İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Kurs: I fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Müəllim: Xuraman Hacizadə



Yüklə 292,78 Kb.
Pdf görüntüsü
səhifə12/22
tarix23.03.2022
ölçüsü292,78 Kb.
#54078
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
muhazirə 15

NİTQİN   ÜSLUBU. 

Gözəl nitqə yiyələnmək üçün dilin yalnız leksik-qrammatik normalarını gözləmək 

kifayət  etmir.  Bunun  üçün  nitq  üslubi  cəhətdən  də  düzgün  qurulmalıdır.  Yəni 

danışarkən elə sözlər seçilməli, cümlələri elə qurulmalıdır ki, fikir dəqiq və aydın 

ifadə oluna bilsin. Danışan və ya yazan işlətdiyi hər bir sözün əhəmiyyətini, onun 

nəzərdə  tutulan  fıkrin  ifadəsi  gçün  nə  dərəcədə  yararlı,  dəqiq  olmasını  nəzərə 

almalıdır.  Həm  danışıq,  həm  də  yazıda  hər  hansı  bir  söz  öz  həqiqi  mənasından 

başqa,  digər  mənalarda  da  işlənilir.  Mənadan  doğan  forma  rəngarəngliyi  dilin 

üslubi  imkanları  əsasında  yaranır  ki,  bütün  bunlar  dilin  üslubiyyat  bəhsində 

öyrənilir  

Natiq  Azərbaycan  dilinin  fonetik,  leksik  və  qrammatik  imkanlarını  həm 

nəzəri,  həm  də  praktik  cəhətdən  öyrənməli,  nitqin  dəqiqliyi,  yığcamlığı, 

ahəngdarlığı,  bədiiliyi  üçün  üslubi  imkanlardan  yerində,  ünsiyyətin  tələblərinə 

uyğun  istifadə  etməyi,  ədəbi  dilimizin  ifadə  vasitələrindən  konkret  şəraitlə  bağlı 

yararlanmağı bacarmalıdır. 

Nitq  üslubu  danışanın  (eləcə  də  yazanın)  dil  vasitələrindən,  onun  fonetik, 

leksik və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə 



tərzidir,  sistemidir.  Bu  istifadə  bir  sıra  amillərlə,  şərtlərlə  (ünsiyyətin  şəraiti, 

məqsədi,  müsahibin  marağı,  anlama  səviyyəsi  və  s.)  bağlı  olur  və  müxtəlif 

formalar kəsb edir. Bir halda danışan qarşısına müsahibindən nəyisə öyrənmək və 

ya ona hər hansı əşya, hadisə barədəsə məlumat vermək, başqa bir halda təbiət və 

cəmiyyətdəki hadisələr, qanunauyğunluqlarla bağlı biüklərini şərh etmək, digər bir 

halda  əşya  və  hadisələrin  təsvirində  müsahibin  hisslərinə,  duyğularına  təsir 

göstərmək  və  sair  məqsədlər  qoyur.  Üslub  fərdidir,  danışanlann  hər  birinin 

özünəməxsus nitq üslubu vardır. 

Dil  vahidlərinin  üslubi  keyfiyyətləri  müxtəlifdir.  Bu  keyfiyyətlər  dilin 

fonetikası, leksikası  və  qrammatikasının  imkanları  sayəsində  yaranır,  nitqə  üslubi 

çalarlıq gətirir, nitqi səlis, çevik, mənalı və kəsərli edir, onun estetik təsir gücünü 

ərtırır.  Dil  vahidlərinin  üslubi  imkanlarından  danışarkən  prof.  Ə.Dəmirçizadə 

deyir:  «Üslub  dedikdə  biz  sözlərin,  ifadələrin,  qrammatik  vasitələrin  və  fonetik 

imkanlann  məqsədəuyğunluq  əsasında  seçilmiş  vahidlər  sistemini  başa  düşürük» 

«Nitq  mədəniyyəti  və  üslubiyyatın  əsasları»  kitabında  dil  vahidlərinin  üslubi 

imkanları eyni mövqedən qiymətləndirilir. 




Yüklə 292,78 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin