35. Ətraf mühit problemlərinin həlli kollektiv yanaşma tələb edir, xüsusilə, dövlətlər, özəl və
qeyri-hökumət sektorları arasında tərəfdaşlıq səhralaşmaya qarşı mübarizədə birgə tədbirlər
8
üçün prioritet sahələrin müəyyən olunmasını asanlaşdırır. Bu baxımdan beynəlxalq əməkdaşlıq
və əməkdaşlığın beynəlxalq mexanizmlərinin işlənib hazırlanması mühüm amilə çevrilmişdir.
36. 1996-cı ildən qüvvədə olan Səhralaşmaya Qarşı Mübarizə üzrə Birləşmiş Millətlər Təşkilatı
Konvensiyası ən mühüm beynəlxalq konvensiya olmaqla, TÜRKPA üzv dövlətlərini
beynəlxalq və regional əməkdaşlığın iştirakçılarına çevirmişdir.
37. Azərbaycan Konvensiyanın 5-ci (Mərkəzi və Şərqi Avropa), Qazaxıstan və Qırğızıstan isə 2-ci
(Asiya) bölməsində yer tuturlar. Bu ölkələrin Konvensiya ilə beynəlxalq əməkdaşlığı bu
bölmələrə müvafiq olaraq tənzimlənir.
38. Türkiyə Konvensiyanın Şimal Aralıq Dənizi Regional Tətbiq Bölməsi adlı 4-cü bölməsində
yer tutur. Türkiyənin Konvensiya ilə beynəlxalq əməkdaşlığı bu bölməyə əsasən tənzimlənir.
Türkiyə digər Aralıq dənizi ölkələri, Yunanıstan, İtaliya, Portuqaliya, İspaniya və digərləri ilə
birlikdə MEDRAP, MEDCOASTLAND və CLEMDES layihələrində iştirak etmişdir. Bu
əməkdaşlıq vasitəsilə Türkiyə öz milli potensialını, şəbəkəsini və səhralaşma və konvensiya
üzrə müvafiq qurumların təcrübəsini artırır.
39. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Mərkəzi Asiya (SEC) üzrə Subregional
Ofisi Türkiyə hökumətinin dəstəyi ilə rəsmi olaraq 2006-cı ilin avqust ayında Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistana xidmət göstərmək
məqsədilə Türkiyənin Ankara şəhərində yaradılmışdır.
40. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) çətiri altında
Türkiyə CICA-ya milli töhfəsi kimi Konyada “beynəlxalq təlim mərkəzinin” yaradılmasını
təklif etmişdir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan bu Müşavirənin
üzvləridir. Bu təklif Müşavirənin 12 sentyabr 2012-ci ildə Qazaxıstanda keçirilmiş Xarici İşlər
Nazirlərinin Dördüncü Toplantısında qəbul olunmuşdur.
41. Türkiyə 16-27 sentyabr 2013 tarixlərində Namibyanın paytaxtı Windhoekdə təşkil edilən
Dostları ilə paylaş: