ənənəvi prinsipdir. Bu prinsipə görə sözün müasir danışıq dilində (ədəbi danışıq
dilində) səslənməsindən asılı olmayaraq, onun vaxtilə mövcud olduğu yazılış şəkli
saxlanılır, əsas götürüiür. Dilimizdə yazılışı ədəbi tələffüzündən fərqli olan
sözlərin müəyyən bir qismi (Məs.: dəftər, Səttar, səkkiz, doqquz, müəllim. növbə,
şənbə, vicdan, uşaq, palıd, ailə və s.) tarixi-ənənəvi prinsip əsasında yazılır. Belə
sözlərin vaxtilə ola büsin ki, yazılışı ilə tələffüzü arasında fərq olmamışdır. Həmin
sözlərin tələffüz tərzi tədricən dəyişmiş, ünsiyyətdə daha yararlı, asan olan bir şəkil
almış, bu səbəbdən də yazılı dildə bir sıra sözlərin orfoqrafiyası ilə orfoepiyası
arasında uyğunsuzluq yaranmışdır. Belə bir uyğunsuzluq sözlərin yazılışının
mənimsənilməsində müəyyən çətinliyə səbəb olur, yazını ağırlaşdırır. Lakin
bununla belə, bu prinsipi kənara atıb müəyyən sözləri müasir tələffüzə
uyğunlaşdırıb yazmaq da mümkün deyildir. Belə dəyişiklik yazıda ümumi bir
dolaşıqlığa, savadsızlığa gətirib çıxarar.
Dostları ilə paylaş: |