İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Kurs: I fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Müəllim: Xuraman Hacizadə


Yazılı nitq. Orfoqrafiya normaları. Durğu işarələri



Yüklə 292,78 Kb.
Pdf görüntüsü
səhifə7/22
tarix23.03.2022
ölçüsü292,78 Kb.
#54078
1   2   3   4   5   6   7   8   9   10   ...   22
muhazirə 15

Yazılı nitq. Orfoqrafiya normaları. Durğu işarələri. 

Nitq  mədəniyyətindən  söhbət  gedəndə,  adətən,  onun  şifahi  forması  nəzərdə 

tutulur,  yazılı  nitq  bu  anlayışa  daxil  edilmir.  Əslində  isə  nitq  mədəniyyəti 

problemlərini  nitqin  səlis  qurulması,  dil  vahidlərinin  məqsədəuyğun,  dəqiq, 

ahəngdar, aydın, məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə 

məhdudlaşdırmaq  düzgün  olmazdı.  Nitq  mədəniyyəti  problemi  bunlaria  yanaşı, 

dilin  əyani,  konkret  ifadə  vasitəsi  olan  yazı  ilə  də  son  dərəcədə  bağlıdır.  Dil 

sisteminin  həm  şifahi,  həm  də  yazılı  formalarında  ədəbi  dil  yeni  orfoqrafıya 

lüğətində  öz  əksini  tapmışdır.  Şübhəsiz,  dil  daimi  inkişaf  edir,  onda  yeni  sözlər 

yaranır  və  ünsiyyət  prosesində  istifadə  olunur.  Bu  sözlərin  də  tərtib  olunacaq 

növbəti  lüğətə  salınması  zəruri  hesab  edilir.  Təsadüfi  deyil  ki,  Azərbaycan 

Respublikasının Prezidenti, ümummilli liderimiz Heydər ƏIiyevin 2 yanvar 2003-

cü il tarixli fərmanı ilə qüvvəyə minmiş «Azərbaycan Respublikasında dövlət dili 

haqqında  Azərbaycan  Respublikasının  Qanunu»nun  13-cü  maddəsinin  2-ci 

bəndində yazılır: «Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq 

yazı  dili  normalarını  təsdiq  edən  lüğətin  (orfoqrafiya  lüğətinin)  nəşr  olunmasını 

təmin edir». 

Dilimizin tətbiqi dairəsinin günü-gündən genişləndiyi indiki zamanda hər an 

yeni  orfoqrafik  qaydaların  təsdiqi,  ona  müvafiq  təkmil  lüğətin,  dilə  hər  gündə 

yaranan  və  kənardan  daxil  olan  söz  və  ifadələrin  yazılışını  göstərən  yeni  sorğu 




kitabları «Yeni sözlərin orfoqrafiya iüğəti», «Necə yazılmalıdır?», «Bitişik, yoxsa 

ayrı?»,  «Biz  düzmü  yazırıq?»,  «Orfoqrafiyamızda  mübahisəli  məsələlər»  və  s. 

başlıqlar altında nəşr olunub istifadəyə verilməlidir. Belə vəsaitlər orfoqrafiyadakı 

dəyişiklikləri, yenilikləri perativ şəkildə diqqətə çatdırmaq, göstərmək baxımından 

əhəmiyyətli və vacib sayılmalıdır. 

Orfoqrafiya  qaydaları  tərtib  olunarkən  üç  prinsip  əsas  götürülür:  fonetik, 




Yüklə 292,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin