XÜLASƏ
Məmmədova M.M.
NATRİUM HİPOXLORİTİN TRİCHOSEPHALUS YUMURT ALARINA TƏSİRİ.
Ilaboratoriya şəraitində qoyunlarin trichosephalus yumurtalarına qarşı natrium
hipoxloritin dezinvaziya məqsədilə ən minimal dozada təsiri öyrənilmişdir. Məlum
olmuşdur ki, natrium hipoxloritin 0,3%-lı məhlulu 5 dəqiqə ekspozisiyada trichosephalus
yumurtalarının məhv edir.
SUMMARY
Mamedova M.M
ACTİON OF HYPOCHLORİTE TO THE EGGS OF TRİCHOCEPHALUS
In laboratory condition it was studying action natrium hypochlorit to the eggs of
thichocephalus of sheep.
As a result it was determined, that natrium hypochlorite 0,3% during exposition within 5
minutes destructvive acted to eggs of trichocephalus.
ЛИТЕРАТУРА
1. Динник Ю.А. и Динник Н.Н. «Строение скорлупы и резистентность яиц
Тrichocephalus trichurus» Работы по гельминтологии, посвященный 30- летию
К.И.Скрябина и 15-летию ВИГ, изд-во Всесоюзной Академии с-х наук им. В.И.
Ленина, Москва, 1937, стр. 133.)
2. Вертинский К.И., Давидов Р.Б., и др.Лабораторные методы исследования в
етеринарии, том ІІ, Гос. Изд-во сельскохозяйственной литературы, Москва 1954,
518 стр.
3. Василькова З.Г. Методы гельминтологических исследований. Москва 1955 г.
стр. 144 .
4. Скрябин К.И., Шихобалова Н.П., Орлов И.В. 1957 г. "Трихоцефалиды и капил-
лярииды животных и человека и вызываемые ими заболевания " Основы нематодоло-
гии т. VІ, Москва, изд-во АН СССР, с. 35-238.
5. Бубнов В.Д. Действие аэрозолей дезинфицирующих веществ на яйца и личин-
ки некоторых гельминтов. Труды ВНИИВС, том ХХІ., Москва, 1962, стр. 201-207.
6. Щульц Р.С.,Гвоздев Е.И."Основы общей гельминтологии, том II Изд-во "Нау-
ка" Москва, 1972 с. 36).
7. Симонов А.П. « О направлении и методиках испытания химических соедине-
ний для целей обеззараживания объектов внешней среды от яиц гельминтов», Труды
Всесоюзного Института Гельминтологии имени К.И.Скрябина, том ХХ, Москва,
1973 стр. 169.
8. Мамедова М.М. Выживаемость яиц трихоцефалюсов в почве, удобренной
свежим овечьим навозом. Труды Общества Зоологов Азербайджана. 2012, том стр.
стр. 96 .
BAYTARLIQ
Elmi-praktik jurnal
64
UOT 619:616.9.-036.22; 619:616.9
FERMER QUŞÇULUQ TƏSƏRRÜFATLARINDA QARIŞIQ İNVAZİYALARIN
FƏSİLLƏR ÜZRƏ YOLUXMA DİNAMİKASI
Məmmədova S.Ə., biologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu
AÇAR SÖZLƏR
: qarışıq invaziya, eymerioz, askaridioz, toyuq, müayinə
KEY WORDS
: mixed invasion, eymeriosis, ascaridiosis, contamination, hen, inspection.
İstər təbiətdə, istərsə də təsərrüfatda qa-
rışıq invaziyalara rast gəlinir. Heyvanlar bir
neçə parazitə eyni zamanda yoluxurlar. Bu
cür qarışıq (assosiativ) invaziyalar monoin-
vaziyaya nisbətən sahib heyvan üçün daha
təhlükəli olur, xəstəlik ağır keçir, patoloji
vəziyyət gərginləşir, həyat fəaliyyəti, məh-
suldarlıq aşağı düşür, ölüm halları çoxalır.
Parazitosenozun öyrənilməsi elmi maraqla
yanaşı, böyük praktiki əhəmiyyət kəsb edir,
kompleks mübarizə tədbirlərinin həyata
keçirilməsinə elmi əsas yaradır.
Quşçuluq təsərrüfatlarında toyuqların
eymeriya və askaridlərlə ən yüksək yolux-
ma faizi payızda (54,6%), ən aşağı isə
(22,6%) qışda və yayda askaridlərlə yo-
luxmanın ən yüksək intensivliyi (38 ədəd),
eymeriya oosistalarının isə aşağı (150 ədəd)
olduğu müəyyənləşdirilmişdir.
Quş əti pəhriz məhsulu olduğu üçün
quşçuluğa daim ehtiyac vardır. Lakin bay-
tarlıq - müalicə, sanitariya-gigiyena tədbir-
lərinə və quşçuluq mədəniyyətinin yüksəl-
dilməsinə baxmayaraq, quşların invazion
xəstəliklərlə yoluxması hələ də yüksək
səviyyədə qalır. Onlar orqanizmə toksiki və
mexaniki təsir edir, maddələr mübadiləsinin
pozulmasına, daxili orqanların zədələnmə-
sinə və sair bu kimi patoloji proseslərin baş
verməsinə səbəb olurlar. Parazitlərin təsi-
rindən bağırsaq divarının zədələnməsi nəti-
cəsində infeksiyaya yol açılır və yoluxucu
xəstəliklərin baş verməsinə əlverişli şərait
yaranır. Parazitologiyada daha çox əhəmiy-
yət kəsb edən məsələlərdən biri də asso-
siativ invaziyaların öyrənilməsidir. Belə ki,
çox hallarda quşların orqanizmində eyni
vaxtda bir neçə törədici parazitlik edir.
Cücələr daxilində invazion mərhələyə
çatmış sürfələr olan helmint yumurtalarını
və sporlaşmış eymeriya oosistalarını yemlə
udduqda yoluxurlar (1,2,3).
Quşçuluğa ziyan vuran parazit xəstəlik-
lərdən eymerioz və askaridioz ev toyuq-
larının məhsuldarlığına ciddi ziyan vurur.
Bu invaziyaların ayrı-ayrılıqda öyrənilmə-
sinə dair həm xarici ölkə alimləri, həm də
Azərbaycan tədqiqatçıları elmi işlər aparmış
və bu gün də geniş tədqiqat işləri davam
etdirirlər(4,5,6). Lakin bu invaziyaların
qarışıq formada baş verməsi öyrənilmə-
mişdir. Odur ki, bu invaziyaların assosiativ
formada baş verməsini öyrənmək zəruridir.
Respublikamızın müxtəlif quşçuluq tə-
sərrüfatlarında parazitozların öyrənilməsi
nəticəsində müəyyən edilmişdir ki, ev
quşlarının parazitar xəstəliklərlə yoluxma-
sına monoinvaziya şəklində nadir hallarda
rast gəlinir. Tədqiqatlarda fermer quşçuluq
təsərrüfatlarında ev toyuqlarının eymeriya
və askaridilərlə fəsillər üzrə yoluxma
dinamikasını müəyyənləşdirmək qarşıya
məqsəd olaraq qoyulmuşdur.
Material və metodika.
Tədqiqat işləri
2011-2012-ci illərdə Abşeron rayonu əra-
zisindəki fermer quşçuluq təsərrüfatlarında
Elmi-praktik jurnal
BAYTARLIQ
65
aparılmışdır. Tədqiqatların gedişində eyme-
rioz və askaridiozla təbii yolla yoluxmuş ev
toyuqlarından istifadə edilmişdir. Yolux-
muş quşları müəyyən etmək üçün koproloji
müayinə üsullarından istifadə olunmuş,
eyni zamanda ət kəsim məntəqələrində və
fərdi təsərrüfatlarda kəsilmiş ev toyuq-
larının nazik bağırsaqlarındakı möhtəviyyat
ardıcıl yuma üsulu ilə laboratoriyada müa-
yinə edilmişdir. Müxtəlif yaşda olan toyuq
cücələrinin eymeriya və askaridilərlə yolux-
masını müəyyənləşdirmək məqsədilə Abşe-
ron rayonu ərazisindəki təsərrüfatlarda
toyuqlar saxlanan sexlərdən bütün fəsillərdə
materiallar toplanmış və Darlinq – Fulle-
born üsulu ilə müayinə edilmişdir. Hər bir
quşun zılı ayrı-ayrı toplanmış və labora-
toriyaya gətirilmişdir. Nümunələr 5 dəqiqə
müddətində 1500 dövr/dəq. sentrifuqa edil-
miş, çöküntünün üzərinə 1:10 nisbətində
doymuş xörək duzu məhlulu əlavə edilib
qarışdırıldıqdan sonra təkrar sentrifuqa
edilmişdir. Suspenziyanın üst qatından
kiçik bir damla götürülüb mikroskop altında
baxılmış və yoluxma təyin edilmişdir.
Təsərrüfatda “Gümüşü” cinsindən olan
6000 quş saxlanılır.
Alınmış nəticələr və onların müzakirəsi.
Koproloji müayinələr nəticəsində tət-
hüceyrəli
parazitlərdən eymeria oosistaları – E. Te-
nella, E.acervulina, E.maxima, E.mitis, as-
karidiozun törədicisi - Ascaridia qalli- nin
(Schrank, 1788) yumurtaları tapılmışdır.
Bizim apardığımız tədqiqatlar zamanı
toyuqların qarışıq invaziya ilə yoluxması
nəticəsində quşlarda həzm pozğunluğu,
əvvəlcə dəyişkən, sonra isə daimi ishal
müşahidə olunurdu. Xəstə quşlar yemdən
imtina edir, uzun müddət bir yerdə oturur
və çətinliklə hərəkət edirdilər.
Müayinə apardığımız fermer quşçuluq
təsərrüfatında ev toyuqlarında eymeriya və
askaridlərlə qarışıq yoluxmanın yuksək
ekstensivliyi payız fəslində qeydə alınmış-
dır və bu fəsildə 54,6% yoluxma baş ver-
mişdir. Fəsillər üzrə aparılan koproloji
müayinələr zamanı qeyd olunan invazion
xəstəliklərlə ən aşağı yoluxma qış fəslində
22,6% təşkil etmişdir. Yaz və yay fəsillə-
rində isə müvafiq olaraq yoluxma 51,7% və
50,8% (bax çədvələ) təşkil etmişdir.
Ev toyuqların fəsillər üzrə yoluxma dərəcəsi
İlin fəsilləri
Qış Yaz Yay
Payız
Aylar
12
1
2
3
4
5
6
7
8
9
10
11
Fərdi quşçuluq təsərrüfatı üzrə
Cəmi
yoxlanılmışdır
125 115 110 125 115 110 125 115 110 125 115 110
Onlardan yoluxmuşdur
Miqdarı
24 25 30 66 63 52 41 62 75 58 60 73
%-lə
19,2 21,7 27,3 52,8 54,8 47,3 32,8 53,9 68,2 46,4 52,2 66,4
Cəmi
yoluxmuşdur
22,6 51,7 50,8 54,6
Müayinə edilmiş ev toyuqlarında yolux-
manın intensivliyi eymerioza görə payızda
daha yüksək olmuşdur. Belə ki, müayinə
zamanı 1 qram zılda 1050 oosista olduğu
müəyyən edilmişdir.
Askaridilərlə yoluxma zamanı yüksək
intensivlik isə yayda qeydə alınmış və 1
quşda orta hesabla 38 ədəd askarid aşkar
olunmuşdur. Eymeriya oosistaları isə 1
qram zılda 150 ədəd olmuşdur. Bu da
BAYTARLIQ
Elmi-praktik jurnal
66
onunla izah olunur ki, yayda hava isti və
quraqlıq olduğu üçün oosistaların əksəriy-
yəti məhv olurlar. Payızda isə oosistaların
inkişafı üçün zəruri olan nəmlik, tempera-
turun normada olması onların inkişafına
müsbət təsir edir.
Koproloji və yarma müayinələrinin nə-
ticələrindən göründüyü kimi fərdi və fermer
təsərrüfatlarında, döşəmə şəraitində saxlanan
quşlarda qarışıq invaziya, yəni eymeriya və
askarid ilə yoluxma aşkar edilmişdir. Aparıl-
mış müayinələr zamanı quşlar arasında
yoluxmaya ilin bütün rüblərində rast gəlinir,
amma eymeriyalarla ən yüksək yoluxma 2-ci
və 4-cü rüblərdə, askaridlərlə 3-cü və 4-cü
rüblərdə müəyyən edilmişdir. Bu da havanın
temperaturundan və eymeriya oosistalarının,
helmint yumurtalarının inkişaf etməsi üçün
zəruri olan şəraitdən asılıdır.
Aparılmış koproloji və yarma müayinə-
lərinə əsasən belə nəticəyə gəlirik ki, döşə-
mə şəraitində saxlanan quşçuluq təsərrüfat-
larında quşları gəzinti sahəsinə və damlara
buraxmazdan əvvəl peyindən tam təmizlə-
nib zərərsizləşdirilməli, dezinvaziya olun-
malı, tövlədə və gəzinti sahəsində olan
qarışqa yuvaları tamam məhv edilməlidir.
Parazitofaunaya təsir edən ən vacib amil-
lərdən biri heyvanların yaşıdır. Yaşla əlaqə-
dar parazitlərin öyrənilməsi, müəyyən para-
zitoloji məsələləri aydınlaşdırmaqla yanaşı,
böyük təsərrüfat əhəmiyyəti kəsb edir.
Cavan heyvanlar arasında itki daha çox
olur, məhsuldarlıq azalır, cinsi yetişkənlik
vaxtı uzanır və s. Nəticədə təsərrüfatların
rentabelliyi aşağı düşür. Belə vəziyyət
quşçuluqda daha tez nəzərə çarpır.
Tədqiqatların nəticələrinə əsasən belə
qənaətə gəlmək olur ki, kompleks parazito-
loji metodların tətbiqi eymeriozla baş verən
qarışıq invaziyanın patogenezinin mahiy-
yətini, parazit-sahib münasibətlərinin daha
dərin mexanizmlərini müəyyənləşdirməyə
bu əsasda qarışıq invaziyalara qarşı tətbiq
edilən dərman preparatlarının effektliyini
qiymətləndirməyə imkan verir. Bu yönlü
tədqiqatlarla assosiativ invazion xəstəlik-
lərin (eymeriov, askaridioz) müalicə və
profilaktikasında indiyə qədər işlədilməyən
kimyəvi maddələrin məqsədyönlü axtarışı,
sınaqdan keçirilməsi zəruridir. Qarışıq
invaziyaların törədicilərinin eyni zamanda
olması təsərrüfatlar üçün potensial təhlükə
yaradır. Təsərrüfat daxilində qarışıq invazi-
yaların öyrənilməsi xəstəliklərin mənşəyi-
nin vaxtında müəyyənləşdirilməsinə imkan
verir. Bir çox bağırsaq xəstəlikləri vardır ki,
onların kliniki əlamətləri çox oxşar olur və
profilaktika tədbirləri aparılmadıqda ölümlə
yanaşı sağlam quş yetişdirmək və repro-
duktiv nəsil almaq çətinləşir. Təsərrüfatda
qarışıq invaziya törədən hər hansı bir növün
az tapılması, yəni invaziyanın intensivliyi-
nin nisbətən zəif olması heç də onun təhlü-
kəsiz olduğunu sübut etmir. Əksinə, inva-
ziyanın geniş yayılmasına güclü potensiala
malik ola biləcəyindən xəbər verir.
Quşçuluq təsərrüfatlarında təbii ekoloji
tarazlığın pozulması nəticəsində parazit –
sahib sistemində qarşılıqlı tərəflərin müva-
zinəti dəyişir, parazitin inkişafı üçün daha
münasib şərait yaranır. Ona görə də təsər-
rüfatlarda invazion xəstəliklərə qarşı profi-
laktiki tədbirlər həyata keçirilərkən ümum-
ekoloji və təsərrüfatdaxili faktorlar komp-
leks şəkildə nəzərə alınmalıdır.
Beləliklə, aparılan tədqiqatların nəticələ-
rindən aydın olur ki, Abşeron rayonunun
quşçuluq təsərrüfatlarında parazitozlar ge-
niş yayılmışdır. Onlara həm monoinvaziya,
həm də poliinvaziya şəklində qarışıq for-
mada rast gəlinir. Bu invaziyaların hər ikisi
həm ayrı-ayrılıqda, həm də assosiativ şəkil-
də quşçuluğun rentabelli işləməsinə ciddi
maneə törədirlər. Hər 2 parazitə qarşı müa-
licə ilə yanaşı, kompleks profilaktik müba-
rizə tədbirləri hazırlanıb tətbiq edilməlidir.
Elmi-praktik jurnal
BAYTARLIQ
67
РЕЗЮМЕ
Мамедова С.А.
СЕЗОННАЯ ДИНАМИКА СМЕШАННОЙ ИНВАЗИИ В ФЕРМЕРСКИХ
ПТИЦЕВОДЧЕСКИХ ХОЗЯЙСТВАХ
В птицеводческих хозяйствах наивысший пик заражения птиц эймериями, аска-
ридиями наблюдалась осенью (54,6%), наименьший - зимой (22,6%). Летом зараже-
ния аскаридиям наблюдалось с высокой интенсивностью (38 экземпляр), ооциста-
ми эймерии с низкой интенсивностью (150 экземпляр).
SUMMARY
Mammadova S.A.
SEASONAL DYNAMİC OF MİXED İN FESTATİON İN POUITRY FARMS
In poultry farms the highest profit of contamination with eymeria and ascaridia was in
autumn (54,6%), the lowest in winter (22,6%). In summer the highest intensivity with asca-
ridia amounted 38 species, with oosistes eymeria lowest intensivity amounted 150 species.
ƏDƏBİYYAT
1. Musayev M.Ə.,Hacıyev A.T.,YolçiyevY.Y.,Vahidova S.M.,Mustafayeva Z.Ə.
Azərbaycanda ev quşlarının parazitləri və onlara qarşı mübarizənin elmi əsasları.Bakı,
Elm,1991, səh.54-71
2. Mирoнова A. A.Потологоанатомические изменения у цыплят при ассоциации
эймериоз-капилляриоз-аскаридиоз. Сб.науч.трудов, посвященных 80 –летию созда-
ния первой в Росcии кафедры паразитологии им. Акад. К.И.Скрябина, Персиановка,
1997, 79- 81стр.
3. YolçiyevY.Y., Şirinov N.M., Məmmədova S.Ə.Abşeronda ev toyuqlarının eymeriya
faunası və invaziyanın yaş dinamikası.AzərbaycanAqrar elmi-nəzəri jurnal, Bakı, 2001,
№1-2, səh.80-83
4. Bayramov S.Y. Toyuqların askaridiozu və qarışıq invaziyalar. Azərbaycan Aqrar Elmi
jurnalı, Bakı, 2007, № 4-5, səh.54-55
5 .Bayramov S.Y., Məmmədova S.Ə. Abşeronda ev toyuqlarının parazitləri və onların
törətdiyi xəstəliklər. AMEA Naxçıvan bölməsi; “Xəbərlər” təbiət və texniki elmlər seriyası,
“Tusi” Naxçıvan, 2008, №2, səh. 66-70
6. Bayramov S.Y, Məmmədova S.Ə. Toyuqların yaşından və ilin fəslindən asılı olaraq
kapillyari və askaridilərə yoluxma dinamikası.Azərbaycan Aqrar Elmi jurnalı,Bakı,2009,
№6,səh. 53-55
______________________
BAYTARLIQ
Elmi-praktik jurnal
68
UOT 619:611:576:895:152
QIZILBALIQ ARTIRMA ZAVODLARINDA MİKSOZOMOZ XƏSTƏLİYİNİN
YAYILMASI VƏ ONA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ
Süleymanova A.V., biologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu
AÇAR SÖZLƏR
: qızılbalıq, miksozomoz, balıqçılıq, müalicə, profilaktika
KEYWORDS:
salmon, myxosomosis, fishing, treatment, prophylaxis
Respublikada süni göl balıqçılığın inki-
şaf etdirilməsi, onun məhsuldarlığının artı-
rılması sahəsində qarşıya qoyulan vəzifələ-
rin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün
əsaslı tədbirlər həyata keçməlidir. Balıqçı-
lığa böyük zərər vuran və hətta insanların
sağlamlığı üçün təhlükəli olan parazitozlara
qarşı mübarizə tədbirlərinin vaxtında aparıl-
ması balıqçılığın inkişaf etdirilməsində əsas
şərtlərdən biridir. Aqrar elmin qarşısında
duran mühüm vəzifələrdən biri balıqçılığın
intensiv inkişafı, ekoloji cəhətdən təmiz
balıq məhsullarının istehsalının artırılması
üçün baytarlıq-sanitariya, müalicə-profilak-
tika və digər təsərrüfat-təşkilat tədbirlərinin
həyata keçirilməsidir.
Balıqçılığın inkişaf etdirilməsi və məh-
suldarlığın artırılmasında, onların bir sıra
xəstəliklərdən qorunmasında əsas amillər-
dən biri də balıqların il boyu tam dəyərli
yem payları ilə yemləndirilməsi, onların
bütün qida maddələrinə (ptoteinə,mineral
maddələrə, vitaminlərə və s.) xəstəlik baş
verən zaman antihelmint preparatlara olan
təlabatının öyrənilməsidir.
Son illər balıq əmtəə təsərrüfatlarının ya-
radılmasına maraq xeyli artmış və respub-
likanın müxtəlif bölgələrində qızıl balıq ar-
tırma təsərrüfatları yaradılmışdır. Ancaq
buna baxmayaraq fəaliyyətdə olan balıqçı-
lıq təsərrüfatlarının istiqamətlərinin dəyiş-
məsi və ekoloji amillərin təsiri nəticəsində
balıqların inkişafında ləngimə getmiş və
onlar arasında bir sıra xəstəliklərin yayıl-
ması üçün əlverişli şərait yaranmışdır. Bu
səbəbdən forel balıq artırma zavodlarında
parazit xəstəliklərinin öyrənilməsinin və
onlara qarşı kompleks mübarizə tədbirlə-
rinin hazırlanması çox böyük praktiki əhə-
miyyəti vardır. Buna görə də balıq əmtəə-
təsərrüfatlarında və süni əmtəəlik su hövzə-
lərində invazion və infeksion xəstəliklərlə
mübarizə elmi cəhətdən əsaslandırılmış
metodiki göstərişlər əsasında aparılmalıdır.
Təsərrüfatlardan keyfiyyətli balıq məh-
sulları götürmək, ümumiyyətlə təsərrüfatla-
rın səmərəli fəaliyyətini təmin etmək üçün
digər amillərlə yanaşı parazitoloji durumun
vəziyyətinədə xüsusi diqqət yetirmək la-
zımdır. Bu baxımdan təqdim olunan məqa-
lədə nəzərdə tutulan məsələlər öz həllini
tapmışdır.
Bizim tərəfimizdən 2009-2011-ci illərdə
Çaykənd, Çuxur, Qəbələ, Zaqatala əlvan
qızılbalıq yetişdirmə zavodlarında balıqlar
üzərində elmi-tədqiqat və təcrübə işləri
aparılmışdır. Tam parazitoloji yarma üsulu
ilə müxtəlif yaş qrupu olan 1825 ədəd forel
balıqları müayinədən keçirilmişdir. [4].
Tədqiqat işləri balıqyetişdirmə zavod-
larında epizootoloji durumdan asılı olaraq
parazitlərin biologiyasını, yaşını, cinsini,
ekoloji şəraitini nəzərə alaraq yerinə yeti-
rilmişdir. Yetişdirilən balıqlar arasında
müayinə nəticəsində ixtioftiriozla 19,6%,
kostiozla 13,7%, girodaktilyozla 12%,
akantosefalyozla 72,6% yoluxma aşkarlan-
mışdır. Qeyd olunan xəstəliklər arasında
Elmi-praktik jurnal
BAYTARLIQ
69
yayılma vəziyyəti aydınlaşmış. Geniş ya-
yılan forel balıqların Miksomozuna (gicəl-
lənmə xəstəliyi) qarşı mübarizə tədbirləri
işlənib hazırlanmışdır. Alınan nəticələrə
əsasən xəstəliklərinə qarşı kompleks müba-
rizə və balıqçılığın inkişaf etdirilməsinə
dair bir sıra təkliflər verilmişdir
Odur ki, miksozomoz xəstəliyi haqda
aşağıda qısa məlumat verməyi vacib bilirik.
Miksozomoz qızılxallı balıqlarda gicəl-
lənmə xəstəliyi kimi də adlandırılır. Körpə
balıqların ən təhlükəli protozoa xəstəlik-
lərdən biri sayılır.
Parazit inkişafının ilk mərhələsində sahi-
bin qığırdaq toxumasının maddəsini dağı-
dır, xüsusilə də balığın daxili qulağının,
kəllə, onurğa, ürgəclərin tamlığını pozur və
balıq müvazinət hissini itirir. İlk dəfə olaraq
həmin xəstəlik keçən əsrin 20-ci-30-cu
illərində Almaniya balıqçılığına ciddi ziyan
vurmuşdur və yalnız son illərdə bu xəstə-
liyə qarşı mübarizə tədbirləri hazırlanmış və
xəstəliyin gedişatı nisbətən yüngülləşmiş-
dir. 50-ci illərdə bir çox Avropa ölkələrində
Fransa, İtaliya, Çexoslovakiya, Polşada
müşahidə olunmuşdur. 50-ci illərin axırında
ABŞ-da qızılbalıq artırma təsərrüfatında,
sonra isə bir sıra təsərrüfatlara yayılmış və
çox böyük iqtisadi ziyan vurmuşdur. [5].
Keçmiş SSRİ dövründə 1952-ci illərdə
Sankt-Peterburq qızılbalıq yetişdirmə təsər-
rüfatında, sonra isə Saxalin çaylarında
qeydə alınmışdır. [3].
Azərbaycanda bu xəstəlik 1978-ci illərdə
nadir hallarda Şəki, Çuxur-Qəbələ qızılba-
lıq təsərrüfatlarında, 2008-ci illərdə isə
Zaqatala əlvan qızılbalıq artırma zavodunda
qeyd olunmuşdur. [7,8]. Hal-hazırda qızıl-
balıqların gicəllənmə xəstəliyi nəyinki
gölbalıqçılıq təsərrüfatlarında, hətta təbii su
hövzələrində də qeyd olunur.
Dostları ilə paylaş: |