Ali
məktəb rektorunun səmərəli fəaliyyəti onun işə məsuliyyətli münasibəti ilə
sıx
bağlıdır. BDU-nun rektoru, akademik Abel Məhərrəmovun təbirincə desək,
rektor
şöhrət və nüfuz üçün çalışmamalıdır; bu halda o öz işində uğur qazana
bilməz
. Əksinə, vəzifənin məsuliyyəti ilə çalışdıqda işlər lazımi qaydada gedir,
şöhrət
də, nüfuz da onu daha tez tapır.
Rektorun
işinin səmərəsi həm də onun yüksək elmi, pedaqoji-psixoloji səriş-
təyə
malik olmasından, işgüzarlığından, təşkilatçılığından, şəxsi keyfiyyətlərindən,
xüsusən müdrik
, ədalətli, obyektiv, xeyirxah, mədəni, alicənab bir şəxsiyyət
olmasından
çox asılıdır. Belə rektor insanlara-tabeçiliyində olan müəllim və
tələbələrə
, tədris-köməkçi heyətə diqqət və qayğı ilə yanaşır, bəzən də güzəştə
gedir
, imkan daxilində kömək edir, eyni zamanda tələbkarlıq və prinsipiallıq
göstərir
.
Rektor
ali məktəbin müxtəlif struktur bölmələrinə rəhbərliyi müvafiq prorek-
torlar
vasitəsilə həyata keçirir.
Prorektorlar konkret sahələrə bilavasitə rəhbərliyi
həyata
keçirir və rektor qarşısında məsuliyyət daşıyırlar.
Prorektorlar
aşağıdakı sahələr üzrə fəaliyyət göstərir:
tədris
işləri üzrə prorektor (I prorektor); elmi işlər üzrə prorektor; humanitar
məsələlər üzrə prorektor;
qiyabi və əlavə təhsil üzrə prorektor; beynəlxalq əlaqələr
üzrə
prorektor; ümumi işlər üzrə prorektor; inzibati-təsərrüfat işləri üzrə prorektor.
Ali
məktəb rəhbərləri-rektor və prorektorlar fakültə rəhbərliyi ilə sıx əmək-
daşlıq
şəraitində işləyir, müxtəlif tədbirləri onların fəal iştirakı ilə həyata keçirirlər.
Dostları ilə paylaş: