NƏTİCƏLƏR
45. Türkdilli dövlətlərin Səhralaşmaya Qarşı Mübarizə üzrə Birləşmiş Millətlər Təşkilatı
Konvensiyası çərçivəsində əməkdaşlığı TÜRKPA üzvlərinin səhralaşma ilə mübarizəyə
effektiv və məqsədyönlü yanaşmasına töhfəsini verəcəkdir.
46. TÜRKPA üzv ölkələri subregional və birgə fəaliyyət proqramları çərçivəsində səhralaşmaya
nəzarət üçün səylərini gücləndirə bilərlər. Səhra Araşdırma İnstitutu Mərkəzi Asiya üçün
Subregional Tətbiq Əlavəsi üzrə təklif işləyib hazırlamışdır. Bu təklif Cenevrədə İNCD-ə
(Səhralaşma üzrə Hökumətlərarası Danışıqlar Komitəsi) təqdim olunmuşdur.
47. Mərkəzi Asiya subregionu Asiya regionunun bir hissəsi hesab oluna bilər. Subregiona beş ölkə
daxildir: Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan. Subregionun bütün
ərazisi 3.94mln km
2
, əhalisi isə 53.79 mln nəfər təşkil edir.
48. Milli və Regional Fəaliyyət Proqramları səhralaşmanı sürətləndirən amilləri, prioritetləri,
regional işlərə töhfəni müəyyənləşdirməyi, ictimaiyyətin səhralaşma məsələlərindən xəbərdar
olmasını, dövlətlərin inkişaf planı və strategiyalarına inteqrasiya, məsul qurum və vətəndaş
cəmiyyəti təşkilatlarının müəyyən edilməsini və səhralaşma və quraqlıqla əlaqədar məsələlər
üçün maliyyə vəsaitlərinin ayrılmasını hədəfləyir.
49. Bu məsələ üzrə qarşılıqlı əməkdaşlıq üçün Türkdilli dövlətlərin çoxnövlü imkanları
mövcuddur. Birgə tədbirlər keçirmək və seminar yaxud konfranslar kimi fəaliyyətlər vasitəsilə
qarşılıqlı fəaliyyətin genişləndirilməsi xalqların mənafeyi, eləcə də regiondakı maraqları üçün
əməkdaşlığı gücləndirəcəkdir.
50. Bu mexanizmlərdən daha səmərəli faydalanmaq üçün Avropa İttifaqı, Mərkəzi Asiya və
Aralıq dənizi ölkələri ilə tərəfdaşlığın təşviq edilməsi vacibdir. Xüsusilə, Avropa İttifaqının
maliyyə dəstəyi ilə bu sahədə Aİ-nin böyük təcrübəsinin tətbiqi məqsədilə layihələr həyata
keçirilə bilər.
51. Üzv ölkələr bir-biri ilə əməkdaşlığın dəqiq yollarını müəyyənləşdirə bilərlər. Problemin tez
həlli üçün səhralaşmaya qarşı mübarizənin konkret mexanizminin yaradılması xüsusi
əhəmiyyət kəsb edir. TÜRKPA üzv dövlətlərinin üzləşdiyi bir sıra çətinliklər onları səylərini
artırmağa və beynəlxalq əməkdaşlıq çərçivəsini təkmilləşdirməyə sövq edəcəkdir.
52. Səhralaşmaya qarşı mübarizədə fərdlərə də mühüm vəzifə düşür. Şimali Afrikadan Mərkəzi
Asiyaya doğru səhra ərazilər artan sürətlə genişlənməkdədir və dünyanın 41% ərazisi demək
olar ki, səhraya çevrilməkdədir. Odur ki, TÜRKPA üzv dövlətləri öz ətraf mühitləri, ölkələri
və bütün dünyada bu məsələylə ciddi şəkildə mübarizə aparmalı və öz meşə, su və ərzaq
ehtiyatlarını idarə edərək onlardan müdrikliklə istifadə etməlidirlər.
10
53. Türkdilli ölkələrin 12-ci BMT-nin Səhralaşma ilə Mübarizə haqqında Konvensiyasının
Dostları ilə paylaş: |