morfoloji və tarixi-ənənəvi prinsip.
Fonetik prinsip - orfoqrafiyanın əsas və başlıca prinsipidir. Bu prinsipə görə
sözlər eşidildiyi kimi, tələffüzə uyğun şəkildə yazılır. Dilimizdəki sözlərin böyük
bir hissəsinin yazılışında bu prinsip əsas götürülür. Məs: qardas, bacı, adam,
idman, qərənfil, qalın, qırmızı, yasıl və s. Fonetik prinsip yazıda həm asanlığı, həm
də demokratikliyi təmin edən prinsipdir. Ona görə yazan tələffüzü əsas tutur, sözü
necə eşidir və ya deyirsə, elə də yazır. Demokratikdir, ona görə ki, bu prinsip
yazını canlı dilə, xalq dilinə yaxınlaşdırır, yazılışla deyiliş arasındakı ayrılığa, yol
vermir. Lakin bununla belə, təkcə fonetik prinsipə əsaslanıb söz və qrammatik
formaları tələffüzə uyğun səsləndiyi kimi yaza bilmərik. Çünki dildə eyni söz,
yaxud şəkilçi müxtəlif şəkildə tələffüz olunur. Məs: asan. asand. hasan, hasant;
pendir, pəndir, pənir; pəncərə. pencərə; darvaza. dərvaza və s.
Bu cür söz və şəkilçilər müəyyən bir orfoqrafik qaydada deyil, hər kəsin
tələffüz etdiyi şəkildə yazılarsa, bu, yazıda hərc-mərcliyə, anarxiyaya gətirib
çıxarar. Vaxtilə görkəmli metodist alim Mahmudbəy Mahmudbəyov bu məsələdən
danışarkən yazırdı: «Dilin orfoqrafiyası üçün tələffüz əsas ola bilməz, çünki hər bir
yerdə, hər bir rayonda bir cür tələffüz vardır. Əgər tələffüzü orfoqrafiya üçün əsas
tutsaq onda meydana 40-50 cür orfoqrafiyamız çıxa bilər ki, bu da az-çox inkişaf
tapmağa başlayan maarif, mətbuat və tədris işlərinə xeyli zərər vura bilər»
Dostları ilə paylaş: |