Азярбайъан республикасынын тящсил назирлийи бакы дювлят университети


Тящсил  Гануну  лайищясинин  мцзакирясиндя  фяал  иштирак  едян



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix04.01.2017
ölçüsü0,66 Mb.
#4443
1   ...   5   6   7   8   9   10   11   12   13

Тящсил  Гануну  лайищясинин  мцзакирясиндя  фяал  иштирак  едян 

факцлтя коллективи эяляъяйя цмцдля бахыр: онун йцксяк елми вя 

мяняви потенсиалы бунун цчцн реал зяманятдир. 

 

 

 

 

Hissi idrak prosesinin formaları 

                                                                     Elbəy ƏLİ, magistr 

 

Hissi  idrakın  əsas  formaları  duyğu,  qavrayış  və 



təsəvvürdür.  Hissi  idrak  və  onun  formalarında  hiss  orqanları 

əsas rol oynayır. 

Hissi  idrakın  əsas  forması  olan  duyğu,  varlıq  və 

hadisələrin xassələrini, xüsusiyyət və tərəflərini əks etdirir. Biz 

gündəlik  təcrübədə  hər  hansı  varlığı  öyrənərkən  ona  diqqətlə 

baxırıq, onun dadını, iyini bilirik. Günəşin istiliyini, işığını hiss 

edirik,  dağları,  düzləri,  meşələri  görürük,  çayların  qıjıltısını, 

bulaqların  şırıltısını,  güllərin,  çiçəklərin  “pıçıltısını”,  quşların 

səsini  eşidirik.  Bunlar  hiss  orqanlarımıza  təsir  edərək  bizdə 

 

 



74 

74 


görmə,  eşitmə,  iy  duyğuları  əmələ  gətirir.  Məsələn,  varlığın 

görünən  surəti,  onun  əks  etdirdiyi  və  ya  şüalandırdığı  işığın 

gözün tor qişasına düşməsi yolu ilə əmələ gəlir. Deməli görmə 

duyğularının  mənbəyi  işıq  kimi  bir  xarici  qıcıqlandırıcıdır. 

Görmə  əsasında  biz  varlığın  rəngini,  hamarlığını,  parlaqlığını, 

formalarını,  hissələrini  və  s.  xassələrini  duyuruq.  Hər  hansı 

qidanın acı və şirinliyi, isti və soyuqluğu, dad və dadsızlığı və 

s.  kimi  xassələri  bizdə  dad  duyğusu  əmələ  gətirir.  Müəyyən 

səslər  insanın  qulağına  düşdükdə  səs  duyğusu  yaradır.  Biz 

varlıqların  fərqli  və  oxşar  xassələrini  bilmək  üçün  müxtəlif 

duyğuları  bir-biri  ilə  tutuşdurub  müqayisə  edirik,  onların 

quruluşu  haqqında  müəyyən  məlumat  alırıq.  Hiss  orqanları 

(görmə, eşitmə, dadbilmə və s.) varlığın xassələrinə uyğun ayrı-

ayrı  duyğular  yaratmasına  baxmayaraq  onlar  bir-biri  ilə 

əlaqədardır.  Əgər  hər  hansı  hiss  orqanı  varlığın  xassəsi 

haqqında  bizdə  şübhə  yaratdıqda  biz  dərhal  başqa  hiss  üzvünə 

müraciət  edirik.  Biz  özümüzə  inanmadıqda  başqa  adamın 

gözünü  və  əlini  şübhəni  aradan  qaldırmaq  üçün  köməyə 

çağırırıq.  Nəhayət,  bu  da  müəyyən  nəticə  vermədikdə 

eksperimentə, cihazların köməyinə əl atırıq. Beləliklə, nəticədə 

həmin duyğunun obyektə, varlığa uyğun olub-olmadığını aşkar 

edirik. 


Duyğular  formasına  görə  subyektiv,  məzmununa  görə 

obyektivdir. Duyğular ona görə subyektivdir ki, onlar subyektin 

(insan)  hiss  orqanlarının  fəaliyyəti  ilə  əlaqədar  olaraq  əmələ 

gəlir.  Çünki,  müxtəlif  adamlar  eyni  xarici  təsiri  müxtəlif 

səviyyədə  duyur,  eyni  oyun  havasını  hərə  bir  cür  oynayır. 

Müxtəlif obyektlər müxtəlif səviyyəli duyğular yaradır. 

Duyğular  məzmunca  obyektivdir.  Onlar  varlıqların, 

obyektiv xassələrini əks  etdirir və ona uyğun  gəlir. Varlıqların 

rəngini,  formasını,  tamını,  hərə  fərdi  surətdə  duysa  və  qavrasa 

da  bu  subyektiv  obrazlar  varlığın  obyektiv  xassələrinə  uyğun 

gəlir.  


 

 

75



75 

Hissi  idrakın  daha  yüksək  forması  qavrayışdır.  Baş 

beynin  sintezləşdirici  fəaliyyəti  nəticəsində  müxtəlif  duyğular 

qavrayışda birləşir. Varlığın hissi obrazı yaranır. Qavrayış ayrı-

ayrı  duyğuları  bütöv  obraz  halında  əlaqələndirir  və  birləşdirir. 

O,  varlığın  xarici  tərəflərini,  xüsusiyyətlərini  ayrı-ayrılıqda 

deyil,  bütöv,  tam  və  vəhdət  halında  əks  etdirir.  Varlığın  tam 

halında hissi obrazına qavrayış deyilir. 

Hissi  idrakın  ən  yüksək  forması  təsəvvürdür.  Təsəvvür 

qavrayışlar  əsasında  yaranır.  İnsan  vaxtilə  qavradığı  varlıq  və 

hadisəni,  onların  obrazını  xəyalında  canlandırır.  Deməli, 

təsəvvür  əvvəllər  qavranılmış  varlıq  və  hadisənin  şüurda 

bərpasıdır.  

Təsəvvürdə  xüsusi  və  ümumi  bir-biri  ilə  əlaqədardır. 

Insanın hafizəsində konkret bir obyektin, varlığın və hadisənin 

xarakterik cəhətləri ilə bərabər bir-birinə bənzər  obyekt, varlıq 

və  hadisələr  qrupunun  təkrar  olunan  ünsürlərinin  müəyyən 

məcmusu  da  qalır.  Insanın  əməli  fəaliyyəti,  başqa  adamlarla 

ünsiyyəti,  hadisə  və  varlıqlarla  əlaqəsi  prosesində  onun 

təsəvvürü ümumiləşmiş xarakter daşıyır. 

Təsəvvürlərin  belə  bir  xassə  və  xüsusiyyəti  də  var  ki, 

təsəvvür  təkcə  əvvəl  qavranılmış  obyekt  əsasında  deyil,  eyni 

zamanda  ideal  şəkildə  də  yaranır.  Məsələn,  rəssam  çəkəcəyi 

şəkli,  memar  tikəcəyi  binanı  əvvəlcədən  təsəvvür  edir.  Insan 

görəcəyi  hər  hansı  işi,  qarşısına  qoyduğu  məqsədi  qabaqcadan 

təsəvvüründə canlandırır. 

 

 

Rasional idrak prosesinin formaları 

                                                                     Elbəy ƏLİ, magistr 



 

Rasional  idrak  anlayış,  mühakimə  və  əqli  nəticələr 

formasında gerçəkləşir. Yaxşı olardı ki, xüsusi və ümumi adlar 

arasında  fərqləndirmə  aparaq.  Xüsusi  ad  bir  predmeti  bildirir 

(bu  stol,  o  kitab,  Platon).  Ümumi  ad  predmetlər  sinfini  ifadə 

 

 



76 

76 


edir  –  A2  qrupunun  tələbələri,  ağaclar.  Verilən  sinfin 

predmetləri  ortaq  cəhətlərə  malik  olur  (xüsusiyyətə  və  ya 

münasibətlərə  görə).  Məsələn,  A2  qrupunun  tələbələri  –  bu 

ümumi addır, onların hamısının ortaq bir cəhəti var – onlar A2 

adlanan qrupda təhsil alırlar. Güman etmək olar ki, oxucularda 

xüsusi  və  ümumi  adlar  barəsində  xüsusi  bir  anlaşılmazlıq 

yaranmadı, hər şey aydındı.  

İndisə  biz  bütün  rasional  idrakın  mərkəzi  məsələsinə 

müraciət  etməliyik.  Anlayış  nədir?  Bu  çətin  suala  “tələbə” 

anlayışının  analizinin  köməyilə  cavab  tapmağa  çalışacağıq. 

Tələbənin kim olduğunu texnikumun yaxınlığında yaşayan beş 

yaşlı qızdan, 14 yaşlı dəliqanlıdan, bank işçisindən və təcrübəli 

müəllimdən  soruşaq.  Qız:  “Tələbələr  –  hələ  də  hərdən  pis  söz 

danışan cavan, şən dayılar və xalalardır”. Dəliqanlı: “Tələbələr 

avaralanmağı  xoşlayan  adamlardırlar”.  Bank  işçisi:  “Tələbə, 

orta  və  ya  ali  təhsil  müəssəsində  oxuyan  adamdır”.  Müəllim: 

“Tələbə, texnikumda və ya ali təhsil müəssisəsində oxuyan, öz 

dərslərinə  məsuliyyətlə  yanaşan  kəsdir”.  Görürük  ki,  müxtəlif 

adamlar  tələbəni  necə  fərqli  dəyərləndirirlər.  Anlayış  bir  çox 

kəsə  izah  imkanı  yaradan  maksimum  dərəcədə  aktiv  fikirdir. 

Anlayış,  nəsə  haqqında  başlıca  fikir,  ümumiləşdirmə, 

interpretasiyadır.  Anlayış  obyektiv  aləmdəki  cisim  və 

hadisələrin  ən  mühüm  və  əhəmiyyətli  cəhətlərinin  baş  beyin 

qabığında  inikasıdır.  Müəllim  iddia  edir  ki,  tələbənin  mənəvi 

cəhəti onun təhsilə münasibətini müəyyənləşdirir ki, buradan da 

onun nə qədər tələbə olduğu  anlaşılır. Təbiidir ki, tələbə təkcə 

təhsil  almır.  Onun  digər  bir  çox  məşğuliyyəti  var,  lakin  o 

bunlarla digər gənclərdən fərqlənmir. 

Deməli, anlayış – verilmiş şeylər sinfinin mənasını izah 

etməyə  imkan  yaradan  fikir  –  ümumiləşdirmədir.  Cisim  və 

hadisələrin  ümumi  və  mühüm  xassələrini  ifadə  edən  məfhum, 

insanın  əməli  fəaliyyəti  prosesində  yaranır  və  insan  idrakının 

daha da dərinləşməsinə kömək edən bir vasitə rolunu oynayır. 


 

 

77



77 

Anlayışların  həqiqi  təbiəti  elm  tərəfindən  izah  olunur. 

Hansı  ki,  anlayışları  daha  mükəmməl  şəkildə  aydınlaşdırıcı 

səviyyədə  təqdim  edir.  Bütün  hadisələrin  mahiyyəti  anlayışlar 

əsasında  izah  edilir.  Anlayışlar  obyektiv  aləmdəki  cisim  və 

hadisələri  qnoseoloji  nöqteyi-nəzərdən  dərk  etməyə  imkan 

verir.  Anlayışların  nə  olduğunun  izahından  sonra  növbədə 

mühakimələrdir. 

Rasional  idrakın  yaradıcı  fəaliyyətinə  daxil  olan 

anlayışlar  özündən  sonrakı  formalarla  dialektik  surətdə 

bağlıdır.  Bu  cəhətdən  məntiqi  idrak  prosesinin  ən  geniş  və 

ümumi forması mühakimədir. 

Anlayışların  fəaliyyət  nəticəsi  öz  əksini  mühakimədə 

tapır.  Mühakimə  anlayışlar  sayəsində  yaranır  və  inkişaf  edir. 

Digər 

tərəfdən, 



mühakimə 

də 


yeni 

anlayışların 

mənimsənilməsində çox böyük əhəmiyyətə malikdir. 

Bəzi  alimlər  məntiqi  təfəkkürün  formalarını  şərh 

edərkən  mühakiməni  anlayışdan  əvvəl  şərh  edirlər  və 

göstərirlər  ki,  mühakimə  təfəkkürün  bir  forması  kimi 

anlayışdan  əvvəl  fəaliyyət  göstərir.  Əslində  isə  belə  fikirlə 

razılaşmaq  olmaz,  çünki  anlayış  olmadan  mühakimə  nə 

yaranar,  nə  də  inkişaf  edə  bilər.  Ona  görə  də  mühakimə 

anlayışların materialı əsasında cərəyan edir.. 

Mühakimə  nəyisə  iqrar  və  ya  inkar  edən  fikirdir.  İki 

ifadəni  müqayisə  edək:  “Bütün  metalların  elektrikkeçiriciliyi” 

və “Bütün metallar elektrik cərəyanını keçirir”. Birinci ifadədə 

nə  iqrar,  nə  də  inkar  olduğu  üçün  o,  mühakimə  deyil.  İkinci 

ifadədə  isə  bütün  metalların  elektrik  cərəyanını  keçirdiyi  iqrar 

olunur.  Bu  –  mühakimədir.  Mühakimə  nəqli  cümlə  şəklində 

ifadə edilir. 

Təfəkkürün fəaliyyət formalarından biri olan əqli nəticə 

maddi  dünyadakı  cisim  və  hadisələrin  mürəkkəb  və  rəngarəng 

xüsusiyyətlərinin,  mahiyyətinin 

yüksək  səviyyədə  dərk 

olunmasında  çox  mühüm  rol  oynayır.  Əqli  nəticə  bir-birilə 

bağlı  olan  bir  neçə  mühakimədən  yeni,  nəticə  xarakterli  hökm 

 

 



78 

78 


hasil  etmək  deməkdir.  Başqa  sözlə,  əqli  nəticə  elə  təfəkkür 

formasıdır ki, burada insan əməli fəaliyyət prosesində qazanmış 

olduğu  bilik,  bacarıq  və  vərdişlər  sistemindən  istifadə  edərək 

yeni  bilik  əldə  edir.  Insanın  məntiqi  idrakının  yaradıcı 

fəaliyyəti  və  xarakteri  əqli  nəticədə  aydın  surətdə  özünü 

göstərir.  Məntiqi  idrakın  başqa  formaları  kimi,  əqli  nəticə  də 

obyektiv aləmin, maddi gerçəkliyin şüurumuzda fəal, doğru və 

düzgün, adekvat surətdə dərk olunmasına imkan verir. 

Əqli  nəticə  prosesi  anlayış  və  mühakimələrdən  onunla 

fərqlənir ki, o, ayrı-ayrı fikirlər arasında məntiqi əlaqə  yaradır. 

Digər  tərəfdən,  əqli  nəticənin  fəaliyyət  məzmununda  maddi 

aləmin  cisim  və  hadisələrinin  qarşılıqlı  əlaqəsini  əks  etdirən 

məntiqi  əlaqə  özünü  dialektik  formada  göstərir.  Əqli  nəticəyə 

misal olaraq aşağıdakını göstərə bilərik: 

Bütün metallar – elektrik keçiricidirlər 

Mis – metaldır 

Mis – elektrik keçiricidir 

Əqli  nəticə  “təmiz”,  səhvsiz  aparılmalıdır.  Buradan  bir 

fikrin  meydanaçıxma  qanunauyğunluğu  digər  fikirlərin 

köməkliyi ilə əsaslandırılır. Mühakimə düzgün olsa və biz əqli 

nəticələri  məntiq  elminin  tələblərinə  uyğun  surətdə  qursaq, 

onda çıxardığımız nəticə də həmişə düzgün olar. 

Rasional  idrakın  üç  forması  –  anlayış,  mühakimə,  əqli 

nəticə  -  düşüncənin  mahiyyətini  təşkil  edir.  İnsan  hər  zaman 

düşünərkən bunlara əməl etməlidir. 

    


                Müasir  Azərbaycan mədəniyyəti  və  

                     qloballaşmanın  mənəvi - mədəni  

                                         faktorları 

                                                         Həziyev Əli, magistrant 

Bəşəriyyət  elmə, fəlsəfəyə , texnikaya  yiyələnməkdən ötrü  

min    illərlə    zəruri    təkamül  yolu    keçmişdir.  Insanlar  , 

özünütəsdiq  və  özünüifadə  üçün  mənəvi –mədəni  fəaliyyətin  

müxtəlif  növlərini  ,o cümlədən  mif, din , incəsənət , fəlsəfə , 



 

 

79



79 

elm  və.s  üsullarını    sınaqdan  çıxarmışlar.  Bəşəriyyətə  özünün  

yaradıcı    fəaliyyətinin    və    məzmununu    mədəniyyətdə  başa  

düşməyə    imkan    vermişdir.  Bununla    bərabər  ,  mədəniyyət  

həyatımızı humanizm  elementləri  ilə  zənginləşdirmişdir.  

Bu paraqrafda həm  ümumiyyətlə  mədəniyyətin mahiyyəti  

, həm də Azərbaycan mədəniyyəti , onun  qloballaşan  dünyada  

digər    mədəniyyətlərlə    qarşılıqlı    əlaqəsi  ,  tutduğu  mövqe  

barədə    məlumat    verilmiş.  Bununla    bərabər    müasir  

Azərbaycan  mədəniyyəti  və  onun    xüsusiyyətləri    də  nəzərdən 

keçirilmiş. 

Bu  bölumde    azərbaycan  mədəniyyətinin    islam  

mədəniyyətində    rolu    haqqında    da  yazılmış  ,  digər  islam 

ölkələrinə  mənsub  xalqların    mədəniyyətləri  ilə    ortaq  və  eyni 

zamanda  avtonom    xüsusiyyətləri  də  qeyd    edilmiş.  Müasir  

dövrdə - mədəni  qloballaşma  dövründə  İslam mədəniyyətinin  

Azərbaycan  mədəniyyətinə  təsir səviyyəsi  göstərilmiş. 

Burada    Azərbaycan    dövlətinin    milli-  ideoloji      əsasları 

həm  “ milli ideya ” , həm də  “ümummilli  ideologiya ” kimi  

qəbul  edilən “Azərbaycançılıq ” ideologiyasından bəhs  edilir. 

Xalqımızın  tarixi    keçmişinin,  günümüzün    reallıqlarını    , 

ümummilli    psixoloji    yönümlərimizi    ,  mentalitetimizi,  adət-

ənənənələrimizi  ,  sivil  beynəlxalq  təcrübəni    nəzərə    alan  , 

Azərbaycanın    sintetik,  yeniliklərə    açıq  ,  konstruktiv    rol 

oynayan 

ideoloji 

 

inkişaf 


 

konsepsiyası 

 

kimi  


“Azərbaycançılıq”  ideologiyasının    yaranması  və    yayılması  , 

inkişafı göstərilmiş.  

Artıq      qloballşamanı    üçüncü  minilliyin  fenomeni    hesab  

edirlər. Həqiqətən üçüncü minilliyin  mühüm xüsusiyyəti insan 

fəaliyyətinin    bütün    sahələrində  -  siyasətdə  ,  iqtisadiyyatda  , 

sosial  sahədə  (beynəlxalq  münasibətlərdə  ,  mədəniyyət, 

ekologiya  ,  təhlükəsizlik  və.s  sahələrdə  )  qloballaşmanın    baş 

verməsidir. 

 

Qloballaşma:  mahiyyəti və  perspektivləri    

 

 



80 

80 


                               Həziyev Əli, magistrant 

Qloballıq    dedikdə    bizim    çoxdan    dünya    cəmiyyətində  

yaşamağımız başa  düşülür. Yəni  heç  bir  ölkə ,yaxud  ölkələr  

qrupu  bir-birindən      ayrılıqda  mövcud    ola    bilməz  .  İqtisadi  , 

mədəni  ,  siyasi  cəhətdən  qarşılıqlı    təsirə    malik    olan  ölkələr 

bir  –birilə    mütləq    əlaqədə    olmalıdır.  Qloballaşma    elə   

prosesləri  irəli    sürür  ki  ,  milli    dövlətlər    və    onların  

suverenliyi  ,  transmilli   aktların    toruna    çulğalaşır  və    onların  

hökm    vermək    imkanlarına    oriyentasiya    və    identikliyi    ilə  

razılaşmalı  olur.  Artıq    yaranmış    qloballığı  aradan  qaldırmaq  

qeyri-mümkündür.  Bu  onu    sübut    edir  ki    bir-birilə    yanaşı  

mədəni  ,    ekoloji  ,    iqtisadi  ,  siyasi  ,  ictimai  –vətəndaş  

qloballaşması baş verir. 

Burada    ilk  olaraq    qloballaşmanın    mahiyyəti  göstərilmiş. 

Yaşadığımız    dövrdə  qloballaşmadan    kənarda  durmaq  ,  təcrid 

olunmuş şəkildə  fəaliyyət  göstərmək  mümkünsüz   olmuşdur. 

Bu  da  bizim    qoyduğumuz    mövzunun    nə    dərəcədə    aktual  

olduğunu  göstərir .  

Qloballıq    elə  bir    vəziyyəti    əks    etdirir  ki,  bu    gündən  

sonra  planetdə  baş  verəcək    nə  varsa    onu    lokal  sahəyə  

məhdudlaşdırılmış  hadisələr    sırasında  daxil    etmək  olmaz  . 

Yəni    bütün  ixtira    və    kəşflər  qələbə    və  katastroflar  bütün 

dünyaya  aiddir. Deməli  bütün  proseslər “lokal – qlobal”  xətti  

üzrə  getməlidir.  Bu    şəkildə  başa    düşülən    qloballıq  diqqəti  

doğrudan  doğruya cəlb  edir. 

Paraqrafda qloballaşmanın  dünya –bəşəriyyət  üçün  son 

dərəcə    vacibliyini,  əhəmiyətliyini          göstərməyə    çalışmışıq. 

Qloballaşma   ümumdünya dövlətinin  olmamasını  irəli  sürür ( 

hazırda qloballaşma dedikdə çox  vaxt amerikanlaşma deyirlər 

ki, bu da  qətiyyən  düzgün deyildir). Dünya  cəmiyyəti  vardır 

–  lakin  bu  cəmiyyət    ümumdünya    dövləti    və    ümumdünya 

hökumətini    ağlına    belə    gətirə    bilmir.  Söhbət    qlobal  

deaorqanizə    edilmiş    kapitalizmin      genişlənməsi    haqqında  

gedir.  Bir  sözlə  qloballaşma  XX  əsrin  sonundan  başlayaraq  



 

 

81



81 

insan    fəaliyyəti    nəticəsində    aradan    qaldırılması    mümkün 

olmayan bir  prosesdir . 

Burada    həlli    bir    ölkənin    imkanları    xaricində    olan  

qlobal    problemlərdən  də    bəhs    edilmiş.  Onların  yaranma  

səbəbləri, həlli  yolları göstərilmiş. 

 

                       Ailə – sosial strukturun  

                    əsas elementlərindən biridir 

                                          NƏCƏFOV  T. Ş., magistrant  

 

Cəmiyyətdə  ailə  münasibətlərinin  tarixi  formaları  müxtəlif 



olmuşdur.  Bu  formaların  təbii  və  sosial  tərəflərinin  ifadə  tərzi 

də bir-birindən fərqlənmişdir. 

 

 

İnsan  birliyinin  ilkin  formalarından  biri  olan  ailə  özündə 



bilavasitə fərdi və kollektiv başlanğıcları birləşdirir, bununla da 

sosial  idealların  və  davranışın  meyarının  mənbəyi  kimi  çıxış 

edir. Ailə uşağın dünyagörüşünü formalaşdırır, onun əxlaqının, 

mənəvi  aləminin  sosio-mədəni  özəyini  yaradır.  O,  tarixi 

ənənələrin  vacib  ünsürlərindən  biri  olaraq,  yeni  nəsildə  şüur 

stereotipləri, davranış və hərəkət qaydaları haqqında təsəvvürlər 

yaradır, sosial təcrübəni nəsildən-nəsilə ötürür. 

 

Sosial-fəlsəfi  fikir  tarixində  ailə  problemi  həmişə  maraq 



doğurub.  Məsələn,  “Kitabi  Dədə  Qorqud”  eposunda  türk 

xalqlarının ailə-nigah münasibətlərinin təsviri mühüm yer tutur. 

7-9-cu  əsrləri  əhatə  edən  bu  eposda  ailə,  kişi-qadın 

münasibətləri,  valideyn,  övlad,  ailə  və  cəmiyyət  haqqənda  çox 

maraqlı  ideyalar  irəli  sürülmüşdür.  Bu  ideyalarda  həm 

ümumbəşəri,  həm  də  real  milli-etnik,  o  cümlədən  də  dini, 

hüquqi,  məişət  problemləri  öz  əksini  tapmışdır.  Burada  o 

dövrün  ailə  problemlərini  həm  konkret,  real  hadisələrin 

təsvirində, həm də ayrı-ayrı qəhrəmanların öyüd-nəsihətlərində 

öyrənmək olar. 

 

Böyük 


şair, 

mütəfəkkir 

N. 

Gəncəvi 


ailənin 

cəmiyyətdəki  rolunu  yüksək  qiymətləndirirdi;  onun  məişət-

 

 

82 



82 

istehlak  və  tərbiyəvi  funksiyalarından  bəhs  edən  şair,  eyni 

zamanda 

insanlarda 

yüksək 

əxlaqi 


və 

ümumbəşəri 

keyfiyyətlərin aşılanması yollarını axtarıb göstərmişdir. Nizami 

öz  əsərlərində  həm  də  cəmiyyətdə  qadınların  rolunu  yüksək 

qiymətləndirmişdir. 

 

Görkəmli şair, filosof M.Füzuli feodal rejiminin sosial 



ədalətsizliyinə  qarşı  çıxış  etmiş,  əmək  bölgüsünə  uyğun 

cəmiyyətin sosial strukturunda baş verən prosesləri təhlil edib, 

cəmiyyətin  inkişaf  qanunları,  qadınların  cəmiyyətdəki  rolu, 

sülh  və  müharibə,  dövlət  siyasəti,  ailə  haqqında  ibrətli  fikirlər 

irəli  sürmüşdür.  Füzulinin  məhəbbət  aləmində  kişi  və  qadın 

arasındakı  sevgidən  bəhs  edilir;  şairin  təsvirində  məhəbbət  – 

azadlıq, ədalətlilik və müstəqillik deməkdir, çünki əsl məhəbbət 

insanları  cəhalətdən,  feodal  zülmündən  uzaqlaşdırır,  daha 

mükəmməl olmağa imkan yaradır. 

 

Görkəmli  filosof,  astronom  N.  Tusi  ailədə  sosial 



funksiyaların 

yerinə 


yetirilməsində 

ictimai 


mühiti 

qiymətləndirərkən,  göstərirdi  ki,  insan  yaçamaq  üçün  öz  əzəli, 

təbii  ehtiyaclarını  ödəməlidir,  bunun  üçün  də  cəmiyyətdə 

birləşməli,  fəaliyyət  göstərməlidir.  Cəmiyyətdə  insanın  təbii 

sığınacağı  ailədir.  Ailədə  həm  nəsil  artırılır,  həm  ev-eşik 

qorunub saxlanılır, həm də ailə üzvləri lazımi tərbiyə alır. Tusi 

ailənin  yaranmasında  adət-ənənə,  idarəçilik  vərdişlərinin, 

sosial-psixoloji  mühitin  rolunu  xüsusi  olaraq  qeyd  edirdi.  O, 

ailədə  idarəetmə  funksiyasındakı  əsas  rolu  ailə  başçısına    aid 

edirdi.  Ev  sahibi  ailənin  maddi  təminatına,  vacib  məsələlərin 

həllinə,  tərbiyə  işlərində  mükafatlandırma  və  cəzalandırma, 

əmək    bölgüsünün  təşkilinə  cavab  verməlidir.  Tusi 

münasibətlərin 

idarəetmə 

baxımından 

tənzimlənməsi 

problemlərini 

də 


nəzərdən 

keçirmiş, 

məişət-istehlak 

funksiyasının  vacibliyini  göstərmişdir.  Bu  funksiyaların  ən 

vacib  olduğunu  göstərən  Tusi,  onların  həyata  keçirilməsi 

yolunu, yüksək əxlaqi dəyərlərə əsaslanmaqda görürdü. 



 

 

83



83 

 

Digər  görkəmli  filosof  S.  Urməvi  etik  məsələlər 



sırasında  ailə  münasibətlərinin  struktur  və  idarə  olunması 

problemlərini  də  araşdırmışdır.  Ailə  üzvləri  bir-birilə  qarşılıqlı 

məsuliyyət  və  hörmət  şəraitində  davranmalıdırlar.  Tərbiyə, 

sosiallaşma  prosesində  ailə,  müəllim  və  mühitin  rolunu  qeyd 

edən  filosof  hesab  edirdi  ki,  ictimai  münasibətlərin  iştirakçısı 

olan  hər  bir  şəxs  öz  fəaliyyətində  dil,  təfəkkür  və  iradə 

triadasından vəhdət halında istifadə etməlidir. 

 

Qədim  yunan  filosofu  Aristotelin  fikrincə,  ailə  -  



insanların  birgə  yaşayışının  ilk  təbii  formasıdır  və  tarix  boyu 

dəyişilməyib  qalandır.  Ailənin  üç  ikitərəfli  hissəsi  və  bu 

hissələrə  uyğun  olan  üç  münasibət  forması  var:  quldar  və  qul, 

ər  və  arvad,  valideyn  və  övladlar.  Hakimiyyət  qul  üzərində, 

arvad  və  uşaq  üzərində  olur.  Belə  hakimiyyət  bir  növ 

monarxiyaya  bənzəyir.  Arvadın  hakimiyyətdə  olması  təbiətə 

ziddir.  Sofoklun  fikrinə  görə  isə,  qadına  yaraşıq  verən  cəhət  – 

onun susmağıdır.  Qadına bu cür münasibət təbii idi. O dövrün 

cəmiyyətində qadın mədəniyyət, təhsil, ictimai işlər, siyasətdən 

tamamilə  uzaqlaşdırılmışdı.  Platonun  ailə  haqqindakı  fikirləri 

ideal  dövlət  quruluşundan  irəli  gəlirdi.  O  qeyd  edirdi  ki,  ailə 

münasibətlərini bütövlükdə dövlət tənzimləyir. Onun təlimində 

təbəqələşməyə  və  sosial  struktura  uyğun  olaraq,  cəmiyyətin 

bəzi  üzvləri  ailə  qurmaq  imkanından  məhrum  edilirdi.  Ailə 

quranlar  isə  bütün  həyatını  uşaqların  tərbiyəsinə,  uşaqların 

mənafeyinə həsr etməlidir 

Fəlsəfi  fikrin  inkişafının  sonrakı  mərhələlərində,  ailəni 

tədqiq  edən  konkret  elmlər  inkişaf  etdikcə,  bu  sahədə  biliklər 

dərinləşmiş, 

yeni-yeni 

nəzəriyyələr, 

baxışlar 

meydana 

gəlmişdir. 

 


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin