Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə155/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   151   152   153   154   155   156   157   158   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Fakültəyə
  rəhbərlik.  Fakültə  ali  məktəbin  tədris,  elm  və  inzibati  bölməsi
kimi
 müəyyən sahə (yaxud yaxın sahələr) üzrə mütəxəssis hazırlığını həyata keçi-
rir
.  Fakültə  ali  məktəbin  Elmi  Şurası  tərəfindən  yaradılır.  Müəyyən  ixtisas  və  ya
istiqamətlər
 üzrə tələbələrin sayı (bakalavriat və magistratura pillələrində birlikdə)
300  nəfərdən  çox  (bundan  200  nəfərdən  çoxu  əyani  şöbədə)  olduqda  fakültə
yaradılır
. Fakültəyə mövcud qaydada seçilmiş və rektorun əmri ilə təsdiq olunmuş
dekan
 rəhbərlik edir. Tələbələrin sayı 100 nəfərdən çox olduqda fakültə daxilində
müvafiq
  şöbələr  (əyani,  qiyabi,  bəzən  axşam  şöbələri,  ayrı-ayrı  ixtisaslar  üzrə
125


şöbələr
) yaradıla bilər.
Dekan
 fakültənin profilinə uyğun mütəxəssis, həmin sahədə tanınmış alim, təc-
rübəli
  müəllim,  tədris-tərbiyə  işini  yaxşı  bilən  təşkilatçı,  nüfuzlu  şəxsiyyət
olmalıdır
. Dekan fakültədə tədris-tərbiyə, elmi işlərin vəziyyətinə, tədris planları və
proqramlarının
,  elmi-tədqiqat  planlarının  yerinə  yetirilməsinə,  tələbələrlə  tərbiyə
işlərinin
  düzgün  qurulmasına,  fakültədə  sağlam  mənəvi-psixoloji  mühitin
yaradılmasına
  ümumi  rəhbərlik  edir  və  rektorluq  qarşısında  cavabdehlik  daşıyır.
Dekan
  fakültə  Elmi  Şurasına  sədrlik  edir.  O,  fakültədə  tədris-tərbiyə  işlərinin
gedişi
, istehsalat və pedaqoji təcrübənin təşkili, fakültədə fəaliyyət göstərən tədris-
köməkçi
  heyətin  öz  işinə  məsuliyyətini  artırmaq  istiqamətində  tədbirlər  həyata
keçirir
,  fakültədə  elmi  konfransların  işinə  rəhbərlik  edir.  Ali  məktəbin  həyatı  ilə
bağlı
  bütün  tədbirlərdə  fakültəni  təmsil  edir.  O,  dekan  müavinləri  ilə  birlikdə
fəaliyyət
 göstərir, onların işinə istiqamət verir. Dekanın bir və ya bir neçə müavini
ola
  bilər:  tədris  işləri  üzrə  müavin  (I  müavin),  elmi  işlər,  magistratura və  qiyabi
təhsil
 üzrə müavin, humanitar məsələlər üzrə müavin və s. Hər bir dekan müavini
öz
  sahəsi  üzrə  işlərə  bilavasitə  rəhbərlik  edir  və  dekan  qarşısında  məsuliyyət
daşıyır
.  Dekan  müavinləri  ayrı-ayrı  sahələr  üzrə  işlərə  bilavasitə  rəhbərlik  etsələr
də,
 fakültədə bütün işlərin vəziyyəti üçün əsas məsuliyyət dekanın üzərinə düşür.
Dekan
  tədris-tərbiyə  və  elmi  işlərə  rəhbərliyi  kafedra  müdirləri  ilə  sıx  əmək-
daşlıq
 şəraitində, onların fəal iştirakı ilə həyata keçirir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin