Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


QAZ DİSPERSİON MÜHİTLİ MİKROHETEROGEN SİSTEMLƏR



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə59/62
tarix30.12.2021
ölçüsü1,3 Mb.
#49316
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   62
Fiziki-və-kolloid-kimya-2

QAZ DİSPERSİON MÜHİTLİ MİKROHETEROGEN SİSTEMLƏR 

 

Qaz dispersion mühitli mikroheterogen  sistemlər aerozollar adlanır.  



Dispers fazanın aqreqat halına görə aerozollar iki qrupa bölünür: 

1.  Dispers fazası maye damcıları şəklində olan sistemlər -dumanlar; 

2.  Dispers  faza  bərk  maddə  hissəciklərindən  ibarət  olan  sistemlər  -

tüstülər, tozlar (tozlu hava).  

Bir çox hallarda hər iki növ aerozolların qarışığı müşahidə olunur.  

Məsələn,  iri  şəhərlərdə  sənaye  tüstülərinin  havanın  nəmini  udması 

nəticəsində, çirkli və zəhərli qarışıq aerozol yaranır.  

Disperslik  dərəcəsi  ən  yüksək  olan  aerozollar  tüstülərdir,  onlarda dispers  

faza  hissəciklərinin  ölçüləri  10

-9

 -10



-5

 m  intervalında  olur.  Toz hissəcikləri  

10

-5

 m  və  daha  böyük,  duman  damcıları  isə  10



-7

 -10


-5

 m  ölçülərində olur. 

Aerozolların  mühüm  bir  xüsusiyyəti  ondan  ibarətdir  ki,  dispers mühit  

(hava)  qaz  halında  olduğundan,  hissəciklərin  sedimentasiya  və diffuziya sürəti 

çox yüksək olur. Bundan başqa, aerozollarda elektrolitik dissosiasiya  baş  vermir  

və  ikiqat  elektrik  təbəqəsi  olmur.  Lakin  aezol hissəcikləri  çox  hallarda  

elektrik  yüklü  olur.  Bu,  onların  bir-birinə toqquşması, səthlərində ionların 

adsorbsiya olunması, radiaktiv və ultra bənövşəyi şüalanma ilə əlaqədardır.  

Aerozollar davamsız dispers sistemlərdir.  

Aerozolların  kinetik  xassələri  ilə  əlaqədar  olaraq,  onlar  üçün  aşa-ğıdakı  

spesifik  hadisələr  xarakterikdir,  termoforez,  fotoforez  və termoprepitasiya.  

Termoforez  –  aerozol  hissəciklərinin  temperaturun  aşağı  olduğu 

istiqamətdə hərəkət etməsidir.  

Fotoforez  -  hissəciklərin birtərəfli işıqlanma nəticəsində istiqamətli 

yerdəyişməsidir.  

Termoforez  və  fotoforez  hadisələri  atmosferdə  buludların  və dumanların 

əmələ gəlməsində və hərəkətində mühüm rol oynayır.  

Termoprepitasiya  -  aerozol  hissəciklərinin  soyuq  səthlə  təmasda 

olduqda,  öz kinetik enerjisini itirməsi nəticəsində onun üzərində çökməsi 

hadisəsidir. 

 



 

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin