İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Kurs: I fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Müəllim: Xuraman Hacizadə



Yüklə 292,78 Kb.
Pdf görüntüsü
səhifə14/22
tarix23.03.2022
ölçüsü292,78 Kb.
#54078
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
muhazirə 15

aparılır: 

a) ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində, çayşılarda 

və s.; 

b)  ictimai  yerlərdə,    elmi  konfranslarda,  simpoziumlarda,  iclaslarda,  tədris 

auditoriyalarında, radio və televiziya verilişlərində və s. Hər bir şəraitdə adamların 

normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, şərtlərə, etik 

normaiara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu o 

deməkdir  ki,    birinci  şəxs  danışarkən  digəri  (və  ya  digərləri)  onu  axıra  qədər 

dinləməli,  müsahibinə  fikrini  açıqlamağa  imkan  verməli,  sonra  söhbətə 

qouşlmalıdır.  Müsahibi  mətləbdən  uzaqlaşdığı,  lüzumsuz  məsələlərdən  danışdığı, 

təfərrüfata  yol  verdiyi  zaman  dinləyən  tərəf  belə  ifadələr  işlətsə  daha  yaxşı  olar: 

icazə verin. Üzr istəvirəm. sözünüzün qabaqında oğlunuz dursun, sizin bu fikrinizə 

kiçicik  bir  düzəlişt  vermək  istəvirəm,  icazə  verin  fikrinizə  bir  qədər  avdınlıq 

qətirim və s. Diskussiyada jştirak edənlər öz mövqeyini dəyişmək istəmədikdə belə 

deməlidir: «Mən sənin fikirlərini qiymətləndirirəm. Lakin öz fikirlərimə daha çox 

əminəm».  Danışan  həmkarının  fikirləri  ilə  razı  olmya  bilər,  lakin  bununla  belə 

ortaq məxrəcə  gəlmək  üçün  yolların  axtarılmasından  imtina  etməməlidir.  Fikirlər 

qarşılıqlı  anlama  şəraitində,  etik  normalar  çərçivəsində  müzakirə  edilməli, 

problemin həlli yolu tapılmalıdır. Dialoq Qurani-Kərimdə də öz əksini tapmışdır. 

Orda  səmimiyyət  dialoqun  vacib  məqamlarından  biri  kimi  qiymətləndirilir  və 

göstərilir ki, fikri müxtəlif insanlar arasında münasibətlər qarşılıqlı etimad əsasında 

qurulduqda  səmərəli  nəticə  verə  bilər.  Rəsmi  yerlərdə  vacib  məsələlərlə  bağlı 

aparılan  dialoqlarda  tərəflər  səbrli  və  təmkinli  olmalı,  danışığın  etik  qaydalarına 

əməl  etməlidirlər.  Lakin  bəzən  belə  olmur.  Tərəflər  mümkün  qədər  daha  çox 

danışmağa, haqq-nahaq müsahibini susdurmağa, öz dediyini sübut etməyə çalışır, 

ucadan, qışqıra-qışqıra danışırlar. Çox təəssüf ki, televiziya ekranında bəzən belə 

dialoqa tamaşa etməli oluruq. Tamaşaçılar bu cür dailoqdan heç bir şey anlamırlar, 

yalnız  təəssüflənirlər.  Bu  cür  situasiyalarda  dialoqa  girən  tərəflər  müsahibinin 

məqsədsiz,  əhəmiyyətsiz  hərəkətlərinin,  qərəzli,  tendensiyalı  fikirlərinin,  uzun-

uzadı  danışığının  qarşısını  ehtiyatla  və  yüksək  təvazökarlıqla  almaq  bacarığına 




yiyələnməlidir.  Dialoq  nəsə  öyrənmək,  inkişaf  etmək,  yeniləşmək  məqsədlərini 

qarşıya  qoymalıdır.  Diskussiya  zamanı  dialoqun  tələb  olunan  qaydada  səmərəli 

keçməsi üçün aşağıdakılar nəzərə alınmalıdır: 

1. Müzakirəyə   çıxarılan   məsələnin   mahiyyəti düzgün anlaşılmalıdır. 

2.  Müzakirədə  müdafıə  olunacaq  mövqe  və  ideyalar  dəqiq  müəyyənləşdiril-

məlidir.  

3.  Diskussiya  hazırlaşarkən  bütün  mümkün  məlumat  mənbələri  (ilkin  mənbələr, 

statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir. 

4. Fikir ayrılığının yaradılacağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi üçün 

dəlillər, sübutlar hazırlamalıdır.  

5.  Dəqiq  və  aydın  faktlar  ən  yaxşı  təkzib  üsuludur.  Əsaslandırma  dəqiq  faktlar 

üzərində qurulmalıdır.  

6. Opponentini diqqətlə dinləmək, sonra öz fikrini söyləmək mədəniyyətinə əməl 

olunmalıdır. 

7.  Mövqeyinin  səhv  olduğu  sübut  edilmiş  tərəf  opponentinin  haqlı  olduğunq 

mərdliklə qəbul etməyi bacarmalıdır. Adamlar deyil, yalnız onların ideyaları tənqid 

olunmalıdır. 

8. Tənqid zamanı təhqir və istehzaya yol verilməməlidir. 

9.  Diskussiyaların  məqsədi  qalibi  müəyyən  etmək  deyil,  ümumi  razılığa  nail 

olmaqdır.  

10. Çıxışların   sonunda   yekun   nəticələr   qeyd olunmalıdır. 

İstər adi danışıq, istərsə də diskussiya prosesində normal nitq tonuna da riayət 

olunmalıdır.  Normal  nitq  tonu  mədəni  danışığın  başlıca şərtlərindəndir.  Yerindən 

və məqamından asılı olaraq nitqin yüksək, adi və alçaq tonundan   istifadə  oulnur.   

Əgər  söhbət  auditoriyada tələbə qarşısında   gedirsə,   natiq   bir  qədər  yüksək  

tonla danışmalıdır ki, fikrini eşidənlərə yaxşı çatdıra bilsin. Belə nitq tonu təbiidir, 

dinləyiciləri  tam  şəkildə  razı  salır.  Digər  situasiyada  -  dəhlizdə,  yeməkxanada, 

ictimai  nəqliyyat  vasitələrində,  mağazada,  məclisdə  və  s.  yeriərdə  yüksək  tonla  

danışmaq,   mübahisə  etmək,   ucadan   gülmək ədəbsizilik və nəzakətsizlik kimi 

qəbul  olunur.  Belə  danışıq  tərzi  digərlərini  əsəbiləşdirir,  onların  dincliyini, 

istirahətini pozur.  

Uşaqlar normal danışıq tonuna hələ kiçik yaşlarından alışmalıdırlar. Valideyn 

onlarla mülayim bir tonda danışmalıdır. Tədris prosesində də şagird və tələbələrlə 

ünsiyyətdə  müəllim  öz  nitqinə  xüsusi  fikir  verməli,  müsahibini  razı  salacaq  bir 

tonda  danışmağı  bacarmalıdır.  Natiqin  danışıq  tonu  digərləri  üçün  nümunə 



olmalıdır  ki,  eşidənlər  öz  danışıqlarını  natiqin  nitq  tonunun  səviyyəsinə 

uyğunlaşdırmağa  meyl  etsinlər.  Çox  təəssüf  ki,  bəzi  müəllimlərdə  nitqin  bu 

keyfiyyəti istənilən səviyyədə özünü göstərmir.  

Nitqin  normal  tempi  ictimai  ünsiyyətdə  olduqca  əhəmiyyətli  bir  məsələdir. 

Hər  bir  mədəni  və  savadlı  adam,  xüsusilə  kütlə  ilə  ünsiyyətdə  olan  natiq  bu 

keyfiyyətə yüksək dərəcədə yiyələnməlidir. 

 


Yüklə 292,78 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin