Mühazirə 14
MAYE DİSPERSİON MÜHİTLİ KOLLOİD SİSTEMLƏR
Maye dispersion mühitli kolloid sistemlər üç qrupa bölünür:
suspenziyalar (B/M), emulsiyalar (M/M) və köpüklər (Q/M).
Suspenziyalar. Bu tip kolloid sistemlərdə bərk dispers faza hissə-cikləri 10
-
5
-7
m ölçülərində olur. Daha iri hissəciklər tez çökür. Suspenziyaların
disperslik dərəcəsi mikroskopik və ya sedi mentasiya analizi üsulları ilə təyin
edilir. Ən kobud dispers suspenziyalar asılqan adlanır. Suspenziyaları həm
dispersləşmə, həm də kondensləşmə üsulları ilə alırlar. Qatı suspenziyalar yüksək
tiksotropiya qabiliyyətinə malikdir.
Disperslik dərəcəsi az olduğundan, suspenziyalar tipik kolloid
məhlullarla müqayisədə kinetik davamsız olub, sedimentasiyaya uğrayır. Onların
aqreqativ davamlılığını sistemə stabilizator (ionlar, səthi aktiv maddələr,
yüksəkmolekullu birləşmələr və s.) əlavə etməklə artırırlar. Stabilizator
hissəcikləri dispers faza hissəciklərinin səthində adsorbsiya olunaraq, onların
aqreqasiyasının qarşısını alırlar.
Suspenziyalar təbiətdə mühüm rol oynayır. Çöküntü süxurlarının əmələ
gəlməsi, çayların deltasında lil yığılması suspenziyaların sedimen tasiya və
koaqulyasiyası ilə əlaqədardır. Yağlı boyalar tikintidə isti fadə olunan əhəng
və sement məhsulları suspenziyalarıdır.
Dostları ilə paylaş: |