Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə58/62
tarix30.12.2021
ölçüsü1,3 Mb.
#49316
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   62
Fiziki-və-kolloid-kimya-2

Emulsiyalar. Bu sistemlərdə bir maye   fazanın kolloid ölçülü hissə-cikləri 

damcıcıqlar şəklində başqa bir maye fazada paylanmış olur. Emul siya  əmələ  

gətirən  mayelər  bir-birində  çox  pis  həll  olmalıdır.  Emulsiyalarda dispers faza 

hissəciklərinin ölçüləri 10

-5

-10


-7

 m intervalında olur.  

Şəraitdən asılı olaraq emulsiyanı əmələ gətirən mayelərdən hər biri dispers 

fazanı və ya dispersion mühiti təşkil edə bilər. Məsələn, suyun (S) üzvi maye ilə  

-  yağ, benzol və s.  (Y) emulsiyasının iki tipini fərqləndirmək lazımdır. Üzvi 

maddələrin suda emulsiy aları (Y/S) I növ emulsiyalar, suyun üzvi mayelərdə 

emulsiyaları (S/Y) isə II növ emulsiyalar adlanır.  

Emulsiyaların davamlılığını artırmaq üçün onlara fazalar sərhəddində 

adsorbsiya olunacaq səthi gərilməni azaldan maddələr  –  emulqatorlar əlavə  

olunur.  Emulqator  kimi  həllolan  SAM  və  YMB  –dən,  həmçinin, həllolmayan 

tozşəkilli bərk maddələrdən istifadə edilir.   

 

Emulqatorun  stabilləşdirici  təsirinin  mexanizmi  müxtəlif  ola  bilər. Lakin  



əksər  hallarda  bu  təsir  Bankroft  qaydasına  tabe  olur:  hidrofil emulqatorlar  

(suda  yağa  nisbətən  yaxşı  həll  olan)  I  növ  emulsiyaları, hidrofob  

emulqatorlar isə  II  növ  emulsiyaları  stabilləşdirir.  Əksər  emul siyaların 

spesifik xüsusiyyəti ondan ibarətdir ki, onlarda : 

Y/C

⇆C/Y  (və ya I növ ⇆ II növ) 



tipli  qarşılıqlı  keçidlər  mümkündür.  Bu  proses  fazaların  çevrilməsi adlanır.  

Onu  həyata  keçirmək  üçün  verilmiş  emulsiyaya  əks-tip  emulsiyanı 

stabilləşdirən emulqator daxil edilir. Emulsiyaların bioloji əhə miyyəti  olduqca  

böyükdür.  Orqanizmin  yağı  həzm  etməsi,  onun  ödün  təsiri ilə emulqasiyasına 

əsaslanır. 

 

Köpüklər  –  dispers  fazası  qaz  qabarcıqlarından  dispersion  mühiti isə 



maye fazadan ibarət olan yüksək qatılıqlı heterogen sistemlərdir. Öz quruluşuna  

görə  köpüklər  çox  qatı  emulsiyaları  xatırladır,  lakin  onlara nisbətən çox-çox 

davamsızdır.  

Köpüklərdə qaz qabarcıqlarının ölçüləri millimetrlər, bəzən isə hətta 

santimetrlər tərtibində olur.  

Köpükləri  almaq  üçün  dispersləşdirmə  üsullarından  geniş  istifadə olunur:  

mayeni  müəyyən  qaz  mühitində  çalxalamaqla  və  ya  məsaməli filtrdən onun 

içərisinə qaz üfürməklə köpük alınır.  

Davamlı  köpük  almaq  üçün  stabilizatorlardan  –  köpükəmələgəticilərdən 

istifadə olunur. Köpükəmələgətiricilər iki qrupa bölünür: 

1.  I  növ  köpükəmələgəticilər–bunlara  spirtlər,  kiçik  molekullu  üzvi 

turşular aid edilir; 

2.  II  növ  köpükəmələgəticilər  –  bu  qrupa  sabunlar,  SAM  məhlulları 

daxildir.  

I  növ  köpükəmələgəticilər  vasitəsilə  alınan  köpüklər  nisbətən davamsız, 

II növ köpükəmələgəticilərlə alınanlar isə davamlı olur.  




Mayenin  özlülüyünün  artması  ilə  köpüyün  davamlılığı  artır.  

Temperaturun  artması  ilə  köpüyün  stabilliyi  azalır,  çünki  bu  zaman  stabili 

zatorun  adsorbsiyası  və  özlülük  azalır.  Köpüklər  və  köpükəmələgətirmə 

mühüm  praktiki  əhəmiyyət  kəsb  edir.  Səthin  çirkdən  təmizlənməsində 

(yuyulma  prosesi),  flotasiyada,  yanğınsöndürmədə  davamlı  köpüklər mühüm  

rol  oynayır.  Bir  sıra  istehsal  proseslərinin  sürətləndirilməsində, yeyinti 

sənayesində, şərabçılıqda, kosmetikada, əzcaçılıq sənayesində və s.-də 

köpükəmələgəlmədən geniş istifadə edilir.  

Bir  sıra  hallarda  köpükəmələgətirmə  arzuolunmaz  olur.  Məsələn, 

köpüklər  mayenin  qarışdırılmasına  və  buxarlandırılmasına,  çirkli  axıntı 

sularının  köpüklənməsi  su  hövzələrinin  səthini  örtüb,  suyun  oksigenlə 

doymasına mane olur.   

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin