TÖRƏDİCİSİ.
Miksozomoz xəstəliyini
sporlular sinifinin dəstəsinə mənsub olan
Myxosoma Cerebrale ibtidaisi törədir.
M.Cerebrale sporlarının diametri 6,6-8,0
mkm. Qütb kapsulların uzunluğu 3,9-4,2
mkm. Sporun yumruvari azacıq qıraqlardan
sıxılı görünüşü var. Sporun daxilində
amöbvari rüşeym və iki yumru qütb kapsula
yerləşməsi aşagıdakı şəkildə göstərilmişdir.
Şəkil. 1
Parazit qızılbalıqların qığırdaq toxuma-
sında inkişaf edir. İlk mərhələdə parazit
psevdopodilərin vasitəsilə qanla dövran
edir. Balığın qulağının yarımdairəvi kanal-
larının qığırdağına, oradan baş beyin və
onurğa beyni mühafizə edən qığırdaq
toxumasına keçir.
Parazitlər beyində, ciyərdə və bağırsaq-
larda aşkar olunur. Buna əsaslanaraq məlum
olunur ki,bu müddətdə sporlar diri balıqdan
az miqdarda suya tökülürlər. Qığırdaqların
bərkiməsi nəticəsində sporlar içərisində
qapalı qalır və yalnız balığın ölümündən və
gövdənin dağılmasından sonra suya tökü-
lürlər. Suda üzən sporlar bir müddət suda
qaldıqdan sonra (3-4 ay müddətində) inva-
zion mərhələyə keçirlər.
Sporlar ətraf mühitin təsirinə-istiyə,
quraqlığa və dondurulmaya çox davam-
lıdırlar. Qurudulmuş göllərin dibində 12-15
ilə qədər yaşaya bilirlər. Parazit sporların
balığa keçməsi başqa miksosporidilərdə
olduğu kimi mədə-bağırsaq sistemində başa
çatır. Kapsulanın dağılması və amöbun çıx-
ması mədənin turş mühitində deyil, bağır-
saqların qələvi mühitində baş verir.
Parazit balığın qığırdaq toxumasında
BAYTARLIQ
Elmi-praktik jurnal
70
yerləşir, böyüyüb inkişaf etdikdə sinir siste-
minin tamlığını pozur və balıq koordina-
siyasını itirir.
YAYILMASI.
Azərbaycanda bu xəstəlik
Şəki, Çuxur Qəbələ, Zaqatala əlvan qızıl-
balıq artırma zavodlarda qeyd edilmişdir. Bu
baxımdan balıqçılıq zavodların fəaliyyətini
yaxşılaşdırmaq məqsədilə xəstəlik haqqında
məlumat verməyi vacib bilirik. Xəstəlik
müxtəlif yaşlı balıqlar arasında və ilin bütün
fəsillərində baş verir, lakin kütləvi təlafat
halları ilin isti aylarında suyun hərarəti 15-
17
0
C qədər yüksəklikdə müşahidə edilir.
Təbii göllərdə xəstəliyin yayılmasına balıq-
lardan başqa, xəstəlik baş vermiş göllərin
dezinfeksiya edilməməsi, göllərdə əmələ gə-
lən su axını, gölün dibinə çökmüş sporların
ətrafa yayılması səbəb olur. Təbii su
hövzələrində parazitin epizootologiyasına az
hallarda rast gəlinir, lakin süni yolla yetiş-
dirilən balıqçılıq zavodlarının su hövzə-
lərində qızılbalıqlarının gicəllənmə xəstəliyi
geniş yayılaraq balıq körpələrini tələf edirlər.
Xəstəlik əsasən yazın son aylarında baş
verir. Temperaturun artması və yemlərin
keyfiyyətsiz olduğu zaman xəstəliyin inki-
şafı sürətlənir.
KLİNİKİ ƏLAMƏTLƏRİ
. Qeyd etmək
lazımdır ki, miksozomoz əsasən körpə
qızılbalıqların xəstəliyi olması aşagıdakı
şəkildə göstərilmişdir, yaşlı balıqlar isə
parazit daşıyıcı olurlar.
Şəkil 2
Bu xəstəlik baş beyin və onurğa beyni
mühafizə edən qığırdaq toxumasının tam-
lığını pozur, nəticədə balığın hərəkəti qeyri
normal olur. Balıqlar gah sürətlə üzür, gah
da dayanır, çox vaxt isə öz oxu ətrafında
fırlanır. Buna görə də qızılbalıqların mikso-
zomozuna gicəllənmə xəstəliyi də deyilir.
Başın qığırdaq toxumasında yerləşir, ölmüş
balığın sümük toxumasında 12 il ərzində
diri qalmaq xüsusiyyətinə malikdir. Yolux-
ma dərəcəsindən asılı olaraq xəstəliyin əla-
mətləri müxtəlif olur. Belə ki, balıqların
fəqərə sümüyünün əyilməsi, hərəkət koor-
dinasiyasının pozulması, bədənin quyruq
hissəsinin əyilməsi və qaralması, balığın
yemdən imtina etməsi,180
0
bucaq altında o
tərəf bu tərəfə fırlanması, bir neçə dəfə
fırlanıb suyun dibinə çökməsi.
Xəstəliyin gedişatını 2 mərhələdə qeyd
etmək olar. Birinci mərhələ - parazitlərin
plazmodial dövürü keçən müddətdə xəstə-
liyin kəskin surətdə şiddətlənmə zamanı
körpə balıqların ölümlə müşahidə olunması.
Bu müddətdə qığırdaq sümüyünün əsas
maddəsi dağılır. Xəstəliyin kəskin gedişa-
tında balıq yerində fırlanır, yem dənləmək
qabiliyyətini itirir, arıqlayır və qüvvədən
düşərək tələf olur.
İkinci mərhələ-parazit sporlaşma döv-
rünə keçir,bu zaman xəstəliyin kəskin for-
ması azalır, quyruq hissəsinin qaralması,
gövdənin zədələnməsi görünüşcə normal-
laşır. Bu müddətdə ölüm halları olmur,
lakin sağalmış balıq təhlükəli olaraq para-
zitdaşıyıcı rol oynayır.
MÜALİCƏ
. Müalicə məqsədilə “Osar-
sol” preparatı istifadə olunur.
Müalicə xüsusi sxem üzrə aparılır. Bu-
nun üçün gündəlik müalicəvi məhlul
hazırlanır 1 kq diri çəki olan balığa 1 ml su
- 0,001 qr. “osarsol” və 0,04 qr soda əlavə
olunub və bu dozada gündə bir dəfə səhər
yeminə qatılıb balıqlara verilir.
Birinci üç günlük müalicə kursundan
Elmi-praktik jurnal
BAYTARLIQ
71
sonra 7 gün fasilə verilir. Sonrakı 3 günlük
müalicədə dozanı artırmaqla hər 1 kq diri
çəkisi olan balığa “osarsol” preparatı 0,002
qrama qədər artırılır. Xəstəliyin əlamətlərini
aradan qaldırmaq məqsədilə müalicə kursu
3-4 ay davam etdirilir.
Balıqlarda xəstəlik baş verməməsi üçün
gücləndirici yemlərdən, yerli imkanlardan
(ət kombinatı, quşçuluq fabrikləri tullantıla-
rdan – dalaq, qan, eləcə də balıq unu, ba-
rama qarışığından, təzə kilkə balığından)
istifadə etmək lazımdır. Bu yetişdirilən əm-
təəlik qızılbalıqkimilərin maya dəyərinin
xeyli aşağı olmasını təmin edir
Parazit balıqların yumşaq qığırdaqların-
da daha çox inkişaf edir, qığırdaq sümük-
ləşdikdə amilin inkişafı zəifləyir. Ona görə
də balığın daha da sağlam böyüməsinə qı-
ğırdağın sümükləşməsini sürətləndirən yem
qarışığından istifadə olunmalıdır. 1 yaşı
tamam olan balıqlara gündə 3 dəfə hər 100
kq yemə tərkibi:dalaq - 55,0 %, balıq unu –
20,0 %, buğda unu – 10,0 %, ət sümük unu
– 5,0 %, bitki yağı – 4,0 %, kilkə balığı –
50, %, vitamin qarışığı 1,0 %, yağ şəklində
vitamin A.D.E. yemə qatılıb istifadə olun-
ması təklif edilir.
Təsərrüfatlarda yetişdirilən qızılbalıqların
daha tez inkişaf edib böyüməsi üçün tər-
kibində balıqlar üçün tələb olunan bütün qida
elementlərinin olduğu dənəvər yemlərdən
istifadə etmək daha səmərəlidir. Bunlardan
əlavə yetişdirilən balıqlarda baş verəcək xəs-
təliklərə qarşı müalicə və profilaktika məq-
sədilə antibiotiklərdən (tetrasiklin, biomisin,
levomisin) preparatları həmin yemlərə
qatılması, çimizdirmək məqsədi ilə balıqları
3-5%-li duz vannaları, brilliant yaşılı 0,05-
0,1 q/m
3
, 1%-li metil abısı məhlulu 10 litr
suya istifadə olunması məsləhət edilir.
Balıqlar üçün normal həyat fəaliyyətinin
təmin etmək və onların xəstəliklərə qarşı
rezistentliyini qaldırmaq məqsədilə su
hövzələrində optimal şərait yaradılmalı,
suyun fəal reaksiyası pH-8,0-9,0 ml/l, suda
oksigenin miqdarı hər litrə 8-9 sm
3
, qaz və
duz rejimi tələb olunan səviyyədə olmalıdır.
Parazitar xəstəliklərin profilaktikasında
vaxtaşırı baytar-sanitariya tədbirləri aparıl-
malı, qəbul olunmuş dezinfektantlardan
istifadə olunmalıdır. Təklif olunan müalicə-
profilaktika tədbirləri kompleks tətbiq
edilməlidir.
MÜBARİZƏ TƏDBİRLƏRİ.
Qızılbalıq
yetişdirmə təsərrüfatlarına xəstəliyin keçmə-
məsi üçün xəstəlik baş vermiş qeyri-sağlam
təsərrüfatlarda ciddi karantin qoyulmalıdır.
Qeyri-sağlam təsərrüfatlarda yoluxmuş
körpə qızılbalıqları yuxarı yaş qrupu balıq-
lardan təcrid olunmalıdır. Göllərin suyu bu-
raxılmalı, sönməmiş əhənglə dezinvaziya
olunmalıdır. Bu məqsədlə göllərin hər hek-
tarına 20 sentner sönməmiş əhəng səpmək
lazımdır.
Təsərrüfatda hovuzlar, qızılbalıq kanal-
ları, inqubator cihazları, su boruları, suyu
tənzim edən ləvazimatlar və s. xlorlu və
əhəngin təzə hazırlanmış 10% məhlulu ilə
dezinfeksiya edilməlidir. Son zamanlar,
qeyd olunmuşdur ki, sönməmiş və xlorlu
əhənglə dezinfeksiya işləri M.Cerebrale
sporlarına zəif təsir edir. Buna görə də E.
Task tərəfindən sporların məhv edilməsinə
Sianlı kalsiy 1 kq/m
2
nisbətində istifadə
edilməsini təklif etmişdir.[1].
Preparat suyu boşaldılmış gölə səpilir və
1 ay müddətində göl dincə qoyulur. Bu
müddətdə preparat Sianomid kalsiya çev-
rilir və parazitin sporlarına mənfi təsir edir.
Sianomid kalsiy zəhərli olduğuna görə onun
istifadəsi zamanı mütləq təhlükəsizlik qay-
dalarına riayyət etmək lazımdır. Preparatı
göllərə səpəliyən işçilər brezent geyimlər və
rezin çəkmələrdən istifadə etməli, üzləri isə
tənzif ilə örtülməlidir. [2,6].
Profilaktika məqsədilə hovuzları vaxta-
şırı olaraq bənövşəyi “K” məhlulu ilə
yumaq məsləhət verilir.
BAYTARLIQ
Elmi-praktik jurnal
72
РЕЗЮМЕ
А.В. Сулейманова
РАСПРОСТРАНЕНИЕ МИКСОЗОМОЗА ЛОСОСЕВЫХ В РЫБОВЫРАЩИВАЕМЫХ
ЗАВОДАХ И МЕРЫ БОРЬБЫ С НИМИ
2009-2011 гг. нами были проведены исследования в Чайкендском, Чухур-
Кабалинском и Закатальском рыбзаводах.
Методом полного паразитологического вскрытия, были исследованы 1825 экз. фо-
релей различных возрастных груп.
В зависимости от эпизоотологического и экологического состояния рыбзаводов в
проведенных нами научно-исследовательских работах, были учитаны развитие био-
логии паразитов, возраст и пол рыб.
Установлено зараженность паразитами рыб ихтиофтириозом 19,6 %, костиозом
13,7 %, гиродактилезом 12 %, акантоцефалëзом 72,6 %.Среди выявленных болезней,
было определено ситуация распространения паразитов. Против вертежа лососевых,
было применено препарат “Osarsol”, который прошел через испытание и был внедрен
в хозяйстве.
SUMMARY
A.V.Suleymanova
DISTRIBUTION AND CONTROL OF THE MYXOSOMOSIS IN THE SALMON
HATCHERIES
During the period from 2009 to 2011 about 1825 specimen of coast rainbow trout were
analyzed in the Chaykend, Chukhur – Kabala and Zakatala hatcheries.
Studies in hatcheries have been carried out taking into account the ecological condition
in the hatchery, biology, age and sex of fish depending on epizootological state. As a result
of analysis of fishes in the above mentioned hatcheries it was registered 19,6% of infection
with ichthyophthiriasis, 13,7% of infection with costiosis, 12 % of infection with gyrodac-
tylus and 72,6% of infection with acanthocephalan parasites. The state of spread of infec-
tion among these diseases was clarified. “Osarsol” drug was tested and applied in the fish
farms to control the widespread myxosomosis (whirling disease) of coast rainbow trout.
According to obtained results the drug showed high efficiency. Scientific and theoretical
basis for integrated control measures against fish diseases was worked out. In addition,
some recommendations have been given for the development of fish farming.
ƏDƏBİYYAT
1. Tack E. Bekampfung der Drehkrankheit mit kalkstickstoff / Der Fischwir, 1951, Bd.
1, N
0
5, s. 123-130.
2. Успенская А.В. Экология и распространение возбудителя вертежа форели
Elmi-praktik jurnal
BAYTARLIQ
73
Myxosoma cerebrale в прудовых хозяйствах Советского Союза // Известия Гос. НИ-
ОРХ-а, 1957, т. 42, с. 37-46.
3. Богданова Е.А. Современные данные по распространению и биологии Myxo-
soma cerebrale. В кн.: Болезни рыб и меры борьбы с ними. Алма-Ата, 1966, с.33-37.
4. Быховская-Павловская И.Е. Паразитологическое исследование рыб. (Методы
паразитологических исследований) Ленинград-1969. Изд. “Наука”.
5. Hoffman G.L. The effects of certain parasites on North American freshwater fishes,
Proc. İnternat. Congr. Limnol. Leningrad 1973, v. 18, p. 1622-1627.
6. Успенская А.В. Биологические особенности инвазионной стадии Myxosoma
cerebrale (Myxosporidia, Myxosomatidae) // Паразитология, 1978, т. 12, вып. 1, с.15-20.
7. Quliyev Z.M. Azərbaycanda əmtəə balıqçılığı. // Bakı – 2006.
8. Süleymanova A.V. Forel əmtəə təsərrüfatlarında müasir epizootoloji durum, bəzi
xəstəliklərə qarşı mübarizə tədbirləri // Azərbaycan zooloqlar cəmiyyətinin əsərləri. III cild,
Bakı “Elm” 2011, səh. 286-290.
___________________________
UOT 636.293.2:611.71:576.16
YEMLƏNMƏ TİPİNİN CAMIŞLARIN KƏLLƏ SÜMÜKLƏRİNƏ TƏSİRİ
Pürhani T.A., biologiya elmləri üzrə fəlsəfə doktoru
Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu
AÇAR SÖZLƏR:
camış,damaq,yemlənmə,qaba yem,dişlər, kəllə sümüyü,çeynəmə əzələləri
KEYWORDS: buffalo, palate, forage, coarse forage, teeth, skull, masticatory muscles
Camışların kobud-qaba yemlərdən uzun
müddət istifadə etməsi kəllə sümüklərində
adları aşağıda qeyd olunan uyğunlaşmaların
əmələ gəlməsinə səbəb olmuşdur:
1. Daimi azı dişlərin güclü inkişaf etmə-
si. Müayinələr nəticəsində məlum olmuşdur
ki, camışlarda azı dişləri gövdəsinin böyük-
lüyü, köklərinin dərində yerləşməsi və
ağırlığına görə inəklərdən yüksəkdə durur.
Belə ki, yaşlı camışlarda daimi azı dişlər
cərgəsinin uzunluğu 15 sm, hər bir azı diş
alveolasının eni 2.5-3.0 sm, dərinliyi 4.5-
5.0 sm olduğu halda (şəkil 1), inəklərdə
müvafiq olaraq 12.0-13.0 sm, 2.0-2.2 sm və
3.0-3.5 sm təşkil edir. Bütün bunların hesa-
bına yalnız azı dişlərin tam çəkisi camış-
larda 570-750 qr. olmaqla inəklərdən iki
dəfə çoxdur. Camışlar otyeyən və gövşəyən
heyvanlar olduğu üçün onlarda dişlərin
möhkəmliyi və böyüklüyünün yalnız uzun
illər boyu kobud-qaba yemlərlə yemlənmə-
ləri nəticəsində baş verməsini sübut etməyə
ehtiyac yoxdur.
2. Sümük damağının möhkəmliyi. Ağız
boşluğu damını əmələ gətirən sümük damaq
inəklərə nisbətən daha möhkəmdir. Bu
özünü aşağıdakı formada göstərir:
a) sümük damağın boylama və köndələn
tikişlərinin dişli olub tez sümükləşməsi;
b) üstçənə və kəsici sümüklərin damaq
çıxıntıları arasına xış sümüyü çıxıntısının
daxil olması;
c) damaq cibi daxilində sümük atmala-
rının nisbətən qalın olub, I və IV-V azı
dişlər bərabərində əlavə sümük sütunlarla
möhkəmləndirilməsi
BAYTARLIQ
Elmi-praktik jurnal
74
d) kəsici, üstçənə və burun sümüklərinin
birləşmə səthlərinin uzun olması;
e) köndələn damaq tikişinin yan tərəf-
lərdən qövsvari əyilməsi.
Sümük damağın möhkəmliyini göstərən
bu nişanələr camışların uzun müddət ko-
bud-qaba yemlərlə yemlənməsi nəticəsində
sümük damaöın qaba yemlərin əzilməsinə
davam gətirməsi üçün formalaşıb.
3. Dişsiz kənarın inəklərə nisbətən uzun
olması. Qaba yemlərdən istifadə edən gövşə-
yənlərdə dişsiz kənarın uzun olmasını ilk
dəfə S.K.Rudik müxtəlif gövşəyənlər üzə-
rində apardığı tədqiqatlarla sübuta yetirib. O,
tədqiqatları ilə müəyyən etmişdir ki, kobud-
qaba yemlərdən çox istifadə edən heyvan-
larda dişsiz kənarlar uzun olur. Bu baxımdan
da caməşlarda dişsiz kənar inəklərə nisbətən
uzundur, bu da onların kobud-qaba yem-
lərdən istifadə etməsinin nəticəsidir.
4. Çeynəmə əzəllələrinin bağlandığı qa-
barların, daraqların və çıxıntıların inəklərə
nisbətən daha çox böyüməsi. Apardığımız
müayinələr nəticəsində məlum oldu ki, çey-
nəmə əzələlərinin bağlandığı gicgah darağı
və onun kələkötürlüyü, almacıq qövsü və
onun möhkəmliyi, üzqabarı, altçənənin tac
və bucaq çıxıntıları, geri kənarındakı qaba-
rıqlığı, qanadabənzər və pazabənzər sümü-
yün qanadabənzər çıxıntısı inəklərə nisbə-
tən böyükdür. Bundan başqa, camışlarda
qanadabənzər sümük və qanadabənzər çı-
xıntı şaquli durur, çeynəmə əzələ çuxuru
çökük və qanadabənzər əzələ çuxuru qaba-
rıq olur, altçənə boynu aydın bilinir və s.
Bütün bunlar camışlarda çeynəmə əzələlə-
rinin güclü inkişaf etdiyini göstərir.
Tamamilə məntiqə uyğundur ki, yemin
tam çeynənməsi çeynəmə əzələlərinin nisbi
gücündən asılıdır. Odur ki, belə nəticəyə
gəlinir ki, camışların kəllə sümüklərində
yuxarıda qeyd etdiyimiz uyğunlaşmaların
meyydana çıxması onların uzun müddət
kobud-qaba yemlərlə yemlənməsi sayəsində
olmuşdur. Bunu bir sıra müəlliflər də öz
tədqiqatları ilə sübut etmişlər. Müəlliflərə
görə yemləmənin xarakterinin dəyişməsi,
kəllənin öz sümüklərinin quruluşuna təsir
göstərir.
A.Əliyev və A.Məmmədov uzun müddət
apardıqları elmi-tədqiqat işləri nəticəsində
müəyyən etmişlər ki, kalsium və fosforun
kobud qaba yem qarışığından mənimsə-
nilməsi camışlarda inəklərə nisbətən iki
dəfə yüksəkdir.
Şəkil 1. 10 yaşlı camışda kəllənin üz
şöbəsinin ventral görünüşü:
1-böyük damaq kanal dəlikləri
2-azı diş alveolları
3-üstçənənin damaq çıxıntısı
4-xış sümüyünün damaq çıxıntıları arasına
soxulmuş sümük çıxıntısı
5-kəsici sümüyün damaq çıxıntısı
6-damaq yarığı
7-kəsici sümüyün cismi
8-kəsici oyma
9-gözyuvası dəlik
10-köndələn damaq tikişi
Elmi-praktik jurnal
BAYTARLIQ
75
Yemlənmə tipinin camışların kəllə
sümüklərinə təsiri
Camışların kobud-qaba yemlərdən uzun
müddət istifadə etməsi kəllə sümüklərində
aşağıda göstərilən uyğunlaşmaların mey-
dana çıxmasına səbəb olmuşdur:
1. Daimi azı dişlərin güclü inkişaf etməsi
2. Sümük damağının möhkəmliyi
3. Dişsiz kənarın inəklərə nisbətən uzun
olması
4. Çeynəmə əzəllələrinin bağlandığı qa-
barların, daraqların və çıxıntıların inəklərə
nisbətən daha çox böyüməsi
РЕЗЮМЕ
Пурхани Т.А.
ВЛИЯНИЕ ТИПА КОРМЛЕНИЯ НА ЧЕРЕПНЫЕ КОСТИ БУЙВОЛОВ.
В данной статье рассматривается влияние типа кормления на черепные кости и
мускулы рта. Одновременно изучается влияние грубых кормов на строение зубов
буйволов.
SUMMARY
Purhani T.A.
THE İMPLİCATİON OF FEED TYPES TO BUFFALO SKULL BONES
In this article, implication of feed types to skull bones and mouth muscles is explored.
Also, the effect of rough feed to buffalo teeth is investigated.
ƏDƏBİYYAT
1. Рудик С.К. Возрастные и видовые особенности лицевого отдела черепа у до-
машнего быка: Автореферат канд. дис., Киев, 1970.
2. Миронцева А.А. Нервы и артерия жевательных мышц некоторых животных
(грызуны, хищники и жвачные). Материалы научно-методической конференции АГЭ
с/х вызов, вып. 1, М., 1978.
3. Babayev A.N., Camışçılığın əhəmiyyəti, Bakı-1986
4. Pürhani T.A., Babayev A.N., Camışlarda dişlərin əmələ gəlməsi və inkişafına dair,
ADKTA-70, Gəncə-1999.
5. Quliyev S.M., Həsənov R.Q., Məmmədov M.Ə., Müxtəlif təsərrüfat şəraitində
yetişdirilən camışlar üçün yem norması və yem payları, AMEA Gəncə, 2003.
6. Məmmədov M.Ə., Məmmədov R.S., Yemləndirmə - naxırın geniş təkrar istehsalında
əsas amillərdən biridir. AKTA-nın elmi əsərlər toplusu, Gəncə-2004.
______________________________
BAYTARLIQ
Elmi-praktik jurnal
76
UOT 619 616 576 895132
AZƏRBAYCANIN MÜXTƏLİF COĞRAFİ ZONALARINDA İRİ VƏ XIRDA
BUYNUZLU HEYVANLARDA HELMINTOZLARIN EPİZOOTOLOGİYASININ
BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ.
Əzizova A.A., biologiya üzrə fəlsəfə doktoru
Bayramov S.Y., baytarlıq üzrə fəlsəfə doktoru
Əkbərova R.N., elmi işçi
Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu
AÇAR SÖZLƏR: Helminto-koproloji müayinə, helmint, yumurta,ekstensivlik, intensivlik.
KEY WORDS: helmint-coprologycal investigation, helmint, egg, extensiveness,intense
Respublikanın fərqli coğrafi ekoloji xü-
susiyyətlərə malik ayrı-ayrı rayonlarında
yerləşən iri və xırda buynuzlu heyvandarlıq
təsərrüfatlarında 2012-ci ilin yanvar ayın-
dan dekabr ayınadək helmintozların müasir
epizootik vəziyyətinin öyrənilməsi məqsə-
dilə tədqiqat işləri aparılmışdır. Helminto-
loji və koproloji materiallar Kürdəmir, İs-
mayıllı, Şamaxı, Göygöl, Tovuz, Balakən,
Astara, Lənkəran rayonlarının heyvandarlıq
təsərrüfatlarından götürülmişdir. Tədqiqat
müddətində rayonlardakı iri və xırda buy-
nuzlu heyvanlardan ibarət köçəri və oturaq
həyat tərzi keçirən təsərrüfatlar, onlardakı
heyvanların baş sayı, geniş yayılmış başlıca
helmintozlar, invaziyaların bölgələr üzrə
yayılması və başqa epizootoloji məsələlər
öyrənilmişdir. Helmintoloji tədqiqat işləri
aparılan rayonların baytar həkimlərinin ver-
dikləri məlumatlara əsasən təsərrüfatlarda
dehelmintizasiya işləri hər fəsildə - yəni 3
aydan bir aparılır. Bu məqsədilə fassilyoz
xəstəliyinə qarşı: 10%-li Brantel, 10%-li
Supersantel, 10%-li İnokontel, Polenol, ağ
ciyər xəstəliyinə və bağırsaq qurdlarına
(moneziyoz, diktikaulyoz) qarşı: Asalben,
10%-li Levemizol, Niklosamid preparat-
lardan istifadə edilir. Təsərrüfatlarda daha
çox istifadə edilən preparat panakür ad-
landırılan 22,2%-li Fenbendazol olmuşdur.
Helminto-koproloji müayinə üçün hey-
vanların kal kütləsi Fülleborn, Vişnyauskas,
Berman üsulları, orqanlar Skryabinin na-
tamam yarma üsulu ilə işlənilmişdir [1,2,4].
Bu müayinələr əsasında hər bir rayonda
heyvanların trematod, sestod və nematod-
larla, əsasən fassiola, monezia, dikroseli,
strongilyatlarla yoluxma dərəcəsi öyrənil-
miş, yoluxmanın ekstensivliyi və inten-
sivliyi müəyyənləşdirilmişdir. Otlaqların
müxtəlif sahələrindən (15x20x3sm) torpaq
nümunələri götürülüb oribatid gənələrini
müəyyənləşdirmək məqsədilə tədqiq edil-
mişdir. Bu zaman torpağın strukturu, bitki
örtüyü, relyef və s. nəzərə alınmışdır. Bu
tədqiqatlar Vayda və Berman üsuları ilə
aparılmişdır [5]. Otlaqların bir sıra sahə-
lərində torpağın üst qatlarının çox yüksək
dərəcədə mədə-bağırsaq helmintləri və
ağciyər nematodları ilə intensiv yoluxması
aşkar edilmişdir. Müayinələr zamanı aşkar
olunmuş trematod və sestodlar 70 %-li etil
spirtində, nematodlar isə Barbaqallo məh-
lulunda fıksə edilmişdir.
Qış fəslində Şirvan bölgəsini əhatə edən
Kürdəmir, Şamaxı, İsmayıllı rayonlarının
fermer təsərrüfatlarından ümumillikdə, 125
baş iri buynuzlu heyvanlardan, 278 baş
xırda buynuzlu heyvanlardan müayinə üçün
kal numünələri götürülmüş, koproloji müa-
yinədən keçirilmişdir. Kürdəmir rayonunun
Karrar kəndində yerləşən 1 fərdi təsərrüfat-
Elmi-praktik jurnal
Dostları ilə paylaş: |