Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə60/62
tarix30.12.2021
ölçüsü1,3 Mb.
#49316
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   62
Fiziki-və-kolloid-kimya-2

MÜHAZİRƏ 15 

Yüksəkmolekullu  Birləşmələrin  Məhlullarının Xüsusiyyətləri. Şişmə 

Həlməşik . 

 

Kolloid kimya kursunda dispers sistemlərlə yanaşı yüksəkmolekullu 



birləşmələrin (YMB) məhlulları da öyrənilir. Bu sistemlər kolloid məhlullardan 

prinsipial fərqlənir – onlar termodinamik davamlı həqiqi  məhlullardır. Lakin 

YMB məhlullarının çox mühüm bir əlaməti – həllolan maddə hissəciklərinin 

ölçüləri onları kolloid sistemlərə yaxınlaşdırır. Məhz bu səbəbdən YMB 

məhlulları .özlərinin optiki, elektrik və molekulyar-kinetik xassələrinə görə 

kolloid məhlullara yaxındır.  

YMB-ə nisbi molekul kütləsi 104-106 və daha yüksək olan təbii, sintetik 

maddələr aid edilir. Sintetik polimerlər polidispers sistemlərdir, yəni onlar 

müxtəlif ölçülü makromolekullardan ibarətdir. Ona görə də, belə polimerlərin 

həqiqi deyil, orta molekul kütləsi təyin edilir. Makro-molekulların quruluş 

xüsusiyyətlərindən asılı olaraq YMB amorf halın üç variantında ola bilir: kövrək-

şüşəvarı, elastik və özlü-axıcılıq.  

YMB həm həqiqi, həm də kolloid məhlul əmələ gətirə bilir. YMB və 

həlledicinin polyarlığı yaxın olduqda hərislik yüksək olur və həqiqi məhlul əmələ 

gəlir (məsələn, kauçukun benzolda məhlulu). YMB və həlledicinin polyarlığı 

kəskin fərqli olduqda zol əmələ gəlir.  

Polimerlərin həll olması, adətən, şişmə prosesi ilə müşaiyət olunur. 

Polimer həlledici ilə təmasda olduqda qarşılıqlı diffuziya başlayır. Nəticədə 

polimerin həcmi və kütləsi artır, şişir.  

Polimer müxtəlif həlledicilərdə şişmə qabiliyyəti şişmə dərəcəsi (α) ilə ölçülür.  

α = 

𝑚−𝑚


0

𝑚

0



   və ya α = 

𝑉−𝑉


0

𝑉

0



 

Burada: m

0

 və m polimerin ilkin və şişdikdən sonrakı kütləsi;  



V

0

 və V müvafiq həcmləridir. 



Polimerlərin quruluşundan və temperaturdan asılı olaraq şişmə məhdud və 

qeyri-məhdud olur. 

Polimerin kütləsinə əsasən hesablanməş şişmə dərəcəsi daha dəqiqdir., 

çünki bu halda ölçmənin nəticələri kontraksiya hadisəsindən  asılı  

deyildir. Bu hadisənin mahiyyəti  ondan  ibrətdir ki, iki maye qarışığının  

həcmi onların həcmlərinin cəmindən fərqlidir. 

      Polimerin  quruluşu və  tempraturdan  asılı  olaraq  şişmə məhdud və 

qeyri məhdud ola bilər. Məhdud  şişmə  zamanı  şişmə  dərəcəsi  

maksimal  qiymətə  çatır, sonra isə şişməsi  zamandan  asılı  olmur 



(məsələn  rezin  benzolda  məhdud  şişir). Qeyri-məhdud  şişmədə  şişmə  

dərəcəsi  maksimumdan  keçir və polimerin tədricən  həll  olması  

hesabına  sıfıra  qədər  azalır (məsələn kauçuk benzində qeyri-məhdud 

şişir).              




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin