03. Proses yanaşması
0.3.1 Ümumi müddəalar
Bu stand
art istehlakçıların tələblərinə cavab verməklə müştəri məmnunluğunun
artırılması məqsədilə keyfiyyəti idarəetmə sisteminin işlənilməsi, tətbiqi və
səmərəliliyinin artırılması üçün proses yanaşmasının qəbulunu təşviq edir. Proses
yanaşmasının qəbuluna dair vacib hesab edilən xüsusi tələblər 4.4-cü bənddə
göstərilmişdir.
Qarşılıqlı əlaqədə olan prosesləri sistem şəklində qavramaq və idarə etmək
təşkilatın nəzərdə tutduğu nəticələrə nail olması və faəliyyətinin səmərəliliyi üçün
imkan yaradır. Bu yanaşma təşkilata sistemin prosesləri arasında qarşılıqlı əlaqələri və
asılılığı idarə etməyə imkan verir ki, bu da təşkilatın ümumi fəaliyyətinin
təkmilləşdirilməsinə şərait yaradır.
|