NAMAZIN ŞƏRTLƏRİ
1- HADƏSDƏN TƏHARƏT:
Bu mövzumuzda dəstəmaz, qüsl və təyəmmümü bildirəcəyik.
DƏSTƏMAZ ALMAQ:
Dəstəmaz almaq namazın fərzlərindəndir. Qurani-Kərimi tutmaq, Kəbəni
təvaf etmək (dönmək), tilavət səcdəsi etmək, cənazə namazı qılmaq üçün də dəs-
təmaz almaq lazımdır. Hər zaman dəstəmazlı olmaq, yatağa dəstəmazlı girmək,
dəstəmazlı yemək və içmək çox savabdır. Dəstəmazlı olaraq ölənlərə şəhid sava-
bı verilir. Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurdular ki:
“Dəstəmazlı olaraq ölən ölüm ağrısı çəkməz. Çünki dəstəmaz imanlı
olmağın əlamətidir. Namazın açarı, bədənın günahlardan təmizləyicisi-
dir.”
“Müsəlman dəstəmaz alınca günahları qulağından, gözündən, əlindən
və ayağından çıxar. Oturunca məğfirət olunmuş olaraq oturar”.
“Əməllərin ən xeyirlisi namazdır. Dəstəmaza davam edənlər ancaq mö-
minlərdir. Mömin gündüz dəstəmazlı olmalı, gecə də dəstəmazlı yatmalıdır.
Belə edincə, Allahü təalanın himayəsində olar. Dəstəmazlı olaraq yeyib-içə-
nın qarnındakı yemək və su zikr edər. Qarnında qaldıqları müddətcə, onun
üçün istiğfar edərlər”.
Dəstəmazın fərzləri, sünnətləri, ədəbləri və məmnu (qadağa) olan və pozan
şeyləri vardır. Dəstəmazsız olduğunu bilərək zərurətsiz namaz qılan kafir olar.
Namaz qılarkən dəstəmazı pozulan həmən çiyninə salam verib, namazından
çıxar. Vaxt çıxmadan dəstəmaz alıb, namazını başdan təkrar qılar.
DƏSTƏMAZIN FƏRZLƏRİ
Dəstəmazın fərzi hənəfi məzhəbində 4-dür:
1- Üzü bir dəfə yumaq.
2- Iki qolu dirsəklər ilə birlikdə bir dəfə yumaq.
3- Başın dörddə bir hissəsini məsh etmək, yəni yaş əli başa sürtmək.
4- Iki ayağı, iki yandakı topuq sümükləri ilə birlikdə bir dəfə yumaqdır. Şafii
məzhəbində niyyət və tərtib (ardıcıl) də fərzdir və üzü yuyarkən niyyət etmək la-
zımdır. Su üzə dəymədən öncə niyyət edərsə, dəstəmazı səhih olmaz. Üz və çənə
üzərindəki saqqalı yumaq fərzdir. Maliki məzhəbində, dəlk [ovmaq] və muvalat
[üzvləri bir-biri ardınca ara vermədən yumaq] fərzdir. Bəziləri kimi ayaqlarını
yumayıb, çılpaq ayaq üzərinə məsh etmək düzgün deyildir.
41
DƏSTƏMAZ NECƏ ALINIR?
1- Dəstəmaza başlayarkən bu dua oxunur: Bismilləhil-azım. Vəl-hamdü
lilləhi alə dinil-İslam. Və ala tevfik-ıl-iman. Əl-həmdü lillahil-ləzi
cəaləlmaə tahurən və cəaləl-islamə nurən.
[ 1]
Sonra əllər biləklərə qədər üç
dəfə yuyulur.
2- Sağ əl ilə ağıza üç dəfə su verərkən bu dua oxunur:
“ Allahümməs-kıni min havdi nəbiyyikə kəsən lə əzməu badəhü əbə-
dən”.
[2]
3- Sağ əl ilə buruna üç dəfə su verib, sol əl ilə fınxırılır. Buruna su verərkən:
“ Allahümmə ərihni rayihatəl cənnəti vərzüqni min niamiha. Və lə tü-
rihni rayihatən-nar”.
[3]
4- Ovuclara su alıb, alından çənə altına, gicgahlara qədər üzü yuyarkən bu
dua oxunur:
“ Allahümmə bəyyid vəchi minurikə yəvmə təbyaddü vücuhü övliyaikə
və lə tüsəvvid vəchi bi zünubi yəvmə təsvəddü vücuhü adəikə”.
[4]
5- Sol əl ilə sağ qolu dirsəyə qədər üç dəfə yuyarkən:
“Allahümmə atini kitabi biyəmini və hasibni hisabən yəsirən
[5]
duası
oxunur.
6- Sağ ilə sol qolu üç dəfə dirsək daxil yuyarkən:
“ Allahümmə lə tutini kitabi bi şiməli və lə min vərai zahri və lə tühasib-
ni hisabən şədidən”.
[6]
duası oxunur.
7- Hər iki qolu yuduqdan sonra əlləri təkrar yuyar və o yaşlıqla başı məsh
edərkən:
“Allahümmə harrim şa-ri və bəşəri alən-Nar. Və əzilləni tahtə zilli
arşikə yəvmə lə zillə illə zillü arşikə”
[7]
duası oxunur.
8- Daha sonra sağ və sol əlin şəhadət barmaqları ilə iki qulağın dəliklərinə
su verərkən baş barmaqlar ilə qulaqların arxası məsh edilir və:
[1]
Böyük olan Allahü-Təalanın “adıyla” başlayaram. “Bizə” İslam dinıni verən və imanı
ehsan edən Allahü-Təalaya həmd və təriflər olsun. Suyu təmizləyici, islamı nur qılan
Allaha həmd və təriflər olsun!
[2]
Ey Allahım! Ondan içdikdən sonra bir daha heç susuzluğu duyulmayan havzı-Nəbidən
mən quluna bir kasa (stəkan) içirt.
[3]
Ey Allahım! Mənə Cənnət qoxusunu qoxlat və məni Cənnət nemətləri ilə ruziləndir.
Cəhənnəm qoxuları ilə deyil.
[4]
Ey Allahım! Nurunla Övliyaların üzünü ağartdığın, “ağ etdiyin” kimi, mənim üzümü də
ağart. Düşmənlərinin üzünün qara olduğu gündə, mənim günahlarımdan dolayı üzümü
qara etmə.
[5]
Ey Allahım! Kitabımı sağ tərəfimdən ver və məni asan hesaba çək.
[ 6 ]
Ey Allahım! Kitabımı sol tərəfimdən və arxamdan vermə. Məni çətin bir hesabla
sorğuya çəkmə.
[7]
Ey Allahım! Vücudumu və saçlarımı Cəhənnəmə atma. Kölgənin olmadığı gündə məni
Arşın kölgəsində kölgələndir.
42
“ Allahümməcəlni minəlləzinə yəstəmiunəl-qavlə fə yəttəbiunə ahsənə-
hu”
[8]
duası oxunur.
9- Əllərin çöl tərəfi ilə boyunu məsh edərkən:
“Allahümmə atik raqabəti minən-Nar”
[9]
duası oxunur.
10- Boynu məsh etdikdən sonra sol əlin kiçik barmağı ilə, sağ ayağın kiçik
barmağından başlayaraq, ayaq barmaqlarının arasını sürtməklə, topuqlarla birlik-
də, sağ ayağı üç dəfə yuyarkən:
“ Allahümmə səbbit kadəməyyə aləs-sirati yəvmə təzillü fihiləkdəmü”
[10]
duası oxunur.
11- Sol ayağı üç dəfə yuyarkən, ayaq barmaqlarının arasını kiçik barmağı
ilə bu dəfə baş barmaqdan başlayaraq, kiçik barmağa doğru, ayaq barmaqlarının
arasını sürtməklə topuğu ilə birlikdə yuyarkən:
“Allahümmə lə tatrud kadəməyyə aləs-sirati yəvmə tatrudü küllü akda-
mi adaikə. Allahümməc-al sayi məskurən və zənbi mağfurən və əməli məq-
bulən və ticarəti lən təburə”
[11]
oxunur.
Peyğəmbərimiz “sallallahü aləyhi və səlləm” buyurur:
“Hər kim dəstəmaz aldıqdan sonra göy tərəfinə baxıb, bu duanı oxuyar-
sa, Sübhanə kellahümmə və bihəmdikə, Əşhədü ən ləə iləhə illə əntə vahdəkə
lə şərikə ləkə əstəğfirukə və ətubü iləykə əşhədü ən lə iləhə illallahü və əşhədü
ənnə Muhammədən abdükə və rəsulikə.
[12]
Allahü təala həzrətləri o kimsənin
günahlarını əfv edər və qəbul imzasıyla təsdiq edib, Arşın altında mühafizə
edər. Qiyamət günündə bu duanı oxuyan şəxs gəlib, o savabın əcrini alar.”
Bir Hədisi-şərifdə: “Hər kim dəstəmaz aldıqdan sonra “İnnə ənzəlnəhü”
surəsini bir dəfə oxuyarsa, Allahü təala həzrətləri, o kimsəni sıddıqlardan
yazar. İki dəfə oxuyarsa, şəhidlərdən yazar. Üç dəfə oxuyarsa Peyğəmbərlər
ilə dirilər” buyurdular.
Yenə bir Hədisi-şərifdə: “Hər kim dəstəmaz aldıqdan sonra mənim üzə-
rimə on dəfə salatü səlam gətirərsə, Allahü təala həzrətləri, o adamın hüznü-
nü aradan qaldırıb şad edər, duasını qəbul edər” buyurdular.
Dəstəmaz alarkən dəstəmaz dualarını bilməyənlər oxumasa da olar. Lakin qısa
zamanda əzbərləməli və dəstəmaz alarkən oxunmalıdır. Çox savabdır. Dəstəmazın
sonuna doğru və ya dəstəmazı bitirdikdən sonra: “ Allahümmə calni minət-təvvə-
bin, vəcalni min-əl-mütətahhirin, vəcalni, min ibadik-əs-saləhın, vəcalni minəl-
ləzinə lə xavfün aləyhim və ləhüm yahzənun” duasını oxumaq çox savabdır.
[8]
Ey Allahım! Məni sözü dinləyib ən gözəl yerinə yetirənlərdən et!
[9]
Ey Allahım! Boynumu atəşdən azad et!
[10]
Ey Allahım! Ayaqların sürüşdüyü gündə sirat üzərində ayaqlarımı sabit et!
[11]
Ey Allahım! Sənin düşmənlərinin siratda ayaqlarının sürüşdüyü gündə mənim ayaqla-
rımı sürüşdürmə! Ey Allahım! Məni çalışanlardan və şükr edənlərdən et! Günahımı əfv
et. Əməlimi qəbul et. Ticarətimi halal et!
[
12
]
Ey Allahım! Səni həmdinlə təsbeh və tənzih edərəm. Səndən başqa məbud olmadığına,
bir olduğuna və şərikin, ortağın olmadığına və Muhamməd-əleyhissəlamın sənin qulun
və Rəsulun olduğuna şəhadət edərəm.
43
Dəstəmaz dualarını bilməyən hər üzvü yuyarkən “ Kəlmeyi-şəhadət” oxu-
malı, böyük savaba qovuşmalıdır.
Aqil isən qıl namazı, çün səadət tacıdır.
Sən namazı elə bil ki, möminin miracıdır!
DƏSTƏMAZIN SÜNNƏTLƏRİ
DƏSTƏMAZIN SÜNNƏTLƏRİ ON SƏKKİZDİR:
1. Dəstəmaza başlayarkən Bəsmələ oxumaq.
2. Əlləri biləkləri ilə bərabər üç dəfə yumaq.
3. Ağzı ayrı-ayrı su ilə üç dəfə yumaq. Buna “Mazmaza” deyilir.
4. Burnu ayrı-ayrı su ilə üç dəfə yumaq. Buna “İstinşak” deyilir.
5.Qaşların, saqqalın, bığların altındakı görünməyən dərini, üzü yuyarkən is-
latmaq.
6. Üzünü yuyarkən iki qaşın altını islatmaq.
7. Saqqalın uzun qismini məsh etmək.
8. Saqqalın uzun qisminin içinə, sağ əlin yaş barmaqlarını daraq kimi dara-
maq (hilallamaq).
9. Dişləri, bir şey ilə oymaq, təmizləmək. [Misvak istifadə etmək, mühüm
sünnətdir.]
10. Başın hər tərəfini bir dəfə məsh etmək.
11. Iki qulağı bir dəfə məsh etmək.
12. Boyunu üç bitişik barmaqla bir dəfə məsh etmək.
13. Əl və ayaq barmaqlarının arasını tahlil etmək.
14. Yuyulacaq yerləri üç dəfə yumaq.
15. Üzü yuyacağı zaman qəlb ilə niyyət etmək.
16. Tərtib. Yəni sıra ilə yumaq.
17. Dəlk. Yuyulan yerləri ovmaq.
18. Müvalat. Hər üzvu bir-biri arxasından cəld-cəld yumaq.
DƏSTƏMAZIN ƏDƏBLƏRİ
DƏSTƏMAZIN ƏDƏBLƏRİ İYİRMİ SƏKKİZDİR:
Ədəb- edilməsi savab olub, edilməzsə günah olmayan şeylər deməkdir. Hal-
buki sünnəti yerinə gətirmək savab olub, tərk etmək tənzihən məkruhdur. Ədəb-
lərə məndub və müstəhəb də deyilir. Dəstəmazın ədəbləri bunlardır:
1. Dəstəmazı namaz vaxtı girmədən öncə almaq. (Üzr sahiblərinin vaxt gir-
dikdən sonra alması lazımdır).
2. Tualetdə təharətlənərkən qibləni sağ və ya sol tərəfə almaq. Dəstəmaz
pozarkən qibləyə önünü və arxasını dönmək tahrimən məkruhdur.
44
3. Nəcasət bulaşmamış isə su ilə təharətlənmək.
4. Təharətləndikdən sonra parça ilə qurulanmaq.
5. Təharətləndikdən sonra övrət yerini dərhal örtmək.
6. Başqasından kömək istəməyib, dəstəmazı özünün alması.
7. Qibləyə qarşı dəstəmaz almaq.
8. Hər üzvu yuyarkən, kəlmeyi-şəhadət oxumaq.
9. Dəstəmaz dualarını oxumaq.
10. Ağzına sağ əl ilə su vermək.
11. Burnuna sağ əl ilə su vermək.
12. Burnu sol əl ilə təmizləmək.
13. Ağzı yuyarkən dişləri “ Misvak” ilə təmizləmək. Misvak olmazsa, fırça
da istifadə edə bilər.
14. Ağzı yuyarkən oruclu deyilsə, ağzı çalxalamaq. Boğazında yüngül qar-
qara etmək, dəstəmazda da, qüsldə də sünnətdir. Oruclu ikən məkruhdur.
15. Burnu yuyarkən suyu sümüyə yaxın yuxarı çəkmək.
16. Qulağı məsh edərkən bir barmağı qulaq dəliyinə soxmaq.
17. Ayaq barmaqlarını tahlil edərkən sol əlin kiçik barmağı ilə tahlil etmək.
18. Əlləri yuyarkən geniş olan üzüyü oynatmaq. Dar, sıx üzüyü oynatmaq
isə lazımdır, fərzdir.
19. Su bol olsa da israf etməmək.
20. Suyu yağ sürtmək kimi az istifadə etməmək (üç dəfədə də, yuyulan
yerdən, ən az iki damcı su dəyməlidir)
21. Bir qabdan dəstəmaz aldıqdan sonra o qabı dolu buraxmaq.
22. Dəstəmaz bitincə və ya ortasında “ Allahümməc-alni minəttəvvabin...”
duasını oxumaq.
23. Dəstəmazdən sonra “ Sübha”, yəni iki rükət namaz qılmaq.
24. Dəstəmazlı ikən dəstəmaz almaq, yəni namaz qıldıqdan sonra dəstəmaz-
lı ikən, yəni namaz üçün bir daha dəstəmaz almaq.
25. Üzü yuyarkən göz qapağlarını silmək və təmizləmək.
26. Üzü, qolları, ayaqları yuyarkən yuyulması fərz olan yerlərdən bir az artı-
ğını yumaq. [Qolları yuyarkən ovuca su doldurmalı, bunu dirsəyə doğru axıtmalı.]
27. Dəstəmaz alarkən, istifadə edilən sudan, paltara, üstünə, başa sıçratma-
maq.
28. Öz məzhəbində məkruh olmayan bir şey başqa məzhəbdə fərz isə, bunu
etmək müstəhəbdir.
DƏSTƏMAZ ALARKƏN EDİLMƏSİ QADAĞAN OLAN ŞEYLƏR
Dəstəmaz alarkən edilməsi qadağan olanlar on ikidir. Bunları etmək haram
və ya məkruhdur. Bunlar aşağıdakılardır:
1. Tualetdə, çöldə dəstəmaz pozarkən qiblə öndə, arxada qalmamalıdır.
2. Təharətlənmək üçün biri yanında övrət yerini açmaq haramdır.
3. Sağ əl ilə təharətlənməməlidir.
45
4. Su olmadığı zaman qida maddəsi, gübrə, sümük, heyvan yemi, kömür və
başqasının malı ilə, saxsı, kirəmit parçası, qamış, yarpaq, parça, kağız ilə təharət-
lənmək məkruhdur.
5. Dəstəmaz alınan hovuza tüpürməməli və fınxırmamalıdır.
6. Dəstəmaz əzasını həddindən artıq və ya əskik olaraq yumamalı və üçdən
az və ya çox yumamalıdır.
7. Dəstəmaz əzasını təharətdə quruladığı parça ilə qurulamamalıdır.
8. Üzü yuyarkən suyu üzə çırpmamalı, alnı üstündən aşağı doğru tökməlidir.
9. Suyu üfürməməlidir.
10. Ağızı və gözləri möhkəm yummamalıdır. Dodağın görünən qismində və
göz qapağında islanmayan az bir yer qalarsa, dəstəmaz qəbul olmaz.
11. Sağ əl ilə fınxırmamalıdır.
12. Başı, qulaqları və ya boynun arxasından birini, hər dəfə əli ayrı-ayrı is-
ladaraq, birdən artıq məsh etməməlidir. Lakin hər dəfə islatmadan təkrarlana bi-
lər.
MİSVAK İSTİFADƏ ETMƏK: Dəstəmaz alarkən misvak istifadə etmək
sünnəti-müəkkədədir. Hədisi-şərifdə buyuruldu ki, “ Misvak istifadə edərək qılı-
nan namaz, misvaksız qılınan namazdan yetmiş qat üstündür”.
“Sirac-ül-vəhhac” kitabında misvak istifadə etməyin 15 faydası olduğu bil-
dirilir:
1. Ölüm anında, şəhadət kəlməsini söyləməyə səbəb olar.
2. Diş ətlərini qüvvətləndirir.
3. Bəlğəmi aradan qaldırar.
4. Ağız safrasını kəsər.
5. Ağız ağrısını aradan qaldırar.
6. Ağız qoxusunu aparar.
7. Allahü təala ondan razı olar.
8. Beyin damarlarını qüvvətləndirər.
9. Şeytan qəmlənər.
10. Gözləri nurlanar.
11. Yaxşılığı və xeyratı çox olar.
12. Sünnət ilə əməl etmiş olar.
13. Ağzı pak (təmiz) olar.
14. Fəsih-ul-lisan olar, yəni gözəl danışar.
15. Misvaklı olaraq qılınan iki rükət namazın savabı, misvaksız olaraq qılı-
nan yetmiş rükət namazın savabından daha çox olar.
Misvak, Ərəbistanda yetişən Ərak ağacının budağıdır. Düz tərəfindən iki
santimetrə qədər qabığı soyulub bu hissəsi bir neçə saat suda saxlanılır. Sonra
əzilincə, fırça kimi açılır. Ərak ağacı olmazsa, zeytun budağından düzəldilir. Qa-
dınlar misvak yerinə, misvakdan istifadə sünnətinə niyyət edərək saqqız istifadə
etməlidir.
46
DƏSTƏMAZ ALARKƏN DİQQƏT EDİLMƏLİ XÜSUSLAR
Zərurət, məcburiyyət olmadıqca aşağıdakı on şeyə riayət etməlidir:
1. İki əli şikəst olan təharətlənəz. Qolları torpağa, üzünü divara sürtərək tə-
yəmmüm edər. Üzündə də yara varsa, namazı dəstəmazsız qılar və namazlarını
tərk etməz.
2. Xəstə olana zövcəsi, cariyəsi, uşaqları, qardaşları dəstəmaz aldırar.
3. Daş və bənzəri ilə təharətlənmək su yerinə keçər.
4. Dəli olan və ya huşunu itirən kimsə iyirmi dörd saatda ayılmazsa, özünə
gəlincə namazlarını qəza etməz. İçki, tiryək, dərman ilə huşunu itirən, hər nama-
zı qəza edər. Yatarkən başı ilə ima edə bilməyəcək qədər ağır xəstəliyi iyirmi
dörd saatdan çox davam edən kimsədən ağlı başında olsa belə, namaz azad olar.
5. Tualetə girmək üçün xüsusi şalvar istifadə etmək və başı örtülü girmək
müstəhabdır.
6. Tualetə girərkən əlində Allahü təalanın adı və Qurani-Kərim yazılı bir
şey olmamalıdır. Bir şey ilə sarılmış və ya cibdə olmalıdır.
7. Tualetə sol ayaqla girib, sağ ayaqla çıxmalıdır.
8. Tualetdə övrət yerini çöməlincə açmalı, danışmamalıdır.
9. Övrət yerinə və nəcasətə baxmamalı, tualetə tüpürməməlidir.
10. Heç bir suya, məscid divarına, qəbiristana və yola dəstəmaz pozmamalıdır.
DƏSTƏMAZI POZAN ŞEYLƏR
Yeddi şey dəstəmazı pozar ki, bunlar aşağıdakılardır:
1. Öndən və arxadan çıxan şeylər:
a) Böyük və kiçik dəstəmaz pozmaq, yel qaçırtmaq.
b) İhtiqan, yəni imalə alətinin ucu və insan barmağı, arxadan soxub çıxarı-
lınca, ətrafı yaş olarsa pozar. Quru isə, yenə dəstəmazı təzələmək yaxşı olar.
c) Kişilərin və qadınların sidik qaçırmamaq üçün önlərinə qoyduqları pam-
bıq fitilin çöldə qalan qismi islanınca pozulur.
2. Ağızdan çıxan nəcs şeylər:
a) Qusmaq ağız dolusu olarsa.
b) Tüpürdüyündə qan tüpürcəkdən çox olarsa.
c) Mədə və ciyərdən gələn maye qan, İmamı-azama görə az olsa belə, dəstə-
mazı pozar.
d) Qulağa tökülən yağ ağızdan çıxarsa, dəstəmaz pozulur.
3. Dəridən çıxanlar:
a) Qan, irin və sarı su yalnız olaraq çıxarsa.
b) Çiçək xəstəsindən və hər hansı bir çibandan çıxan qan, sarı su, qüsldə yu-
yulması lazım olan yerə yayılarsa, məsələn, burundan gələn qan sümükləri keçər-
sə, qulaqdan gələn qulaq dəliyindən çıxarsa.
c) Çiban və yaradakı qanı, sarı suyu, pambıqla əmərsə.
d) Misvak və dişqurdalayan üzərindəki qan ağıza bulanıbsa .
47
e) Qulaq, göbək və döşdən ağrı və ya xəstəlik ilə maye gələrsə.
f) Zəli çox qan əmərsə, dəstəmaz pozulur.
4. Yatmaq:
Arxası üstə yataraq və ya dirsəyinə, yaxud bir şeyə dayanıb yatarsa, dəstə-
maz pozulur.
5. Huşunu itirmək, dəli olmaq, sara (epilepsiya) xəstəliyi və ya gəzərkən
aşacaq qədər sərxoş olmaq dəstəmazı pozar.
6. Rükü və səcdələri olan namazda qəhqəhə ilə gülmək, namazı da, dəstə-
mazı da pozar. Lakin uşağınki pozulmaz. Namazda təbəssüm namazı da, dəstə-
mazı da pozmaz. Yanındakılar eşidərsə “ Qəhqəhə” deyilir. Özü də eşitməzsə,
“ Təbəssüm” deyilir.
7. Mübaşərəti fahişə, yəni çılpaq olaraq çirkin yerlərini sürtünmək, kişinin
də, qadının da dəstəmazını pozar.
Dəstəmaz aldığını bilib, sonra pozulduğunda şübhə edərsə, dəstəmazı var
qəbul edilir. Dəstəmazı pozulduğunu bilib, sonra dəstəmaz aldığında şübhə edər-
sə, dəstəmaz alması lazım olar.
DƏSTƏMAZI POZMAYAN ŞEYLƏR
Aşağıdakılar dəstəmazı pozmaz:
1. Ağızdan, qulaqdan və dəridəki yaradan çıxan qurdlar.
2. Bəlğəm qusmaq.
3. Qan qusunca başdan gələn maye qan tüpücəkdən az isə.
4. Dişdən axan qan tüpürcəkdən az isə.
5. Başdan gələn qatı qan çox olsa belə.
6. Mədədən, ciyərdən gələn qatı qan ağız dolusu deyil isə.
7. Qulağa tökülən yağ qulaqdan və ya burundan çıxarsa.
8. Burunun içinə qoyulan bir şey çəkilən şey burundan günlərcə sonra da
geri gələrsə.
9. Bir şeyi dişləyincə, o şey üzərində qan görərsə.
10. Ağrı olmadan, hər hansı bir səbəblə, ağlamaqla və soğan, duman, qazlar
təsiri ilə göz yaşı axınca.
11. Qadın uşağını əmizdirincə.
12. Çox da olsa, tərləməklə.
13. Milçək, ağcaqanad, birə, taxtabiti kimi həşəratlar çox əmsələr də.
14. Az olub yayılmayan qan və ağız dolusu olmayan qusmaq.
15. Yatarkən dayadığı şeyi çəkərkən də aşmazsa.
16. Namazda yatmaq.
17. Dizlərini dik tutub, başını dizlərinin üstünə qoyub yatarsa.
18. Ayaqlarını bir yanına çıxarıb, yerə oturaraq yatarsa.
19. Çılpaq heyvan üstündə yatarsa, heyvan yoxuş çıxır və ya düz yerdə ge-
dirsə.
20. Namazda təbəssüm etmək.
48
21. Namazda ikən güldüyünü yalnız özü eşidərsə, buna “ Dahk” deyilir.
Dahk yalnız namazı pozar.
22. Saç, saqqal, bığ və dırnaq kəsmək.
23. Yara qabığının düşməsi ilə dəstəmaz pozulmaz.
DƏSTƏMAZ ÜÇÜN ASANLIQLAR “MƏST VƏ YARA ÜZƏRİNƏ MƏSH”
Məsh, sürtmək, sığallamaq deməkdir. İki cür məsh vardır:
1. MƏST ÜZƏRİNƏ MƏSH:
Məst, ayağın yuyulması fərz olan yerini örtən su keçirməz ayaqqabı demək-
dir. Məst böyük olarsa, barmaqlar məstin ucuna qədər getməz və məsh boş yer
üzərinə edilərsə, caiz olmaz. Məstin bir saat yol yeriyincə, ayaqdan çıxmayacaq
şəkildə sağlam və ayağa uyğun olması lazımdır.
Dabanı ilə ayağın üstü və ya yalnız dabanı dəri örtülmüş corab üstünə məsh
etmək caizdir.
Möhkəm olan və yeriyərkən aşağı düşməyən corab üzərinə məsh etmək ca-
izdir.
Məstlər dəstəmazın pozulmasının ayaqlara keçməsinə mane olurlar. Ayaq-
ları yuduqdan sonra məstləri geyinmək və bundan sonra dəstəmaz almaq
caizdir.
Məsh məstlərin üstünə edilir. Məstlərin altına, yəni dabanına məsh edil-
məz.
Sünnət üzrə məsh etmək üçün sağ əlin yaş beş barmağı, sağ məst üzərinə,
sol əlin barmaqları da sol məst üzərinə boylu boyunca yapışdırılıb, məstin ucun-
dan yuxarıya doğru çəkilir. Əl ovucları məstə dəyməz. Məshin üç əl barmağı
enində və boyunda olması fərzdir.
Məsh əlin çöl tərəfi ilə caiz isə də, iç tərəfi ilə etmək sünnətdir.
Yaş ot üstündə yeriyərək və ya yağış ilə məstlərin üzəri islanarsa məsh yeri-
nə keçər.
Məst üzərinə məsh müddəti mukim (səfərdə olmayan) olan üçün 24 saatdır.
Səfəri üçün üç gün üç gecə, yəni 72 saatdır. Bu müddət məsti geyindiyi zaman
deyil, məsti geyindikdən sonra dəstəmazın pozulduğu zaman başlayar. Məstli
kimsə dəstəmazı pozulduqdan sonra 24 saat keçmədən səfərə çıxsa, bu məstlərə
üç gün və gecə məsh edə bilər. Səfəri ikən mukim olsa, 24 saat keçmiş isə, məst-
ləri çıxarıb ayaqlarını yuyaraq dəstəmaz alar.
Ayağın üç barmağı sığacaq qədər yırtığı olan məst üzərinə məsh etmək caiz
deyildir. Yırtıq bundan az isə, məsh caiz olar. Bir məstin bir neçə yerində kiçik
yırtıqlar varsa, bunlar toplanaraq üç barmaq qədər olarsa, buna məsh etmək caiz
olmaz. Bir məstdə iki barmaq, digər məstdə də iki və ya bir barmaq görünəcək
qədər yırtıq varsa, bunlara məsh edilə bilər. Məsh caiz olmayan yırtıq üç barma-
ğın ucu deyil, üç barmağın bütünü görünəcək qədərdir.
49
2. YARA VƏ SARĞI ÜZƏRİNƏ MƏSH:
Yaranın, çibanın, dəridəki çatlaq və yarıqların üzərinə və ya içinə qoyulan
məlhəm, pambıq, fitil, plastır, sarğı bağı kimi şeylərin açılması, çıxarılması yara-
ya zərər verərsə, üzərinə məsh edilir.
Üzr sahibi olan istədiyi zaman dəstəmaz alar. Alınan dəstəmaz ilə istədiyi
qədər fərz və nafilə qılar və Qurani-Kərim oxuyar. Namaz vaxtı çıxınca dəstəma-
zı pozulmuş olar. Hər namaz vaxtı girdikdən sonra, yəni dəstəmaz alıb bu vaxt
çıxana qədər hər ibadəti edər.
Üzr sahibi ola bilmək üçün dəstəmazı pozan şeyin davamlı olaraq mövcud
olması lazımdır. Yəni hər hansı bir namaz vaxtı içində dəstəmaz alıb yalnız fərzi
qılacaq qədər bir zaman dəstəmazlı qala bilməyən kimsə üzr sahibi olar. Üzr sa-
hibinin üzrü sonrakı hər namaz vaxtında bir dəfə, bir az axarsa, üzrü davam edir
sayılır.
Dostları ilə paylaş: |