İnternetdə:
www.books.google.com
234
11 İyul - Ümumdünya Şokolad Günü
,
(1995)
.
Şokolad Günü
(
World Chocolate Day) ilk dəfə 1995-ci ildə Fransada qeyd
edilib. Tez bir zamanda məşhurluq qazanaraq Almaniya, İtaliya, İsveçrə və digər
Avropa ölkələrində, eləcə də Avropadan kənarda keçirilməyə başlanılıb. Çox
sevdiyimiz şokoladın və şokolad ağacının vətəni Mərkəzi və Cənubi Amerikadır.
Əvvəllər içki kimi qəbul edilən bu şirniyyatın adı haqqında müxtəlif versiyalar var.
Onlardan birinə görə, şokolad qədim astek sözü olub, "xocolatl" yəni, kakao
paxlasından alınan içkinin adını bildirir. Mənası isə "acı su" kimi tərcümə olunur.
Avropada "qara qızıl" adı ilə tanınması isə ispanlara məxsus olub. Şokoladın tarixi
3000 il əvvəlki dövrə aid edilən nemətlər sırasına daxildir. Təxminən bizim eradan
1500 il əvvəl Meksika körfəzi sahillərində yeni sivilizasiya meydana gəlmişdir.
İrəli sürülən fikirlərə əsasən, məhz "kakao" sözü ilk dəfə olaraq onlar tərəfindən
dildə "kakava" kimi tələffüz edilib.
Dünyada sevgi rəmzi kimi tanınan ilk şirniyyat şokoladdır.
Statistikaya əsasən, 20 yaşlı əksər gənclər məhz ağ şokolada üstünlük verir.
Şokoladın tərkibindəki fenamin maddəsi, insanda sevgi hissi yaradır. Şokolad A,
B, C, D, E, kalsium, kalium və natrium vitaminləri ilə zəngindir. Kakao və şokolad
antiseptik xüsusiyyətlərə malik olub, dişi bir çox zərərdən qoruyurlar. Şokolad
yeməklə qızdırma, soyuqdəymə xəstəliklərini dəf etmək olar. Dünyanın ən kalorili
şokoladı südlü şokolad hesab edilir. Dünya qadınlarının 15%-i hər gün şokolad
yeyir. İsveçrəlilər dünyada ən çox şokolad yeyən əhali sayılır. Belə ki,
hesablamalara əsasən, bu ölkədə hər sakinə il ərzində 10 kq şokolad düşür.
Müasir elm şokoladın tərkibində insanı psixoloji rahatladan elementlərin
olduğunu göstərir. Tünd şokoladın növləri bədəndən endorfinin - insanda rahatlıq,
xoşbəxtlik, məmnunluq və razılıq hissləri yaradan hormonu stimullaşdırır və əhval-
ruhiyyəni yüksəldir. Həmçinin ehtimal olunur ki, şokolad xərçəng əleyhinə effektə
malikdir və qocalma prosesini ləngidir.
İnternetdə:
www.books.google.com
235
20
İyul - Beynəlxalq Şahmat Günü, (1996)
1996-cı ildən 20 iyul dünyanın hər yerində Beynəlxalq Şahmat Günü kimi
qeyd olunur. Bu bayram əsası 1924-cü ildə qoyulmuş Beynəlxalq Şahmat
Federasiyasının (FİDE) qərarı ilə keçirilir. Bütün rəsmi yarışlar, o cümlədən kişi və
qadınlar arasında dünya çempionatları, kişi, qadın, tələbə və yeniyetmələrin
komanda birincilikləri, Avropanın komanda birinciliyi, Avropa Çempionlar
kuboku, Panamerikan fərdi yarışları FİDE-nin himayəsi altında keçirilir. FİDE
1950-ci ildən kişilərə, 1976-cı ildən isə qadınlara beynəlxalq qrossmeyster adı
verir.
Azərbaycanda şahmat ən populyar idman növlərindən biridir. Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-2014-cü illərdə şahmatın inkişafına
dair Dövlət Proqramı təsdiq edilmişdir. Ölkəmizdə şahmat ötən ilin 70-ci illərində
inkişaf etməyə başlamışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
respublikada müasir şahmat məktəbi binaları tikilməyə başlanmış, gənclərin bu
idman növünə marağı artmış, gənc və istedadlı şahmatçılar yetişmişdir.
İnternetdə:
www.books.google.com
236
22 İyul - Milli Mətbuat və Jurnalistika Günü, (1875)
“Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş
milli mətbuatımız həmişə xalqımızın
şanlı tarixinin güzgüsü olmuşdur.”
Ümummilli lider Heydər Əliyev
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən
sonra Bakıda Azərbaycan dilində "Əkinçi" qəzetinin çap olunmasına nail olmuş və
qəzetin ilk sayı 1875-ci ilin iyulun 22-də işıq üzü görmüşdür. "Əkinçi" qəzeti
xalqımızın milli oyanışında, milli birliyinin möhkəmləməsində böyük rol
oynamışdır. Qəzetin müttərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və
iki il sonra qəzet bağlanmışdır. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül"
(1880), "Kaspi" (1880-1890-ci illər) qəzetləri nəşrə başlamışdır. XX əsrin
əvvələrində C.Məmmədquluzadə, M. Şaxtaxtiniski, S.Hüseyn, Ö.Faiq Nemanzadə,
Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə
aparırdılar. Həmin dövrdə "Həyat", "Açıq söz", "Azərbaycan" kimi demokratik
ruhlu, milli qayəli qəzetlər meydana çıxmışdır.
1906-ci ildə "Molla Nəsrəddin " jurnalının nəşrə başlanması ilə Azərbaycan
mətbuatında siyasi satiranın əsası qoyuldu. Azərbaycan öz müstəqilliyini bərpa
etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü
göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan- qəzet və jurnal fəaliyyət
göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin
nəşrə başlandığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd
olunur.
Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi
ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat
toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar
möhkəmləndirilib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil
ölkənin nüfuzlu beynəlxalq təşkilata – Avropa Şurasına daxil olmasıdır. Təşkilata
daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat
azadlığının daha geniş təşəkkülünə şərait yaradıb. Azərbaycan Prezidenti İlham
Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında
Kütləvi
İnformasiya
Vasitələrinə
Dövlət
Dəstəyi
Fondu
yaradılıb.
Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və mətbuat azadlığı
şəraitini yaxşılaşdırmaqdır.
İnternetdə:
www.books.google.com
237
23 İyul - Ümumdünya Balina və Delfinlər Günü, (1986)
1986-cı ildə Beynəlxalq Balinaovlama Komissiyası (International Whaling
Comission: IWC) bu heyvanların 200 illik amansız şəkildə qırılmasından sonra
balina sənayesinə qadağa qoymuşdur. Bu qadağa indi də qüvvədədir və bütün
dünyada balinaların ovlanması, o cümlədən balina ətinin ticarəti qadağan
olunmuşdur. Lakin balina sənayesi bu heyvanlar üçün yeganə təhlükə deyil.
Balinaların, delfinlərin və digər dəniz məməlilərinin yox olmasının daha bir səbəbi
– onların delfinarilər, okeanariumlar və sirklər üçün tutulmasıdır. Buna görə də bu
gün yalnız balinaların deyil, bütün dəniz məməlilərinin qorunması günü hesab
olunur. Beynəlxalq Delfinovlama Komissiyası balinaların ovlanmasına qadağa
tətbiq etdikdən sonra Yaponiya sanksiyalardan çəkinərək bu sazişə qoşulmağa
məcbur olmuşdur. Lakin balinaların elmi məqsədlərlə ovlanması hüququ vardır.
2007-ci ildə balinaların ovlanma kvotası 950 balina təşkil edirdi. Həmin kvotaya
görə, hər il Yaponiya ancaq üçə qədər balina ovlayırdı. Lakin həmin il yapon
―Nissin-maru‖ balina ovlama donanmasında yanğın baş verir və ―tədqiqat‖ üçün
508 heyvan öldürülür.
Elmi işlər başa çatdıqdan sonra heyvanların əti əsasən yapon restoranlarında
istifadə olunur. Beynəlxalq Balinaovlama Komissiyasının qadağası 19 fevralda
qüvvəyə minmişdir.
Hər il fevralın 19-da daha bir bayram – Beynəlxalq Balinalar Günü qeyd
olunur. Bəzən müxtəlif ölkələrin ekoloji təşkilatları bu günü birlikdə məhvolma
təhlükəsi qarşısında qalan hər bir növ dəniz məməlisinin müdafiəsinə həsr edirlər.
İnternetdə:
www.books.google.com
238
30 İyul - Beynəlxalq Dostluq Günü, (2011)
Bu gün 24 aprel 2011-ci ildə BMT-nin qərarı ilə təsis olunmuşdur. Bütün
planetin marağında olan Beynəlxalq Dostluq Günü əsasən zorakılığa qarşı
olmaqla, mədəniyyətlərin dostluğunu nümayiş etdirir. BMT-nin Baş Məclisi
Paraqvayın təşəbbüsü ilə iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etmişdir.
Baş Məclis qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi
tövsiyə etmişdir. Bu münasibətlə Baş Məclis tərəfindən yekdilliklə qəbul edilmiş
qətnamədə bütün dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan
dostluğun aktuallığı və böyük əhəmiyyəti vurğulanmışdır.
Baş Məclis qurumun üzvü olan ölkələrə Beynəlxalq Dostluq Gününü öz
adət-ənənələrinə uyğun qeyd etməyi məsləhət görmüşdür.
İnternetdə:
www.books.google.com
239
Bu tarixi unutmayaq
23 İyul - Ağdam rayonunun işğalı günü, (1993)
“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim
torpağımdır.”
Ümummilli lider Heydər Əliyev
Ağdam rayonunun 88.395 hektar
ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunub. Rayonda işğaldan əvvəl
1736 hektar dövlət meşəsi, 710 hektar
kolxoz meşəsi, 560 hektar yol, su və
kanal kənarı, şəhərətrafı meşə sahəsi
mövcud
idi.
Rayonun
ehtiyatı
64.863000 kubmetr olan mişar daşı,
140.464000 ton Çobandağ əhəng
daşı, 44.708000 ton. Boyəhmədli və
25.197 min ton Şorbulaq gil yataqları işğal olunmuş ərazilərdə qalıb. Rayon
ərazisindən keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, sutoplayıcı sahəsi
isə 657 kvadratmetrdir. Ağdam şəhərində yaşı 150-250 ilədək olan 14 ədəd,
Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı təbiət abidəsi
kimi qorunurdu. İşğal olunmuş ərazilərdən yaşı 400-ə çatan Şərq çinarı növündən
olan ağacların doğranaraq Ermənistana aparılması və irigövdəli ağacların qırılaraq
yığıldığı müşahidə edilib. Rayonun işğal altında olan Novruzlu, Yusifcanlı,
Kəngərli, Çəlik, Qaradağlı Kəngərlisi, Göytəpə, Gülçülük kəndlərində 6330 hektar
otlaq sahəsi erməni hərbçiləri tərəfindən yandırılıb. Yanğın zamanı "Qırmızı
kitab"a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahısına" düşmüş
müxtəlif sayda turac, qırqovul və gürzə məhv edilib. İşğal nəticəsində təhsil,
səhiyyə, mədəniyyət ocaqları, yaşayış evləri, inzibati binalar dağıdılaraq yerlə-
yeksan edilib. Erməni faşistləri tərəfindən aparılan bu ədalətsiz müharibə
nəticəsində çoxsaylı həmvətənlərimiz qətlə yetirilmiş, itkin düşmüş, əsir
götürülmüşdür.
Milli Ordumuz son illər möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi
altında daha da güclənmiş, daha da qüdrətli olmuşdur. Xalqımız inanır ki,
dövlətimiz tərəfindən aparılan ardıcıl, məqsədyönlü siyasət torpaqlarımızın
işğaldan azad olmasına gətirib çıxaracaqdır.
İnternetdə:
www.books.google.com
240
Azərbaycanın görkəmli şəxsiyyətləri
6 İyul - General Valeh Bərşadlının anadan olmasının 90 illiyi, (1927 -1999)
Valeh Əyyub oğlu Bərşadlı Qubadlı rayonunun Eyvazlı kəndində anadan
olmuşdur. 14 yaşında könüllü hərbi xidmətə getmiş, iki hərbi təhsil ocağını (Bakı
Zenit Artileriyası Məktəbini və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artileriyası
Məktəbini) bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk
azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və
Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata
keçirmiş Baş Qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa
vermişdir. Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, tağım
komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında
yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir.
Valeh Bərşadlı 15 may 1999-cu ildə vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.
İnternetdə:
www.books.google.com
241
22 İyul - Şərqşünas Mirzə Kazımbəyin anadan olmasının 215 illiyi,
(1802-1870)
Mirzə Kazım bəy (əsl adı Məhəmməd Əli
Kazımbəy olmuşdur) Azərbaycan əsilli rus şərqşünası,
tarixçı, türkşünas və filoloqudur. O, Rusiya Elmlər
Akademiyasının ilk azərbaycanlı üzvü olmuşdur.
Atası
Məhəmməd Qasım Kazımbəy Dərbəndin tanınmış
ruhanilərindən olub. Babası Nazir Məhəmməd xan isə
Dərbənd hakiminin baş xəzinədarı işləyib. Məkkəyə həcc
ziyarətindən qayıdarkən atası Məhəmməd Qasım Kazımbəy
Rəşt şəhərində (İndiki İran İslam Republikasının Gilan
vilayəti) yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla
evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur. Bir
qədər sonra atası Dərbəndə qazi təyin olunur və ailəsi ilə bu şəhərə köçür.
Kazımbəy İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə
öyrənməklə yanaşı, rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə öyrənir. 17
yaşında isə "Ərəb dilinin qramatikası" adlı kitab yazır. Atası oğlunun ruhani
olmasını və İran və Ərəbistana dini təhsil dalınca getməsini istəyir. Kazımbəy bir
sıra tarixi mövzularda kitabların müəllifidir. Türk dilində yazdığı "Əssəb əs-
Səyyar" (―Yeddi planet‖) əsəri Krım xanlığının 1466-1737-ci illər aralığında tarixi
haqqındadır. 1841-c ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların
tarixi haqqıda dəyərli elmi məlumatlar verir. O həmçinin, Məhəmməd Əvabinin
"Dərbəndnamə" əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə
tərcümə edir və 1856-ci ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr
olunmuş "Bab və Babilər: 1848-52-ci illər İranda Dini və Siyasi Təlatümlər"
əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olmuşdur:
"Qurani-Kərimdə ahənglik" (1859), "Müridilik və Şamil" (1859), "İslam tarixi"
(1860) və başqaları. 1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv və
Kazan Universitetində yenicə yaranmış "Türk dilləri" fakültəsinə rəhbər təyin
olunur. 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1839-cu
ildə Demidov Mükafatına layiq görüləcək "Türk-tatar dillərinin qramatikası" adlı
fundamental elmi monoqrafiyasını yazır. Qeyd etmək lazımdır ki, o dövrlər Rus
imperiyasında əksər türk dilləri "Tatar" və ya "Türk-tatar" adlı vahid dilin ayrı-ayrı
dialektləri kimi qəbul olunurdu. Bu əsərində Kazım bəy osmanlı, azəri və digər
türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və
sintaksis təhlil və müqayisısini aparır. 1921-ci ildə Jan Denin "Türk dilinin
qramatikası" (Osmanlı dialekti) əsərinin nəşrinə qədərki dövrdə Avropa
universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə
edilib. Mirzə Kazımbəy 1870-ci il noyabr ayının 27-də vəfat etmişdir.
İnternetdə:
www.az.wikipedia.orq
242
Yubilyar yazıçı və şairlər
10 İyul - Şair, dramaturq Kəmalə Ağayevanın anadan olmasının 80 illiyi,
(1937)
Ağayeva Kəmalə Ağa qızı Naxçıvan şəhərində anadan
olmuşdur. Orta məktəbi bitirdikdən sonra Xarici Dillər
İnstitutunun fransız dili fakültəsində təhsil almışdır. 35 il orta
məktəbdə fransız dili müəllimi işləmiş, eyni zamanda
Naxçıvan Dövlət Dram Teatrında ədəbi hissə müdiri
vəzifəsində
çalışmışdır. Kəmalə Ağayeva Azərbaycan
Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri
Cəmiyyətinin üzvüdür.
Şairə xanım yaradıcılığa lap erkən yaşlarından
başlamışdır. Yazdığı əsərlər müntəzəm olaraq dövrü
mətbuatda çap olunmuş, şeirlərinə musiqilər yazılmışdır. İlk şeirini 12 yaşında, ilk
dram əsərini isə (―Məhsəti‖) 21 yaşında yazmışdır. Kəmalə Ağayeva 20 şeirlər
kitabının, 16 mənzum dram əsərin, 200-ə qədər oçerk və bədii yazıların, həmçinin
uşaqlar üçün ―Göyçək Fatma‖, ―Məlikməmməd‖, ―Tıq-tıq xanım‖ nağıl-pyeslərin
müəllifidir. Qələmə aldığı dram əsərləri respublikanın bir sıra teatrlarında
tamaşaya qoyularaq, müvəffəqiyyət qazanmışdır. K. Ağayevanın şeirləri rus,
türkmən, özbək, tacik, fars, fransız və sair dillərə tərcümə olunub, özü də fransız
dilindən ana dilimizə tərcümələr etmişdir.
Kəmalə Ağayevanın yaradıcılığının əsas qayəsi mənəvi saflığa çağırışdır.
Respublikanın Əməkdar mədəniyyət işçisi Kəmalə Ağayeva bir sıra xarici
dövlətlərdə rəsmi səfərlərdə olub. Şairə müxtəlif medallar və fəxri fərmanlarla
təltif olunub.
Kitabları: ―Baharın sözü‖ (1962), ―Gül yarpağı‖ (1967), ―Sən olmasaydın‖(1974),
―Apardı sellər Saranı‖ (1977), ―Arpaçayın nəğməsi‖ (1978), ―Daş piyalə‖ (1982),
―O dağlarda gözüm qaldı‖ (1988), ―Məhsəti‖ (2001), ―Vətənə sevdalıyam‖ (2004)
və s.
Ədəbiyyat: Əhmədov Teymur – “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
243
26 İyul - Publisist, yazıçı Sabir Gəncəlinin anadan olmasının 85 illiyi , (1932)
Sabir Gəncəli Gəncə şəhərində anadan olmuşdur. ADU-
nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil
alıb.
Yazıçı tədqiqatlar, araşdırmalar nəticəsində ötən illər
ərzində Azərbaycanın, Sankt-Peterburqun, Moskvanın
dövlət
arxivlərində,
kitabxanalarında,
Azərbaycan
Əlyazmalar İnstitutunda saxlanılan tarixi sənədlərdən,
respublikamızın görkəmli alimlərinin, maarifçilərinin şəxsi
arxivlərində olan albomlardan, sənədlərdən, dövrü
mətbutda dərc edilmiş materiallardan, maarif və
mədəniyyət xadimləri ilə apardığım müsahibələrdən,
söhbətlərdən istifadə edərək 20-dən çox kitab, yüzlərlə tarixi oçerk, sənədli hekayə,
iki sənədli povest yazıb. Azərbaycan, ingilis, rus, ərəb, fars dillərində çap olunmuş
bu əsərlər oxucular tərəfindən rəğbətlə qarşılanıb. Onların arasında 1994-cü ildə
"Hər sətirdə bir tarix...", 2001-ci ildə Azərbaycan, ingilis və rus dillərində "Qadın,
gözəllik və ülviyyət" adlı ilk qadın ensiklopedik toplular da vardır. Həmin
toplularda ən qədim dövrlərdən bu günədək dünyada və xüsusilə Azərbaycanda
qadın məsələsi, qadın azadlığı tarixi, dünya sivilizasiyasında ulu nənələrimizin,
analarımızın rolu və fəaliyyəti işıqlandırılıb. Yazıçı 1960-cı ildə "Nəsildən nəslə"
adlı kitab və bir sıra məqalə çap etdirib. Uşaqlarımızın, yeniyetmələrimizin bilik və
dünyagörüşünü artırmaq, intellektual səviyyəsini inkişaf etdirmək üçün yazıçı
"777 sual, 1001 cavab" adlı düşündürücü, əyləncəli ensiklopedik toplu
hazırlamışdır.
500-dən
çox
rəngli,
ağ-qara,
illüstrativ
materiallarla
zənginləşdirilmiş bu kitabda məqsəd gənc nəsli dünya mədəniyyəti, bəşəriyyətin
əsrlər boyu əldə etdiyi bilik xəzinəsilə tanış etmək, dünya sivilizasiyasının keçdiyi
çətin və şərəfli yolu, xalqımızın bu yolda əldə etdiyi nailiyyətləri əks etdirməkdir.
Yazıçı ―Səhnə‖ və ―Cik-cik‖ qəzetlərinin məsul katibi kimi də çalışıb (1993-1996).
Sabir Gəncəli -
tarix elmləri doktoru (1996), "Qızıl qələm" Mükafatı laureatıdır
(1980-2000).
Dostları ilə paylaş: |