1. Fonetik normalar. Ədəbi dilin səs sistemi də müəyyən normalar əsasında
tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsıyyətdə məqbul
sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma
kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son
hecasının ahənginə uyğun olaraq onlara qoşulurlar. Əgər binalar, anam, almaq,
qəlmək kimi sözlərdə şəkilçilər binalər, anəm. almək, qəlmax kimi işlədilirsə, bu,
fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e,
o, ö saitiləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, qəler, alacek kimi
işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə
məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin
danışığında sözlər o'xu, da'ha, ba'sla kimi ifadə olunur.
Dostları ilə paylaş: |