4. Ən iri reklamveronlərin üçdə ikisi
qarştya qoyulan məqsəd və
vəzifələr əsasında reklam büdcələrinin hesablanması metodundan istifadə
edir ki, bu da qərarların qəbul edilməsinin yuxarı da şərh etdiyimiz sadə
mexanizmlərindən daha optimaldır.
Həmin metoda uyğun surətdə reklam fəaliyyətinin başlıca məqsədi
dəqiq və konkret surətdə müəyyən olunmalıdır. Sonra isə başlıca məqsədə
nail olmaqdan ötrü konkret vəzifələr müəyyənləşdirilir. Növbəti
mərhələdə isə bu kimi reklam təmasının praktik surətdə həyata
keçirilməsinin dəyəri müəyyən olunur ki, bu da özlüyündə reklam
büdcəsini təmsil edir. Bu kimi yanaşma özünü məntiqi surətdə ona görə
doğruldur ki, reklamla satış həcmi arasında səbəb -nəticə əlaqələrinin
mövcudluğunu nəzərdə tutur. Mahiyyətcə, həmin metod ticarət (satış)
markası haqqında xəbərdarlıq (bilgi) dərəcəsi və ona münasibət kimi bir-
biri ilə qarşılıqlı surətdə əlaqəli olan dəyişilən amillərin nəzərdən
keçirilməsi cəhdini təmsil edir ki, bundan da gələcəkdə satış həcmini,
habelə bilavasitə reklama göstərilən reaksiya ilə bağlı satış həcmlərini
xarakterizə edən indikator kimi istifadə etmək nəzərdə tutulur.
Dostları ilə paylaş: