Ailənin cinsi funksiyası cinsi meylin və onun təmin edilməsinə
sosial nəzarətin həyata keçirilməsini şərtləndirir. Belə nəzarət cinsi
əlaqələrin sərbəstləşməsi üzərində qoyulur ki, ailədə münaqişəyə
səbəb olmasın.
Reproduktiv funksiya böyüklərin üzərinə uşağın düzgün bö-
yüməsi ilə bağlı nigah və ailənin strukturunu tənzimləyən qaydalara
riayət olunması vəzifəsini qoyur. Bu funksiya uşaqların və cəmiyyə-
tin inkişafını zəruri edir. Bu mənada valideynlərin həyat planları
(neçə uşaq istəmələri, ailə şəraiti, iş və s.) diqqəti cəlb edir.
Təsərrüfat-iqtisadi funksiya ailədə aparılan məişət işlərini
nəzərdə tutur. Bu funksiya ailə münasibətlərinin müxtəlif tərəflərinin
– ailənin təsərrüfatı, büdcəsi, idarə olunması, əmək mühiti, ailədə kişi
və qadın əməyinin xüsusiyyətləri, uşaqların əmək vəzifələri və s.
məsələləri əhatə edir.
Dostları ilə paylaş: |