müəssisəsində
və fakültələrdə yaradılan
elmi-metodik şuralar da mühüm rol oyna-
yır
. Bu şuraya nüfuzlu alimlər, pedaqoji-metodik cəhətdən hazırlıqlı, təcrübəli
müəllimlər
daxildir. Elmi-Metodik Şuranın üzvləri kafedra iclaslarında irəli sürülür.
Fakültə
elmi-metodik şuralarının sədrləri pedaqogika, psixologiya, metodika sahə-
sində
yaxşı hazırlığı olan səriştəli alimlərdən seçilir. Onlar fakültə elmi şuralarının
tərkibinə
daxil olurlar. Elmi-metodik şuralar tədrisin elmi-metodik cəhətdən düzgün
təşkilinə
, ayrı-ayrı kafedralarda nümunəvi və açıq məşğələlərin keçirilməsinə,
onların
müzakirəsi və qiymətləndirilməsinə, mühazirə mətnlərinin və imtahan bi-
letlərinin
və ya test suallarının düzgün tərtibinə nəzarət edir, tədris prosesində
qarşıya
çıxan elmi-metodik problemlərin həllində, rektorluğa təkliflər hazırlanma-
sında
fəal iştirak edirlər. Şura habelə elmi seminarlar, elmi-metodik konfranslar
təşkil
edir, tədris-metodik vəsaitlər, proqramlar və dərslikləri müzakirə edib onları
nəşrə
tövsiyə edir. Elmi-metodik şuralar professor-müəllim heyətinin öz elmi-pe-
daqoji
səviyyəsini artırması, ixtisasartırma kurslarından keçmələri istiqamətində də
fəal
iş aparır.
Ali
məktəbə səmərəli rəhbərliyin həyata keçirilməsi bütün qüvvələrin-ali təhsil
müəssisəsi
rəhbərliyinin, kollegial orqanların, müəllim və tələbə təşkilatlarının
qüvvələrini
birləşdirməkdən, onların əməkdaşlığını təmin etməkdən çox asılıdır.
Dostları ilə paylaş: