MƏDƏNI NITQIN ETIKETLƏRI
Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin
işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni
danışığın etiketləri təşkil edir. Etiket fransızca etiquette -sözündən olub mənası
mərasim, təsrifat deməkdir. Vaxtilə monarx saraylarında, diplomatik dairələrdə və
s,-də davranış qaydaları etiket adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyətdə
qəbul edilmiş davranış və nəzakət formalarına da etiket deyilir. Xalqımızın milli
təfəkkürünə, etnoqrafıyasına, milli ənənələrinə uyğun işlənilən bu ifadələr, hazır
nitq modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat yaradır,
müsahibin fəaliyyətini istiqamətləndirir, səmimiyyətdə qarşılıqlı anlaşmanı təmin
edir. Dilimiz belə ifadələrlə zəngindir. Biz, adamların gündəlik nitq fəaliyyətində
onların dünyagörüşü, savad dərəcəsi, dilə şüurlu münasibətindən irəli gələn
rəngarəng ifadələri tez-tez eşidirik. Müxtəlif nitq situasiyalarında (məsələn,
müraciət, görüşmə, ayrılma, yolasalma, təbrik, alqış, telefon danışığı və s.) istifadə
olunan belə söz, ifadə və cümlələrdən bir neçəsini nümunə göstərək:
Dostları ilə paylaş: |