Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


Yüksəkmolekullu  birləşmələrin   məhlulları. Yüksəkmolekullu



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə61/62
tarix30.12.2021
ölçüsü1,3 Mb.
#49316
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   62
Fiziki-və-kolloid-kimya-2

      Yüksəkmolekullu  birləşmələrin   məhlulları. Yüksəkmolekullu  

birləşmələrin  ümumi  xarakteristikası 

      Yüksəkmolekullu  birləşmələrin   (YMB) məhluları  termodinamik   

davamlı  və  dönən ,  stabilizatora   ehtiyacı  olmayan  həqiqi  

məhlulardır.YMB –yə  nisbi  molekul  kütləsi 10

4

 -10


6

   və  daha,  böyük 

ölçüsü  400- 800  NM  maddələr  aiddir. YMB  məhlularında  hissəciklər  

molekullar   toplusundan deyil,   böyük  ölçülü  ayrı-ayrı  malekullardan  

ibarətdir.  

  Polimerlər   mənşəyinə  görə  iki  yerə  bölünür. Təbii  və  sintetik . 

     Təbii  YMB –yə  zülalar , ali  polisaxaridlər,   təbii  kauçuk,  sintetik 

YMB  -yə  isə  sintetik  kauçuklar ,  polielitilen,  polissiloksonlar, 

polimetilmetakrilat,  poliamidlər,  politetraf lüoretilen   vəs. 

aiddir.Sintetik  polimerlər   polimerləşmə,   polikondenisləşmə  və  birgə  

polimerləşmə   reaksiyaları  ilə  alınır.  

     Üzvi  polimerlərdən  əlavə  qeyri  üzvi  polimerlərdə  mövcudur:  

«plastik» kükürd,  alümosilikatlar,   kalsium  hidrosilikatlar  və.s 

Makromalekullarının  həndəsi   formasına  görə  polimerlər  əsasən  iki  

növ  olur: Xətti,  şaxəli  fəza 

Fəza  polimerlərindən  xüsusi  qrup olaraq   tikilmiş polimerləri  ayırırlar. 

Polimerlərin  səciyyəvi  xassələri   polimer  zəncirlərinin   çevikliyi  və  

makromolekullar  arasındakı  əlaqələrlə   bağlıdır.  

    YMB-nın xassələri makromolekulun ölçü və formasından asılıdır. 

İzodiametrik molekullu YMB (məsələn, qlikogen, hermoqlobin ) 

ovuntudan ibarət olur, həllolma zamanı praktik olaraq şişmir. Bu 

mhlulların özlülükləri böyük olmur  və 




Puazeylin özlülük, Eynşteyninin diffuziya və Vant-Hoffun osmos təzyiqi 

qanunlarına tabe olur.  

    Əgər YMB asimmetrik uzun molekullara malik olarsa (məsələn 

sellüloza, təbii və sintetik kauçuklar), onda onlar həll olduqda qeyri-

məhdud şişir və YMB məhlulları əmələ gətirir. Bu məhlullar kiçik 

molekullu birləşmə məhlullarının qanunlarına tabe olmur. Bu YMB-nin 

xarakterik xüsusiyyətləri: lifvari quruluş  xassələrin  anizotropluğu və 

yüksək mexaniki möhkəmlikdir. 

   Polimerləşmə və polikondensləşmə zamanı texnoloji şəraitlər müxtəlif 

olduğundan alınan polimerlərin ölçüsü eyni olmur. Ona görə də YMB 

makromolekullarının ölçülərini və onların molekul kütləsini adətən 

makromolekulların sayına kütləsinə görə paylanma əyriləri ilə xarakterizə 

edirlər. 

  Əyrilərinin  müxtəlif  formalı  olması  reaksiya  məhsullarında  kiçik 

makromolekulların  sayının  çox olması, lakin  onların  kütləsinin  isə  

nisbətən  az olması ilə əlaqədardır. 

  YMB-nin   molyar  kütləsini   kimyəvi,  termodinamik  molekulyar  

kinetik və optiki  metodlarla  təyin edirlər.  Adətən   polimerlərin  

molekul  kütləsini  orta  ədədi (𝑀

𝑛



) və  orta   kütlə  (𝑀

𝑚



)  qiymətləri  ilə  

ifadə edirlər.  

YMB  mühüm  xassələrə   elastiklik   və   plastikliyə   malikdir. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin