İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Kurs: I fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Müəllim: Xuraman Hacizadə


) şəkilçi  artırmaqla  yaranan  sözlər



Yüklə 292,78 Kb.
Pdf görüntüsü
səhifə6/22
tarix23.03.2022
ölçüsü292,78 Kb.
#54078
1   2   3   4   5   6   7   8   9   ...   22
muhazirə 15

4) şəkilçi  artırmaqla  yaranan  sözlər:  Məsələn,  sakitçilik,  qaçqınçılıq, 

piyadaçı, aşağılaşdırmaq, sorqulanmaq və s. 



5)  sözlərin  yerində  işlənilməməsi.  Məsələn:  Azərbaycan  xalqı  yaxsı 

yaşamağa  məhkumdur.  (layiqdir  evəzinə);  Biz  bunlara  müdaxilə  qöstərməyə 

(etməyə əvəzinə) çalışdıq; və s. 

6) söyüş xarakterli sözlər, ifadələr. 

Qrammatik  normalar  dilin  qrammatik  quruluşunun  nitq  prosesində 

fəaliyyətini  nizamlayır.  Bu  normalara  dilin  öz  təbiəti,  qanunauyğunluğu,  dildə 

axıcılıq,  rəvanlıq,  ardıcıllıq  və  s.  tələblərin  gözlənilməsi  baxımından  məqbul 

sayılan  əlaqə  formaları,  şəkilçilərin  ardıcıllığı,  sözlərin  sıralanması,  qrammatik 

kateqoriyaların  işlənməsi  və  s.  ile  bağlı  qaydalar  daxildir.  Qrammatik  normalara 

dair  aşağıdakılan  misal  göstərək.  Məs.: söz kökündən  sonra əvvəlcə  sözdüzəldici 

(söz yaradan), sonra isə sözdəyişdirici şəkilçi işlənir. Məs.: arı-cı-lıq-dan, sənət-ci-

lər və s;  

Nitq  kommunıkasiyasında  sözlər  müəyyən  düzümə,  düzülüş  qaydasına 

malik olur mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə 

olunan üzvdən əvvəl, tamamlıq ismi və feil xəbərin, zərflik xəbər, xəbər qrupunun 

əvvəlində işlənir. 



Bir  qrammatik  qaydaya  görə  cümlədə  və  ya  abzasın  əvvəlində  işlənilən 

isimlər  sonra  gələn  cümlədə  (eləcə  də  abzasda)  şəxs  əvəzlikləri  və  ya  münasib 

sözlərlə,  ifadələrlə  əvəz  olunmalıdır.  Bu  eyni  söz  və  ya ifadənin  təkrarını aradan 

qaldırmaqla  nitqin  ahəngdarlığını  təmin  edir.  Amma  bu  qaydaya  həmişə  əməl 

olunmur.  Məsələn,  M.M.Nəvvabın  pedaqoji  görüşləri  ilə  bağlı  yazılmış 

avtoreferatda  yanaşı  gələn  iki  səhtfədəki  on  beş  abzasın  hamısı  «M.M.Nəvvab» 

sözü ilə başlanır. Belə hal, şübhəsiz ki, yazılı nitq üçün qüsur sayılır. 


Yüklə 292,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin