yönümdə
olan fənlərin müxtəlif bölmələri üzrə kafedraların yaradılmasına yol
verilmir
. Kafedraya elmi dərəcəsi və elmi adı olan
kafedra müdiri rəhbərlik edir.
Kafedra
müdirinin ayrı-ayrı sahələr (tədris, elm, tərbiyə və s.) üzrə ictimai əsas-
larla
müavinləri olur. Kafedranın fəaliyyəti ilə bağlı məsələlər vaxtaşırı olaraq
(adətən, həftədə bir dəfə) keçirilən kafedra iclaslarında müzakirə edilərək müvafiq
qərarlar
qəbul olunur.
Kafedra
aşağıdakı vəzifələri yerinə yetirir:
-mühazirələrin və praktik məşğələlərin keçirilməsi, kurs və buraxılış işlərinə,
istehsalat
və pedaqoji təcrübəyə rəhbərlik;
-tədris proqramları, dərslik və dərs vəsaitlərinin, tədris-metodik vəsaitlərin
hazırlanması
;
-elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi konfransların keçirilməsi, elmi-
tədqiqat
işlərinin nəticələrinin nəşri və tətbiq edilməsi;
-tələbə elmi işlərinə rəhbərlik, tələbə elmi konfranslarının keçirilməsi;
-elmi-pedaqoji kadrların hazırlanması;
-tələbələrlə tərbiyə işlərinin aparılması;
-fənnin tədrisi keyfiyyətinin yüksəldilməsi, tədrisin gedişi və nəticəsinə nəzarət
edilməsi
;
-kafedra əməkdaşlarının ixtisasartırması, elmi-nəzəri və pedaqoji hazırlığının
yüksəldilməsi
, vaxtaşırı olaraq tədris və elmi fəaliyyətlə bağlı hesabatların müzakirə
edilməsi
və s.
Kafedrada
müvafiq fənn (fənlər) üzrə tədris planında ayrılmış saatlara uyğun
olaraq
hər tədris ilində professor-müəllim heyətinin dərs yükünün bölgüsü aparılır,
mövzu
-təqvim planları tərtib və təsdiq olunur. Kafedrada tədris olunan fənlər üzrə
mühazirə
mətnləri və onların elektron variantları hazırlanır.
Kafedra
öz işini Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Əsasnaməyə və ali
məktəbin
Nizamnaməsinə əsasən həyata keçirir.
Dostları ilə paylaş: