Dinləyiciləri çıxışa maraqlandırmaq üçün auditoriyada oturanların orta bilik
səviyyəsi prezentasiyanın hazırlanması zamanı nəzərə alınmalıdır. Bu
nə qədər dəqiq aparıla bilərsə, bir o qədər də maraqlı çıxışa nail olmaq olar.
Çıxış zamanı verilmiş vaxt limitinə riayət olunmalıdır. Birinci dəfə çıxış edənlərə
öncədən sınaq çıxışını məşq etmə məsləhət görülür. Vaxtın uzadılmasına yol
verilsə də, o dinləyicilərdə müsbət fikir yaratmır. Sonda vaxt darlığını hiss
edən məruzəçi danışıq tempini artırmaqla vaxtı idarə edə bilər.
Hazırlıq zamanı aşağıdakı köməkçi suallardan
istifadə etmək məsləhət
görülür [60]:
-
Kimlər prezentasiyada iştirak edəcəklər (iş yoldaşları, elmi işçilır,
konfrans iştirakçıları və s .) ?
-
Publikanın xüsusi bilik səviyyəsi necədir? Hansı sahələrə üstünlük
vermək olar?
-
Prezentasiya üçün hansı köməkçi vasitələrdən istifadə etmək olar?
(Proyektor, bimer, poverpoint, flipçart, və s.).
-
Prezentasiya üçün nə qədər vaxt ayrılıb?
-
Sonda muzakirə nəzərdə tutulubmu?
6.3.
Şifahi prezentasiyanın elementləri
Hər bir çıxış müəyyən tələblərə cavab verən bir neçə hissədən ibarətdir.
Çıxış hissələri aydın dərəcədə ayırd edilə bilən olmalıdır:
□
Başlıq: Bu yalnız dinləyicilərdə maraq oyatmaq üçündür, işin məğzini
tam ifadə etməməlidir. O, imkan daxilində cəlbedici və qısa formulə
edilməlidir.
□
İşin strukturu: Publika çıxış zamanı gözlənilən informasiya axınının
ardıcıllığı haqqında məlumat alır. Çıxış prosesində mündəricatın təkrarən
göstərilməsi dinləyicinin orientasiyasına kömək edir.
□
Giriş: Burada araşdırılan elmi sahə, əsas problem və elmi işin məqsədi
müəyyən olunur.
□
Material və metodlar: Metodiki elmi işlərdə, izahı vacib olan, hər bir
xəttin mövcudluğunu görməyə kömək etməlidir.
Professional slaydlar çərçivəyə alınır, başlıq
və ayaqlıq informasiyalar
daxil edilir.
□
Hər bir slayd tədqiqat işinin bir hissəsini təsvir etməli və onun üçün kiçik
başlıq nəzərdə tutulmalıdır.
□
Çıxış zamanı açar sözlərdən ibarət kiçik qeyd vərəqi danışmağa kömək
edir.
Prezentasiya zamanı çox hallarda baş verən xətalara aşağıdakıları aid etmək
olar:
□
Vaxta riayət etməmək,
□
Pis hazırlıq,
□
Publikanın düzgün qiymətləndirilməməsi,
□
Məntiqi ardıcıllığın olmaması,
□
Üzündən oxumaq,
□
Slaydların şəkil və ya mətnlə həddən çox dolu olması,
□
Simvol və diaqramların kifayət qədər izah edilməməsi, cədvəllərin aydın
tərtib olunmaması.
□
Fikri yayınmış dinləyicinin söhbətə yenidən qayıda bilməsinə imkanın
yoxluğu.
Dostları ilə paylaş: