Milli Azadlıq Hərəkatının İnkişafı və Demokratik Mətbuat
Azərbaycan Demokrat Firqəsi özünün məramını, məqsədini, qərar və göstərişlərini vaxtlı vaxtında
kütlələrə çatdırmaqdan ötrü, habelə bütün xalq kütlələrini öz bayrağı altında birləşdirib qəti mübarizəyə
aparmaq üçün xalqın başa düşəcəyi bir dildə mətbuat nəşr etməyi qərara aldı.
Proletariatın dahi müəllimi V. İ. Lenin «Nədən başlamalı?» adlı məqaləsində siyasi qəzetin əhəmiyyəti
haqqında yazmışdır: «...bizə hökmən siyasi qəzet lazımdır. Siyasi orqan olmasa, qarşımıza qoyduğumuz
vəzifə, yəni siyasi narazılıq və protest ünsürlərinin hamısını bir yerə toplamaq, bunların vasitəsi ilə
proletariatın inqilabi hərəkatını canlandırmaq vəzifəsi əsla yerinə yetirilə bilməz»
1
.
V. İ. Leninin həmin müddəasını əldə rəhbər tutan Azərbaycan Demokrat Firqəsi: yarandığı gündən iki
gün sonra, yəni 1945 ci il sentyabrın 5dən etibarən Azərbaycan dilində «Azərbaycan» adlı qəzet nəşr etməyə
başladı.
1. «Azərbaycan» qəzetinin 1—82 ci nömrəyə qədər müdiri Ə. Şəbüstəri,
2. 83— 151 ci nömrəyə qədər müdiri Əhməd Musəvi;
3. 152—246 cı nömrəyə qədər müdir və redaktoru Fəthi Xoşkənabı.
4. 247—4 (293) cü nömrəyə qədər müdir və redaktoru İsmail Şəms;
5. 5 (294)—82 (371) ci nömrəyə qədər redaktoru Fəthi Xoşkənabi.
Qəzet Azərbaycan Demokrat Firqəsinin orqanı olaraq təhririyyə heyəti vasitəsi ilə nəşr olunurdu. Dörd
nömrəyə qədər həftədə iki dəfə, iki səhifədən, 5 ci nömrədən gündəlik nəşr olunmuşdur. 45 ci nömrədən
etibarən 4 səhifədən ibarət 5 min nüsxə, sonralar isə 7 min tirajla çap edilmişdir.
Azərbaycan xalqının son yarım əsrlik inqilabi hərəkatının zəmini üzərində yaranmış Azərbaycan
Demokrat Firqəsi Azərbaycan xalqının əsas həyati tələblərini özünün mübarizə şüarları qərar verərək həmin
siyasi, iqtisadi və mədəni tələbləri «Azərbaycan» qəzeti vasitəsi ilə də həyata keçirməyə. müvəffəq
olmuşdur.
«Azərbaycan» qəzeti zəhmətkeşlərin coşğun inqilabi qüdrətinə arxalanaraq geniş xalq kütlələrini
firqənin şüarlarını həyata keçirmək uğrunda, xalq hakimiyyəti uğrunda qəti mübarizəyə qaldırdı.
Qəzetin keçdiyi bütün şanlı mübarizə yolu Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət uğrunda
apardığı tarixi mübarizəsi ilə sıx surətdə bağlı olmuşdur.
Bunu iftixarla qeyd etmək lazımdır ki, 1945 1946 cı illərdə Azərbaycanda demokratik hərəkatın inkişafı
dövründə «Azərbaycan» qəzeti bu mübarizənin bayraqdarı kimi çıxış etmiş və doğma Azərbaycan dilində
çıxan bütün demokratik mətbuata istiqamət vermişdir.
Kütlələri vahid təşkilatda birləşdirərək milli azadlıq uğrunda mübarizəyə qaldırmaqda demokratik
mətbuat Azərbaycan Demokrat Firqəsinin əlində möhkəm və etibarlı silah olmuşdur.
V. İ. Lenin mətbuatın vəzifələri haqqında danışarkən demişdir: «Qəzet yalnız kollektiv təbliğatçı və
kollektiv təşviqatçı deyil, habelə kollektiv təşkilatçıdır»
2
.
Demokratik mətbuat sırasında «Azərbaycan» qəzeti həqiqətən təbliğatçı və təşviqatçı olmaqla bərabər,
firqənin proqramını və qarşısında duran aktual gündəlik məsələləri həyata keçirməkdə kollektiv təşkilatçılıq
www.achiq.info
4
rolunu da ifa etmişdir.
Azərbaycan Demokrat Firqəsinin 1945 ci il 12 şəhrivər (3 sentyabr) tarixli müraciətnaməsində
Azərbaycan xalqının istək və arzusu belə ifadə edilmişdir:
«Azərbaycan torpağında dörd milyon yarımdan çox bir xalq yaşayır, onlar özlərinin qomiyyətlərini
təşxis vermişlər, özlərinə məxsus dilləri və ayrı bir adab və rüsumları vardır. Bu xalq deyir ki, biz istəyirik
ki, İranın istiqlaliyyətini və tamamiyyətini hifz etməklə bərabər öz daxili işlərimizi idarə etməkdə muxtar və
azad olaq».
3
Azərbaycan Demokrat Firqəsi sinfi tərkibindən asılı olmayaraq, bütün xalqı müqəddəs azadlıq
mübarizəsində iştirak etməyə çağırırdı.
Müraciətnamədə 12 maddədən ibarət şüar irəli sürülmüşdü. Orada deyilir:
İranın istiqlaliyyət və tamamiyyətini gözləməklə bərabər Azərbaycan xalqına azadlıq verilməlidir ki,
Azərbaycanın abadlaşması, maarif və mədəniyyətinin tərəqqisi üçün ümumi məmləkətin adilanə qanunlarını
gözləməklə bərabər öz müqəddəratını təyin etsin. Bu fikri həyata keçirmək üçün çox tezliklə əyalət və
vilayət əncümənlərini seçib işə başlamalıdır
4
.
Azərbaycan Demokrat Firqəsinin qarşısında sənayenin, daxili və xarici ticarətin genişlənməsi, şəhərlərin
abadlaşması, işsizliyin aradan qaldırılması, kəndli ehtiyaclarının təmin edilməsi, habelə dövlət torpaqlarının
və Azərbaycanı tərk edib qaçan mülkədarların torpaqlarının (əgər onlar tezliklə Azərbaycana qayıtmasalar)
qeyd şərtsiz kəndlilərin ixtiyarına verilməsi kimi təxirəsalınmaz vəzifələr dururdu.
Azərbaycan Demokrat Firqəsinin məqsədlərindən biri də bu idi ki, ibtidai məktəblərdə üçüncü sinfə
qədər dərslər Azərbaycan dilində aparılmalı, üçüncü sinifdən yuxarı Fars dili və Azərbaycan dili ilə yanaşı
tədris edilməli, milli universitet təşkil olunsun.
Müraciətnamədə Azərbaycandan alınan vergilərin yarısından çoxunun Azərbaycanın öz ehtiyaclarına
sərf edilməsi və qeyri müstəqim vergilərin ləğv olunması və başqa tələblər irəli sürülür.
Firqənin 3 sentyabr tarixli müraciətnaməsində irəli sürülən məsələlər xalqın ürək sözləri olub, onun
uzun illərdən bəri uğrunda mübarizə apardığı məqsəd və ideyasını özündə yığcam şəkildə təcəssüm etdirirdi.
Məhz buna görə də o, Azərbaycanın şəhər və kəndlərində geniş xalq kütlələri tərəfindən böyük sevinclə
qarşılandı. Bu münasibətlə də «Azərbaycan» qəzetinə yüzlərlə təbrik məktubları göndərildi. Qəzet bu haqda
yazır:
«Minlərlə azərbaycanlı Azərbaycan şəhərlərində müraciətnamə yapışdırılmış divarların qabağında
toplanıb ürək döyüntüsü ilə onu axıra qədər oxudu, düşündü, alqışladı. Bu vasitə ilə səadət və azadlıq üçün
yol açıldığını hiss etdi. Bu isti istiqbal və hərarətli təvəccöh göstərdi ki, tutduğumuz yol düz və intixab
etdiyimiz hədəf doğrudur»
5
.
«Azərbaycan» qəzetinin səhifələrində müraciətnamənin bütün yerlərdə: təşkilatlarda, müəssisə və
idarələrdə, fabrik və zavodlarda oxunub bəyənildiyini nümayiş etdirən məktublar dərc edilmişdir.
Bu zaman Azərbaycanda .Hizb Tudeyi İranın (İran Xalq Partiyası) Azərbaycan əyaləti təşkilatı fəaliyyət
göstərirdi. 1945 ci ilin sentyabr ayının 7 də Təbriz şəhərində Hizb Tudeyi İranın Azərbaycan təşkilatının
geniş əyalət konfransı çağırıldı. Konfrans firqənin müraciətnaməsini müzakirə edərək, onun Azərbaycan
xalqının inqilabi yaradıcılıq qüvvəsinə daha düzgün yanaşdığını, Azərbaycanın siyasi, iqtisadi və mədəni
inkişafı üçün düzgün və əməli yollar müəyyən etdiyini yekdilliklə bəyəndi və alqışladı. Konfrans müzakirə
etdiyi məsələ barədə müvafiq qərar qəbul etdi.
«Azərbaycan» qəzeti konfransın bu qərarına böyük əhəmiyyət verərək, «Güc birlikdə dir» adlı baş
www.achiq.info
5
məqaləsində yazır ki, konfrans müraciətnaməni və firqəmizin təşkili xəbərini böyük şadlıqla qarşılayıb
Azərbaycan xalqının səadətini onun şüarlarında gördüyü üçün firqəmizlə birləşməyi qərara almışdır. Bu,
xalqımızın birliyi və azadlığı yolunda böyük bir addımdır.
1945 ci il sentyabr ayının 17 də Azərbaycan fəhlə və zəhmətkeşlərinin həmkarlar ittifaqı da firqənin
siyasi rəhbərliyini qəbul etdi. Bu, yeni yaradılan firqənin gücünü qat qat artırdı. «Azərbaycan» qəzeti
«Firqəmizin tarixi işi» adlı baş məqaləsində firqə sıralarının gündən günə artdığını göstərərək belə yazırdı:
«Bu günə qədər Təbrizdə və ətraf şəhərlərdə on mindən artıq müxtəlif təbəqələrdən firqəmizin
üzvlüyünə qəbul edilənlər olmuşdur. Buna əlli mindən artıq bizə mülhəq olmaq istəyən Hizb Tudeyi İran
üzvlərini əlavə etdikdə, geniş və böyük bir cəmiyyətin ətrafımıza toplandığını görəcəyik»
6
.
Firqədə hələlik proqram və nizamnamənin olmamasına baxmayaraq, ona üzv olmaq istəyənlər
müraciətnamədə irəli sürülmüş şüarları qəbul etməklə firqə sırasına daxil olurdular.
«Azərbaycan» qəzeti firqənin yaradılması uğrunda böyük təşkilatçılıq işi aparırdı. Qeyd etmək lazımdır
ki, firqə hələ tam etibarı ilə yaranmamış dı. Beləliklə də, «Qarşımızda duran ən mühüm vəzifə firqəmizin
rəhbərliyi altında milli azadlıq mübarizəsinə hazır olduğunu isbat edən xalq kütlələrini təşkil etməkdən
ibarət idi. Bu da ancaq möhkəm intizamlı və ciddi təşkilata malik ola bilən bir firqənin rəhbərliyi sayəsində
mümkün ola bilərdi»
7
.
Müraciətnamənin nəşrindən sonra Azərbaycanın bütün şəhər və kəndlərində firqə təşkilatı fəaliyyətə
başladı. Muəssislər heyəti tərəfindən şəhər və kəndlərə nümayəndələr göndərildi.
Bu məqsədlə müraciətnamənin nəşrindən sonra şəhrivər ayının 22 də (sentyabrın 13 də) keçirilmiş firqə
banilərinin ümumi iclasında on bir nəfərdən ibarət bir müəssislər komitəsi və komitənin sədrliyinə S. C.
Pişəvəri seçildi.
Azərbaycan xalqının öz doğma firqəsinə və azadlıq hərəkatına olan sonsuz əlaqəsi belə
qiymətləndirilmişdir:
«İki kiçik daxmadan artıq olmayan «Xavərno» qəzetinin keçmiş idarəsi beş milyonluq bir xalqa
rəhbərlik edən bir firqənin təsisinə kifayət edərdi. Bu, inanılmaz bir iş olsa da, həqiqətən bu heyrətamiz bir
fəaliyyət bizə az bir zamanda Azərbaycanın bütün kənd və şəhərlərində firqənin komitə və şöbələrini
yaratmağa imkan verdi. Onu da qeyd etmək lazımdır ki, çox yerdə bizim nümayəndələrimiz ayaq basmadan
daha əvvəl xalqın öz təşəbbüsü ilə firqə təşkilatları meydana çıxıb həmin 12 şəhrivər şüarları üzərində
fəaliyyətə başlamışdı. Hətta bəzi kəndlərdə kəndlilərin hamısı istisnasız olaraq, firqə sıralarına keçmək üçün
nümayəndələr seçib Təbrizə göndərməyə başladılar»
8
.
Bütün bunlar Azərbaycan xalqının milli qurtuluş uğrunda mübarizəyə hazır olduğunu göstərir və sübut
edir ki, 1945—1946 cı illərdə Azərbaycan xalqının milli azadlıq hərəkatı öz məqsədi, mütəşəkkilliyi,
möhkəm intizamlılığı cəhətdən keçmiş inqilabi hərəkatlardan qat qat üstün olmuşdur.
Firqənin fəaliyyəti 1945 ci il. avqust ayının 1dən başlamışdır. Gizli fəaliyyət dövrü hesab olunan bir ay
müddətində (avqust ayının 1dən sentyabr ayının 3 nə qədər) biz fövqəladə ehtiyatla işləməli,
müxalifətçilərin əllərinə bəhanə verməməli idik. Qabaqcadan, zəmin hazırlamadan leqal işə keçmək
müvəffəqiyyətsizliklə nəticələnə bilərdi.
1945 ci il sentyabr ayının 3dən həmin ilin noyabr ayının 20 ə qədər olan dövrdə Azərbaycan Demokrat
Firqəsi xalq kütlələrinin mübarizəsini təşkil edir, ilk partiya təşkilatlarını yaradır və onu möhkəmlətmək işi
ilə məşğul olurdu.
V. İ. Lenin «Nədən başlamalı?» adlı əsərində göstərmişdir: «...indi bu saat bizim şüarımız «hücuma
keçmək» şüarından ibarət ola bilməz... partiyamızın əsil vəzifəsi bütün mövcud qüvvələri dərhal hücuma
www.achiq.info
6
keçməyə çağırmaqdan ibarət ola bilməz, bütün qüvvələri birləşdirə bilən və hərəkata yalnız sözdə deyil, işdə
də rəhbərlik edə bilən, yəni... hər cür partlayışa yardım etməyə həmişə hazır olan və bunlardan istifadə
edərək qəti döyüş üçün yararlı... inqilabi təşkilat yaratmağa çağırmaqdan ibarət olmalıdır»
9
.
V. İ. Leninin məlum göstərişini əldə rəhbər tutan firqə, düşmənləri sayıq salmamaq üçün hərəkatın
əvvəllərində, hətta mitinq və küçə nümayişlərini də məsləhət görmürdü, çünki qüvvələri toplamadan düşmən
qüvvələri üzərinə hücum etmək olmazdı.
Azərbaycan Demokrat Firqəsinin təşkili və onun müraciətnaməsinin xalq kütlələri içərisində göstərdiyi
müsbət təsir İran irticasına və daxili düşmənlərə böyük bir zərbə oldu. «Azərbaycan» qəzeti bu haqda
yazmışdır: Müraciətnaməmiz ətrafda olduqca dərin təsir buraxmışdır. Düşmənlərimiz, xüsusilə Tehranda
İran xalqlarını ayaqları altına alan müstəbid ünsürlər onu oxuyub. titrəməyə başlamışlar.
«Azərbaycan» qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadədildə izah edir
və işıqlandırırdı. Qəzet «Firqəmiz işə başladı» adlı baş məqaləsində kütlələrə xəbərlər yayaraq düşmənlərin
əleyhimizə qalxdıqlarını göstərir və xalqı mübarizəyə çağıraraq yazırdı ki, Azərbaycan xalqının daxili və
xarici düşmənləri firqəmizin meydana çıxması ilə yarasalar günəşdən qorxan kimi qorxuya düşüb ziddimizə
qalxacaqlar. Qəzetimiz bu xain ünsürlərlə şiddətli mübarizə apardığına görə, oxucular üçün fövqəladə
surətdə maraqlı olacaqdır. Bu qanlı vuruşmalarda biz hökmən qalib çıxmalıyıq, çünki yolumuz doğru və
məqsədimiz müqəddəsdir
10
.
«Azərbaycan» qəzeti bütün xalqı, o cümlədən erməniləri, assoriləri və kürdləri, habelə, sinfi fərqləri
nəzərə almadan, iyirmi illik istibdad dövründə zülm və əsarətə məruz qalmış kütlələri Azərbaycan Demokrat
firqəsinin ətrafında sıx birləşməyə, mübarizə aparmağa və fəaliyyət göstərməyə çağırırdı. Qəzet bu haqda öz
fikrini ifadə edərək yazmışdır ki, biz milli azadlığı təmin etmək üçün hər kəsdən fədakarlıq tələb edirik.
Malik, rəiyyət, ərbab, fəhlə — hamı Azərbaycanın tərəqqi və səadəti yolunda fədakarlıqlar göstərməlidir.
Qəzet xalqı var qüvvəsi ilə milli azadlıq uğrunda düşmənlərə qarşı amansız mübarizə aparmağa çağırır
və mübarizənin əhəmiyyətini kütlələrə dərindən izah edirdi. Qəzet göstərirdi ki, kim azadlıq və tərəqqiyə
müxalifət edərsə, o, millətimizin qəddar düşmənidir. Onunla amansız mübarizə aparmalıyıq.
«Azərbaycan» qəzeti İran xalqlarının azadlıq hərəkatını boğmaq üçün imperialistlərin əli ilə yeni bir
hökumətin iş başına gətirilməsini qabaqcadan kütlələrə xəbər verir və onları mübarizəyə çağıraraq yazırdı ki,
Seyid Ziya və onun tərəfdarları mister Bevin və mister İdenin sözlərini eynən təkrar etməkdədirlər. Onlar
İranda qüdrətli bir irtica dövləti yaratmaq və dövlətin noxtasını London siyasətçilərinin əlinə tapşırmaq
niyyətindədirlər. Təzə, müasir bir İran Hitleri vücuda gətirməyə çalışırlar.
Qəzet Tehranın böyük addımlarla irticaya tərəf getməsini xatırladır, məclis və dövlətin xain ünsürlərdən
təşkil edilməsini göstərməklə bərabər Yunanıstanda monarxist ünsürlərin Yunan vətənpərvərlərinə tutduqları
qanlı divanlar kimi, İran dövlətinin də Azərbaycan və İran xalqlarına vəhşicəsinə divan tutacağını
qabaqcadan xəbər verərək deyirdi ki, Tehran böyük addımlarla irticaya tərəf getməkdədir. Başımıza Yunan
xalqının oyununu gətirmək fikrindədirlər. Məclis, dövlət və mətbuat satılmış xain adamların əlinə
düşmüşdür. Bunlar vurub, yıxıb, dağıdıb öz siyasətlərini yeritmək istəyirlər.
Bu zaman İranın dövlət başında Sədr dururdu O, ölkədə zahiri demokratiyanı belə aradan qaldırmaq
üçün imperialistlərin əli ilə demokratik qüvvələrə qarşı hücuma keçir, xain ünsürlərin və satqın
mətbuatçıların fəaliyyətinə şərait yaradır, demokratik təşkilatlar və demokratik mətbuat vəhşicəsinə dağıdılır
və tar mar edilirdi.
Qəzet quduzlaşmış İran dövlətinin irticaçı mahiyyətini geniş xalq kütlələri arasında ifşa edir,
Azərbaycan xalqının ən mühüm məsələləri ətrafında diqqəti cəlb edərək İranın vəhdətini pozmadan
Azərbaycan üçün milli istiqlaliyyət tələbini irəli sürürdü. «Azərbaycan» qəzeti özünün 8 sentyabr 1945 ci il
tarixli 3 cü nömrəsinin «Əyalət əncüməni» adlı məqaləsində göstərir ki, əyalət əncüməni bizim qanuni
haqqımızdır. Azərbaycanlılar onu silah gücü və qurbanlar bahasına qazanmışlar. Bu günə qədər müstəbidlər,
www.achiq.info
7
məşrutə hökumətini öz əllərində alət edənlər və azadlıq düşmənləri bizim bu haqqımızı aradan qaldırmağa
müvəffəq olmüşdular. İndi dünya dəyişib demokratiya və azadlıq cəbhəsi qalib çıxmış, irtica və istibdad
qüvvəsi məhv olmağa məhkum edilmişdir. Ona görə biz fürsətdən istifadə edib haqqımızı öz gücümüzlə
almalıyıq.
Qəzet əncümənlər təşkilinin Azərbaycan və eləcə də İran xalqlarının həyatı üçün böyük siyasi
əhəmiyyətə malik olduğunu göstərərək yazırdı ki, Azərbaycan əyalət əncüməninin böyük siyasi mənası
vardır. Bu əncümən Tehran və İranın ayrı ayrı şəhərlərində baş qaldırmış irticaya və ziddi demokratik
cərəyanına möhkəm bir yumruq və dişsındırıcı cavab olacaqdır.
Azərbaycan əyalət əncüməni tək Azərbaycan məsələsinin həlli deyil, bütün azadlıq məsələsinin həlli
deməkdir.
Tehranda irtica ünsürləri və silahlı jandarm qüvvələri azğınlaşaraq demokratik təşkilatları işğal edir,
demokratik mətbuatı bağlayır və zəhmətkeşlərin küçə nümayişlərini amansız surətdə dağıdır, demokratik
təşkilatların başçılarını həbs edirdilər.
Belə bir irticai vəziyyəti Tehran qəzetləri də etiraf edirdilər. «Dünən səhər Nizami fərmandarının
jandarm məmurları, Hizb Tudeyi İranın klubuna və həmkarlar ittifaqının yerləşdiyi yerə soxularaq imarəti və
oralara gəlib gedən yolları işğal edib həmin təşkilatların tablolarını çıxarmışlar.
Ümumiyyətlə Hizb Tudə və fəhlələrin həmkarlar ittifaqı üzvlərindən 50 nəfərə yaxın həbs etmişlər»
11
.
Ölkədə hökm sürən və gündən günə şiddətlənən irticanın azğınlığına qarşı hər yerdə etiraz səsləri
artmağa başlayır.
Elə bu vaxt Londonda beş böyük dövlətin xarici işlər nazirlərinin konfransı keçirilirdi.
Tehranda hərbi hökumət tərəfindən onlarca demokratik qəzetlər bağlanmışdı. Bu zaman demokratik
qəzetlərin nəşri qadağan edilmişdi. Belə bir vəziyyətlə əlaqədar olaraq 26 nəfər qəzet müdirinin imzası ilə
London konfransına ölkədə demokratik qüvvələrə qarşı çıxış edən İran dövlətinin yeritdiyi irticai siyasəti
ifşa edən bir teleqram göndərildi.
Teleqramda deyilirdi: «İranda iyirmi ildən bəri ölkəni soyan və Alman İtalyan faşistləri ilə əməkdaşlıq
edən diktatura hakimiyyətinin nümayəndələri bu gün Birləşmiş Millətlərin Nizamnamə prinsipləri ilə
hesablaşmayaraq süngü gücü ilə İran xalqını söz və mətbuat azadlığından məhrum etmişlər. Onlar qəzetləri
bağlayır, müdirlərini həbs edirlər»
12
. Teleqramda daha sonra göstərilir ki, xalqın iradəsi əleyhinə olaraq
zorla tətbiq edilən bu rejimi hifz etmək üçün azadlıq və demokratiyanı ləğv etmək təşəbbüslərinə əl atılır.
Teleqramı imzalayanlar yazırlar: «Biz ictimaiyyət adından qəti olaraq bu cür vəziyyətə etiraz edirik və rəsmi
olaraq bəyan edirik ki, söz, yığıncaq və şəxsi əmniyyət azadlığından tamamilə məhrum edilmişik. Bu
həlledici günlərdə sizi ölkədəki həqiqi vəziyyətlə tanış etməyi lazım bilirik. İranda demokratiya və
azadlıqdan heç bir iz qalmadığını və bu vəziyyətlə əlaqədar olaraq xalqın ümumi qəzəbini sizin nəzərinizə
çatdırmağı zəruri hesab edirik»
13
.
Azərbaycan xalqının istək və arzuları, uğrunda mübarizə apardığı müqəddəs məqsədi, İran dövlətinin
ölkəni uçuruma aparması, fəlakət və bədbəxtliklərin səbəbləri, İran xalqlarının demokratiya və azadlıq
tələbləri demokratik qəzetlərin səhifələrində getdikcə daha parlaq surətdə öz inikasını tapırdı.
Azərbaycan həmişə İran inqilabının beşiyi və İran azadixahlarının möhkəm arxası olmuşdur.
İran irticasının azğınlaşdığı belə bir zamanda Azərbaycan xalqı İran azadixahlarının köməyinə qalxaraq,
özünün kəskin silahı olan mətbuat vasitəsi ilə düşmənləri ifşa etməklə öz mübariz səsini ucaldır və
yorulmadan milli azadlıq uğrundakı mübarizəni davam etdirirdi.
www.achiq.info
8
«Azərbaycan» qəzeti milli azadlıq uğrunda mübarizədə xalq kütlələrini möhkəm bir təşkilatda
birləşdirmək yolunda təşkilatçılıq işini ardıcıllıqla həyata keçirmək yolunda çalışaraq, özünün «Siyasi
firqələrin iffəti» adlı baş məqaləsində yazır ki, bizim böyük və ağır vəzifəmiz bu camaatı təşkil etmək və
onun iradə və qüdrətini ciddi surətdə xalq azadlığı yolunda işə salmaqdan ibarətdir.
Firqə ilk gündən etibarən firqə təşkilatının sağlamlığına, üzvlərinin möhkəm və səbatlı olmasına
çalışmış, düşmənlərin və yaramaz ünsürlərin firqə sıralarına soxulmalarına qarşı sayıq olmağın zəruriliyini
demokratik mətbuatın qarşısında təxirəsalınmaz və vacib bir məsələ kimi qoymuşdur. «Azərbaycan» qəzeti
bu münasibətlə özünün 16 sentyabr tarixli 21 ci nömrəsində yazır ki, adamların zahiri sizi aldatmasın, başını
saxlamaq istəyən düşmənləri, bəli deyən adamları əvvəldən firqəyə soxulmağa qoymayın. Biz heç kəsi zorla
firqəyə yazdırmaq fikrində deyilik. Xalqın hüsn rəğbəti və əlaqəsi bizə kifayət edər. Fəqət kəndlər və
şəhərlərdən sel kimi axıb gələn camaata bel bağlamalıyıq.
Firqə mətbuatında firqə təşkilatlarının möhkəm adamların əllərinə tapşırılması göstərilərək deyilirdi ki:
«Firqənin əsas səngərləri gərək düzgün, düşüncəli və sağlam fikirli adamların əlinə tapşırılsın».
14
Firqə üzvlərinin kəmiyyətcə deyil, keyfiyyətcə möhkəm və intizamlı olması firqə mətbuatının əsas
diqqət mərkəzində dururdu. «Təşkilatımız qoy ədədcə böyük olmasın, amma intizam və istehkamca qüvvətli
olmalıdır»
15
«Azərbaycan» qəzeti firqə qurultayının çağırılması işində təbliğatçılıq və təşkilatçılıq rolunu bacarıqla
yerinə yetirirdi.
Bu münasibətlə qəzetin nömrələrində «Firqəmizin birinci konqresi münasibəti ilə», «Firqə oyuncaq
deyildir», «Azərbaycan xalqı öz tarixi vəzifəsini unutmaz», «Birinci konqresimiz», «Muxtariyyət məsələsi
və əncümən əyaləti», «Firqə konqresi xalqımızın ləyaqətini isbat etdi», «Məramnaməmiz» və s. bu kimi baş
məqalələr firqənin əsas məqsədini geniş kütlələrə aydın bir dildə izah və şərh edirdi.
Firqə qurultayının müzakirə və təsdiqinə verilmiş proqramda torpaq məsələsi, maarif və mədəniyyətin
tərəqqisi, Azərbaycanın sənayeləşdirilməsi, habelə ticarətin düzgün yola salınması, gündən günə artmaqda
olan işsizliyin qarşısının alınması, Azərbaycan xalqının öz müqəddəratına sahib olması, İranın istiqlal və
azadlığının qorunması kimi mühüm siyasi məsələlər ətrafında əməli tədbirlər və mübarizə yolları
göstərilmişdi.
Qəzet «Firqəmizin birinci konqresi münasibəti ilə» adlı məqalədə firqənin proqramının hazırlanmasında
bütün xalq kütlələrini səfərbərliyə alır, xalqı öz fikirlərini deməyə çağırırdı.
1945 ci il oktyabr ayının 2 də Təbriz şəhərində Azərbaycanın şəhər və vilayətlərinin müxtəlif sinif və
təbəqələrini təmsil edən və Azərbaycan Demokrat Firqəsinin təşkilatlarından seçilmiş 237 nümayəndənin
iştirakı ilə firqənin birinci qurultayı keçirildi. Qurultayda 40 nəfər məşvərətçi səslə və 17 nəfər qonaq sifəti
ilə iştirak edirdi.
Qurultayın tərkibində fəhlə, kəndli, ziyalı və sənətkarlarla birlikdə xırda maliklər və xırda ticarət
adamları da var idi.
Qurultayda İran azadlığı uğrunda mübarizə aparmış məşhur adlı sanlı azadixahlar iştirak edirdilər.
Bunlardan Qiyami, Kəbiri, Nurulla Yekani və s göstərmək olar.
«Azərbaycan» qəzeti öz səhifələrində ardıcıl olaraq firqə qurultayının gedişini, nümayəndələrin
çıxışlarını və orada müzakirə olunan məsələlərin məzmununu vaxtlı vaxtında kütlələrə çatdırırdı. Firqənin
həyatında böyük əhəmiyyətə malik olan bu tarixi qurultayın qəbul etdiyi 48 maddədən ibarət böyük
proqramda ictimai, siyasi, iqtisadi, mədəni maarif məsələləri qeyd olunmuşdu. Milli muxtariyyət, dil
azadlığı və torpaq məsələsinin firqə qurultayında çox hərarətlə müzakirə edilməsi qurultayın nə qədər böyük
bir əhəmiyyətə malik olduğunu göstərdi.
www.achiq.info
9
Qurultayın təşkili münasibəti ilə firqə təşkilatlarından, həmkarlar ittifaqından, müəssisə və idarələrdən,
xalqın müxtəlif sinif və təbəqələrindən, habelə İranın müxtəlif şəhərlərindən yüzlərlə azadixahların təbrik
teleqramları göndərilmişdi ki, bütün bunlar da oktyabr ayının 20 ə qədər qəzetin nömrələrində çap edilmişdi.
Qurultayın müzakirəsində milli muxtariyyət və torpaq məsələsi mühüm yer tuturdu.
V. İ. Lenin göstərmişdir ki: «hər bir inqilabın ən başlıca məsələsi, şübhəsiz, dövlət hakimiyyəti
məsələsidir. Hakimiyyətin hansı sinif əlində olması hər şeyi həll edir... Hakimiyyət məsələsi üzərindən nə
yan keçmək, nə də bunu arxa sıraya köçürmək olmaz...»
16
Azərbaycan Demokrat Firqəsinin və milli azadlıq hərəkatının qarşısında duran əsas məsələ
Azərbaycanda xalq hakimiyyəti yaratmaq məsələsi idi.
Məhz buna görə də Azərbaycan Demokrat Firqəsinin Birinci qurultayının qəbul etdiyi proqramda
inqilabın əsas məsələsi olan siyasi hakimiyyət məsələsi tam aydınlığı ilə öz əksini tapmışdır. Bu haqda firqə
proqramının 4 cü maddəsində deyilir ki, məmləkətin siyasi tənəzzülünə səbəb xalqı zülmət və cəhalətdə
saxlayan müstəbidlər hakimiyyəti ciddi surətdə məhv edilməlidir və bir daha diktatorluğa yol
verilməməlidir.
Demokratik hakimiyyət məsələsi haqqında proqramın 6 cı maddəsində deyilir: «xalqın ümumi rəy
verməsi yolu ilə məmləkətin dərdlərini qanan və onun yaralarını sağaltmaq istəyən və buna qadir olan həqiqi
xalq demokratik dövləti yaradılmalıdır»
17
.
Azərbaycan Demokrat Firqəsi ölkədə xalq hakimiyyəti qurmaq uğrunda mübarizədə fəhlə kəndli
sinfinin hegemonluğunu həyata keçirmək və bu siniflərin ittifaqının möhkəmləndirilməsi yolunda böyük səy
göstərirdi.
Firqə proqramında fəhlələrin hüquqları tam parlaqlığı ilə ifadə olunmuşdu.
Fəhlələrin vəziyyətini yaxşılaşdırmaq məqsəd» ilə proqramda bu maddələr qeyd olunmuşdu:
a)-bütün ölkədə 8 saatlıq iş günü təyin edilməli və izafi işə mütənasib əlavə muzd verilməlidir;
b)-fəhlə, qulluqçu və mütəxəssislər üçün ictimai bimə (sığorta) qanunu yaradılıb həyata keçirilməlidir;
v)-tezliklə xüsusi zəhmət qanunu yaradılmalıdır;
d)-bütün fəhlələrin, işçilərin hüquqları hifz olunmaq şərti ilə onlara həftədə bir gün istirahət günü,
azadlıq günləri, milli bayramlarda istirahət və ildə bir ay mürəxxəslik (məzuniyyət) verilməlidir
18
.
Proqramda, həmçinin zəhmətkeşlərin iqtisadi vəziyyətini yaxşılaşdırmaq, işsizliyi aradan qaldırmaq
məqsədi ilə ölkədə yeni fabrik, zavod, habelə ağır sənayenin yaradılması zərurəti və onun yolları
göstərilmişdi.
Azərbaycan Demokrat Firqəsi Azərbaycan xalqının ehtiyac və tələblərindən danışdıqda və onun milli
xüsusiyyətlərini nəzərə aldıqda belə onu İranın daxilində bilmiş və həmişə olduğu kimi, İranın
istiqlaliyyətini müdafiə etmişdir. Bu haqda Azərbaycan Demokrat Firqəsinin proqramının birinci
maddəsində deyilir ki, Azərbaycan Demokrat Firqəsi İranın təmamiyyət və istiqlaliyyətini müdafiə etməklə
bərabər, Azərbaycanın milli və yerli xüsusiyyətlərini nəzərə alaraq onun iqtisadi siyasi və mədəni tərəqqisini
sürətləndirmək məqsədi ilə tezliklə əyalət və şəhər əncümənləri seçkilərinə başlamağı tələb edir.
Azərbaycan Demokrat Firqəsi dahi Leninin xalqların öz müqəddəratını təyin etmək haqqındakı
müddəasını dövrün ən vacib məsələsi hesab edərək, Azərbaycan xalqının siyasi, iqtisadi və mədəni maarif
sahəsindəki muxtariyyətinin təmin edilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdu. Bu haqda
proqramda göstərilir ki:
www.achiq.info
10
«İran məmləkətinin daxilində yaşayan hər bir millətin daxili muxtariyyət və öz müqəddəratını təyin
etmək hüququ, əyalət və vilayət əncümənləri vasitəsi ilə təmin edilməlidir»
19
.
Proqramda qeyd olunmuş siyasi hərəkət xəttinə uyğun olaraq, Azərbaycan Demokrat Firqəsi
müstəmləkəçilərin təcavüzkarlığına və daxili irticaya qarşı mübarizədə fəhlələrin, kəndlilərin, şəhər xırda
burjuaziyasının və digər vətənpərvər demokratik qüvvələrin vahid cəbhəsini təşkil etdi.
Öz nəzəri və əməli fəaliyyətində marksizm leninizm təlimini rəhbər tutan və proletar beynəlmiləlçiliyi
prinsiplərinə sadiq olan Azərbaycan Demokrat Firqəsinin proqramında ölkənin bütün zəhmətkeşlərinin
imperializm və feodalizm əsarətindən azad edilməsi, İran istiqlaliyyətinin təmin olunması, bütün İranda
demokratik üsulu idarənin yaradılması kimi mühüm məsələlər qeyd olunmuşdu: «İranda həqiqi azadlıq,
istiqlal və demokrat üsulu idarə yaratmaq Azərbaycan xalqının ali hədəfidir»
20
.
Qəzet qurultayın əhəmiyyəti haqqında yazmışdır ki, iki gün ərzində proqram kimi əsas bir məsələnin
həlli isbat edir ki, bizim konqresimiz Mərkəzi parlament adlanan məclisdən fəaliyyət və yaradıcılıq cəhətdən
təsəvvürə gəlməz bir məsafədə irəli düşmüşdür.
Birinci qurultay firqənin proqram və nizamnaməsini qəbul etməklə bərabər firqənin mərkəzi komitəsini
və mərkəzi təftiş komissiyasını da seçdi.
Beləliklə, Azərbaycanda vahid və siyasi bir firqə yaranmış oldu, bütün Azərbaycanda vahid bir milli
cəbhə yaradıldı.
Qeyd etmək lazımdır ki, Azərbaycanda konfranslar, yığıncaqlar çox olurdu. Lakin belə bir ixtiyarata,
tam və müstəqil səlahiyyətə malik olan qurultay keçirilməmişdi.
Bunların hamısı «əyalət naminə təşkil olunduqlarından ciddi təsmimlər tuta bilməməyə məcbur
olmuşdular. Çünki əsas və prinsipial məsələləri həll etmək əyaləti konfransların səlahiyyətindən xaric idi,
halbuki bizim konqresimiz tamamilə sərbəst və əsas məsələləri müzakirə və həll etmək üçün ən ali bir
mərkəz hesab olunurdu»
21
.
Qəbul olunmuş proqram və qərarları nəzərə alsaq, qurultay sadəcə yığıncaq olmayıb, «bu gün dost və
düşmənlərimizin təsdiqi ilə bütün dünyada səs salan böyük hərəkatımızın nəqşə və tədbirlərini təhiyyə
etməklə, doğrudan da hərbi və inqilabi bir ərkani hərb işini görmüş oldu. Bu cəhətdən deyə bilərik ki,
konqresin sona çatması ilə milli hərəkatımız başlanıb müntəzəm surətdə xalqı təşkilat halına almağa
müvəffəq oldu»
22
.
«Azərbaycan» qəzeti firqənin proqram və nizamnaməsini izah etməklə kifayətlənmirdi. Qəzet eyni
zamanda bütün firqə üzvlərini və xalq kütlələrini firqənin şüarlarını, qurultayın qərarlarını yerinə yetirmək
uğrunda mübarizəyə qaldırırdı.
«Azərbaycan» qəzeti günün ən vacib və mühüm məsələlərini öz səhifələrində əks etdirməklə xalqı və
firqə üzvlərini siyasi və nəzəri cəhətcə silahlandırırdı. Qəzet sadədildə, kütlələrin başa düşdüyü, xalqın
doğma dilində yazdığı üçün də geniş zəhmətkeş kütlələri tərəfindən rəğbətlə oxunur, onun sözləri isə
firqənin rəsmi tapşırığı kimi qəbul edilirdi.
N. S. Xruşşov mətbuatın əhəmiyyətini, onun başlıca ideya silahı olduğunu göstərərək demişdir: «...Silah
olmadan ordu vuruşa bilmədiyi kimi, mətbuat qədər kəskin və mübariz bir silah olmadan partiya öz ideoloji
işini müvəffəqiyyətlə apara bilməz»
23
.
«Azərbaycan» qəzeti də milli azadlıq və demokratiya uğrunda daxili irtica qüvvələrinə və
imperialistlərə qarşı mübarizədə firqənin ən etibarlı və möhkəm ideya silahı idi.
«Azərbaycan» qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə bilmişdir. Bunlardan Firidun
www.achiq.info
11
İbrahimi, M. Turabi, h. Xoşkənabi, İsmail Şəms, Q. Qəhrəmanzadə, Abbas Pənahi, Əhməd Musəvi və s.
göstərmək olar. Firqənin sədri Pişəvəri «Azərbaycan» qəzetinin və ana dilində nəşr edilən mətbuatın
təşkilatçısı olmuşdur. «Azərbaycan» qəzetində ən möhkəm və məzmunlu, dolğun məqalələr Pişəvərinin
qələmi ilə yazılmışdır. O, «Azərbaycan» qəzetinə yaxından rəhbərlik etmişdir.
S. Pişəvəri qəzetin fəaliyyətini qiymətləndirərək demişdir: «Azərbaycan» qəzeti mənim nəzərimdə
mübarizə silahı olduğu qədər firqə və xalq işinin də aynası olmuşdur.
Qəzet xalq kütlələri ilə öz doğma dilində danışır və özünün geniş müxbir şəbəkələri vasitəsi ilə onlarla
sıx əlaqə saxlayırdı. Xalq kütlələri qəzet vasitəsi ilə demokratların məqsədini düşünürdü, Firqənin işləri,
fəaliyyəti bu qəzet vasitəsi ilə geniş kütlələrə çatdırılırdı.
Hər bir oxucu Azərbaycanda, İranda və dünyada cərəyan edən tarixi hadisələrin ən gözəl ifadəsini
«Azərbaycan» qəzetinin səhifələrində görüb oxuya bilər.
«Azərbaycan» qəzeti milli azadlıq uğrunda, işıqlı gələcək uğrunda mübarizə aparan kütlələrin avanqardı
olan vahid partiyanın yaradılması yolunda ciddi səy göstərmişdir. Qəzet demokratik qüvvələrin təşkilində və
onları vahid partiya yaradılması işinə cəlb etməkdə, partiyanın məqsəd və vəzifələrini kütlələrə çatdırmaqda,
kütlələrin inqilabi şüurunun və siyasi inkişaf səviyyəsinin artmasında böyük təşkilatçılıq və təbliğatçılıq rolu
oynamışdır.
Azərbaycan xalqının arzu və istəklərini, onun milli azadlıq tələblərini həyata keçirmək uğrunda böyük
mübarizə yolu keçmiş olan «Azərbaycan» qəzeti azadlıq və demokratiya işinə xidmət edən qabaqcıl
medyaların tərənnümçüsü və təbliğatçısı olmuşdur. O, Azərbaycan Demokrat Firqəsinin hər gün fəhlə sinfi
ilə, geniş xalq kütlələri ilə danışandili, son dərəcə qüvvətli bir silahı olmuşdur.
Azərbaycan Demokrat Firqəsinin xalq səadəti yolunda, Azərbaycanın tərəqqisi yolunda nə qədər
fədakarlıq göstərib, nə kimi tədbirlər keçirdiyini, xalqın bu firqə ətrafında toplanmış namuslu oğullarının
necə kəskin və şərəfli mübarizə apardığını işıqlandıran «Azərbaycan» jurnalı yazır ki: «Azərbaycan
Demokrat Firqəsinin naşiri əfkarı «Azərbaycan» qəzetinin səhifələri azadlıqla istibdad, istiqlaliyyətlə
məhkumiyyət, ədalətlə zülm, tərəqqi ilə irtica arasında gedən amansız mübarizənin gərgin səhnələrini
gözlərimizin qarşısında canlandırır»
24
.
Azərbaycan xalqının 1945—1946 cı illərin milli azadlıq hərəkatı dövründə dil məsələsi çox ciddi və
kəskin bir şəkildə irəli sürülmüşdü. Demək olar ki, bu məsələ Azərbaycan xalqının bundan əvvəlki inqilabi
mübarizə hərəkatı dövrlərində heç bir zaman 1945—1946 cı ildə olduğu qədər vüsət və kütləvi xarakter
almamışdı.
Çoxmillətli ölkə olan İranda Azərbaycan xalqı hamıdan artıq imperialistlərin və İranın irticaçı hakim
dairələrinin yeritdikləri sonsuz milli zülm siyasətinə və təzyiqinə məruz qalmışdır. İyirmi illik istibdad üsuli
idarəsi dövründə və sonrakı illərdə də Azərbaycanın bollu sərvəti İranın irticaçı dövləti tərəfindən qarət
edilmiş, onun doğma dili qadağan olunmuş, bu xalqın parlaq tarixi. milliyyəti, zəngin mədəniyyəti inkar
edilərək zorla Farslaşdırma siyasəti aparılmışdır.
İranın irticaçı hakim dairələri özlərinin mənfur niyyətlərinə nail olmaq üçün Azərbaycanın qədim şəhər,
kənd, dağ və çaylarının da bir neçəsinin adlarını dəyişdirmişlər. Məsələn, Urmiyə şəhərini— Rizaiyyə,
Salmas şəhərini — Şahpur, Acıçayı — Təlxrud və s. adlandırmışlar.
İranın hakim millətçiləri və irticaçı hakim dairələri İran mədəniyyəti, İran dili və İran milləti adı altında
çıxış edərək, İranda yaşayan Azərbaycanlı, Kürd, Türkmən, Ərəb və s. xalqların dillərini, mədəniyyətini,
milli varlığını həyasızcasına inkar. edir və onları İran mədəniyyətinin və İran tarixinin bir hissəsi kimi
qələmə verərək iddia edirlər ki:
«...Millətimiz dünya mədəniyyətinin məşəldarı olduğu bir vaxtda bizim azərbaycanlı həmvətənlərimizin
www.achiq.info
12
öz sair həmvətənlərindən ayrıca ədəbiyyatı və tarixi olmamışdır. Yəni tarixin bütün dövrlərində onların
məhəlli dilləri də olmamışdır, əksinə, onların və əcdadlarının milli və tarixi dili Farsı olmuşdur»
25
.
Buradan İran dövlətinin Azərbaycanlı, Kürd, Türkmən Ərəb və başqa xalqlara qarşı Fars millətçiliyi
siyasəti yeritdiyi açıq və aydın surətdə görünür.
Vladimir İliç Lenin demişdir:
«Kim millətlərin və dillərin hüquq bərabərliyini qəbul və müdafiə etmirsə, hər cür milli zülmə və ya
hüquq bərabərsizliyinə qarşı mübarizə etmirsə, o, marksist deyildir, o hətta demokrat da deyildir»
26
.
Azərbaycan Demokrat Firqəsi və onun mübariz mətbuatı yarandığı gündən marksizm leninizm
mövqeyində duraraq düşmənlərin bütün yalan, əsası olmayan, dəfələrlə deyilib çeynənmiş müddəalarından
daşı daş üstə qoymamış, onu darmadağın etmişdir.
Bu münasibətlə qəzet özünün «Dözülməz cinayət». adlı məqaləsində yazmışdır ki, Azərbaycan milləti
dünyanın ən qədim və mədəni xalqlarından biridir. Azərbaycanın üç min ildən artıq parlaq tarixi vardır.
Onun bütün dünya ədəbiyyatında görkəmli yer tutan şairləri var, belə böyük bir xalqın özünə layiq tarixi,
milliyyəti, dili və ictimai xüsusiyyəti vardır. Bu dil, ana dilimiz, hacı Mirzə Həsən Rüşdiyyənin dediyi kimi,
Azərbaycan dilidir. Bu dil beş milyondan artıq nüfuzu olan qəhrəman, mübariz və azadixah bir xalqın
dilidir.
İranın irticaçı hökumətinin və hakim sinfin Azərbaycan xalqının doğma dilini qadağan etməsinə qarşı
üsyankar səsini ucaldan qəzet bunu «dözülməz cinayət» adlandırır və qeyd edir ki, Hitlerçilər və
Mussolininlər hökuməti demokratik qüvvələrin qarşısında diz çöküb məhv olduğu zamanda, Tehran
mürtəceləri hələ də bizim milli və tarixi varlığımızı inkar edərək məktəblərdə yüz minlərlə azərbaycanlı
balalarının dilini kəsirlər. Onun Şeyx Məhəmməd Xiyabanidən yadigar qalan əziz gövhərini tapdalayırlar.
Azərbaycan dili tarix boyu xalqımızın yadelli işğalçılara qarşı apardığı mübarizədə öz həyatiliyini və
sabitliyini saxlamışdır.
Azərbaycan xalqının ən görkəmli yazıçı, şair və ədibləri öz gözəl əsərlərini Azərbaycan dilində
yazmışlar. Dünyanın bir sıra klassik yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə olunması bu dilin
lüğət fondunun nə qədər zəngin və geniş olduğunu isbat edir.
Azərbaycanın monqol istilasından sonra «türkləşdirildiyi» haqqında irticai ünsürlərin boşboğazlıqları da
çoxdan çağırılmış bayatıdır.
İranın məşhur azadixahlarından biri olan Mükərrəm Turabi Azərbaycan dilinin monqollar tərəfindən
yarandığını iddia edən mürtəcelərə, onların mətbuat cızma qaraçılarına belə cavab vermişdir:
«Azərbaycanlılara monqolların güclə öz dillərini təhmil etdiklərini iddia edənlər çox nadan adamlardır.
Monqollar yüz ildən artıq Azərbaycanda hakimiyyət sürə bilmədikləri halda öz dillərini bizə təhmil
etmişlərsə, əcəba altı yüz ildən ziyadə hökumət edən Farslar nə üçün bu dili dəyişdirməyə müvəffəq
olmamışlar? Bu isbat edir ki, dili zor və ya ayrı ayrı vasitələrlə dəyişdirmək olmaz. Dilimizin müxalifləri bu
puç iddiaları ilə Azərbaycanın mədə niyyətini boğmaq, bu vasitə ilə xalqımızı cəhalətdə saxlamağa can
atırlar»
27
.
Dilin əhəmiyyəti haqqında böyük rus pedaqoqu Uşinski demişdir ki, bütün xalq, onun bütün vətəni onun
dilində canlanır.
Hər bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb itməz, amma dilini alsan ölər və
ondan bir nişan da qalmaz.
Geniş xalq kütlələri ilə sıx bağlı olan «Azərbaycan» qəzeti Azərbaycan dilinin xalq üçün zəruriliyini və
www.achiq.info
13
həyatiliyini inandırıcı surətdə ifadə edərək yazmışdır ki, dünyada hər şeydən şirin, sevimli, cazibədar ana
dilidir. Hər hansı millətin azad ana dili olmazsa, o millət məhv olar, çünki ana dili olmayan millətin maarifi
və ədəbiyyatı olmaz. Maarifi olmayan bir millətə isə yabançı ellər qəyyum və yaxud ağa olub, onu qul
halında saxlayar. Düşmənlərin boş iddialarına baxmayaraq dilimiz çox geniş və zəngin bir dildir. Onun rişəsi
xalqımızın qanında və ürəyindədir. Biz onu ana südü kimi əmib vətənimizin ruhnəvaz havası ilə tənəffüs
etmişik, onu təhqir edənlər bizim həqiqi düşmənlərimizdir.
Lenin müstəmləkə və asılı ölkə xalqlarının milli azadlıq mübarizəsinin vəzifələrindən danışarkən
göstərmişdir ki, məzlum xalqların öz tarixini, ana dilini və milli mədəniyyətini müstəmləkəçilərin
hücumundan müdafiə edib, xalqın özünə qaytarmaq milli azadlıq hərəkatının qarşısında duran mühüm
vəzifələrdən biridir.
Məhz bu cəhətdən də «Azərbaycan» qəzeti öz fəaliyyətinin əsas istiqamətini Azərbaycan xalqının milli
mədəniyyətini, dilini qorumaq uğrunda müstəmləkəçilərə və İran irticaçılarına qarşı mübarizəyə çevirmişdir.
Qəzet haqlı olaraq yazır: «Dil məsələsi məmləkətin vəhdətini pozmur, bəlkə, əksinə olaraq, onu daha da
qüvvətləndirir.
Azərbaycanın milli xüsusiyyəti İran istiqlaliyyətinin əleyhinə olan bir şey deyildir. Biz Azərbaycan və
İran istiqlaliyyətinin əleyhinə bir iş görməmişik. Zülm zəncirini qırmaq İran istiqlalının əleyhinə deyildir.
S. Pişəvəri Azərbaycan dilinin düşmənlərinə aşağıdakı cümlələrlə öldürücü cavab verərək göstərmişdir
ki, dilin rişəsi anaların sinəsindən, xalqın adab və ənənəsi ocaqlar başından qalxır. Nə qədər ki, analar diridir
və ocaqlar yanmaqdadır, bu xalqın dilini, adab və ənənəsini əvəz etmək mümkün deyildir.
Məhz buna görə də heç təsadüfi deyildir ki, Azərbaycan Demokrat Firqəsinin birinci qurultayında
hərarətlə müzakirə olunan və müdafiə edilən məsələlərdən biri də Azərbaycan dili məsələsi olmuşdur. Qəzet
özünün «Məramnaməmiz» adlı baş məqaləsində yazır ki, qurultayımız məramnamə kimi əsas və mühüm
məsələləri öz ana dilində müzakirə etdi və göstərdi ki, dilimiz şer və ədəbi dil olduğu kimi, siyasi ictimai və
dövləti məsələləri həll etməkdə də artıq dərəcədə yararlı bir dildir.
Azərbaycan xalqının səsinə, onun haqq işinə və irəli sürdüyü demokratik prinsiplərə, dünyanın
mütərəqqi xalqları kimi, İranın demokratik dairələri, azadixah partiyaları və mətbuatı da tərəfdar çıxaraq,
həmin ideya və fikirləri rəğbətlə qarşılamışlar.
Hizb Tudeyi İranın Mərkəzi Komitəsinin bu münasibətlə nəşr etdiyi bəyannaməsində Azərbaycan dili
haqqında belə deyilir:
«...Bu elə bir dil deyildir ki, onu indiki nəsil və yaxud hazırkı partiyalar və cəmiyyətlər ixtira etmiş
olsunlar, bəlkə qərinələrdir ki, neçə milyon cəmiyyət bu dildə danışır»
28
.
Tehranda nəşr edilmiş «Keyhan» qəzeti 1945 ci il yanvar tarixli 863 cü nömrəsində «Pişəvəriyə
peyğam» adlı məqaləsində həyasızcasına yazır ki, siz Azərbaycan dilindən və milliyyətindən əl çəksəniz, bir
Kiçik xan, bir Səttar xan və bir Xiyabani ola bilərsiniz.
Buradan göründüyü kimi, imperialistləri və onların nökərləri olan İran dövlətini, İran irticaçı ünsürlərini
hər şeydən artıq əsəbiləşdirən, onları yalan və böhtan deməyə məcbur edən, həddindən artıq narahat edən bir
həqiqət varsa, o da Azərbaycan Demokrat Firqəsinin proqramında öz əksini tapmış milli muxtariyyət. xalqın
siyasi hakimiyyəti və s. məsələlərdir ki, bütün bunlar da Azərbaycanda inqilabi hərəkatın qələbə çalması ilə
həyata keçirildi.
İranın irticaçı hakim dairələri və onların buyruqlarını yerinə yetirən satqın mətbuat yeni bir böhtana əl
ataraq Azərbaycan dilini Fars dilinin şöbəsi adlandırmaqla qəzetlərinin səhifələrində çoxlu hay küy
qaldırdılar. Lakin düşmənlərin bu böhtanları da əvvəlki kimi məğlubiyyətə uğradı.
www.achiq.info
14
S. Pişəvəri düşmənlərin bu böhtanlarına da məntiqi sözləri ilə belə cavab vermişdir:
Azərbaycan dili Fars dilinin şöbəsi deyil, xüsusi bir dildir. Bu dili danmaq həqiqəti danmaq kimidir.
Bizim hərəkatımızın milli xüsusiyyətindən biri dil məsələsi idi. Bizim hərəkatımız dil vasitəsi ilə dünyada
nüfuz və şöhrətə malik ola bildi və dünyaya göstərdi ki, beş milyonluq. bir xalq var ki, o, öz dilində yazıb
oxuyur.
Akademik Mirzə İbrahimov «Ana dili» adlı əsərində sübut edərək yazır ki: «... Əsarət altına düşmüş heç
bir xalq öz milli varlığının və dilinin məhv edilməsinə razı olmamışdır. Belə xalqlar siyasi istiqlaliyyət və
dövlətdən məhrum olduqları halda belə, ölüm dirim mübarizəsindən əl çəkməmiş, öz milli varlıq, milli
mədəniyyət və ana dillərinin saxlanmasına və tərəqqisinə səy etmişlər. Beləliklə ta qədim zamanlardan bəri
ana dili hər xalqın həyat və azadəlik mübarizəsində misilsiz bir silah olmuşdur»
29
.
«Azad millət» qəzeti ana dili haqqında belə yazmışdır: «Azərbaycan xalqının ana dili təzyiqlər altında
olubdur. Lakin o, heç vaxt aradan getməyib, bəlkə kül altından od kimi közərib işıqlanmışdır»
30
.
Azərbaycan millətinin dili. Vətən dilidir.
Bu dil Həsənoğluların, Nəsimilərin, Məhəmməd Füzulilərin, Vaqiflərin yadigar qoyub getdikləri doğma
Azərbaycan dilidir.
Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Möcüz, Mirzə Ələkbər Sabir, C. Cabbarlı və
başqaları öz ölməz əsərlərini doğma Azərbaycan dilində yazıb yaratmışlar.
Sovet Azərbaycanında Azərbaycan xalqı öz dövlətini yaratmış, formaca milli, məzmunca sosialist
mədəniyyətini, ana dilini yüksək dərəcədə inkişaf etdirmişdir. Azərbaycan dilində bütün müasir elmlərə dair
dərs kitabları və elmi tədqiqat əsərləri yaradılmışdır. Azərbaycan dilində yüzlərlə yazıb yaradan alim və
yazıçılar yetişmişdir; 18 ildir ki, Azərbaycanda Elmlər Akademiyası yaradılmışdır. Bunu qeyd etmək
kifayətdir ki, marksizm leninizm klassiklərinin, filosof, alim, şair və yazıçılarının əsərləri Azərbaycan dilinə
tərcümə edilmişdir.
«Azərbaycan» qəzeti həqiqətən Azərbaycan xalqının milli mədəniyyətini, onun keçmiş və hazırkı
inqilabi mübarizə tarixini öz səhifələrində işıqlandıran, onu demokratik və azadlıqsevər mədəni bir millət
kimi dünyaya tanıtdıran xitabət kürsüsü olmuşdur. Məhz buna görə də Azərbaycan xalqı imperializmə,
daxili irtica qüvvələrinə və satqın mətbuatçılara qarşı barışmaz mübarizə aparan «Azərbaycan» qəzetini
özünün doğma mətbuatı, danışan dili, haqq və ədalət carçısı hesab etmiş və edir.
S. Pişəvəri «Azərbaycan» qəzetini yüksək qiymətləndirərək demişdir: «Azərbaycan» qəzeti firqəmizin
dili və milli azadlıq hərəkatımızın atəşin silahı olduğu üçün, onun qızıl səhifələri mübarizəmizin şanlı
səhifələrini təşkil etməkdədir,
Xalqla qırılmaz əlaqə və kütlələrin yaradıcılıq qüvvələrinə, inqilabi əzminə möhkəm inam Azərbaycan
Demokrat Firqəsinin qüdrət mənbəyini təşkil etmişdir. O, mübarizədə bunu əsas tutmuşdur ki, həyatın bütün
nemətlərini yaradan və tarixin əsil yaradıcıları fəhlələr və kəndlilərdir.
«Azərbaycan» qəzeti xalq kütlələrini ölkənin siyasi, iqtisadi və dünyada cərəyan edən beynəlxalq
vəziyyətlə yaxından tanış etməklə bərabər, firqənin hərəkət xəttinin düzgünlüyünü onlara inandırıcı surətdə
başa salırdı.
Azərbaycanda genişlənməkdə olan milli azadlıq hərəkatını boğmaq məqsədi ilə satqın İran dövlətinin
başçısı Sədr yeni bir hiyləyə əl atdı.
O, ömrü boyu İran xalqlarına və ölkənin istiqlaliyyətinə xəyanət etmiş məşhur imperialist casusu Seyid
Mehdi Fərruxi fövqəladə ixtiyaratla Azərbaycana vali təyin etməyə çalışdı.
www.achiq.info
15
Lakin Azərbaycan xalqı imperialistlərin və İran dövlətinin belə bir xəyanətini hələ Şeyx Məhəmməd
Xiyabaninin rəhbərlik etdiyi milli azadlıq hərəkatı dövründə gözləri ilə görmüş və şahidi olmuşdur.
Azərbaycan Demokrat Firqəsi bu xalqın əldə etmiş olduğu inqilabi təcrübələrinə arxalanaraq
düşmənlərin belə bir xəyanətini vaxtında ifşa etdi. Bu münasibətlə Təbriz şəhərində ümumi yığıncaqlar
keçirildi. Azərbaycan xalqı həmin yığıncaqlarda yekdilliklə qəbul etdiyi qətnamə vasitəsi ilə İran dövlətinin
və imperialistlərin yeni fitnəkarlığını və alçaq hərəkətini pislədi və Fərruxinin Azərbaycana vali təyin
olunub gəlməsinə qarşı özünün qəti etirazını bildirdi. Elə bu vaxt Azərbaycanın demokratik mətbuatı
kütlələri sayıq olmağa çağıraraq, düşmənlərin Azərbaycanda böyük bir fitnə yaratmaq fikrində olduğunu
göstərərək, İran irticasına xalqın adından xəbərdarlıq edərək yazırdı ki, belə bir xəyanətin var qüvvə ilə
qarşısını almaq bizim milli və vicdani vəzifəmizdir. Sözünə davam edən qəzet yazır:
«Qoy olsun, Azərbaycan azadixahları bir daha imtahan verməyə hazırdırlar. Lakin bütün dünya
bilməlidir ki, bu qanlı səhnəni açan nalayiq və yaramaz ünsürlərdən təşkil tapmış Tehran hökuməti və on
dördüncü məclis başçılarıdır»
31
.
Qəzet «Çağırılmamış qonaqlar bilməlidirlər» adlı baş məqaləsində bu haqda Azərbaycan xalqının
Tehran irticasına cavabını belə ifadə etmişdir:
«Unutmasınlar ki, Azərbaycan İsfahan, Yəzd və Kirmana bənzəməz. Xalq azadlığa əlaqəmənddir,
yonca yeyib aldığı qanun əsasını hifz edəcək, məşrutənin pozulmasına yol verməyəcəkdir»
32
.
Sözünə davam edən qəzet Tehran hökumətinə xalqın adından deyir ki, qələm azadlığına, vicdan və
əqidə azadlığına, ictimai və cəmiyyət azadlığına toxunmaq olmaz. O, xalqın namusudur. Buna əl atanların
əlləri kəsilər və özləri məhv olarlar.
İran böyük bir məmləkətdir. Onun təbii sərvəti on beş milyonluq deyil, əlli, bəlkə yüz milyonluq bir
əhalinin həyatını təmin edə bilər.
Lakin Tehranın başçıları vilayət və əyalət əhalisi üçün haqq həyat qail deyillər. Onlar özlərini əşrəf
məxluqat hesab edirlər.
Belə bir hal İran dövləti ilə xalq kütlələri arasında böyük uçurumun və barışmaz ziddiyyətin mövcud
olduğunu bir daha isbat edir.
«Dövlətin qüdrəti xalqın ona olan meyl və rəğbətindən asılıdır. Xalqa əsaslanmayan bir hökumət
dahilərdən belə təşkil olunarsa, yaşaya bilməz, yaşasa da məmləkəti və milləti fəlakətə düçar etməkdən.
başqa bir nəticəyə yetişməyə qadir olmaz»
33
.
Zor və süngüyə arxalanan İran dövlətinin uzun zaman davam gətirməyib, xalq kütlələrinin mübarizəsi
nəticəsində alt üst ediləcəyini «Azərbaycan» qəzeti qabaqcadan xəbər verərək yazırdı: xalqın məhəbbəti və
əlaqəsi olmadan xalqın düşməni sayılan bir hökumət tez gec rüsvayçılıqla yıxılmağa məruz qalar. Bu,
ictimai və təbii bir qanundur.
Qəzet xalq kütlələrinin dövlətin işlərində yaxından iştirak etməsinin zəruriliyini və onun İran xalqları
üçün əhəmiyyətini qeyd edərək göstərir ki, biz bunların hamısını düşünüb nəzərə alaraq, xalqın hökumət
işlərinə yaxınlaşdırılmasını irəli sürüb milli bir dövlətin əncümənlər vasitəsi ilə yaranmasını tələb edirik.
Lakin İran dövləti Azərbaycan xalqının haqq sözünə və qanuni tələblərinə qulaq asmır, silah gücü ilə
xalqın azadlıq səsini boğmağa çalışırdı.
İran dövlətinin və irticai dairələrin siyasətini ifşa edən «İqdam» qəzeti yazır:
Əgər ölkənin hər bir məqamı yalnız İranı nəzərdə tutsaydı və ölkənin bütün məsələlərində haqq, ədalət,
intizam və məsləhətin ziddinə getməsəydi, Azərbaycanın işi bu yerə çatmazdı. İndi etiraf edirlər ki,
www.achiq.info
16
Azərbaycan İranın başıdır. Dünən İranın başını daşla əzirdilər. Azərbaycan xalqın nalə və fəryadları bir yerə
çatmırdı.
Bəs bu gün nə üçün Azərbaycan xalqını ox, qalxan və süngünün hədəfi etmək istəyirlər
34
?
Jandarmlar və irticai ünsürlər açıqdan açığa demokratik qüvvələrə qarşı hücuma keçdilər.
«Azərbaycan» qəzeti irtica ünsürlərinə xəbərdarlıq edərək göstərirdi ki, iyirminci əsrdə xalqın malına,
canına və namusuna təcavüz etmək olmaz. Dağ basmaq və şallaq altında öldürmək, ağız tikmək, dodaq
kəsmək zamanı keçmişdir. Jandarmlar unutmasınlar ki, firqə üzvünü təhqir etmək, firqə binasına yaxın
düşmək olmaz.
Qəzet ölkədə hərcmərclik yaradan, xalqların qanını axıdan İran dövlətinin yeritdiyi siyasəti ifşa edərək
deyir: Qoy bütün dünya bilsin ki, Asiyayi despotizm (istibdad) ruhu ilə ruhlanan mərkəzi hökumət
məmləkəti sülh və əmin amanlıq yolu ilə idarə etməyə qadir deyildir. Qoy bütün dünya bilsin ki, Azərbaycan
xalqı bu cinayətkar dövlətin qara siyasəti nəticəsində nə qədər bəlalar çəkmiş və nə səbəbə özünü idarə
etmək üçün çarə axtarmağa başlamışdır
35
.
Ərdəbil nümayəndəsi Lənkərani İran məclisində çıxış edərək Azərbaycan xalqının haqlı tələblərini
müdafiə etmiş və demişdir:
«Siz ləcbazlıq edir, açıqdan açığa İrana xəyanət edirsiniz. Siz Azərbaycanın istədiklərini vermək və
haqq sözlərini eşitmək əvəzində, oraya top, fişəng və sərnizə göndərirsiniz»
36
.
Kirmanşahda nəşr edilən «Bistun» qəzeti Azərbaycan Demokrat Firqəsinin proqramını və burada irəli
sürülən ictimai, siyasi, iqtisadi məsələlərin düzgün olduğunu təsdiq edir və Azərbaycan xalqının haqlı
tələblərini müdafiə edərək yazır: «Azərbaycan» deyir: xalqın və ölkənin müqəddəratını gərək xalq özü
müəyyən etsin. Azərbaycan xalqı zəhmət çəkdiyi halda onun öz mənafeyinə uyğun olan hər bir ictimai
islahat keçirməkdə haqqı olmalıdır. Azərbaycanlı öz doğma dilində yazıb oxumaqda azad olmalıdır.
Azərbaycan xalqının çəkdiyi zəhmətlərin nəticəsi paytaxtda ali qəsr və binaların tikilməsinə sərf
edilməməlidir. Bütün bu tələblər muxtariyyətin mənasıdır ki, tam aydınlığı ilə firqə məramnaməsində öz
əksini tapmışdır. Azərbaycan uca səslə deyir ki, İran xalqları milli hökumət tələb edirlər və
müstəmləkəçilərin qulaqlarına çatdırırlar ki, nə tək Azərbaycan, bəlkə bütün İran hürriyət istəyir»
37
.
Tehranda nəşr edilən «Fərman» qəzeti Azərbaycan Demokrat Firqəsinin yaranması zərurətini irticai İran
dövlətlərinin Azərbaycan xalqına etdiyi zülm və təzyiqin nəticəsi kimi qiymətləndirərək yazır ki, biz təşxis
vermişik ki, Demokrat Firqəsi Azərbaycan xalqının sevdiyi və böyük əlaqə bəslədiyi bir milli firqədir ki,
İran irticasının zülm və təzyiqi nəticəsində meydana gəlmişdir. Biz inanırıq ki, Azərbaycan xalqının tələbləri
haqlıdır. Biz hökmən bilirik ki, onlar da bizim kimi Azərbaycanı İranın ayrılmaz hissəsi hesab edirlər və İran
xalqlarının birgə köməyi ilə bu əsarətə son qoyacaq və İranı imperialistlərin nökərləri olan irticaçıların
əlindən nicat verəcəklər
38
.
Azərbaycan xalqının bu haqlı tələblərini nəinki İranın demokratik mətbuatı, hətta dünyanın sülhsevər və
vətənpərvər xalqları da ürəkdən alqışlayıb təsdiq etdilər. Fransa Kommunist Partiyasının və Fransa xalqının
sevimli rəhbərlərindən Marsel Kaşen bu münasibətlə «Hümanite» qəzetində yazmışdır: Azərbaycanlılar
Tehran hökumətinin onlara təhmil etdiyi tamamilə feodal qəyyumçuluğundan əzab çəkirlər. Həmçinin
onların milli ənənələrinə hörmət edilməsini arzu etmələri təbii deyilmi?
Azərbaycanlılar istəyirlər ki, onlara İranın daxilində muxtariyyət verilsin, iqtisadi və maarif proqramları
geniş həyata keçirilsin
39
.
Lakin məclisdə xalqın həqiqi nümayəndələrinin yerlərini tutmuş xain ünsürlər hay küy salaraq dövlətə
təzyiq göstərməklə, onu Azərbaycan xalqının haqlı tələblərini və xalqın demokratik hərəkatını boğub aradan
www.achiq.info
17
aparmağa təhrik edirdilər.
«Azərbaycan» qəzeti irticai ünsürlərin qaldırdıqları hay küyün səbəbini belə izah edir:
«Onların dad fəryadı təbiidir, çünki süd verən Azərbaycan adlı inəkləri artıq onlara süd vermək istəmir.
Südünü öz əziz balasına sərf etmək istəyir»
40
Lakin Azərbaycan xalqı irticanın bütün vəhşiliyinə, əzab və işgəncələrinə dözərək doğma firqəsinin
bayrağı altında, onun şüarlarını həyata keçirmək uğrunda mübarizəsini ardıcıllıqla davam etdirirdi.
Bir tərəfdən, Azərbaycan Demokrat Firqəsinin qüdrəti, digər tərəfdən, Azərbaycan və İran xalqlarının
milli istiqlaliyyət uğrunda demokratik hərəkatın əzəmətli gücü ölkədə birtərəfli siyasət yeridən Sədr
hökumətinin əsasını sarsıtdı və nəticədə İranın irticaçı dövlət kabineti süqut etdi. Beləliklə, Fərruxinin
Təbrizə gəlmək məsələsinin puça çıxması, firqənin gündəlik işlərdə irəliləməsi Tehran mühitində şiddətli
qorxu yaratdı. Nəticədə əl ayağını itirmiş məclis mürtəceləri Sədri iş başından kənar etdilər.
Tehranın Demokratik mətbuatı Azərbaycan xalqının haqlı tələblərini müdafiə edir və İran dövlətinin
irticai mahiyyətini və yeritdiyi xalqa zidd siyasətini kəskin surətdə pisləyirdi.
Tehranda nəşr olunmuş «Ərəs» qəzeti yazır:
Gözləyirlər ki, Azərbaycan xalqı hökumət orqanlarının törətdiyi saysız hesabsız cinayətlərinin əvəzində
sükut edib desin: Biz qolu bağlı quluq, bizi nə qədər istəsəniz təhqir edin, sağın, kef çəkin, bizim üçün isə
xərabəliklər kifayətdir
41
.
Tehranda nəşr edilən «Nicati İran» qəzeti öz məqalələrində İran dövlətinə sübut edib göstərir ki:
«Azərbaycanda Demokrat Firqəsinin təşkili sizin işlərinizin əks sədasıdır, yaramaz iş xoşa gəlməyən nəticə
verər. Bu xoşa gəlməyən işlər sizin kimi sillə vuranların zövqündən doğur. Sillə yeyənlər sona qədər
dözməyəcəklər. Bunu bilməlisiniz ki, sillə vurmağın sillə yeməyi də vardır»
42
.
Həmin qəzet sonra yazır:
«Azərbaycanda Demokrat Firqəsinin təşkil edilməsi İran xalqının həqiqi məşrutəni bərpa etmək, İranın
azadlığını, istiqlaliyyətini, bütövlüyünü əldə etmək üçün başlanmış hərəkatın bir dalğasıdır»
43
.
Qəzet başqa bir nömrəsində Tehranın Azərbaycanı parçalayıb, soyub, qarət etdiyini göstərərək yazır:
«Pantehranizm Azərbaycana tamamilə süpürgə çəkmiş və orada işə yarayacaq bir şey qoymamışdır. Xalq
yaşamaq istəyir. Şəhərdə yaşamaq üçün səhiyyə, məktəb, institut, universitet və minlərlə digər şeylər
lazımdır ki, bunların da heç biri Azərbaycanda yoxdur. Orada vəziyyət belədir. Bəlkə min dəfə bundan da
pisdir. Demokratların əsas qanuna uyğun olaraq əyaləti və vilayəti əncümənlərin təşkil edilməsi tələbləri
qanunsuz və yersiz deyildir»
44
Tehranda nəşr edilən «Müzəffər» qəzeti isə Azərbaycan xalqının etirazının səbəbini İran dövlətinin illər
boyu istibdad üsuli idarəsinin və onun yeritdiyi milli zülm siyasətinin nəticəsi bilib yazmışdır ki, iyirmiillik
irticai siyasətin Azərbaycana bir şey vermədiyi bir yana dursun, Azərbaycanda nə varsa, hamısını bu xalqın
və bu yurdun sərvətini, məhsulunu da əlindən almışdır
45
.
Azərbaycan xalqının dözülməz və ağır vəziyyətini qəzet belə təsvir edir:
«Dövlətin təzyiqi və yoxsulluq elə bir dərəcədə artmışdır ki, yüz, minlərlə azərbaycanlı bir tikə çörək
qazanmaq üçün öz doğma yurdunu, ailəsini, evini və uşağını tərk edib iş axtarmaq üçün İranın başqa
şəhərlərinə getməyə məcbur olurdu. Siz bu gün belə lüt, ayaqyalın minlərlə azərbaycanlı balalarının
Tehranın küçələrində və divarlar dibində yatdıqlarını görərsiniz»
46
.
Müəllif məqaləsində irəli sürdüyü mühakimədən məntiqi nəticə çıxararaq son sözünü belə ifadə edir:
www.achiq.info
18
«heç kim azərbaycanlıların istedadını, qabiliyyətini və çalışqanlığını inkar edə bilməz. Bütün bu istedad və
qabiliyyətin qarşısında Azərbaycanın özünün nəyi vardır? heç nəyi»
47
.
Azərbaycan xalqı bütün bu məhrumiyyətlərə mərdliklə sinə gərərək, müstəmləkə zəncirini qırmaq
uğrunda, demokratiya və azadlıq yolunda İran xalqları ilə birlikdə şanlı mübarizəsini ardıcıllıqla davam
etdirir.
«Azərbaycan» jurnalı bu bərədə yazır:
İran Azərbaycanında yaşayan azərbaycanlıların tələbi çox aydın və sadədir. Onlar artıq hüquqsuz
yaşamaq istəmirlər. Onlar vahid bir millət kimi ayağa qalxıb dünyanın demokratik millətlərini nümunə
göstərib, bu millətlər kimi öz talelərinin ağası olmaq istəyirlər
48
.
Təbriz şəhəri həmişə Azərbaycan və İran inqilabının beşiyi olduğu üçün, Azərbaycan Demokrat Firqəsi
yarandığı gündən Təbriz, buradakı karxana və fabriklərdə işləyən, azadlıq hərəkatının ön sıralarında gedən
fəhlə sinfinə, habelə fəhlə sinfinin müttəfiqi olan kəndlilərə böyük əhəmiyyət vermiş və onların mənafeyi
uğrunda çalışmışdır. Bu münasibətlə «Azərbaycan» qəzeti yazır ki, Təbriz şəhəri Azərbaycanın düşünən
beyni və görən gözüdür. Onu ciddi mühafizə edib qorumaq lazımdır. Biz heç zaman millətimizin
əksəriyyətini təşkil edən zəhmətkeşləri unuda bilmərik. Onların mənafeyini təmin etmək üçündür ki, biz
milli, mütərəqqi və demokratik bir rejim yaratmaq şüarı ilə çalışırıq. Kəndlilər isə bizim dönməz üzümüz və
bükülməz qollarımızdır. Ona yüzdə yüz inanıb bel bağlaya bilərik
49
. Sonra qəzet yazır: «Özünü yarım
milyon riyala satan Tehran mətbuatı bilməlidir ki, İranın həqiqi sahibi onun fəhlələri, kəndlisi və
vilayətlərdə yaşayan sair zəhmətkeşləridir. Bu qüvvələri nəzərə almayıb, onların ehtiyacını təmin etməyə
qadir olmayan bir dövlət yaşamağa qadir ola bilməz»
50
.
İranın xəyanətkar 14 cü məclis nümayəndələrinin vəkalət müddəti qurtarmışdı. Yeni məclis seçkiləri
başlanmalı idi. Bir tərəfdən də ölkədə yaranmaqda olan siyasi firqə və cəmiyyətlərin varlığı və onların
mübarizəsi İranın irticai hakimiyyətini sarsıdırdı. İran dövləti və onun ağaları olan imperialistlər bunu yaxşı
bilirdilər ki, belə bir şəraitdə seçki başlanarsa, azadixahlar məclisdə böyük mövqe tuta bilərlər.
Azərbaycan Demokrat Firqəsi İran xalqlarının mənafeyini nəzərə alaraq 14 cü məclisi irticaçı bir məclis
kimi tanıyıb, onun verdiyi qanunları etibarsız sayır, 15 ci məclis seçkilərinə başlamağı özünün milli
vəzifələrindən biri hesab edərək, bu yolda xalqı hazırlaşmağa dəvət edirdi.
Qəzet seçki kompaniyası münasibəti ilə geniş təbliğat işi apararaq göstərirdi ki, demokratizmin həqiqi
mənası xalq hakimiyyətidir.
Bu münasibətlə qəzet yazır ki, seçki fərmanını xalqımız özü verməlidir. Burada tək azərbaycanlıların
deyil, bütün İran xalqlarının ölüm dirim məsələsi həll olunur. Ona görə biz seçkini başlamalı və onu sona
çatdırmalıyıq. Həm də bizim firqəmiz ümumi millətin dövlət quruluşunda və qanunvericilik məclisində
iştirak etməsini təmin etməlidir.
Qəzet sonra yazır ki, qoy Tehran mürtəceləri xalq tərəfindən seçilən vəkillərimizi qəbul etməsinlər.
Biz İranın ayrı ayrı yerlərində də bu işin başlanmasını ümid edirdik. Lakin, görünür, həmişə olduğu
kimi, birinci qədəmi götürmək Azərbaycanın öhdəsinə düşmüşdür. Olsun, bu iftixarlı işi də biz başlarıq.
Azərbaycan Demokrat Firqəsi xalqı mübarizəyə çağıraraq göstərirdi ki, siyasi qüdrət əncümənlər və
məclis nümayəndələrinin azadixah və demokrat şəxslərdən seçilməsi ilə qazanıla bilər. Bunu heç bir firqə
üzvü unutmamalıdır. Partiyanın bu göstərişi onun orqanında öz əksini taparaq belə ifadə edilirdi:
«Bu gündən etibarən firqə siyasi qüvvə kəsb etmək yolunda mübarizə edir. İkinci dövrənin şüarları
böyük mitinqlər, geniş konfranslar vasitəsi ilə əncümənlər və məclis seçkisinin mənasını xalqa anladıb onları
bu yolda mübarizəyə hazırlamaqdan ibarətdir»
51
.
www.achiq.info
19
Partiyanın belə bir mövqeyinin, xətti hərəkətinin düzgünlüyünü Pişəvəri öz əsərində belə izah etmişdir:
«Bu günədək biz dağa doğru çıxırdıq, dağın arxasını görmədiyimiz üçün özümüzü yora bilməzdik. çünki
çıxdığımız dağın arxasında mühlik (öldürücü — M. R. Vilayi) və ya yüksək bir dağ dəxi ola bilərdi. İndi isə
biz dağın qülləsinə. çatmağa müvəffəq olmuşuq. Onun arxası isə gözümüzün qarşısındadır. Onu enmək üçün
qarşıda olan müşkülatı dəxi rəf etmək qüdrətimiz vardır. Artıq dayanmaq olmaz. Xalqı mitinqlər, nümayişlər
vasitəsi ilə başa salıb həyəcana gətirməliyik»
52
.
İmperialistlərin siyasi fırıldaqçılıqda Sədrdən daha mahir və qəddar olan İbrahim Həkimini İranın dövlət
başçısı keçirməsi milli demokratik qüvvələrə qarşı hücumu qüvvətləndirmək qəsdini güdürdü. Bu zaman
irticai qüvvələr şəhər və kəndlərdə vəhşicəsinə hücuma keçirdilər.
Jandarm və mülkədarların Azərbaycanın şəhər və kəndlərində törətdikləri vəhşilikləri «Azərbaycan»
qəzeti 47 ci nömrəsindən ardıcıl olaraq dərc etməyə başlayır. Soltan kəndində, kəndin mülkədarı tərəfindən
iki yaşında məsum bir uşağın öldürülməsi, Ərdəbildə, Meşkin şəhərdə, Qoşabulaq və Xanbulaqda, Əhərdə
jandarmların günahsız kəndliləri öldürmələri qəzetin səhifələrində əks edilmişdir.
Jandarmların və mülkədarların zülmündən cana gəlmiş kəndlilərin qəzetə göndərdikləri şikayət
məktublarının birində deyilir:
«Biz kəndlilər sizdən xahiş edirik bizim dərdlərimizi, müsibətlərimizi qəzetdə yazasınız. Qoy tamam
camaat bilsin ki, biz kəndlilərin başına bu canilər nə oyunlar gətirir və bir dəstə xan, bəylərin zülmündən ah
naləmiz göyə dayanmışdır. Hər gün bir bəhanə ilə biz günahsız kəndliləri qarət edib arvad uşaqlarımızı əsir
edirlər. Bu soyğunçuların zülmündən cana gəlmişik. Biz kəndlilərin əllərini əkindən, cütdən çıxarmışlar.
Bizləri öz yerimizdən çöllərə, dağlara didərgin salmışlar.
Aman Qasım xan və onun nökərlərinin əlindən!
Aman Abdulla xanın və atlılarının əlindən, əl aman.
Bir xahişimiz var. O da budur ki, təvəqqə edirik bu canilərin, bu əşrarların və bu qaniçən əmniyyələrin
şərrini bizim başımızdan rədd edin. İmza: bir dəstə kəndli»
53
.
Daha bıçaq sümüyə dayanmışdı. Firqə xalq kütlələrini yeni şüarlarla qəti mübarizə aparmağa çağırırdı.
Beləliklə, «Azərbaycan» qəzeti firqənin yeni taktikasının həyata keçirilməsi uğrunda mübarizə apararaq
xalqı qiyama və əməli mübarizəyə çağırır.
Firqə mətbuatı xalqa müraciət edərək göstərir ki, biz radioların və onların müxbirlərinə deyirik ki,
buyursunlar məclis şurayi millinin və daxilə nazirliyinin dəftərlərinə baxsınlar və həm də azadixah
qəzetlərin idarələrində Azərbaycan xalqının ərizələrini görsünlər ki, bu dörd il müddətində bu diyarın
şəhərlərindən onlara neçə min teleqram göndərilmiş və onların bir neçəsinə də olsa cavab verilibmi?
Qəzet çox haqlı olaraq yazır ki, bir və ya iki gün idarəmizə gəlib bu ərizələri gətirən azərbaycanlıların
üzlərinə baxasınız, onda bizim qəlbimizin yandığı və vicdanımızın üsyan etdiyinin səbəblərini anlarsınız
54
.
Qəzet özünün «Karlar eşitsin və korlar da görsün» adlı baş məqaləsində İran dövlətinin Azərbaycanda
yeritdiyi qanlı siyasətini ifşa edərək göstərir ki, Sərdərudda barbarlar dövrünün ağır vəhşiliyini andıran,
cavan uşaqların budlarına dağ basmaq əfsanə deyil, həqiqətdir. Bu həqiqəti örtüb basdırmaq üçün İran
dövləti «Azərbaycan» qəzetinin Tehranda yayılmasını qadağan edir və beləliklə də xalqın gözünü bağlayıb,
qulağını kar saxlamaq istəyir.
Lakin qəzet xalq kütlələrinin mübarizə yolunu işıqlandırır və onlarda qələbəyə olan inamı
möhkəmləndirirdi.
Azərbaycanın şəhərlərində xırda fabrik və zavodlar bağlanmış, minlərlə fəhlələr küçəyə atılmışdı.
www.achiq.info
20
Azərbaycanda iqtisadi böhran yaratmaq məqsədi ilə mürtəce tacirlər Azərbaycanın bol məhsulunu: yağ,
taxıl, ət və başqa məhsulları Tehrana çəkib aparırdılar. İrticanın belə bir hərəkəti xalq kütlələrinin qəzəbini
daha da artırırdı.
Firqə ölkənin iqtisadi, siyasi vəziyyətini, düşmən sıralarında mövcud olan çaşqınlığını, inqilabi
qüvvələrin hər an artmaqda olan fəallığını və inqilabi coşqunluğunu nəzərə alıb düşmənin hücumüna,
jandarm, polis və dövlət məmurlarının özbaşınalığına qarşı qəti tədbirlər gördü. Bu tədbirlər sırasında
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin 1945 ci il 7—8 noyabr tarixli plenumunun qərarı
mühüm əhəmiyyətə malikdir. Həmin plenum ölkədə mövcud siyasi vəziyyəti diqqətlə nəzərdən keçirdikdən
sonra fədai dəstələrinin yaradılması, 15 ci məclisə, əyalət və vilayətlərdə əncümənlərə dərhal seçkilərə
başlanması, şəhər və kəndlərdə geniş mitinqlər keçirilməsi və s. haqqında qərar qəbul etdi.
Demokratik hərəkat daha sürətlə inkişaf etdi. Azərbaycanın hər tərəfində mitinqlər, nümayişlər baş
verdi. Bu izdihamlı mitinqlərdə xalq firqənin irəli sürdüyü şüarlar ətrafında müvafiq qərarlar çıxarırdılar.
Bu münasibətlə «Azərbaycan» qəzeti «Böyük xalq yığıncaqları» adlı baş məqaləsində yazır ki, böyük
milli hərəkat artıq başlanmış, azadlığı təmin etmək yolunda meydana qoyulan şüarların icrası gəlib
çatmışdır. Xalq çox açıq bir surətdə əyalət və vilayət əncümənlərinin təşkilini tələb edir, qanun əsasımızın
pozulmasına yol verməmək üçün 15 ci məclis seçkilərinin başlanmasını istəyir. İndi Azərbaycanda davam
edən mitinq və nümayişlərin mənası budur.
Beləliklə, demokratik hərəkat dalğası bütün Azərbaycanı bürüdü. Bu vəziyyət bütün İrana təsir göstərdi.
Gilan, Mazandaran, Cənub neft mədənləri və Tehran hərəkətə gəldi. İranın bir çox yerlərindən demokratik
ünsürlər Azərbaycana axıb gəlir, bəziləri fədai dəstələrinə, bəziləri firqə sıralarına daxil olurdular.
Dövlət məmurlarının kəndlərdə törətdikləri vəhşilikləri ifşa etmək məqsədi ilə, Azərbaycan Demokrat
Firqəsinin Azərbaycandakı demokratik dövlətlərin diplomatik məmurlarına və İran dövlətinə göndərdiyi
1945 ci il 16 noyabr tarixli açıq məktubunu Təbrizdə çıxan demokratik mətbuat və İranın demokratik
qəzetləri nəşr edərək beş milyonluq bir xalqın haqq səsini dünyaya çatdırdı.
«Azərbaycan» qəzeti bu münasibətlə yazır ki, lakin özlərini Port Artur qalasının fatehi hesab edən
jandarm rəisləri, kor tutduğunu buraxmayan kimi, əlsiz ayaqsız kəndlilərlə vəhşicəsinə rəftarlarını daha da
şiddətləndirib, onların mal, can və namusuna təcavüz etməkdən əl götürmədilər. Nəhayət, bıçaq sümüyə
dayanıb kəndlinin tab və tavanı kəsildi. İndi buyurub əkdikləri toxumun səmərəsini dərsinlər. Daha sonra
qəzet yazır: «Miyanadan, Sərabdan və Marağadan gələn xəbərlərdən məlum olur ki, cana doyub vəhşətlərə
təhəmmül edə bilməyən kəndli intiqam silahı ilə qiyam etmişdir. Qiyamçıların hədəfi cəlladların silahını alıb
kəndlərdən qovmaqdır»
55
.
Bütün Azərbaycanın şəhər və kəndlərində təşkil tapan böyük mitinqlərdən seçilmiş nümayəndələr
Təbriz şəhərinə gələrək, xalq konqresini təşkil verməyə başladılar. Çıxarılan qərarları imza edənlərin sayı
yüz mindən artıq idi.
Azərbaycan xalq konqresi, Azərbaycanda inqilabi əhvali ruhiyyənin mövcud olduğu tarixi bir şəraitdə,
xalq yığıncaqlarından seçilmiş 700 nümayəndənin iştirakı ilə 1945 ci ilin noyabr ayının 20 də Təbriz
şəhərində keçirildi.
Nümayəndələrin arzu və təkliflərinə uyğun olaraq konqres özünü müəssisan məclisi adlandırdı və
Azərbaycan xalqının ali hakimiyyət orqanı kimi hərəkət edəcəyini elan etdi.
S. C. Pişəvəri beynəlxalq vəziyyəti və İranın daxili vəziyyətini geniş təhlil edərək göstərdi ki, azadlıq və
demokratiya uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının çıxış yolu ancaq xalq üsyanındadır.
Azərbaycan xalqı öz müqəddəratını öz əlinə almayınca milli zülm, ehtiyac və məhrumiyyət nə
Azərbaycandan və nə də onun əməksevər, mübariz xalqından uzaq olmayacaqdır. Pişəvəri həmin tarixi
www.achiq.info
21
nitqində dedi ki, Azərbaycan xalqı İranın sərhədləri daxilində yaşamalıdır. Bu o demək deyildir ki, onun
adab ənənəsi, dil və hüququ olmasın.
Biz, məclis şurayi milliyə öz nümayəndələrimizi göndərəcəyik. İranda yaşayan başqa millətlər də bizim
qardaşlarımızdır. Lakin bizə ixtiyar verilməlidir ki, biz öz evimizin sahibi olaq, onu istədiyimiz kimi idarə
edək. Biz indi muxtariyyət alıb bununla da öz səadətimizi qurduqda, məmləkətimizi abad etdikdə İranın
başqa əyalətləri də bizim bu yaxşı. işimizdən dərs alacaqlar. Bizim milli qüdrət milli qüvvəmiz olmalıdır.
Azadlığı alarlar, onu verməzlər. Əgər bizim xalqımızın qabağına silahla çıxsalar, qoy bu milli konqres öz
milli mahiyyətini müdafiə etmək üçün cavanların silahlı qüvvələrini yaratsın.
Xalq konqresi məruzədə irəli sürülən bütün məsələlərə yekdilliklə tərəfdar oldu və onun əsas
müddəalarını qərar layihəsinə daxil etdi. Xalq konqresi Azərbaycan xalqının milli istiqlaliyyət, azadlıq və
demokratiya uğrunda beynəlxalq imperializmə, istibdad üsuli idarəsinə və daxili irtica qüvvələrinə qarşı
apardığı inqilabi mübarizə tarixində şanlı səhifələr açdı.
Xalq konqresi Azərbaycanda xalq hakimiyyətinin yaradılmasını, qəbul olunmuş qərarların əməli olaraq
həyata keçirilməsini və milli məclisə seçkilərə başlamaq işini, Pişəvəri başda olmaqla, 39 nəfərdən ibarət
seçilmiş milli heyətə tapşırdı və bu işləri müvəffəqiyyətlə yerinə yetirmək üçün ona tam ixtiyar verdi.
Xalq konqresi Azərbaycan milli məclisinə seçkilərin keçirilməsi haqqında 46 maddədən ibarət
demokratik seçgi nizamnaməsini təsdiq etdi. Həmin nizamnamə qadınlara kişilərlə bərabər seçib seçilmək
hüququ verməklə yanaşı, seçkilərin tam demokratik əsasda gizli, bərabər və müstəqim aparılmasını
tamamilə təmin edirdi.
Qeyd etmək lazımdır ki, xalq konqresinin seçdiyi milli heyət Tehranı gözləmədən Azərbaycan xalqının
muxtariyyətini təmin etməyi öz qarşısına əsas bir vəzifə kimi qoydu və bu sahədə bir sıra tədbirlər gördü.
Azərbaycan xalq konqresi tərəfindən seçilmiş milli heyət faktiki olaraq Azərbaycan xalqının iradəsini təmsil
edən müvəqqəti inqilabi hökumət idi. Məhz buna görə də, demək olar ki, 1945 ci ilin noyabr ayının
axırlarından etibarən Azərbaycan xalqının apardığı azadlıq mübarizəsinin gedişində xüsusən bir vəziyyət,
ikihakimiyyətlilik yaranmış oldu. Bunlardan biri İran dövlətinin Azərbaycandakı xalqa zülm edən irticai
dövlət aparatı, digəri isə xalqın iradəsini təmsil edən və xalq konqresi tərəfindən seçilmiş inqilabi milli heyət
idi. Bu ikihakimiyyətlilik 21 Azərə qədər (1945 ci il dekabrın 12 nə qədər) davam etdi. Bu münasibətlə
Pişəvəri demişdir ki, xalq konqresi tərəfindən seçilmiş bu heyətə (milli heyətə — M. R. Vilayi) daşıdığı
vəzifəyə görə müvəqqəti hökumət adı vermək olar, çünki iyirmi gün tamam Azərbaycanda xalqın əmniyyət
və asayişini qorumaq bu heyətin ixtiyarında idi.
Elə bu zaman Tehranın rəsmi dairələri İranın keçmiş başnaziri Bayatı Azərbaycana vali göndərib
Azərbaycanın milli heyəti ilə danışığa girməyi ona tapşırdı. Lakin onun Azərbaycan xalqının istək və
arzularını həll etməkdə heç bir hüququ yox idi. Müzakirələrin birinci günündən aydın oldu ki, o, vaxt
qazanmaq və Azərbaycan xalqını aldatmağa can atır.
Demokratik mətbuat düşmənlərin hiylələrini və çəkdikləri planlarını alt üst edərək yazırdı ki, Tehran
hiyləgərliklə xalqımızı aldatmağ üçün bizə yaxşı bir vali göndərməyi və şirin vədlər verməyi irəli sürmüşdü.
Bir tərəfdən, sərhəng Vərəhramlar, Pərvizilər və Zəngənələr vasitəsi ilə kənd və şəhər əhalisini əzir, döyür,
ayaqdan salırdılar. O biri tərəfdən, mülayiməti ilə məşhur olan Hüssam Sultan Bayatı vali təyin edib ona
tapşırırdılar ki, hərəkat başçıları ilə saziş etsin, xalqın gözündən pərdə asmaq üçün böyük islahat vədləri ilə
işə başlasın
56
.
Hiylələrinin və ovuclarının açıldığını görən və xalqın şiddətli qəzəbi ilə qarşılanan Bayat biabır olaraq
Tehrana qayıtmağa məcbur oldu.
Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında xalq konqresinin qəbul etdiyi qərarların yerinə
yetirilməsi ilə bir zamanda silahlı fədai dəstələri də kəndlərdə və şəhərlərdə jandarmların silahını alaraq
onları, şəhər və kəndləri bir birinin ardınca özlərinə təslim edirdilər.
www.achiq.info
22
Azərbaycanın fəhlə və kəndli siniflərinin və bütün vətənpərvər milli qüvvələrin iradəsini təmsil edən
xalq konqresi Azərbaycan milli məclisinin yaradılması tələbini belə bir tarixi ictimai zərurətə görə
əsaslandırdı ki, imperializm və İran irticaçıları Azərbaycan xalqının qanı bahasına əldə edilmiş məşrutənin
demokratik əsaslarının həyata keçirilməsinə, əyaləti və vilayəti əncümənlərin yaradılmasına hər vasitə ilə
mane olmuş və bu hüquqları bərpa etmək uğrunda başlanan azadlıq hərəkatını vəhşicəsinə boğmuşlar. Məhz
buna görə də Azərbaycan xalqı öz qüdrətinə arxalanaraq , Tehranın irticaçı hakim dairələrinin məsləhətini
gözləmədən və onların müdaxiləsinə yol vermədən öz iradəsi ilə öz milli hakimiyyətini təmin etməlidir.
Həm də xalq konqresi müəyyən etdi ki, Azərbaycan xalqı məşrutəyə istinad etməklə, onun demokratik
əsaslarını müasir dövrün Tələblərinə uyğun şəkildə genişləndirərək, özünün milli muxtariyyət hüququnu
həyata keçirmək üçün əyaləti əncümən əvəzinə Azərbaycan milli məclisinin yaradılmasını məqsədəuyğun və
zəruri hesab edir.
Firqə və milli heyət bütün təbəqələrin demokratik və vətənpərvər nümayəndələrini milli məclisə seçmək
şüarını irəli sürürdü. Xalq kütlələri firqənin çağırışını böyük ruh yüksəkliyi ilə qarşıladılar. Məclis seçkiləri
misilsiz siyasi fəallıq şəraitində keçirilirdi. Bütün firqə üzvləri və bitərəflər firqənin göstərdiyi namizədlərə
səs verdilər, Bu o demək idi ki, firqə xalqın məhəbbət və etimadını qazandığına görə, xalq onun siyasətinə,
onun şüarlarına səs verirdi. çünki işimiz xalq işi olduğu üçün xalqın göstərdiyi hüsn təvəccöh bizim üçün
böyük qələbə hesab olunmalıdır.
Möhkəm qalalar və yıxılmaz səngərlərin hamısından möhkəm xalqın ürəyidir. Ürəkləri fəth edən
qüvvələrin müqabilində heç bir qala müqavimət edə bilməz. Firqəmiz xalqın ürəyini fəth etmişdir. Bunu
məclis seçkilərimiz isbat etdi.
«Xalq bizimlədir» adlı baş məqaləsi ilə qəzet Azərbaycanın milli məclisinə seçgilər haqqında yazır ki,
milli məclisə seçkimiz xalq tərəfindən çox ciddi istiqbal olundu. İkinci gündə şəhərimizdə yeddi mindən
artıq rəy verildi.
Xalq öz milli iradəsini mərkəzləşdirmək üçün saatlarla seçki sandıqlarının qabağında növbəyə durur və
seçgi bülleteni aldıqdan sonra özünü xoşbəxt hesab edib onu qoynuna qoyur, birinci məclis milli seçkisində
şirkət etmək iftixarını övladı üçün yadigar saxlayır.
Beləliklə, Təbriz şəhərində hesablayıcı komissiyanın nəticələri milli məclis seçkilərinin son 6 cı günü
mətbuat səhifələrində dərc edildi, yəni Azərbaycan milli məclis seçkisi noyabr ayının 27dən başlayıb dekabr
ayının 1 də müvəffəqiyyətlə qurtardı. Beş gün müddətində yalnız Təbriz əhalisinin 23 951 nəfəri
Azərbaycan milli məclis vəkillərinə səs verdi.
Bu müvəffəqiyyət düşmənlərimizə ağır bir zərbə və bütün azadixahların və Azərbaycanın səadətini,
azadlığını istəyən xalqımızın ən fərəhli müvəffəqiyyəti idi.
Qəzet seçkinin əhəmiyyəti və onun xalq tərəfindən hərarət və sevinclə qarşılanması haqqında yazmışdır:
«Bu, İranın məşrutə tarixində görünməmiş bir işdir. İşimiz xalq işi olduğu üçün, xalqın göstərdiyi hüsn
təvəccöh bizim üçün böyük fəth və müvəffəqiyyət hesab olmalıdır»
57
.
Milli azadlıq hərəkatı gedişində tarixi dönüş yaradan, ümumi silahlı xalq üsyanı yolu ilə siyasi
hakimiyyəti ələ almaq taktikasını müəyyən edən firqə, xalq konqresinin seçdiyi milli heyətin səlahiyyətini
artırdı. Ona bütün qərarları həyata keçirməkdə yaxından rəhbərlik etdi.
Heyəti milli dövrəsi firqənin ən qızğın fəaliyyət dövrü olmuşdur. Heyəti milli öz cari işini davam
etdirərkən firqə, bir tərəfdən milli məclis seçkisini keçirmək, digər tərəfdən də, fədai təşkilatını yaratmaqla
məşğul idi.
Xalq konqresinin demokratik dövlətlərə və İranın səlahiyyətli məqamlarına göndərdiyi deklarasiya istər
daxildə və istərsə də xaricdə böyük təsir bağışladı.
www.achiq.info
23
Beləliklə, dünya bildi ki, Azərbaycan xalqının tələbləri haqlı və qanunidir.
Milli məclisə seçkilərin keçirilməsi, İranın dövlət nümayəndəsi Bayatla danışıqlar aparılması, taxıl və
başqa ərzaq məhsullarının möhtəkirlər tərəfindən Azərbaycandan çıxarılması qarşısının alınması, jandarm və
polis idarəsi tərəfindən zindanlara salınmış günahsız kəndlilərin və zəhmətkeşlərin azad edilməsi və s. bu
kimi inqilabi tədbirlər milli heyətin fəaliyyətinin başlıca cəhətlərini təşkil edirdi.
Təbriz şəhəri fədai qüvvələri tərəfindən üzük qaşı kimi mühasirəyə alınmışdı.
Azərbaycan Demokrat Firqəsi işin sülh yolu ilə„ qan tökülmədən başa çatdırılmasına, İranın Təbrizdə
yerləşən silahlı qoşun, jandarm və polis qüvvələrini qardaş qanı tökmədən Azərbaycanın yeni inqilabi
hökumətinə təslim olmağa çağırırdı.
Lakin İran qoşunlarının Təbrizdəki silahlı qüvvələrinin baş komandanı general Dirəxşani hələ təslim
olmaq istəmir, Tehrandan göstəriş və qüvvə almağa çalışırdı.
Satqın İran dövlətinin və onun qoşun qüvvələrinin baş qərargah rəisi general Ərfəə Təbrizdəki qoşun
qüvvələrinə radio vasitəsi ilə xalq kütlələri üzərinə atəş açmaq əmri vermişdi.
Bütün bunlara baxmayaraq «Azərbaycan» qəzeti beş milyondan artıq xalqın son sözünü bildirərək
yazmışdır ki, indi Azərbaycan xalqının düşünən başı və müqtədir milli hökuməti vardır. Onun qanını bu
asanlıqla tökmək olmaz. Radio vasitəsi ilə atəş fərmanı verən Tehran və onu Azərbaycanda icra edən yalançı
pəhləvanlar öz təkliflərini anlasınlar. Xalq intiqam çəkməkdən sərfnəzər edə bilməz. İndi Azərbaycan ayaq
üstədir. Onu diz zökməyə vadar etmək istəyən oğlanların anaları ağlar qalar. Azərbaycanlı öz haqqını
özünün əzm və iradəsi sayəsində almış və vücuda gətirmişdir.
Azərbaycan xalqının, uğrunda mübarizə apardığı məqsədə nail olmaq günü yetişdi. 1945 ci il dekabr
ayının 12 də (21 Azər) Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında fədailərin qızğın mübarizəsi və
güclü zərbələri nəticəsində Azərbaycan xalqının milli azadlıq hərəkatı qələbə çaldı. Azərbaycanın bütün
şəhər və kəndlərindən demokratik əsaslar üzərində seçilmiş 101 nəfər xalq elçilərinin iştirakı ilə dekabr
ayının 12 də Təbriz şəhərində Azərbaycan milli məclisinin iclası açıldı.
Azərbaycan milli məclisi yeni dövlət təşkil etməyi firqənin sədri Pişəvəriyə tapşırdı. Məclis, Pişəvərinin
başçılığı ilə yeni təşkil edilmiş milli hökumətin 10 nazirinin tərkibini yekdilliklə təsdiq etdi.
Jandarm və polis qüvvələri bir birinin ardınca. fədai dəstələrinə təslim olurdular.
Özlərini çıxılmaz vəziyyətdə görən general Dirəxşani çox danışıqdan sonra təslim olmaq qərarına gəldi.
Beləliklə də Azərbaycanın yeni dövlət başçısı ilə İranın Azərbaycandakı qoşun qüvvələrinin baş komandanı
arasında təslim olmaq haqqında 7 maddədən ibarət müqavilə bağlandı. Bununla da İranın Təbrizdəki silahlı
qoşun qüvvələri yeni yaradılmış xalq hökumətinə təslim oldu.
Qeyd etmək lazımdır ki, Azərbaycanın bütün şəhərlərində irtica qüvvələri fədailərin qəhrəmancasına
vuruşmaları nəticəsində məhv edildiyi və ya təslim olduqları halda, hələ Urmiyə şəhərində polkovnik
Zəngəninin başçılığı altında İran qoşunları ilə. fədai dəstələri arasında qızğın döyüş gedirdi. Düşmənlərin
inadlı müqavimətinə və qan tökmələrinə baxmayaraq, Azərbaycan Demokrat Firqəsi Urmiyə camaatının
köməyinə çoxlu fədai qüvvələri göndərdi və irtica qüvvələrini darmadağın etdi.
Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında 1945 ci il dekabr ayının 12 də Azərbaycan xalqının
qalibiyyətlə başa çatan milli azadlıq hərəkatı ölkədəki ikihakimiyyətliliyə son qoydu. Azərbaycan xalqının
silahlı üsyanı nəticəsində Azərbaycanda İran irticasının hökmranlığı devrildikdən sonra milli heyət öz
səlahiyyətini Azərbaycan milli məclisinə verməklə fəaliyyətini başa çatdırdı.
Beləliklə, bütün dünya beş milyondan artıq bir xalqın azadlıq tələb edən haqq səsini eşitdi, onda olan
www.achiq.info
24
tükənməz qüvvənin, inqilabi mətanət və şücaətin şahidi oldu.
Azərbaycan milli hökuməti nəşr etdiyi deklarasiyasında göstərir ki: «Azərbaycan milli məclisinin
seçdiyi Azərbaycan milli dövləti İranın istiqlal və tamamiyyətini hifz etməklə bərabər işə başladığını bu
vasitə ilə bütün xalqa elan edir»
58
.
«Milli hökumətimiz əmniyyəti yaratdı» adlı baş məqaləsində «Azərbaycan» qəzeti Azərbaycanda milli
azadlıq hərəkatının qələbəsini alqışlayaraq yazır:
«Xalqımızın qüdrəti ilə Azərbaycanda milli hökumət yarandı. Vətənimizin üfüqlərindən azadlıq günəşi
doğdu. Bununla da irticanın paslı zəncirləri parçalandı. Milyonlarla əzab içərisində çabalayan insanlar zülm
və əsarətdən nicat tapdı. İndi .xalqımızın nəzəri Milli hökumətimizədir.
Yaşasın Milli hökumətimiz!»
59
Beləliklə, «bu mübarizədə Azərbaycan öz tarixi vəzifəsini yerinə yetirərək İran xalqlarının ön
sıralarında durdu, irtica səngərlərini darmadağın etdi, birinci dəfə olaraq milli hökumət qurdu və zəhmətkeş
kütlə öz müqəddəratını təyin etməkdə yaradıcılıq qüdrəti göstərməyə fürsət tapdı»
60
.
Azərbaycanda olduğu kimi Kürdüstanda da Qazi Məhəmmədin başçılığı ilə Kürdüstan Demokrat
Firqəsinin rəhbərliyi altında milli hökumət yarandı.
Azərbaycanda və Kürdüstanda inqilabi hərəkatın qələbəsi və milli hökumətin təşkili İran xalqları üçün
böyük ilham və qüdrət mənbəyi oldu.
Hizb Tudeyi İranın Mərkəzi Komitəsinin orqanı olan «Rəhbər» qəzeti bu münasibətlə yazmışdır ki,
Azərbaycanın rəşadətli xalqı irticai amillərin xəyanətkar siyasətinə qarşı ilk dəfə düyünlənmiş yumruqları ilə
cavab verdi və özünün milli demokratik hərəkatını yaratmaqla başqa əyalətlərin və mərkəzin nicat tapmasına
şərait yaratdı
61
.
Azərbaycan Demokrat Firqəsinin ilk firqə təşkilatlarından tutmuş Mərkəzi Komitəsinədək bütün
təşkilatlarında milli məclis vəkilləri, dövlət aparatında və xalq qoşunları sıralarında fəaliyyət edən əsas firqə
kadrları fəhlə kəndlilərin və mütərəqqi ziyalıların içərisindən çıxmış, inqilabi mübarizə məktəbi görmüş
yoldaşlar idilər.
Firqə sədri və onun müavinləri Sadıq Badəgan... başda olmaqla, yenə də Mərkəzi Komitə üzvləri birinci
sırada mübarizə edib böyük və heyrətləndirici işlər görməkdə idilər. Bu siyasi və ictimai mübarizə sırasında
daha artıq fəaliyyət göstərən Mərkəzi Komitə üzvlərindən Qiyami, Xəlil Azərbadəgan, Cövdət, Taqı Şahin,
M. Çeşmazər, Rəfii, Zəfiri, Haşimniya və s. göstərmək olar ki, gecə gündüz yatmayıb mübarizədə xalq
kütlələrini təşkil edirdilər
62
.
***
Xalq kütlələri ilə bağlı olan Azərbaycan Demokrat Firqəsi fədai dəstələrinin də təşkilatçısı və rəhbəri
olmuşdur.
Fədai təşkilatının yaradılması Azərbaycan xalqının tarixinin şanlı səhifələrindən birini təşkil etmişdir.
Fədai təşkilatı çox təbii bir xalq hərəkatından doğmuşdur.
Fədai təşkilatının yaradılması barəsində Pişəvəri «Firqə və dövlətin əsas məsələləri haqqındakı
məruzəsində demişdir: Biz fədai təşkilatını yaratmağa başladığımız zaman milli hökuməti yaratmaq üçün
müxtəlif təkliflər var idi. Bəzi firqə üzvləri müəyyən bir gündə qiyam edib dövlət idarələrini tutmağı, qoşun
hissələrini silah gücü ilə darmadağın etməyi irəli sürürlər. Bəziləri isə Tehrana teleqraf vurmaq, küçə və
xiyabanlarda nümayiş və mitinqlər təşkil etmək yolu ilə bu böyük məqsədə nail olmağı mümkün sayırdılar.
Hətta bundan əvvəlki ümumi iclasadək bəzi firqə üzvlərimiz Mərkəzi Komitəni mühafizəkarlıqda müttəhim
www.achiq.info
25
edib deyirdilər: mitinq və nümayiş olmadığına görə firqə üzvləri ruhdan düşüb, məyus olmağa başlamışlar.
Əgər tez bir zamanda nümayişlərə başlamasaq, irtica bizim təşkilatımızı tamamilə məhv edəcək və
büsatımızı pozacaqdır. Hələ Mərkəzi Komitənin özündə bədbinlik gündən günə artır və firqə üzvlərindən bir
qrupunun bizim kəndlini başına buraxıb onun dərdinə yetişmədiyimizi üzümüzə vurur, oyunu
uduzduğumuzu söyləyirdilər
63
.
Pişəvəri daha sonra yazır: Buna razılığa baxmayaraq biz fədai dəstələrinin quruluşuna böyük ümid
bağlayıb, işin içərisindən xəbəri olmayan firqə üzvlərinin acı sözlərini udub öz işimizi davam etdirdik. Biz o
gün hiss etmişdik ki, xalq bizimlədir. O bizim ardımızca gedəcəkdir. Ona görə acı tənqidlər və şiddətli
hücumlara baxmayaraq tam təmkinliklə xalqı təşkil edib, fədai dəstələrini inanılmış adamların rəhbərliyi
altına çəkməyə çalışırdıq. Nəhayət, hərəkat xalq içərisindən başladı, bütün. ölkəni bürüyüb Tehran
irticasının qoşun qalalarını üzük qaşı kimi mühasirəyə alıb milli qüdrətimizin qabağında diz çökməyə
məcbur etdi
64
.
Azərbaycan Demokrat Firqəsi həqiqətən fədai hərəkatının ərkan hərbi vəzifəsini ləyaqətlə yerinə
yetirmişdir. Firqəmiz kəndlərdə təbii surətdə başlanan fədai hərəkatını təşkil etməyi bir ay əvvəldən qərara
almışdı. Bu təşkilata bilavasitə firqənin sədri Pişəvəri rəhbərlik edirdi. Firqənin ən ciddi, ən fəal kadrları
fədai dəstələri başçılığına təyin edilmişdi
65
.
Milli azadlıq hərəkatının qələbəsindən sonra fədai dəstələrinin başçılarından bir qrupuna Azərbaycan
milli məclisinin fərmanı ilə hərbi rütbə verildi.
Bunu qeyd etmək kifayətdir ki, Təbriz fədailərini general Cəfər Kavyan, Marağa fədailərini general
Kəbiri, Miyana və Sarab fədailərini general Qulam Danişyan, Miyandab fədailərini polkovnik Qulu Sübhi,
Üskü fədailərini mayor Əyyub Kələntəri, Urmiyə fədailərini Azad Vətən təşkil etməyə təyin edilmişdilər
66
.
Bunlardan başqa, firqə fəallarından polkovnik Aram Zadikiyan, polkovnik Qulam Riza Cavidan, Fərzi
Dehqan, Zamani, Mir Kazım, Mir Xəlil, Mir Əbülfəz Haşimi, Tizfəhm, polkovnik M. Məhəmmədvənd,
Xəlil Azər və sair fədailərin təşkilində fədakarlıqla çalışmışlar.
Mərənd, Ərdəbil, Astara, Zəncan, Miyana və s. şəhərlərdə fədai və fədai başçılarının böyük xidmətləri
olmuşdur.
Milli azadlıq hərəkatının əsas silahlı qüvvəsi olan fədai dəstələri bütünlüklə kəndlilərdən və fəhlələrdən
təşkil olunmuşdu. Azərbaycan Milli Məclisinin Rəyasət heyətinin qərarı ilə hərəkatda iştirak etmiş 10
mindən çox fədai və fədai başçıları, zəhmətkeş xalq kütlələri «21 Azər» medalı ilə təltif olundular.
Beləliklə, Azərbaycan Demokrat Firqəsi həqiqətən milli azadlıq hərəkatının bütün mərhələlərində,
hərəkatın yüksəlişi dövründə belə xalq kütlələrini, fədai dəstələrini təşkil edib onların irtica üzərində
qalibiyyətli hücumunu təmin etmişdir. Bu inkaredilməz həqiqətlər Azərbaycan xalqının milli azadlıq
hərəkatının unudulmaz şanlı tarixini təşkil edir.
www.achiq.info
26
1. və 2. V. İ. Lenin, Əsərləri, 5 ci cild.
3.və 4. «Qızıl səhifələr», (Azərbaycan xalqının milli azadlıq yolunda mübarizəsi tarixindən),Təbriz, 1946 cı il.
5. «Azərbaycan» qəzeti, ikinci dövrə, no 1, 5 sentyabr 1945 ci il
6. «Azərbaycan» qəzeti, ikinci dövrə, no 6, 18 sentyabr 1945 ci il
7.və 8. S. C. Pişəvəri. «İran Azərbaycanında demokratik hərəkat tarixi» (əlyazmasının surəti) 1 ci hissə 1946 ci il.
ADF nin arxivi
9. V. İ. Lenin, Əsərləri, 5 ci cild.
10. «Azərbaycan» qəzeti, ikinci dövrə, no 1, 5 sentyabr 1945 ci il.
11. «Dad» qəzeti, no, 545, Tehran, 15 sentyabr 1945 ci il.
12.və 13. «Vətən yolunda» Qızıl Əsgər qəzeti, no. 112 (315), 23 sentyabr 1945 ci il. «Tehran qəzetləri
müdirlərinin xarici işlər nazirləri şurasına teleqramı» (Tehran, 17 sentyabr 1945 ci il. Sovet İttifaqı Mətbuat
Nümayəndəliyi.)
14. və 15. «Qızıl səhifələr», Təbriz, 1946 cı il.
16. V. İ. Lenin, Əsərləri, 25 ci cild.
17., 18., 19. Və 20. Azərbaycan Demokrat Firqəsinin məramnamə və nizamnaməsi. Təbriz, 24 oktyabr 1945 ci il.
21. S. C. Pişəvəri. «İran Azərbaycanında demokratik hərəkat tarixi» (əlyazmasının surəti) 1 ci hissə 1946 ci il.
ADF nin arxivi
22. «Şəhrivərin on ikisi», Təbriz, 1946 cı il.
23. N.S.Xruşşov. «Ədəbiyyat və incəsənətin xalqın həyatı ilə sıx əlaqəsı uğrunda», «Azərbaycan» jurnalı no. 9
Bakı, 1957.
24. «Azərbaycan» jurnalı no.3. və 4. Oktyabr və noyabr, 1945
25. «İran ma» qəzeti, no. 452, Tehran, 12 dekabr 1945 ci il.
26. V. İ. Lenin, Əsərləri, 20 ci cild.
27. «Qızıl səhifələr», Təbriz, 1946 cı il.
28. «Novruz İran» qəzeti, no. 568, Tehran, 25 sentyabr 1945 ci il.
29. «Vətən Yolunda» günaşırı çıxan Qəzəl Əsgər qəzeti, no. 119 (122), 10 oktyabr 1945 ci il.
30. «Azad millət» qəzeti, Təbriz, no. 54, 23 iyun 1946 cı il.
31. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 19, 3 oktyabr 1945 ci il
32. Yenə orada. No.31, 18 oktyabr 1945 ci il.
33. «Qızıl səhifələr», Təbriz, 1946 cı il.
34. «İqdam» qəzeti, no. 882, Tehran, 21 noyabr 1945 ci il.
35. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 38, 26 oktyabr 1945 ci il.
36. Yenə orada, no. 28, 15 oktyabr 1945 ci il.
37. «Bistun» qəzeti, Kirmanşah, no. 147, dekabr 1945 ci il.
38. «Fərman» qəzeti, no. 827, Tehran, 8 dekabr 1945 ci il.
39. «Nameyi Mərdom», no. 23, Tehran, 13 yanvar 1946 cı il.
40. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 47, 6 noyabr 1945 ci il.
41. «Ərəs» qəzeti, no. 1334, 135, Tehran, 17 oktyabr 1945 ci il.
42., 43., Və 44. «Nicati İran» qəzeti, no. 538, Tehran, 9 oktyabr 1945 ci il.
45., 46., və 47. «Müzəffər» qəzeti, no. 110, Tehran, 29 oktyabr 1945 ci il.
48. «Azərbaycan» jurnalı no.3. və 4. Oktyabr və noyabr, 1945 ci il.
49. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 41, 30 oktyabr 1945 ci il.
50. Yenə orada, no. 35, 23 oktyabr 1945 ci il.
51. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 51, 11 noyabr 1945 ci il.
52. S. C. Pişəvəri. «İran Azərbaycanında demokratik hərəkat tarixi» (əlyazmasının surəti) 1 ci hissə 1946 ci il.
ADF nin arxivi
53. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 56, 16 noyabr 1945 ci il.
54. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 53, 13 noyabr 1945 ci il.
55. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 58, 19 noyabr 1945 ci il.
56. «Şəhrivərin on ikisi», Təbriz, 1946 cı il.
57. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 69, 3 dekabr 1945 ci il.
58. «Qızıl səhifələr», Təbriz, 1946 cı il.
59. «Azərbaycan» qəzeti, ikinci dövrə, no. 82, 20 dekabr 1945 ci il.
60. «İran Azərbaycanı haqqında həqiyqət», azərnəşr, 1949 cu il
61. «Rəhbər» qəzeti, no. 780, Tehran, 3 may 1946 ci il.
62. «Şəhrivərin on ikisi», Təbriz, 1946 cı il.
63., və 64. Seyid Cəfər Pişəvəri. «21 Azər», 1961 ci il.
65., və 66. «Şəhrivərin on ikisi», Təbriz, 1946 cı il.
Dostları ilə paylaş: |