AZS ISO 9001:2020
©AZSTAND –Bütün hüquqlar qorunur
VII
G
İRİŞ
Keyfiyyəti idarəetmə sisteminin tətbiqi təşkilatın strateji qərarı olmalıdır ki, bu onun
ümumi fəaliyyətini yaxşılaşdırmağa kömək edir və dayanıqlı inkişafyönümlü təşəbbüslər
üçün möhkəm zəmin yaradır.
Bu beynəlxalq standarta əsasən keyfiyyəti idarəetmə sisteminin tətbiqi təşkilata
aşağıdakı potensial üstünlüklər qazandıra bilər:
a) Qanunvericiliyin və tənzimləmənin tələblərinə və müştərinin istəyinə cavab
verən məhsul və xidmətlərin davamlı şəkildə təmin edilməsi bacarığı;
b) istehla
kçıların məmnunluğunun artırılması üçün imkanların yaradılması;
c) onun
fəaliyyəti və məqsədləri ilə əlaqəli olan risk və imkanların
istiqamətlənməsi;
d) k
eyfiyyəti idarəetmə sisteminin müəyyən edilmiş tələblərə uyğunluğunu nümayiş
etdirmək imkanı.
Bu standartdan
daxili və xarici tərəflər istifadə edə bilər.
Bu standart aşağıdakıların zəruriliyini nəzərdə tutmur:
-
müxtəlif keyfiyyəti idarəetmə sisteminin strukturunda eyniliyi;
-
bu standartın bölmərinin strukturu üzrə sənədləşdirilmənin eyniliyi;
- bu
beynəlxalq standartın məxsusi terminologiyasından təşkilat çərçivəsində
istifadə.
Bu
beynəlxalq standartla müəyyənləşdirilən keyfiyyəti idarəetmə sisteminə dair
tələblər məhsul və xidmətlərə dair tələblərə əlavə hesab edilir.
Bu
beynəlxalq standartda, Planlaşdır-Yerinə yetir-Nəzarət et-Təkmilləşdir (PDCA)
tsiklli
proses yanaşması və risk əsaslı düşüncə işləyir.
Proses yanaşması təşkilata prosesləri və onların qarşılıqlı əlaqələrini
planlaşdırmaq imkanı yaradır.
PDCA tsikli təşkilata planlaşdırılan proseslərin adekvat olaraq zəruri resurslarla
təmin edilməsinə və idarə edilməsinə, inkişaf imkanlarını müəyyən etməyə və faəliyyət
göstərməyə imkan verir.
Risk əsaslı düşüncə təşkilata onun proses və keyfiyyət idarəetmə sistemlərinin
plan
laşdırılmış nəticələrdən uzaqlaşdıran faktorları müəyyən etməyə, neqativ təsirləri
minimuma endirən preventiv nəzarəti həyata keçirməyə və meydana gələn imkanları
maksimum dəyərləndirməyə imkan verir (A4-cü bənd).
T
ələblərin daima yerinə yetirilməsi və gələcək təlabatların və gözləntilərin nəzərə
alınması dinamik və mürəkəb mühitdə təşkilat üçün çətinliklər yaradır. Çətinliklərin dəf
edilməsi məqsədi ilə təşkilat müxtəlif təkmilləşdirmə formalarının tətbiqi ilə yanaşı,
|