Ali
məktəbin idarə edilməsində inzibati rəhbərliklə yanaşı kolleqial orqanlar da
həlledici
rol oynayır. Ali məktəbin kollegial orqanlarına rektorluq, ali məktəbin
Elmi
Şurası, fakültə elmi şuraları, elmi-metodik şuralar daxildir. “Təhsil haqqında
Azərbaycan
Respublikası Qanunu”nda göstərildiyi kimi (maddə 30), dövlət təhsil
müəssisəsinin
ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Ali məktəbin
rektoru
Elmi Şuranın qəbul etdiyi qərarlar əsasında əmr və sərəncamlar verir.
Rektor
ali təhsil müəssisəsinin Elmi Şurasında, dekanlar isə fakültə elmi
şuraları
qarşısında hesabat verirlər.
Dostları ilə paylaş: