda, quşlarda və insanlarda or-

qanizmdə baş verən çiçək prosessinin inki-

şafı əsasən eyni tiplə əlaqədardır. 

Xəstəliyin inkubasiya dövrü 4-12 gündür. 

Müxtəlif növ heyvanlarda xəstəlik  əmələ 

gətirən törədici morfoloji cəhətdən bir-birinə 

yaxındır və oxşar əlamətləri mövcuddur. 

Qoyunların, keçilərin, donuzların və quş-

ların çiçək virusu ayrı-ayrı heyvan növləri 

üçün patogendir və  təbii  şəraitdə  hər biri 

sərbəst şəraitdə xəstəliyi yarada bilir. 

İnəyin çiçək virusu, camışlar, atlar, ke-

çilər, uzunqulaqlar, qoyunlar, donuzlar, qa-

tırlar, dəvələr, dovşanlar, meymunlar və 

insanlar üçün geniş əhatəli patogenliyə ma-

likdir. Xəstəlik iri buynuzlu heyvanlarda 

sporodik formada baş verir. Otlaq şəraitində 

naxırda geniş yayılır və heyvanların  əksə-

riyyəti yoluxa bilir. 

Qaramalın çiçəyində inkubasiya müddəti 

4-8 gündür. Mürəkkəbləşmə mastit kimi 

ortaya çıxa bilər, bu zaman virus südlə ifraz 

olunur. 

Qoyunlarda çiçək ilin bütün vaxtlarında 

epizootiya formasında baş verir, xüsusi ilə 

də soyuq, yağışlı və quraqlıq keçən aylarda. 

Qoyunlar bütün yaşlarda yoluxurlar. Zərif 

yunlu qoyun cinsləri və cavan qoyunlar 

arasınada çiçək daha ağır keçir. Belə sürü-

lərdə müalicə tədbirləri vaxtında aparılmaz-

sa, çiçək qısa müddət ərzində 100%-ə qədər 

yayıla bilir. 

Əgər çiçək ana qoyunlarda boğazlıq döv-

ründə olursa, balasalma baş verir. Quzu-

larda xəstəlik ağır keçir, mürəkkəbləşmələr 

pnevmoniya, qastroenterit, irinli artrit və 

korluq olur. Xəstəliyin yaxşı proqnozu za-

manı ölüm 2-3%, yayılmış  və hemoroji çi-

çək zamanı isə 100%-dək ola bilər.

 

Quşlarda xəstəlik adətən xroniki, yarım 



iti, bəzən də iti formada gedir. İnkubasiya 

dövrü 4-16 gündür. Çiçəyin dəri formasında 

pipikdə, saqqalda, göz qapağı, üzdə  və  bə-

dənin digər tüksüz yerlərində çiçək yaraları 

əmələ gəlir. 

Ayrı-ayrı növ heyvanlarda və quşlarda 

bir sıra alimlər, müxtəlif illərdə və ölkələr-

də çiçək xəstəliyini ətraflı öyrənmişlər. 

Keçmiş SSRİ-nin müxtəlif ölkələrində 

inəklərdə, donuzlarda, toyuqlarda vaxtaşırı 

xəstəliyin baş verməsi barədə qeyd edilir. 

Dəvələrdə çiçəyin  İranda, Monqolustanda, 



BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

14

 



Pakistanda, Afrikanın  Şimali-Qərbində, 

Türkmənistanda, Qazaxıstanda yayılması 

göstərilir. 

Heyvanlarda və insanlarda çiçəyin törə-

dicisinin 20 növünün olması bildirilir. To-

xuma hüceyrələrində, xüsusi ilə qurudul-

muş  qərtməkdə virus həyat fəalyyətini ay-

larla saxlayır. 

Patoloji-anatomik dəyişiklər dəridə, se-

likli qişalarda səpgi şəklində müşahidə edi-

lir. Qara ciyərdə, ürəkdə, böyrəkdə distro-

fiya, baş beyində nekroz sahələri və polife-

rativ dəyişiklər olur. Bəzi hallarda orxit, ağ 

ciyər, dalaq, limfa vəziləri böyüyür və  şiş-

kinləşir. Endokardda, böyrəklərdə, yumur-

talıqlarda qansağıntıları baş verir. 

Mədə-bağırsağın selikli qişalarında qan-

sağıntıları, hemoroji iltihab, eroziya və s. 

dəyişiklər  əmələ  gəlir. Orqanizmdə ümumi 

arıqlıq, parenximatoz orqanlarının endote-

lial toxuma hüceyrələrinin damarlarında 

xarakterik əlamətlər olur. 

Dərinin və selikli qişaların epitelial hü-

ceyrələrində dəyişiklər əsasən epidermis to-

xumalarında hiperplaziya, qara ciyərdə de-

generasiya və s. olur ki, bunun da diaq-

nostik əhəmiyyəti vardır. 

Diaqnoz-kilinik  əlamətlərə, epizootoloji, 

epidemioloji məlumatləra, patoloji-anato-

mik dəyişiklərə  və laborator müayinələrin 

nəticələrinə əsasən qoyulur. 

Mikroskopiki müayinə üçün təzə vezi-

kullardan və papullemalardan yaxma ha-

zırlanıb, Morozov və Romanovski- Himza 

üsulu ilə boyanıb baxılır. 

Şübhəli heyvanlardan material götürü-

lüb, həssas təcrübə heyvanlarını eksperi-

mental yoluxdurmaqla-bioloji sınaqla diaq-

noz qoymaq mümkündür. Həmçinin virusu 

müəyyən etmək üçün elektron mikroskopi-

yadan, immunoferment diffuz presipitasiya 

reaksiyalarından, hüceyrə toxumalarını  və 

toyuq embrionlarını yoluxdurmaqla diaqnoz 

qoymaq mümkündür. 

Təfriqi diaqnoz - inəklərdə dabaqdan, 

vezikulyar stomatitdən, yemlərdən  əmələ 

gələn dəri səpgilərindən; qoyunlarda konta-

gioz ektimadan, qoturluqdan, infeksion xa-

rakterli olmayan ekzemadan; donuzlarda 

dabaqdan, salmanelyoz, qripdən, sterpto-

kokkozdan; keçilərdə dabaqdan, kontagioz 

ektimadan; atlarda vezikulyar stomatitdən; 

quşlarda infeksion larinqotraxeitdən, respi-

rator mikoplazmazdan, avitaminoz A, kan-

didamikozdan ayırd edilir. 

Müalicə məqsədi ilə xəstəliyin başlanğıc 

dövrlərində qoyunlara hiperimmun, keçilərə 

rekonvalessent serumlar vurulur və simpto-

matik müalicə vasitələrindən istifadə edilir. 

Ağır xəstələr kəsimə verilir. Xəstə  və 

xəstəliyə  şübhəli heyvanlar təcrid edilərək 

quru, yağışdan, küləkdən qorunan tövlələrə 

salınır, yaxşı keyfiyyətli və asan həzmə 

gedən yemlər verilir. İçməli suya kali yod 

əlavə olunur. Xəstə inəkləri tez-tez sağmaq 

və lazım gəldikdə kateterdən istifadə edilir. 

Kliniki sağlam heyvanlar başqa tövlələrə 

keçirilir və peyvəndləmə aparılır. Dərinin 

sirayətlənmiş hissələrinə yağa ağrıkəsici və 

dezinfeksiyaedici maddələr qatılıb, hazır-

lanmış  məlhəmlər sürtülür, kimyəvi tera-

pevtik prepatlardan istifadə olunur. 

Həmçinin yelində çiçək olduqda yodo-

form, sink, bor, dermatol məlhəmləri və an-

tibiotik tərkibli emulsiyalar da tətbiq edilir. 

Atların ağızları  zəif dezinfeksiya məh-

lulları ilə yuyulur. Dəri səthini isə kalium 

permanqanatın 0,5%-li məhlulu ilə işləmək 

lazımdır. Yaxşı müalicəvi effekt 1kq diri 

çəkiyə 10 min TV penisillini əzələ daxilinə 

yeritməklə də alınır. 

Xəstə heyvanlar olan tövlələrdə yeyici 

qələvinin 3%-li məhlulu və 20%-li əhəng 

məhlulu ilə dezinfeksiya aparılır. 

Xəstəlikdən ölmüş heyvanların cəsədlə-

rində yarma aparılmır və  dəri ilə birlikdə 

yandırılır. İri buynuzlu heyvanların çiçəyinə 

qeyri sağlam məntəqələrdən alınan süd pas-



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

15

 



terizə (85

o

C- 30 dəqiqə) yaxud da qayna-



dılıb (5 dəqiqə) zərərsizləşdikdən sonra 

istifadəsinə icazə verilir. 

Qoyunlarda baş vermiş çiçək xəstəliyi-

nin yayılmasını  məhdudlaşdırmaq üçün 

qonşu təsərrüfatlarda profilaktik peyvənd-

ləmələr aparılmaqla geniş dairəvi immun 

zona yaradılır. 

Quşlarda simptomatik müalicələr apa-

rılır, verilən yemlər vitamin A və karotinli 

yemlərlə (morkov, ot unu, balıq yağı və s.) 

zənginləşdirilir. Sağlam quşlara vitamin-

antibiotik qarışıqlı yemlər verilir. 

Karantin məhdudiyyəti sağlam olmayan 

təsərrüfatlardan axırıncı sağalmadan, ölüm-

dən və son dezinfeksiya tədbirləri həyata 

keçirildikdən 2 ay sonra götürülür. 

Təsərrüfatlara yeni gətirilən heyvanlar 

30 gündən az olmayaraq müddətdə karan-

tində saxlanılmalıdır. 

Xəstəliyə görə qeyri sağlam təsərrüfat-

lardan yemlərin gətirilməsinə icazə veril-

mir. Qoyunlar başqa yerlərə sürülərkən, 

yolda digər təsərrüfatların qoyunları ilə 

kontaktda olmasına yol verilməməlidir. 

Qoyunların çiçək xəstəliyinə qarşı aktiv 

immunizasiya aparmaq üçün N.V.Lixaço-

vun təklif etdiyi hidrookisalyuminium for-

mal vaksin işlədilir. Vaksin qoyunlara 5 ml, 

quzulara isə 3 ml budun içəri nahiyyəsinə 

dərialtı vurulur. İmmunitet 8 günədək ya-

ranır və 6-8 ay davam edir. 

Həmçinin N.V.Lixarovin və P.A.Jidko-

vanın hazırladıqları quru kultural vaksini 

tətbiq edildikdən 3-5 gün sonra immunitet 

yaranır. N.V.Lixacov əməkdaşları ilə  təklif 

etdiyi qliserinli vaksin hal-hazırda istifadə 

olunur.  İmmunitet 9-12 ay davam edir. 

Peyvənd vasitəsi yeni epizootik ocaqlarda 

və təhlükə gözlənilən zonalarda aparılır. 

Quşların çiçəyi  əleyhinə F.B.Şirinovun 

attenuasiya olunmuş “27-AŞ  və Bakı” 

(AzETBİ-nin) ştamlarından hazırladığı quru 

embrion virus və quru kultural vaksinlərdən 

geniş şəkildə istifadə olunur. Vaksinlər qa-

nad pərdəsinin dərisinə iynə ilə sancmaqla 

yaxud da budun dərisinin follikula vəzi-

lərinə sürtülür. İmmunitet 15-20 gündən 

sonra yaranır və cavanlarda 4 ay, yaşlılarda 

isə 9-10 ay davam edir. Vaksinlə toyuqlar, 

hind toyuqları, bildirçinlər, qırqovullar qey-

ri-sağlam və qorxulu təsərrüfatlarda pey-

vənd edilir. 

Çiçək xəstəliyi keçirmiş quşlarda ömür-

lük immunitet yaranır. 

Bunlardan başqa CEBAK FP-diri quru-

dulmuş vaksindən cücələrin çiçəyinə qarşı 

aktiv peyvəndlənməsi üçün istifadə olunur. 

Vaksin qanad pərdəsinin dərisinə 0,01ml 

dozada iynə ilə sancmaqla vurulur. 

Quşlarda çiçək xəstəliyi baş verdikdə 

təsərrüfata karantin qoyulur, xəstə  və  zəif 

quşlar kəskiyə göndərilir, şərti sağlamlar isə 

peyvənd edilirlər. 

Quş damları, yem, su qabları, istifadə 

olunan avadanlıq və inventarlar yeyici qə-

ləvinin 2-3%-li isti məhlulları, formalde-

hidin 20%-li, təzə söndürülmüş  əhəngin 

20%-li məhlulu ilə dezinfeksiya edilib-

yuyulur. 

İnkubator və inkubatoriya hipoxlorit nat-

rinin 3%-li məhlulu ilə işlənilir. 

Peyin yığılıb biotermiki zərərsizləşdiri-

lir, iaşə üçün istifadə olunacaq yumurta, 

kəsilən quşların tük və  lələyi formaldehid 

buxarı ilə işlənilməsi məsləhət bilinir. 

Karantin xəstəlik ləğv olunandan 2 ay 

keçəndən və axırıncı dezinfeksiya aparıldıq-

dan sonra götürülür. 

Təsərrüfatlara yaşlı toyuqların və cücə-

lərin gətirilməsinə karantin götürüldükdə 6 

ay sonra icazə verilir. 

Digər tədbirlər çiçək xəstəliyinə qarşı 

mübarizə haqqında təlimatın tələblərinə 

müvafiq yerinə yetirilir. 

Mal-qaranın və quşların xəstəliklərinin 

qarşısı  nə  qədər tez, vaxtında və müvəf-

fəqiyyətlə alınarsa, heyvandarlıq bir o qədər 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin